Dünən (17 sentyabr) Mircəfər Bağırovun ad günü idi. Özünü tanıyandan əlində silah insan öldürməklə məşğul olub
Öncə Əli bəy Zizikskinin müavini kimi Qubada erməniləri və bolşevikləri qırıb, sonra Azərbaycan “ÇK”-sının sədri və daxili işlər komissarı/ naziri kimi bolşeviklərin əmriylə müsavatçıları və başqa azadlıqsevərləri kütləvi şəkildə məhv edib. 1930-da Azərbaycanda baş qaldırmış Şəki üsyanı kimi onlarca xalq etirazını ən amansız şəkildə qan içində boğub. Daha sonra Azərbaycan KP-nin 1-ci katibi işləyərkən 1937-38 və 1947-49-cu illər repressiyalarında Azərbaycan xalqının milli ziyalı elitasını və cəmiyyət içərisində nüfuzu olan bütün şəxslərini Moskvanın göstərişinə uyğun olaraq sistemli şəkildə məhv edib və bunların həlledici qismini ermənilərin əli ilə edib (Yuvelian Sumbatov-Topuridze onun ən sevimli dostu olub). Bütün karyerası boyunca Kremlin ən sədaqətli nökəri vəzifəsini yerinə yetirib. Sonu isə aşağıda gördüyünüz kimidir – on minlərcə yurddaşımızı məhv etdirdiyi zindana özü düşdükdən sonra sındırılmış gözlüyünün yerinə yeni gözlük də vermədilər. Bu, onun zindanda çəkilmiş və indiyədək heç kəsin görmədiyi son şəklidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?