GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Şimaldan əsən imperiya küləkləri

Şimaldan əsən imperiya küləkləri

Tarix: 12-12-2012, 13:24 Bölmə :Maraqlı Baxış: 1 016
Şimaldan əsən imperiya küləkləri
Rusiyanın Azərbaycana potensial təzyiq imkanları qalır

gundemxeber.az Təxminən iki həftədən sonra Qəbələ RLS-nin icarə müddəti bitir. Hələ ki, danışıqlar bir nəticə verməyib. Amma bu xüsusda iki maraqlı məlumat var. Biri budur ki, əgər danışıqlar bir nəticə verməzsə onların müddəti artırılacaq və ola bilsin ki, 2013-cü ilin yazına qədər davam edəcək. Digər məlumat isə budur ki, artıq icarə haqqı ilə bağlı razılığın konturları hiss olunur.
Xatırladaq ki, Rusiya bu vaxta qədər RLS-in icarəsi üçün ildə 7 milyon dollar ödəyirdi. İndi Azərbaycan bu haqqı 300 milyona çatdırmaq arzusundadır. Əvvəl belə təəssürat yaranmışdı ki, ölkə hakimiyyəti bu yolla Rusiyanın Azərbaycandakı hərbi iştirakına son vermək istəyir. Bununla bağlı başqa əlamətlər də vardı. Belə ki, Azərbaycan bu yaxınlarda Qəbələni MDB-nin «mədəniyyət paytaxt»lığına namizəd (Gümrü və Mogilyov ilə birlikdə) kimi təqdim etmək fikrində idi. Aydın məsələdir ki, «mədəniyyət paytaxtı» elan olunan bir şəhərdə güclü radiasiya mənbəyi olan hərbi obyekt fəaliyyət göstərə bilməz. Amma bu məsələnin inkişafı ilə bağlı bir nəticə hasil etmək olmadı, çünki prezident İ. Əliyev bir müddətdir ki, MDB-nin tədbirlərindən yayınır. O, hətta MDB-nin Aşqabad sammitində də iştirak etmədi. Bir çoxu bunu Azərbaycanın Rusiyaya təzyiqi kimi yozur. Hər halda, iki dövlət arasında münasibətlərin soyuq fazaya keçdiyini duymaq üçün elə də böyük siyasi fəhm tələb olunmur. İ. Əliyev öz partiyasının 20 illiyinə həsr olunmuş tədbirdə Rusiyanın ünvanına sərt fikirlər və ittihamlar səsləndirmişdi.
İ. Əliyevin Moskvadan bir qədər məsafə saxlamağa can atmasını Rusiyanın gömrük ittifaqı ilə bağlı səylərindən yayınmaq kimi də yozmaq olardı. Artıq bu xüsusda bir neçə beynəlxalq bəyanat da olub. Məsələn, ABŞ-ın dövlət katibi H. Clinton (H. Klinton) Rusiyanı yenidən SSRİ yaratmağa cəhddə ittiham edib. Hələlik vahid gömrük ittifaqına üç dövlət – Rusiya, Belarus və Qazaxıstan qoşulub. Amma burada başqa nüans da var. Ötən ay Prezident Administrasiyasının şöbə müdiri Ə. Həsənov Moskvaya yollanarkən yazmışdıq ki, çox güman ki, o, Rusiyada diasporla bağlı danışıqlar aparmağa yollanıb. Ə. Həsənov qayıdandan sonra keçirdiyi mətbuat konfransında özünü elə apardı ki, sanki bu məsələ hökumət üçün ikinci və ya üçüncü dərəcəli məsələdir, hətta hakimiyyət bununla maraqlanmır. Amma bu yaxınlarda Prezident Administrasiyasının rəhbəri R. Mehdiyevin bəyanatından belə məlum oldu ki, Ə. Həsənov bununla bağlı doğru danışmırmış, hökumət nəinki bu məsələni diqqətdə saxlayır, hətta ona münasibətdə bitərəf deyil.
Amma düşünürük ki, bu məsələdə və eləcə də Gürcüstanda baş verən olaylarda hökumət Rusiyanın rolunu olduğundan daha çox dəyərləndirir. Budur, Gürcüstan hökumətinin başçısı B. İvanişvili ilk səfərindən birini Azərbaycana etmək niyyətindədir. Amma hamı düşünürdü ki, o, birinci növbədə Rusiyaya səfər edəcək. Amma Gürcüstanın Baş naziri bir neçə dəfə bəyan etdi ki, Rusiya Abxaziya və Osetiya ilə bağlı qərarlarına yenidən baxmasa, onun Rusiyaya səfəri problemli olacaq. Bu sətirlərin müəllifi Gürcüstanda olmayıb. Amma ora tez-tez səfər edən insanlarla görüşüb, danışıb. Məsələ bundadır ki, Gürcüstan cəmiyyəti Rusiya ilə əlaqələrə daha çox iqtisadi aspektdən yanaşır. Belə hesab edilir ki, Rusiya ilə əlaqələr bərpa olunsa ölkənin iqtisadi resursları, xüsusən də ticarət imkanları artar. Amma orada heç kim keçmişə qayıtmaq haqqında düşünmür. Ona görə də böyük ehtimalla iddia etmək olar ki, Rusiya ilə Gürcüstan arasında bəzilərinin güman etdiyi kimi çox sıx əlaqələr qurulmayacaq, uzun müddət yalnız bəyanat və çıxışlara sərf olunacaq.
Güman etmirik. Təəssüf ki, Rusiyada siyasət hələ də köhnə qvardiyanın, hələ də yaddaşında SSRİ ilə bağlı xatirələr yaşadan siyasətçilərin nəzarətindədir, yeni siyasi isteblişment hələ formalaşmayıb. Amma yenə də buna baxmayaraq, belə söhbətlərin ciddi əsasının olmadığını demək olar. Bir məşhur məsəl var ki, «Allah dəvəyə qanad versəydi, uçurtmadığı dam qalmazdı». Amma məsələ də elə bundadır ki, dəvənin qanadları olmur, oturub onların yaranmasını gözləmək də lüzumsuz məşğuliyyətdən başqa bir şey deyil. Təbii ki, Rusiyanın Azərbaycana potensial təzyiq imkanları qalır. Bu imkanlar həm Rusiyadakı əməkçi miqrantlarla bağlıdır, həm Qarabağ problemilə əlaqəlidir, həm də digər etnik separatçı tendensiyaların qızışdırılmasından asılıdır. Amma böyük ehtimalla demək olar ki, Rusiyanın yeni planı - Avrasiya İttifaqı da onun digər psevdo – inteqrativ planları kimi reallaşmayacaq, çünki o, ölü doğulmuş uşağa daha çox bənzəyir, nəinki real geosiyasi layihəyə.
Məsəl var, deyirlər ki, tarixdən sitatlar olduğu kimi gətirilmir. İndi Rusiya bütün vasitələrlə Azərbaycanda hərbi mövcudluğunu saxlamaq istəyir və bəlkə də illik icarə haqqı 7 milyon dollar olan H. Əliyev dövrü üçün bir nostalji də keçirir. Olsun. Adamı ən çox dilxor edən bilirsiniz nədir? Tez-tez deyirlər ki, RLS Hind okeanının bir hissəsini belə nəzarətdə saxlayır. Amma vur-tut bir neçə yüz kilometrdə öz ərazisini nəzarətdə saxlaya bilməyən Azərbaycana Hind okeanı lazımdırmı?

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ruslar Qəbələ RLS-in ərazisini minalayıblar

    Ruslar Qəbələ RLS-in ərazisini minalayıblar ...

    13-12-2013, 16:13

  • 
  • İran Qəbələ RLS-in gələcəyindən narahatdir

    İran Qəbələ RLS-in gələcəyindən narahatdir ...

    20-12-2012, 13:17

  • 
  • Qəbələ RLS yenidən ruslara verilir

    Qəbələ RLS yenidən ruslara verilir ...

    17-12-2012, 23:13

  • 
  • Sonuncu rus qalası - Qəbələ RLS

    Sonuncu rus qalası - Qəbələ RLS ...

    13-12-2012, 13:01

  • 
  • Doroxindən Qəbələ bəyanatı

    Doroxindən Qəbələ bəyanatı ...

    7-02-2013, 10:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu