GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Rusiyanin Qəbələ RLS-i itirməsinin əsl səbəbi

Rusiyanin Qəbələ RLS-i itirməsinin əsl səbəbi

Tarix: 15-12-2012, 13:53 Bölmə :Maraqlı Baxış: 627
Rusiyanin Qəbələ RLS-i itirməsinin əsl səbəbi

RLS-in taleyi haqda qərarın əsl səbəbi Azərbaycan hüdudlarından kənardadır


gundemxeber.az Rusiyanın Qəbələ RLS-i itirməsi rəsmi Bakının icarə haqqını astronomik həddə çatdırması yox, Amerikanın “Ulduz müharibələri” proqramının həyata keçirilməsi planları barədə şantajı nəticəsində baş verdi. 2006-cı ilin sonunda Corc Buş administrasiyası Avropada dörd mərhələli raketdənmüdafiə (RM) elementləri sistemi yaradıldığını elan etdi. O, Avropa ölkələrini İran, Suriya, hətta KXDR-in raket-nüvə təhlükəsindən qorumalı idi.
Ruslar əsassız şəkildə dedilər ki, bu proqram Rusiyanın milli təhlükəsizliyinə qarşı yönəlib. Prinsipcə, onlar haqlı idilər. Proqrama əsasən, birinci mərhələdə Aralıq dənizində “İcis” kompleksləri, “Standard-3” raketləri ilə təchiz edilmiş gəmilər yığışdı. Bundan başqa, Türkiyədə RM radarı yerləşdirildi. İkinci mərhhələdə, 2015-ci il üçün Vaşinqton “Standard-3” raketli mobil batareyaları Rumıniyaya, 2018-ci il üçün Polşaya yerləşdirmək istəyir.
Nəhayət, 2020-ci il üçün bütün NATO ölkələrinin ərazilərini qitələrarası ballistik raketlərdən qorumağa qadir sistemləri işə salmaq planlaşdırılırdı. RM sisteminin son mərhələsi potensial düşmənin raketini uçuşa başlayan kimi tutmağı nəzərdə tutur və qiyməti 500 mlrd. dollardır. O, həyata keçsə, bütün Rusiya ərazisini əhatə edəcək və RF-in strateji raket-kosmik qüvvələrini zərərsizləşdirəcək.
Rusiya amerikalılara assimetrik cavab verə biləcəkmi? Əlbəttə, yox. Bunu 1983-cü ildə ABŞ prezidenti Ronald Reyqanın “Ulduzlar müharibəsi” proqramına qarşı SSRİ də edə bilmədi. Sovetlər orta və yaxın məsafəli raketləri ixtisar etməli, Qərbi Avropa və Amerika bazalarına olan təhlükələri azaltmalı oldu. Yeni Buş proqramı rusiyalıları çox qorxutdu. Rəhbərlik anlayırdı ki, sürətlə silahlanma başlasa, ölkənin hərbi-texniki və iqtisadi potensialı bununla ayaqlaşmağa kifayət deyil.
Bu dəfəki razılaşma RF sərhədləri perimetri üzrə bütün istiqamətlərdə Rusiyanın radiolokasiya nəzarətini azaltması şərti oldu. Bu mənada Qəbələ RLS-nin bu RM oyununda niyə mərkəzi rol oynaması aydın olur. Bu stansiya ABŞ üçün çox vacib olan Hind okeanından Şimali Afrikaya qədər ərazini izləyirdi. Stansiyanın texniki imkanları təkcə uçan obyektləri izləməklə bitmir.
“Dəryal” kod adlı Qəbələ RLS 1985-ci ildə istifadəyə verilib və futbol topu boyda obyekti 6000 km məsafədə, modernləşəndən sonra 8500 km məsafədə aşkar etmək imkanına malik idi. Onun dəqiq parametr ölçməsi, yüksək sürət və buraxılış qabiliyyəti, maneələrə davamlılığı, eyni zamanda o cümlədən suyun altında 100-ə qədər obyekti tapıb müşahidə etmək imkanı var. Stansiya informasiyanı özü işləyə bilmir və Moskva ətrafındakı “Kvadrat” və “Şvertbot” mərkəzləri ilə birgə təhlil edir. Bu, güclü kəşfiyyat strukturudur, bütün bu məkanda amerikalıları izləyə bilər. Bu isə sonuncuların planına daxil deyil.
Kreml hətta Amerikanın müşahidəsi altında bu vacib kəşfiyyat obyektini əlində saxlamağa çalışdı. Təsadüfi deyil ki, 7 iyun 2007-ci ildə Almaniyada "8-lər sammiti"ndə prezident Putin ABŞ-ə təklif etdi ki, stansiyanı birgə işlətsinlər. Bu, Moskvanın Amerikanın hərəkətlərini izləməməsinə zəmanət idi. Putin dedi: “Rusiya ABŞ-a təklif edir ki, “RM monitorinqi üçün” (xüsusən İrana) Qəbələ RLS-in imkanlarından birgə istifadə etsinlər. Əgər ABŞ təklifi qəbul etsə, Şərqi Avropada RM elementləri yerləşdirməyə ehtiyac qalmayacaq”. Bu ideya rədd edildi və ruslar, sonrakı hadisələr göstərdiyi kimi, gərgin danışıqlardan sonra geri çəkilməli oldular. Bu mübahisəyə nöqtəni 2008-ci ilin maliyyə böhranı qoydu. O, Moskvanı məcbur etdi ki, assimetrik cavab planından əl çəkmək bir yana, ordunun yenidən silahlandırılması planlarını daraltsın.
Bu məsələdə sonuncu nöqtə 2011-ci ilin payızında qoyuldu. Bu, Azərbaycan rəhbərliyinin hərəkətlərindən də görünür: düz bir il əvvəl Qəbələ RLS-in icarə qiyməti $7 mln-dan $300 mln-a artırıldı. Bu addım stansiyanın gələcəkdə fəaliyyətini dayandırması üçün bəhanə oldu. Aydındır ki, rəsmi Bakı iki səbəbdən belə şərt qoya bilməzdi: əvvəla, Əliyev öz potensialına görə Moskvanın iradəsinə qarşı çıxa bilməzdi, ikincisi, Rusiya hərbi iştirakının olmaması Əliyevin ABŞ ilə Rusiya arasında manevr imkanını daraldar, Bakının arzu etmədiyi demokratikləşmədə israr edən Vaşinqtonun təsirini artırardı. İcarə haqqının artırılması şəklində formal diplomatik bəhanə həm amerikalılara, həm ruslara lazım idi. Sifətini qorumaq üçün ikincilərin buna ehtiyacı daha çox idi.
Rusiyanın kəşfiyyat imkanlarını azaltması zərurəti versiyasını o da göstərir ki, Qafqaz silsiləsinin arxasındakı Armavirdə tikilən “Voronej” RLS Qəbələ RLS-i əvəz edə bilmir. «Bu, zəif stansiyadır, onun imkanları Qəbələ RLS-dən xeyli azdır, hərçənd ruslar başqa cür deyir.... Ruslar Qəbələ RLS-in modernləşməsinə $1 mlrd qoyub, halbuki Armavirdəki stansiyaya $70 mln xərclənib. Armavirdəki stansiya 2500 km, Qəbələ RLS 8500 km məsafəni əhatə edir», deyə WikiLeaks müdafiə naziri Səfər Əbiyevə istinadən məlumat vermişdi. Bu sözləri nazir 14 mart 2009-cu ildə ABŞ-ın Bakıdakı səfiri Enni Dersə demişdi.
Səfir Dersin 19 mart tarixli məlumatından görünür ki, ABŞ Avropada RM sistemləri qurmaq təşəbbüsünü açıqlayandan sonra Moskva Qəbəblə RLS-dən imtina və 2012-ci ildə sazişin uzadılması da daxil ziddiyyətli danışıqlar aparıb. Bu, onu göstərir ki, bu məsələ ABŞ-la RF arasında intensiv bazarlaşma mərhələsində olub. Stansiyanın taleyi 12 sentyabr 2012-ci ildə həll edildi. ABŞ Milli Tədqiqatlar Şurası Ağ Evə və konqresə tövsiyə etdi ki, Avropada RM sisteminin dördüncü mərhələsinin həyata keçirilməsindən imtina etsin. "Dördüncü mərhələ ləğv edilməlidir, çünki Avropanı qorumaq üçün ona ehtiyac yoxdur, ABŞ-ın müdafiəsi üçün daha az optimaldır", - deyə məruzə müəllifləri nəticəyə gəliblər. Məruzə müəllifləri istefada olan hərbi rəhbərlər, alimlər, ABŞ administrasiyasının keçmiş məmurlarından ibarət ekspertlərdir.
Ekspertlər təklif edib ki, RM-in dördüncü mərhələsinin ağırlıq mərkəzi Şərqə yerləşdirilsin. MTŞ təklif etdi ki, Alyaskadakı Fort-Qrili və Kaliforniyada Vandenberqdəki obyektlərə əlavə olaraq şaxta bazalı raket bazası ABŞ-ın qitə hissəsində yerləşdirilsin. Daha bir belə bazanı ABŞ-ın şimal-şərq hissəində yerləşdirmək təklif olunur. Ekspert şurasının rəyi o anlama gəlirdi ki, ruslar Avropada Amerikanın RM sistemlərinin dördüncü mərhələsinin dondurulmasının müqabilində Qəbələ RLS uğrunda mübarizədən imtina edir.
10 dekabrda Azərbaycan XİN-i Qəbələ RLS-in bağlanması barədə ciddi qəbul edilə bilməyəcək izah səsləndirdi: stansiya bağlanmazdan əvvəl danışıqlarda "Rusiya tərəfi ilə əməkdaşlığı davam etdirməyə hazırlıq" nümayiş etdirildi, amma icarə haqqı onları qane etmədi. Bəyanatın mətnində deyilir ki, dekabrın 10-da Rusiya XİN Azərbaycana 9 dekabr 2012-ci ildə "Qəbələ RLS-in statusu, istuifadə prinsipləri və şərtləri üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında saziş" qüvvəsini itirdiyi üçün stansiyanın istismarının dayandırılması barədə nota verib. Rusiyanın RLS-i icarəyə götürməsi barədə saziş 2002-ci ildə imzalanıb və 24 dekabr 2012-ci ildə bitir.
Maraqlıdır ki, Rusiyanın bu qərarı bütün dünyaya Moskvadan yox, Bakıdan yayıldı. Bu da göstərir ki, RLS-in taleyi haqda qərarın əsl səbəbi Azərbaycan hüdudlarından kənardadır.
P.S. 11 sentyabr 2012-ci ildə Qəbələdə Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının II iclası oldu və 7 sənəd imzalandı. Öz əhəmiyyətinə görə onlar görüşün yüksək statusuna o qədər də uymurdu: metrologiya haqqında, televiziya tərəfdaşlığı, xilasetmə xidməti, toxumçuluq və s. Görüş əvvəlcə Bakıda planlaşdırılırdı, sonradan Qəbələ RLS-in beş addımlığında keçirildi. Bu görüş ABŞ Milli Tədqiqatlar Şurasının məruzəsinin açıqlandığı vaxtda baş verdi və Rusiyanın Azərbaycanda hərbi erasının başa çatması barədə Türkiyə baş naziri Ərdoğanın rəmzi müraciəti oldu.

Turan Analitik Xidməti
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyanın Qəbələ RLS oyunu

    Rusiyanın Qəbələ RLS oyunu ...

    12-12-2012, 13:11

  • 
  • Ruslar Qəbələ RLS-in ərazisini minalayıblar

    Ruslar Qəbələ RLS-in ərazisini minalayıblar ...

    13-12-2013, 16:13

  • 
  • Qəbələ RLS yenidən ruslara verilir

    Qəbələ RLS yenidən ruslara verilir ...

    17-12-2012, 23:13

  • 
  • İran Qəbələ RLS-in gələcəyindən narahatdir

    İran Qəbələ RLS-in gələcəyindən narahatdir ...

    20-12-2012, 13:17

  • 
  • Qəbələ RLS-in təhvil-təslimi necə gedir?

    Qəbələ RLS-in təhvil-təslimi necə gedir? ...

    5-08-2013, 18:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu