GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Bunlar abırsız adamlardır və hakimiyyətdən iki əlli yapışıblar

Bunlar abırsız adamlardır və hakimiyyətdən iki əlli yapışıblar

Tarix: 27-02-2013, 11:17 Bölmə :Müsahibə Baxış: 1 279
Bunlar abırsız adamlardır və hakimiyyətdən iki əlli yapışıblar

Zərdüşt Əlizadə:
“Bu seçkidən sonra 100 min insan mühacirətə gedə bilər”


Müsahibimiz politoloq Zərdüşt Əlizadədir. Z.Əlizadə Ermənistanda keçirilən son prezident seçkiləri, bu ölkədə baş verən siyasi proseslər, gözləntilər haqqında danışıb və Azərbaycana Rusya tərəfindən gözlənilən təhlükələrdən bəhs edib.
- Zərdüşt bəy, Ermənistanda prezident seçkiləri keçirilib. Hazırda düşmən ölkədə seçkidən sonra mürəkkəb ictimai-siyasi proseslərin baş verdiyi söylənilir. Siz Ermənistanda baş verən ictimai-siyasi prosesləri izləyən şəxs kimi baş verənləri necə şərh edirsiniz?
- Ermənistanda avtoritar, cinayətkar və oliqarxik bir rejim var. Xalq isə heç kimdir. Seçkilər də bir mərasimdir. Onlar bu mərasimi çalışıb abırlı keçirmək istəyirlər ki, qərb buna görə, onlara afərin desin. O da bəllidir ki, Ermənistan qərbdən asılı deyil. Təxminən altı aya yaxındır ki, Serj Sarkisiyan gah Moskvaya səfər edib bir milyard istəyirdi, gah da qərbə. Ancaq ona bunu verən tapılmadır. Həm də qarşıdan gələn ildə Ermənistanın dövlət büdcəsində problemlərin yaranacağı gözlənilir. Yalnız xaricdən alınan borcların faizini ödəmək büdcəni pis vəziyyətə sala bilər. Azərbaycandakı kimi orada neft və qaz yoxdur ki, rejim mənsubları kef etsin, iqtisadiyyatın inkişafı ilə məşğul olmayıb desin ki, hər şey əladır. Əksinə, Ermənistan hakimiyyəti inkişafla ciddi şəkildə məşğul olmalıdır. Həm də nəzərə alınmalıdır ki, oradakı hakimiyyət heç də bizdəki hakimiyyətdən az pul oğurlamır. Üstəlik onların iqtisadiyyatı çox zəifdir. İndi onlar qarşılsrına əsas iki vəzifə qoyublar: Dağlıq Qarabağ məsələsində özlərini demokrat göstərmək və müəyyən yardımlar əldə etmək üçün özlərini qərbpərəst kimi təqdim etmək. Ancaq onlar Rusiyanın tövləsində axura bağlanan bir məxluqdur. Onların heç cür qərbə yönəlməsi mümkün deyil. Çünki Ermənistan Qarabağ zənciri ilə Rusiyaya bağlanıb. Bildiyiniz kimi 2008-ci ildə Levon Terpetrosiyan seçki saxtakarlığına etiraz olaraq erməni xalqını küçəyə çıxardı. Bu zaman Robert Koçariyan xalqa atəş açdı, on nəfər qətlə yetirildi və yüzlərlə insan həbsə atıldı. Yalnız ötən ilə qədər siyasi məhbuslar azadlığa buraxıldı, amma on nəfərin qanı da yerdə qaldı. İndi bu dəfə Levon Terpetrosiyana və digər ciddi iddialı siyasətçilərə bəlli oldu ki, Qarabağ cütlüyü olan Robert və Serj hakimiyyəti Rusiyanın sifarişi olaraq əllərinə alıblar və heç kəsə verməyəcəklər. Yəni seçkilər boş şeydir. Bu səbəbdən də, həm Erməni Milli Konqresi, həm də Çiçəklənən Ermənistan Partiyası seçkilərdə namizədliyini irəli sürmədi. Hətta adətən ortada quyruq bulayan Daşnakstun Partiyası da namizədini ortaya çıxarmadı. Bu zaman ciddi resursları olmayan siyasətçilər namizədliklərini irəli sürdülər. Onların da, arasında ən çox səsi Raffi Ovanisiyan əldə etdi. Bu şəxsin atası Amerika, anası isə Ukrayna ermənisidir. Ermənistan müstəqillik əldə etdikdən sonra bu fiqur xarici işlər naziri vəzifəsini tutub. Amma sonradan onun Türkiyəyə qarşı əsassız və mənasız bəyanatlar səsləndirdiyinə görə vəzifədən çıxarıblar. Raffi o vaxtdan arada quyruq bulayır, gah o tərəfə gedir, gah da bu tərəfə.
- Ermənistanda seçkilərin demokratik keçirildiyi iddia olunur və bildirilir ki, seçkiyə qədər Serj Sarkisiyan bütün namizədləri və maraqlı şəxsləri pulla ələ alıb. Bu nə dərəcə doğrudur?
- Seçkilər biabırçı və saxtakarlıq şəraitində keçdi. Erməni xalqı Serjə nifrət edir. Bu şəxsin heç bir hörməti yoxdur. O yalnız varlı və oğru ermənilərə xidmət edir. Həmdə prezidentin haqqında erməni mətbuatı ən aşağılayıcı fikirlər yazır. Ancaq bunlar abırsız adamlardır və hakimiyyətdən iki əlli yapışıblar. Məsələn, erməni mətbuatı yazır ki, Serj Qarabağdan İrəvana gələndə göy kostyum və ağ krasovka ilə gəlmişdi, amma indi ancaq Avropa dəbində geyinir. Prezidentin qardaşı avtobus sürücüsü olub, amma hazırda Sevan gölünün sahilində 30 milyonluq dəbdəbəli villada dincəlir, böyük mülkləri var və s. Prezident hər zaman aşkarlıqdan danışır, amma onun ətrafı cani və varlı ermənilərdir. İndi bu seçkilər də seçkinin saxtalaşdırılması, karusel, topa ilə bülletenlərin qutuya atılması, korrupsiya sübut olundu. Raffi Ovanisiyan vədlərini artırmaq üçün bəyan etdi ki, mitinqə başlayır. Sonradan o Serjiklə danışdı. İndi Ovanisiyanın əsas məqsədi odur ki, ana müxalifət partiyası olsun, ona bir qədər yaxşı baxsınlar və s. Ancaq Ovanisyanın sədri olduğu partiyaya parlamentdə ən az yer verilib. İndi prezident seçkilərinə altı ay qalmışdan kampaniya aparılırdı ki, Ermənistan qərbpərəst mövqe tutub və qərbə inteqrasiya yolunu seçib. Bu da, çox gülməlidir. Təsəvvür edin ki, erməni hakimiyyəti rus qəfəsində oturaraq qərbə inteqrasiya olunmaqdan danışır. Bu mümkün olan şey deyil. Qarabağ zənciri ilə Rusiyaya bağlanan heç bir dövlət və hakimiyyət qərbə inteqrasiya yolunu seçə bilməz. Onlar sadəcə möhtəkirlik edirlər. Əlbəttə ki, belə bəyanatların verilməsi də səfirlərin və diplomatların xoşuna gəlir. Çünki Ermənistan hakimiyyəti bəyan edir ki, onun üzü qərb istiqamətindədir. Bunun sonunda ermənilər Avropadan bir milyard dollar istəyəcəklər. Avropanın siyasətində isə sadəlöhvlük ola bilər, amma maliyyədə heç vaxt sadəlöhvlük etmirlər. Avropanın maliyyə nöqtələrində ağıllı insanlar əyləşib. Fikrimcə, onlar Ermənistanın bankrot ölkə olduğunu gözəl bilirlər. Onlar əvvəlcdən Ermənistana pul vermədilər və dedilər ki, seçkini keçirin. Bizdə baxaq görək necə seçkilərdir. Serj Sarkisiyanda biabırçı bir seçki keçirdi. Hər halda Ermənistan vaxtı ilə qərbdən xeyli maliyyə alırdı, SSRİ-nin dağılmasından rolu oldu, Cənubi Qafqazın böyük dərəcədə qərbin nəzarətində keçməsində rol oynadı. Ancaq Ermənistan öz rolunu oynayıb və artıq qərbin maliyyə yardımlarına bel bağlamamalıdır. Onlar papaqlarını qarşılarına qoyub fikirləşməlidirlər ki, harada yaşayırlar, kimlər onların qonşularıdır və necə yaşamalıdırlar. Eləcədə Rusiyaya bel bağlamağın nə dərəcədə doğru olub-olmadığını düşünməlidirlər. İndiki halda hamı bilir ki, seçkilərin belə keçməsindən sonra mühacirətə axın daha da güclənəcək. Ötən il 65 min nəfər mühacirətə gedib. Ola bilsin ki, bu seçkidən sonra 100 min insan mühacirətə getsin.
- Bəzi ekspertlər deyirlər ki, demokratiya məsələsində Ermənistan Azərbaycandan bir addım irəlidədir və bu fakt Azərbaycan üçün gələcəkdə yaxşı bir şeylər vəd etmir. Bu nə dərəcədə əsaslı yanaşmadır?
- Mən belə düşünmürəm. Sanki Azərbaycan Ermənistanın timsalında güzgüyə baxır və özünü görür. Yəni eyni durumdur. Özümüzü aldadıb deməyək ki, orada müxalifət bizdə olan müxalifətən güclüdür. Bəli, vaxtı ilə müxalifət güclü idi. Zamanında Koçariyan Levonu devirəndə bir çox məmurlar Qarabağ klanının tərəfinə keçdi. Bizdə də, Heydər Əliyevin və İlham Əliyevin ətrafında müəyyən qədər cəbhəçi var. Sonra 2008-ci ildə bəzi məmurar tələsərək Levonun tərəfinə keçdilər. Qarabağ klanıda bu məmurları dərhal vəzifədən götürdü. Bundan sonra müxalifətin qaynaqları lap zəiflədi. İndi orda da həm ifadə azadlığı, həm sərbəst toplaşmaq, həm siyasi, həmdə iqtisadi azadlıqlar sahəsində vəziyyət elə Azəərbaycandakı kimidir. Ola bilsin ki, iqtisadi durum onları məcbur edib ki, iqtisadi sahədə Azərbaycandan bir qədər irəli getsinlər və müəyyən qədər azadlıqlar olsun. Amma qabağa getsələr də, heç kəs bu ölkəyə yatırım qoymur. İqtisadi azadlıq sahəsində Azərbaycanı qabaqlasalar da, bizim nef və qazımız var. Buna görə də, kimlərsə gəlib burada nələrsə tikirlər, yeni yataqlar işləyirlər. Ermənistanda bu hal yoxdur. Ona görə də, onlarda iqtisadi azadlıqlar son nəticədə Ermənistanın inkişafına gətirib çıxarmır. Ermənistanın iqtisadiyyatının bərbad gündə olmasının səbəbi bu ölkənin qeyri sabit olması, müharibə vəziyyətində qalması, başqa ölkənin torpaqlarını işğal etməsindədir. Ermənistanın qapısı Gürcüstana açıq olsa da, Azərbaycan və Türkiyəyə bağlıdır. Ona görə də, Ermənistanın gələcəyi yoxdur. Onlar özlərini Qarabağ qəfəsinə salıblar və burdan çıxış yolu ancaq və ancaq Azərbaycanla dil tapmaqdadır. Buna da, onların xəstə təfəkkürü imkan vermir.
- Ermənistanda fasiləsiz mitinqlər gedir, insanlar sərbəst şəkildə fikirlərini ifadə edirlər. Bizdə heç bu imkanda yoxdur...
- Orda hamı mitinq keçirir, amma hamı da martın 1-dən sonra öz cızığını bilir. Bizdə də zamanında Motoduromda, indi isə “20-ci sahə” deyilən ərazidə imkan verirlər. Yəni mitinq vaxtında toplaşıb vaxtında dağılanda heç kəs bir söz demir. Əsas odur ki, hakimiyyətə təhlükə olmasın. Yüz dəfə mitinq elə, toplaş danış və dağılış. Yəni Ermənistanda olan mitinqlər bizdə keçirilən mitinqlərdən ciddi sürətdə fərqlənmir.
- Türkiyə prezidenti Abdulla Gülün Serj Sarkisiyanı təbrik etməsi Azərbaycanda və Türkiyədə birmənalı qarşılanmayıb. Bunu hətta prezident Gülün erməni həmkarına jesti hesab edib. Necə düşünürsünüz, Surix anlaşmasından sonra ikinci dəfə türk-erməni yaxınlaşması baş verə bilərmi?
- Əvvəla, Türkiyə və Ermənistan qonşu dövlətlərdir. Pis-yaxşı bacardıqları budur. Ermənistanda seçkilər olub və Putin, Saakaşvili Serj Sarkisiyanı qələbə münasibəti ilə təbrik edib. Abdulla Güldə qonşu dövlət kimi təbrik etdi. Türkiyə tərəf ümid edir ki, ermənilərin ağlı nə vaxtsa başlarına gəlsə, Qarabağ məsələsini də, Türkiyə ilə münasibətləri də Serj Sarkisiyan yoluna qoymalıdır. Çünki tanınan prezident Serjdir. Odur ki, normal şəkildə onu təbrik etdilər. Burada mənfi bir şey axtarmağa lazım deyil. Onun bu addımına etiraz edənlər də var. Çünki həm Türkiyədə, həm də Azərbaycanda naşı adamlar çoxdur.
- Son günlər Azərbaycanın dövlət təhlükəsizliyinə şimaldan təhlükələrin yarandığı haqqında iddilalar səslənir. Bu nə dərəcədə realdır?
- Bunlar boş söhbətdir. Rusiya Azərbaycana niyə müharibə elan etməlidir ki? Rusiya Qəbələ RLS-dən çıxıb və daha yaxşı RLS açdı. Həm də, Azərbaycan Rusiyanın çəkdiyi cızığdan kənara çıxmır. Ayağını aradan bir cızığın üstünə qoyur və sonrada geri çəkir. Azərbaycana deyilir ki, Ermənistana toxunma. Azərbaycanda toxunmur. Daha öz xalqını talayırsansa bu da sənin işindir və Rusiya bu məsələyə müdaxilə etmir.
- Hərbi ekspertlər iddia edir ki, Azərbaycan hökuməti Rusiyadan qorxduğu üçün təcili müdafiə nazirini Ankaraya göndərərək Türkiyə ilə hərbi əməkdaşlıq haqqında saziş imzaladı...
- Rusiyadan ABŞ-da qorxur. Rusiya yeganə dövlətdir ki, 40 dəqiqəyə ABŞ-ı məhv edə bilər. Deməli, Azərbaycanı da məhv edə bilər. Deməli Rusiyadan qorxmaq lazımdır. Amma qorxmaqla bərabər elə siyasət apar ki, öz milli maraqlarını qoruya biləsən. Diplomatiyanın məharəti bundadır. Rusiya ilə münasibətlərdə lotuluq eləmək lazım deyil. Heç ABŞ-da lotuluq eləmir. Amma lazım gələndə istəyinə də nail olmaq üçün diplomatik imkanlardan istifadə edə, fürsətlərdən yararlana bilər. Rusiyaya düşmən olan dövlət rəhbəri öz dövlətinin də düşmənidir. Rusiya Qafqaz ölkələri üçün vacib ölkədir. İndi bizim potensial bazarımız Avropa deyil, Rusiyadır. İki milyona yaxın azəri Türkiyə də deyil, Rusiyada yaşayır. Rusiya ilə Qafqaz dövlətləri hesablaşmalı və çalışıb dil tapmalıdır. Azərbaycan Rusiya kimi dövlətdə Polad Bülbüloğlunu səfir olaraq saxlayırsa, demək biz sadaladığımız məsələləri tam dərk etməyib. Rusiya bizə çox ziyan vura bilər. Biz çalışmalıyıq ki, bunu zərərləşdirək.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Ermənilərin yeni müharibə planı

    Ermənilərin yeni müharibə planı ...

    25-07-2016, 22:04

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (283)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu