GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Ərdoğan Türkiyədəki mitinqləri başqa istiqamətə yönəldir”

“Ərdoğan Türkiyədəki mitinqləri başqa istiqamətə yönəldir”

Tarix: 26-07-2016, 23:59 Bölmə :Müsahibə Baxış: 1 335
“Ərdoğan Türkiyədəki mitinqləri başqa istiqamətə yönəldir”

Oqtay Qasımov: “Əmrə tabe olan, sıravi əsgərlərə qarşı münasibət məsələsi var. Bu ciddi narahatlıq doğurur. Məncə, bu məsələlər bir qədər başqa formada həll edilə bilər”

Suallara mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov cavab verir. Prezident köməkçisi Türkiyədəbaş verən çevriliş zamanı bu ölkədə səfərdə olub.

- 15 iyul tarixində Türkiyədə olmuşunuz. Ordunun bir qrupu tərəfindən çevrilişə cəhd haqqında xəbəri haradan eşitdiniz?

- Hamı kimi sosial şəbəkədən eşitdik. Biz iyulun 13-17-də Konya şəhərində tədbirə qatılmışdıq. Konya Ankaranın 250 kilometrliyində yerləşir. Tədbirdən sonra, iyunun 15-i saat 11-də baş nazir Binəli Yıldırımla konfrans iştirakçılarının bir qrupunun görüşü təşkil edilmişdi. Biz həmin gün Ankara şəhərinə gəldik. Çankaya Köşkündən konfrans iştirakçılarından təxminən 40-a qədər nümayəndəsini baş nazir qəbul etdi. Bu görüşdən sonra biz Ankaradan Konyaya qayıtdıq. Konyaya qayıtdıqdan sonra narahatlıq hiss edilirdi. Konfransı Ağ Partiyaya yaxın qurumlar təşkil etmişdi və baş nazirlik buna dəstək verirdi. Hadisə ilk olaraq belə başlandı ki, İstanbulda boğaz körpüsünə tanklar yeridilir. Televiziyada canlı yayımlar başladı. Bizim də artıq Ankara və İstanbuldakı dostlarla əlaqəmiz yarandı. Məlumatlı olan insanlarla əlaqə saxlayırdıq. Təbii ki, hadisələrin baş verdiyi gecə yatmadıq və prosesləri izlədik. Həmin müddətdə Konyada sakitlik idi. Hərbi Hava Qüvvələrinin III korpusu da Konyada yerləşir. Əslində ən böyük hərbi hava bazasıdır. Biz iyulun 17-də Konyanı tərk etdik. Çünki uçuşlar dayandırılmışdı. Bu səbəbdən də Konyadan İstanbula avtobusla getmək məcburiyyətində qaldıq. Konyadan aralandıqdan az sonra məlum oldu ki, Konyadakı hərbi hissədə də əməliyyat keçirilib və müəyyən şəxslər saxlanılıb. İstanbula gecə saatı 02:00 radələrində çatdıq. Bizə ayrılan otel İstanbul Böyükşəhər Bələdiyyəsinin önündə idi. Burada keçirilən aksiyanı da müşahidə etmək imkanımız oldu.

- Müşahidələriniz nəyi deyir: meydanlarda insanlar çoxdurmu?

- Təbii ki, bu Ədalət və İnkişaf Partiyasının təşkil etdiyi mitinqlərdir. Burada ictimai nəqliyyatın bir hissəsi xalqa açılıb. İnsanlar çoxdur. Cəmiyyətin mütləq əksəriyyəti hərbi çevrilişin əleyhinədir. Yəni siyasi mənsubiyyətindən asılı olmayaraq insanlar çevrilişə qarşıdır. Ağlı

başında olan hər kəs anlayır ki, qeyri-qanuni istənilən çevriliş ölkənin uzun illər geriyə düşməsinə səbəb olur.

- İstanbulda daima xarici turistlər olur, onlara restoranlarda, ticarət mərkəzlərində rast gəlinir. Bu hadisələr turistlərə, ticarətə təsirini göstərmişdimi?

- Əslində bunun görüntüləri var idi. İmkanım daxilində müşahidələr aparırdım. Həm gələn turistlərin sayında müəyyən problemlər görünürdü, həm də otellərdə qalan turistlərin çoxu vətənlərinə qayıtmağa üstünlük verirdilər. Ticarətdə bir durğunluğu hiss etdim. Maraq üçün bəzi alış-veriş yerlərində müşahidə apardım. Hiss ediləcək zərəri var. Nümayiş və mitinqlərin keçirilməsi bir qədər də prezident Ərdoğanın çağırışı və istəyi əsasında keçirilir. Baş nazir və Türkiyə Silahlı Qüvvələri çevrilişin sabahı günü ciddi ölçülərin görüldüyü, vəziyyətin nəzarətdə olduğu haqda bəyanat verib. Türkiyə Böyük Millət Məclisinin toplantısında da bu məsələ səsləndirilib. Amma Prezident Ərdoğan hesab edir ki, mitinqlər davam etməlidir. Əlbəttə, orada məni narahat və məyus edən hadisələrdə var. Bu xüsusilə əsgərlərə olan münasibətdir. Cəmiyyət də artıq bundan narahat olur. Əmrə tabe olan, sıravi əsgərlərə qarşı münasibət məsələsi var. Bu ciddi narahatlıq doğurur. Məncə, bu məsələlər bir qədər başqa formada həll edilə bilər. Qənaətimcə, proseslərin gedişatının Türkiyə dövlətinin inkişafı istiqamətində iki variant mümkündür. Bu hadisədən sonra siyasi partiyalar çevrilişə qarşı sərt mövqe sərgilədilər, birlik nümayiş etdirdi. Bu türk cəmiyyətinin çoxdan axtardığı həmrəylik idi və özünü göstərdi. Bu da, sonrakı dönəm üçün demokratik proseslərin və həmrəyliyin inkişafı üçün bir təməl ola bilər. İkincisi, Türkiyədə bir çoxlarını qayğılandıran başqanlıq sistemi ideyasının qəbulu məsələsidir. Başqanlıq sistemi reallaşdırıla bilər.

Ancaq ümumilikdə bir qədər gözləməyə, hadisələrin bir qədər də durulmasına ehtiyac var. Burada birmənalı olaraq demək olar ki, hərbi çevrilişə cəhd edilib və bunun qarşısı alınıb. Eyni zamanda hərbi çevriliş birmənalı pislənməlidir. Digər məsələlərlə bağlı zamana ehtiyac var və zamanla aydınlaşmalıdır.

- Türkiyədə bir qrup ordu mənsubunun dövlət çevrilişinə cəhdini necə qiymətləndirirsiniz?

- İlk öncə bəyan edirəm ki, şəxsiyyətinə münasibətindən, apardığı siyasətə müxalif olub-olmamssından asılı olmayaraq siyasi qüvvənin zorakı yolla hakimiyyətdən devrilməsi yolverilməzdir, dövləti cinayətdir, konstitusiyaya ziddir.

- Keçirilən görüşlərdə bir gərginlik, narahatlıq hiss edilirdimi?

- Konkret olaraq iyunun 15-i axşam saatlarında Türkiyədə baş verən hadisəyə gəldikdə hesab edirəm ki, bir qədər səbirli davranmaq lazımdır. Çünki orada çox mürəkkəb vəziyyət var. Odur ki, konkret fikir söyləmək çətindir.

Dediyim kimi, biz Türkiyədə olduğumuz vaxt konfransa qatılmışdıq. İyunun 14-də Türkiyə baş nazirinin müavini Numan Kurtulmuşda konfransda çıxış etdi. Bir qədər diqqətli olanda onun çıxışında gərginlik müşahidə edilirdi. İyunun 15-də biz Ankarada baş nazir Binəli Yıldırımın qəbulunda olduq. Təxminən 40-45 dəqiqə sürən görüşdə onun çıxışı zamanı hansısa narahatlıq və gərginliyi diqqətlə baxanda sezmək mümkün idi. Təbii ki, onlar da hansısa hərəkətlərin ola biləcəyi haqda məlumat var idi. Ancaq ümumən bu məsələlər Türkiyədə müzakirə edilir, müxtəlif fikirlər səslənir. Ancaq Türkiyə vətəndaşlarının, siyasi qüvvələri, ictimai qurumları Türkiyədə xalq tərəfindən seçilən hakimiyyətin qanunsuz yolla devrilməsinin əleyhinədir. Bu birmənalıdır. Doğrudur, iyunun 15-dən sonra meydanlarda olan insanların, mitinqlərin istiqaməti bir qədər dəyişdirilir, bunu daha çox bir partiyanın adına bağlamaq istəkləri var. Dediyim kimi, mən iyulun 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin qarşısındakı mitinqə qatıldım, orada müşahidələr apardım. Orada ancaq AKP üzvləri və bu partiyaya simpatiyası olan vətəndaşlar toplaşmamışdı. Burada Millətçi Hərəkat Partiyasının, digər quruluşlara mənsub olduğu hiss edilən insanlarda var idi. Bu hərəkatın kim tərəfindən planlaşdıraraq həyata keçirilməsindən asılı olmayaraq bu addımlar Türkiyə dövlətinə zərər verdi. Eləcədə Türk Silahlı Qüvvələrinin həm nüfuzuna, həm də gücünə böyük zərəri oldu. Ordunun təxminən 6 minə yaxın şəxsi heyəti saxlanılıb. Burada sıravi əsgərlərdən tutmuş yüksək çinli hərbçilər daxildir. Hərbi Hava Qüvvələri acınacaqlı durumdadır. Türkiyə Silahlı Qüvvələrində təyyarələri göyə qaldıracaq pilotların böyük əksəriyyəti həbs edilib. Məncə, bu məsələlər daha geniş araşdırılmalı, analiz aparılmalıdır. İndi hadisələr yenicə baş verib. Hesab edirəm ki, zamanla informasiyalar daha çox olacaq.

-İndi məlum olur ki, Milli Kəşfiyyat Təşkilatı ordudakı bəlli şəbəkənin çevrilişə cəhd edəcəyi haqda informasiyaya sahib olub və iyulun 15-s saat 16:00-da bu haqda Baş Qərargaha informasiyanı çatdırıb. Hətta Baş Qərargahda vəziyyət dəyərləndirilib və bir sıra tədbirlər həyata keçirilib. Ancaq buna baxmayaraq ordudaki şəbəkənin hərəkətini tam olaraq dayandırmaq mümkün olmayıb..

- Bu çevriliş cəhdini Fətullah Gülən tərəfdarlarının təşkil etdiyi elan edilib. Çevrilişin başında sabiq Hava Qüvvələri Komandanı Akın Öztürkün olduğu ifadə edilib. Ancaq iş ondadır ki, haqqı və qabiliyyəti çatmayan Öztürkü Türkiyə Hava Qüvvələrinə komandan gətirilib, sonra vaxtı artırılıb, daha sonra komandan vəzifəsindən azad edildikdən sonra Yüksək Əsgəri Şurada saxlanılıb. Bu məsələ aydınlaşdırılmalıdır. Biz məsələlərə kənardan baxırıq, vizual olaraq görürük. Cəmiyyətin içində haqlı suallarda yaranır.

Bildiyiniz kimi 2010-cu ilə qədər Türkiyə Silahlı Qüvvələrində çoxsaylı generallar həbs edildi. İllər keçdikdən sonra məlum oldu ki, bu generallar şərlənərək və haqsız yerə həbs ediliblər, onlara müxtəlif damğalar vurulub. Əslində məhz o həbslərin nəticəsi olaraq iyunun 15-də baş verən hadisələr ortaya çıxdı. Türkiyə Silahlı Qüvvələrində rütbələnmə və vəzifələrə irəli sürülməli Yüksək Əsgəri Şura tərəfindən həyata keçirilir. Bu zaman qabiliyyətinə və xidmətinə görə, hərbçilər irəli çəkilir. 2010-cu ilə qədər, yəni generalların həbs edilməsi prosesinə qədər Yüksək Əsgəri Şuranın zabitləri rütbələndirməsi və irəli çəkilməsi prosedurasında yanlışlığa yol verməsi ehtimalları çox aşağı idi. Ancaq həmin dövrdə yüksək postlarda olan generallar həbs edildi. Və nəticədə sistemdə boşluq yarandı. Bu zaman boşluğu doldurmaq məqsədilə aşağı rütbəli zabitlər öz rütbəsinə uyğun olmayaraq iki və bəzən üç pillə irəliyə çəkildi, vəzifələr tutdu. Məhz bu səbəbdən də haqqı, qabiliyyəti olmayan bir adam nədən komandan, Yüksək Əsgəri Şuranın üzvü oldu sualları ortaya çıxır. O zaman aparılan həbslərin nəticəsi olaraq bu gün Gülənçi deyilən şəbəkənin orduda yüksək postlar tutmasına gətirib çıxardı. Və son nəticədə indiki situasiya yarandı. Ancaq 15 iyul hadisələri durulmalı və sonra münasibət ifadə edilməlidir. İndilikdə bizlər ancaq ehtimallarımızı səsləndiririk.

Nemət Orucov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Türkiyədə qanlı çevriliş cəhdinin səbəbləri

    Türkiyədə qanlı çevriliş cəhdinin səbəbləri ...

    26-07-2016, 23:46

  • 
  • Elçibəyin köməkçisindən sərt cavab – “Atdığın iftiranı…”

    Elçibəyin köməkçisindən sərt cavab – “Atdığın ...

    26-05-2016, 16:58

  • 
  • Ermənilərin yeni müharibə planı

    Ermənilərin yeni müharibə planı ...

    25-07-2016, 22:04

  • 
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (230)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu