GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Bunu hakimiyyət eləməsə, yeni nəsil edəcək”

“Bunu hakimiyyət eləməsə, yeni nəsil edəcək”

Tarix: 3-03-2014, 20:31 Bölmə :Müsahibə Baxış: 1 085
“Bunu hakimiyyət eləməsə, yeni nəsil edəcək”
Ramiz Yunus:
“Prosesi ləngitmək olar, necə ki, Rusiya edir, ancaq qarşısını almaq mümkünsüzdür”


“Gündəm Xəbər” qəzetinin suallarına hazırda ABŞ-da yaşayan politoloq Ramiz Yunus cavab verib. Müsahibimiz əsasən Ukrayna hadisələrini şərh edib, bunun Azərbaycana təsirinin mümkün ssenariləri haqda fikirlərini bölüşüb.

- Ramiz bəy, Amerikadan baxanda Ukraynada gedən proseslər necə görünür?
- Fikrimcə, Ukraynada gedən proseslərə bir qədər geniş baxmaq lazım gəlir. Ukraynada gedən proseslər Avropa Birliyinin noyabrda Vilnusda keçirilən sammitindən sonra vüsət alıb. Həmin sammitdə Gürcüstan və Moldova Avropa Birliyi ilə assiosativ sazişi imzaladı. Ukrayna hökuməti isə bu sazişi imzalamağı planlaşdırsa da, sonda buna getmədi. Bu president Yanukoviçin siyasi səhvi idi və proseslər də bundan sonra başladı. Amma mənim fikrimcə, buna belə yanaşmaq da doğru olmazdı. Sammitdən öncə də müəyyən problemlər var idi. Əslində biz müşahidə etdiklərimiz SSRİ-nin dağılmasından sonra gedən tarixi proseslərdir. Baxın, 1993-cü ildən başlayaraq Avropa ölkələri birləşməyə başladı, “Şengen” zonası tədricən genişləndi. Təsəvvür edin ki, ilk dövrlər bura 5 ölkə daxil idisə, indi Avropa Birliyinə 28 dövlət daxil olub. Bu dövlətlərin birləşməyi təxminən ABŞ ştatlarının birləşməyinə bənzəyir. Avropa Birliyinin demək olar ki, bu gün 28 ştatı var, Amerikada isə bildiyiniz kimi 50. Vaxtı ilə general Şarl De Qoll demişdi ki, bir zaman gələcək Avropanın sərhədləri Ural dağına qədər gedib çatacaq. İndi xəritəyə diqqətlə baxanda görürük ki, bütün bu proseslər artıq keçmiş SSRİ məkanına çatıb. Əlbəttə, bu ərazilər Avropa üçün maraqlıdır. Burada biz tarixi prosesləri hökmən nəzərə almalıyıq. İş ondadır ki, SSRİ-nin əsasını Rusiya, Ukrayna və Belarus qoyub. 1991-ci ildə SSRİ dağılan zamanda da əsas rolu elə bu üç ölkə oynadı. İndi Ukrayna uğrunda geopolitik mübarizə gedir. Əgər xatırlayırsınızsa, Yanukoviç assiosativ o sənədə imza atmadı, bunun ardınca Moskvaya getdi və orada 15 milyard dollarlıq vəsait almağa razılaşdı. Ancaq mən sizə deyim ki, hətta Rusiya Ukraynaya 15 deyil, 100 milyard da ayırsaydı sonu yenə də bu cür olacaqdı.
- Niyə?
- Əvvəla, bu gün Rusiyanın Ukraynaya 100 milyard dollarlıq kredit və ya yardım vermək imkanı yoxdur. Çünki Rusiyanın özünün vəziyyəti yaxşı deyil. İkincisi, burada böyük oyun gedir və bu oyunda Rusiyanın imkanları zəifdir. Siyasətdə imkan deyəndə, söhbət əsasən iqtisadi, siyasi və güc imkanından gedə bilər. Siyasi baxımdan bu gün Rusiya SSRİ-nin səviyəsində deyil,baxmayaraq ki, Putin bu gün çalışır o zamanki daxili və xarici imkanlari əldə etsin. Rusiyanın iqtisadi vəziyyətinin nə cür olduğunu bütün dünya bilir. Deməli Rusiyanın bu oyunda siyasi və iqtisadi imkanları elə də geniş deyil. Yalnız ortada güc məsələsi qalır. Rusiyada bu gücdən istifadə etdi.
- Rusiya Ukrayna proseslərində hansı gücdən istifadə edib ki?
- Siz yəqin bilirsiniz ki, Kiyevə Almaniyanın, Polşanın və Fransanın xarici işlər nazirləri gəlmişdi. Onlar prezident Yanukoviçlə saatlarla müzakirə aparıb. Bu müzakirələrin gedişi zamanı Yanukoviç üç dəfə masadan qalxaraq gedib telefonla danışıb. Siz elə bilirsiniz ki, bu təsadüfi zənglər olub? Mən bu proseslərdə iştirak etməsəm də, bilirəm ki, o Putindən məsləhətlər alıb, gedən müzakirələr haqda onu məlumatlandırıb. Yəqin ki, Putin ona öz məsləhətlərini verəndə, yadina salıb ki, ona qarşıda Moskvada olan “Bolotnaya” meydanında və Saxarov prospektində bu cür aksiyalar təşkil ediblər, ancaq güc yolu ilə bu aksiyaları dağıdıb, vəziyyəti sabitləşdirib. Yanukoviçə məsləhət görülüb ki, bu yolla mürəkkəb vəziyyəti sabitləşdirsin. Ancaq burada bir spesifik məqamı nəzərdən qaçırıblar.
- Siz hansı məqamı nəzərdə tutursunuz?
- İş ondadır ki, Qərbi Ukrayna Rusiya deyil. Qərbi Ukrayna əhalisi hələ SSRİ zamanında azadlıq uğrunda mübarizə aparıb. Onları Stalin zorla SSRİ-yə birləşdirib. Siz də bilirsiniz ki, Qərbi Ukraynada Stepan Bendera və onun silahdaşları uzun illər azadlıq uğrunda vuruşub. Demək istəyirəm ki, Ukrayna Rusiya deyil, xüsusən Qərbi Ukrayna . Baxın, 2004-ü ildə narıncı inqilabdan sonra hakimiyyətə gələn Yuşenko Stepan Benderaya milli qəhrəman adı verdi və onun heykəli qoyuldu. Prezident Yanukoviç hakimiyyətə gələndən sonra isə Yuşenkonun bu qərarını ləğv etdi. İndi isə Ukraynada Leninin heykəllərini hər yerdən götürürlər. SSSRin dağılmasından 22 il keçsə, bu heykəllər hələ ki durur. Qısaca demək istəyirəm ki, Ukraynada bir ideoloji mübarizə gedir. Bu mübarizənin bir tərəfində Qərbə meyl edən qüvvələr, digər tərəfdə isə köhnə ideologiyanın və Rusiyanın təsirində olan qüvvələr durur.
- Ramiz bəy, bir çox ekspertlər iddia edirlər ki, Ukraynanı bundan sonra daha ciddi böhranlar gözləyir. Siz necə düşünürsünüz, bu ölkəni yaxın gələcəkdə nələr gözləyir?
- Əlbəttə, bu gün mühüm məqamlardan biri Rusiya ilə Qərb arasında gedən şahmat oyununda hansı gedişlərin ediləcəyi məsələsidir. Mən sizi əmin edirəm ki, Rusiya Şərqi Ukraynada olan “beşinci kalonundan” istifadə etməyə çalışacaq, eləcə də Krım məsələsini qaldırmağa üstünlük verəcək, Qara dəniz sahillərində olan hərbi dəniz donanması faktorundan yararlanmağa çalışacaq. Çünki bunlar Rusiyanın Ukraynaya edə biləcək təzyiq instrumentləridir. Yaxşi ki, indi qış deyil və Rusiya Ukraynaya qaz-neft məsələsində təzyiq etsin. Rusiyanın bu hərəkətlərini dayandırmaq həm də Ukrayna müxalifətinin birliyindən asılıdır. İndi bəzən deyirlər ki, Ukrayna iki yerə parçalana bilər. Mən bu cür düşünmürəm. Çünki nə ABŞ, nə Avropa, nə də bu gün Ukraynada hakimiyyətə gələn qüvvələr buna imkan verməz. Hətta Rusiyanın özündə də bu haqda birmənalı fikir yoxdur. Üstəlik Ukraynanın əsas iqtisadiyyatı Qərbi Ukraynadadır. Şərq hissə kasıb ərazilərdir. Kasıb hissəni kəsib götürməklə Rusiyə nə qazana bilər? Ancaq Rusiyanın hətta buna imkanı yoxdur. Ukrayna MDB məkanında Rusiyadan sonra ikinci nəhəng dövlətdir. Burada isə Qərbin böyük maraqları var. Ümumiyyətlə mən sizə yuxarıda SSRİ-nin dağılmasından sonra 20 illik bir prosesin getdiyini bildirdim. Bu maşın çoxdan işə salınıb və onun hərəkətinin qarşısını heç kim daha ala bilməz. Onun hərəkətinə yalnız mane olmaq olar,necə ki Rusiya buna çalışır, amma xeyri yoxdur. Bu maşın 20 il ərzində 28 Avropa ölkəsini birləşdirdi, indi isə sovet məkanına tərəf işləyir. Ukrayna məsələsi həll edildikdən sonra növbə digər ölkələrə çatacaq.
- Ukrayna hadisələrinin Azərbaycana təsiri ola bilərmi?
- Bunun təsiri əlbəttə olacaq. Axı Azərbaycan hazırda birmənalı xarici siyasət aparmır. Məsələn, iqtidar rəsmiləri ABŞ-a gələndə deyirlər ki, biz Qərbə inteqrasiya etmək niyyətindəyik. Moskvaya gedəndə isə deyirlər ki, biz daima bir yerdə sizinlə olmuşuq. Şübhəsiz ki, bu hakimiyyəti qorumaq naminə aparılan siyasətdir. Bu yolla da 20 ildir ki, iqtidarda otururlar. Amma bir var 1995-ci il, bir də var 2014-cü il. Bu gün dünyada vəziyyət dəyişib. Ərəb ölkələrində baş verən hadisələr, Suriyada yaşananlar və s buna misaldır. Artıq proseslər Rusiya sərhəddinə dirənib. Odur ki, bunun Azərbaycana təsiri mütləq olacaq. Ancaq bu təsir bu gün və ya sabah baş verməyəcək. Bu təsir zamanla baş verəcək. Fikrimcə, Ukrayna Avropa Birliyi istiqamətində gedəcək. Bunun ardınca Moldovada da müəyyən proseslər gedəcək, sonra növbə Belarusa çatacaq. Bildiyiniz kimi, Çənubi Qafqazda Gürcüstan birmənalı qərbyönümlü siyasət aparırdı və ona görə də 2008-ci ildə müharibə ilə üzləşdi. Onsuz da rəsmi Tbilisi Abxaziya və Osetiyanı itirmişdi, Amma Moskva bunu bir növ rəsmiləşdirdi. Bu yolla həm də Azərbaycan və Ermənistana mesaj verdi ki, yerinizdə oturun. Ancaq biz indi görürük ki, Ukraynada Rusiya heç nəyə nail ola bilmədi. Mənim fikrimcə, Qərb Azərbaycanda tələsmir, çünki onların Suriya, İran və digər problemləri var. ABŞ-ın maraqlarına toxunulmayan ölkələrdə digər problemlərini həll etməmiş proses aparmaq istəmir. Odur ki, ABŞ-ın bizim regiona tələsməməsi bununla bağlıdır. Bu gün Vaşinqton küçələrində 100 nəfərdən Azərbaycan haqda soruşsanız 99 nəfər deyəcək ki, bu ölkə haqda ilk dəfədir eşidir. Əlbəttə, Dövlət Departamentində və digər institutlarda işləyən mütəxəssislərin Azərbaycan haqda müfəssəl informasiyası var. Əhalinin bilirsinizmi niyə xəbəri yoxdur? Çünki burada ABŞ-ın maraqlarına müdaxilə yoxdur. Ancaq indi ABŞ mediası səhərdən axşama qədər Ukraynadan danışır, çünki burada ABŞ-Rusiya maraqları toqquşub. Azərbaycanda isə hələlik bu maraqlar toqquşmayıb. ABŞ əla bilir ki, Azərbaycanın 75 faizi Rusiyanın əlindədir, amma onun 25 faizlik iştirak payına da heç kim dəymir.
- Sizə elə gəlmirmi ki, məsələlərə daha çox Amerika vətəndaşı kimi yanaşırsınız?
- Mən problemə həm azərbaycanlı, həm də amerikalı kimi baxa bilirəm. Bəli, amerikalılar Azərbaycana belə yanaşırlar, cünki bu gün Azərbayçan bu ölkənin marağ dairəsində deyil. Amerikanın vətandaşları bilmirlər ki, bu ölkədə azad seçkilər yoxdur, hakimiyyət atadan oğula ötürülüb, korrupsiya və rüşvət tüğyan edir, buna etiraz edənləri isə tutub basırlar dama və yaxud məhv edirlər. Mən amerikalı olaraq görürəm ki, dünyada kifayət qədər avtoritar rejimlər var və bunları tədricən təmizləmək lazımdır. İran, Suriya və digər problemlər Amerikaya imkan vermir ki, tezliklə gedib başqa avtoritar rejimlərlə bağlı məsələsini həll etsin. Yəni ki, Azərbaycana növbə hələ ki çatmayıb. Ancaq azərbaycanlı kimi düşünəndə sizin kimi məndə fikir formalaşa bilər. Xüsusi olaraq deyim ki, Ukraynada baş verən hadisələr bu prosesi sürətləndirə bilər. Bu gün Ukrayna Rusiya üçün əsas ölkədir. Çünki Ukrayna Avropaya birləşsə, qalanları üçün bu yolu getmək asan olacaq.
- Ramiz bəy,siz dediniz ki, Azərbaycan hələ ki, öz növbəsini gözləməlidir. Bu prosessi sürətləndirən və yaxud ləngidən nə ola bilər?
- Azərbaycan bütövlükdə avtoritar ölkədir. Hakimiyyət özü üçün siyasi, iqtisadi və ideoloji sahə yaratdığından Bakıdan bu və ya başqa istiqamətdə qəfil hərəkət gözləmək mənasızdır.Əslində, biz pis-yaxşı 20 ildə “iki stulda oturmaq” siyasətinin şahidi olduq, yəni Rusiya və Qərb arasında. Bu siyasət o mənada uğur gətirdi ki, iqtidar hakimiyyətdə qaldı və indiki maliyyə imkanları hesabına polis dövləti yaratdılar. Hansı ki, fərqli fikrə yer yoxdur. Belə olanda sual yaranır: Bakı kursunu dəyişərmi? Və İlham Əliyev elə islahatlar apararmı ki, dünya Bakının xarici siyasət vektorunu başa düşsün? Bax, bu sualların cavabından Azərbaycanın özünü yaxın illərdə necə aparacağı asılıdır.Ona görə ki, yalnız Avropa Birliyi çərçivəsində bizim əsas ümummilli problemlərimizi, o cümlədən, Dağlıq Qarabağ münaqişəsini həll etmək olar. Birdəfəlik başa düşməliyik ki, hələki Rusiyanın bizim regiona təsirləri qaldıqca, bu münaqişə həll olunmayacaq. Yalnız Rusiyanı regiondan çıxartmaq lazımdır və o yolla getməliyik ki, bu variantla Cənubi Qafqaza siyasi və iqtisadi sabitlik gətirsin. ABŞ və Avropadakı müttəfiqləri məhz ona görə də “Şərq tərəfdaşlığı” proqramını yaradıblar. Bu siyasətə ya müqavimət, ya da dəstək vermək lazımdır. Yalnız bir şey deyə bilərəm, Bəli, ləngitmək olar, necə ki, Rusiya edir, ancaq qarşısını almaq mümkünsüzdür.
- Siz bizim siyasi elitanı əla tanıyırsınız. Siz necə düşünürsünüz, bu gün bizim siyasilər Azərbaycanı bu istiqamətdə apara bilərlərmi, və yaxud, nəyə görə Gürcüstanda bu dəyişikliklər baş verib, bizdə isə yox?
- Azərbaycanın milli hökümətinin, mərhum prezident Elçibəy başda olmaqla, ən böyük səhvi Gürcüstanda və ya Pribaltika ölkələrində olduğu kimi “Lüstrasiya haqqında Qanun”un qəbul edilməməsi oldu. Bunu nəyin bahasına olursa-olsun, etmək lazım idi. Bu halda keçmiş partnomenklaturanın və komsomol işçilərinin, eləcə də KQB əməkdaşlarının siyasətə yolu bağlanardı. Bu halda biz indi “heydərizm” faktoru ilə üzbəüz qalmazdıq. Amma neyləmək olar? Vəziyyət budur və indi Azərbaycanın desovetizasiyası üçün cəmiyyət demokratikləşməlidir. Keçmiş Varşava müqaviləsi ölkələri - sosialist düşərgəsinin ölkələri, Pribaltika, Gürcüstan bu yolu keçdilər. Kim bu yolu zamanında keçə bilmədisə, məsələn, Ukraynada olduğu kimi, indi ağrılı keçiddədir. Amma bu yolu hamı keçəcək və bizim elitalar bunu anlamalıdır. Onlar bunu eləməsələr,bunu yeni nəsil edəcək və biz bunu bu günki Ukraynada görürük.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycanın müqavimət potensialı Ukraynada hadisələrin nəticəsindən asılı olacaq”

    “Azərbaycanın müqavimət potensialı Ukraynada ...

    3-03-2014, 17:15

  • 
  • “Azərbaycanda hakimiyyət Ukraynayla müqayisədə Rusiyaya daha yaxındır”

    “Azərbaycanda hakimiyyət Ukraynayla müqayisədə ...

    3-03-2014, 12:31

  • 
  • “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər dəyəcək” - ŞƏRH

    “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər ...

    28-11-2013, 13:03

  • 
  • Avropa Birliyi Azərbaycanla assosiasiya sazişi imzalamağa hazırlaşmır

    Avropa Birliyi Azərbaycanla assosiasiya sazişi ...

    26-11-2013, 15:56

  • 
  • “Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqləri səngimək əvəzinə artacaq”

    “Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqləri ...

    25-11-2013, 15:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (225)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu