GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » 2010-cu ildə mənə təkif etdilər ki, Rusiyameylli təşkilat yaradıb bu prosesi aparaq

2010-cu ildə mənə təkif etdilər ki, Rusiyameylli təşkilat yaradıb bu prosesi aparaq

Tarix: 12-06-2013, 15:37 Bölmə :Müsahibə Baxış: 855
2010-cu ildə mənə təkif etdilər ki, Rusiyameylli təşkilat yaradıb bu prosesi aparaq
Vidadi İsgəndərli: “Narazılığım dostlarımın, əqidədaşlarımın mənə qarşı xəyanəti ilə bağlıdır”
Suallarımıza hüquq müdafiəçisi, vicdan məhbusu Vidadi İsgəndərli cavab verib. Qeyd edək ki, son günlər hüquq müdafiəçisi ilə AXCP arasında müəyyən problemlər yaşanır. V. İsgəndərlinin Milli Şuraya daxil edilməməsi də haqlı narazılıqlara səbəb olmaqdadır.
- Vidadi bəy, sizinlə aparıcı müxalifət partiyalarının liderləri arasında hansı problemlər yaranıb, nədən onları tənqid edirsiniz?
- Mən hüquq müdafiəçisiyəm və həbsdən çıxan kimi bəyan etdim ki, heç bir siyasi iddiam yoxdur. Mən hüquq müdafiəçisi olaraq Azərbaycanda demokratiyanın olması üçün hər şey edəcəyəm. Hətta “Azadlıq” radiosunda bəyan etdim ki, hakimiyyətdən o qədər siyasi terror, ailəmə təzyiq görmüşəm ki, bir müddət siyasətlə məşğul olacağam. Və əsas məqsədim də hakimiyyəti ifşa etmək olacaq. Qısası, korrupsiya, rüşvətxorluq, qanunsuzluq, hakimiyyətin düzgün idarə olunmaması və s məsələlərin üzərinə gedəcəyəm. Hətta dedim ki, fəaliyyətimin 20 faizini hüquq müdafiəçiliyinə, 80 faizini isə siyasətə ayıracağam. Məqsədim də demokratik cəmiyyətin qurulmasına dəstək olmaqdır. Sonrada İctimai Palatanın sessiyasına gələrək çıxış etdim, AXCP və Müsavatı dəstəklədiyimi ifadə etdim, həbsdə olduğum müddətdə məni və ailəmi dəstəklədikləri üçün təşəkkürümü bildirdim. Bundan sonra, yanvarın ortalarında “Yeni Müsavat” qəzetinə müsahibə verdim və dedim ki, iqtidara qarşı mübarizə aparan Əli Kərimlini də, İsa Qəmbəri də dəstəkləyəcəyəm. Ancaq jurnalist dedi ki, sizin bu şəxslərin ikisinin də namizədliyini müdafiə etməyiniz alınmayacaq, birini müdafiə etsəniz digəri sizə düşmən münasibətdə olacaq. Sonra İsa Qəmbər prezidentliyə namizədliyini irəli sürdü və bu AXCP tərəfindən narazılıqla qarşılandı. Təxminən 40 gün əvvəl mən İctimai Palatada çıxış edərək İsa Qəmbərin namizədliyini dəstəklədim və bildirdim ki, sabah Əli Kərimli də namizəd olsa, onu da dəstəkləyəcəyəm. Nəhayətdə seçkilər yaxınlaşanda vahid namizədi müəyyən edib onu müdafiə etməliyik. Sonra Müsavat İsa Qəmbərin, AXCP isə Əli Kərimlinin layiqli namizəd olduğunu ifadə etməyə başladı. Mən də dostlarıma dedim ki, hətta AXCP ilə Müsavat birləşsə belə, bu hakimiyyətin əldə olunması demək deyil. Onlara məsləhət gördüm ki, bir qədər partiya maraqlarından uzaq olsunlar. Əlavə etdim ki, müxalifətin böyük koalisiyası yaranmalı, bu koalisiya xalqın içinə gedərək dəstək qazanmalıdır. Avtoritar rejimdə seçki yolu ilə hakimiyyətə gəlmək yalandır, böhtandır və mümkün də deyil. Sonra biz partiya sədrləri ilə ayrı-ayrılıqda görüşdük və belə qərara gəldik ki, kimin hansı bölgədə nüfuzu varsa namizədliyini irəli sürərək xalqı aktivləşdirsin. Sözsüz ki, həmin vaxt hakimiyyətdən mənə ciddi basqılar var idi. Beləcədə martda bəyan etdim ki, prezidentliyə namizədliyimi irəli sürəcəyəm. Əlavə də etdim ki, mənim siyasi iddiam yoxdur və məqsədim xalqı bu bəladan qurtarmaq üçün əlimdən gələni etməkdir. Bu bəyanatdan bir gün sonra AXCP sədri ilə söhbətimiz oldu və beləcə konflikt düşdü. Qurban Məmmədov, Şahin Həsənov və başqa dostlarımız dedi ki, belə yaramaz, münasibətlər qaydasına qoyulmalıdır. Əslində isə Əli Kərimli mənimlə tonla danışdı və məndə onun cavabını qaytardım. Bu da şəxsi münasibətlərdə problemə çevrildi. Mən buradan bəyan edirəm ki, Vidadi İsgəndərlinin bir müxalifət partiyası olan AXCP ilə heç bir problemim yoxdur. Problem odur ki, Əli Kərimli ilə şəxsi münasibətlər zəmnində aramızda konflikt olub. AXCP böyük bir artiyadır və mən məsə bir şey deyəndə bəziləri dərhal təhqirə keçirlər. Bu isə qəbuledilməzdir.
- Sizdə onlara reaksiya verməyin və doğru bildiyiniz yolla gedin...
- Səmimi deyim ki, mən siyasətə gələndə hiss etdim ki, iddialı müxalifət partiyaları artııq mənə bir rəqib kimi baxırlar. Hiss etdim ki, mənə qarşı inamsızlıq yarandı, düşündülər ki, Vidadi İsgəndərlinin siyasi iddiası var. Mən siyasətə təmiz ürəklə gəlmişdim, məqsədim həm siyasətçilərə, həm də xalqıma kömək etmək idi. Bu müddətdə anladım ki, hakimiyyətdə və ticarətdə monopoliya olduğu kimi təəssüflər olsun ki, müxalifətdə də siyasi monopoliya var. Başqa sözlə, bu üzdə bilinməsə də, daxildə siyasi qısqanclıq yaranır. Mənim Əli Kərimli ilə konfliktim yaranandan sonra məni tədricən “Azadlıq” qəzetindən, “Media TV-dən” və onlara yaxın olan digər mətbu orqanlardan uzaqlaşdırdılar. Hətta mən aprelin 27-də həbs ediləndə həbsimə onların nəzarətində olan media ciddi reaksiya vermədi, elə müxalifət partiyaları da bəyanat vermədi. Beləcə mən anladım ki, bu siyasi qısqanclığın nəticəsidir. Amma mən birlik naminə hər şeyi unutdum və hüquq müdafiəçisi kimi AXCP üzvlərinə edilən təzyiqlərlə bağlı bəyanat verdim, ad günlərində təbrik etdim, Əbülfəz Qurbanlı və Turqut Qəmbər həbs ediləndə “Başımızı keçəl qırxaq” kampaniyasına qoşuldum. Habelə Fuad Qəhramanlıya edilən təhdidlərə reaksiya verdim, Əli Kərimlinin qayınının əsassız həbsinə dair bəyanat səsləndirdim. Və səmimi qəlbdən izah etmək istədim ki, mənim siyasi iddiam yoxdur. Amma görünən budur ki, yara dərin imiş. Mən olub keçənləri unutmağa çalışsam da, bunların unutmadıqlarını gördüm.
- Milli Şura ilə bağlı narazılığınız və probleminiz nədən ibarətdir?
- Mən Milli Şuranı dəstəkləyənlərdən biri olmuşam. O mənadakı müxalifət birləşib xalqla təmas yaratsın və dəstəklənsin. Sonunda da Azərbaycanda demokratik bir cəmiyyət qurulsun. Əgər siz sosial şəbəkələrə diqqət etsəniz görərsiniz ki, mən Milli Şura təsis olunana qədər hər kəsi təbrik edirdim. Hətta İqbal Ağazadə və Sərdar Cəlaloğlu Milli Şuraya qarşı çıxanda mən facebook-da onlar müharibə elan etdim. Onu da qeyd edim ki, hələ Milli Şura elan olunmazdan əvvəl Avropada yaşayan dostlardan biri mənə zəng edərək bildirdi ki, AXCP Avropada mənə qarşı kampaniya aparır.
- AXCP-nin Avropada kiməsə qarşı təbliğat aparmaq imkanı varmı?
- Son dövrlər Avropada müxalifətin iki təşkilatı yarandı. Bunlardan biri Qabil Rzayevin sədri olduğu Demokratik Birlik Təşkilatıdır. Bu qurum İsveçrədə yerləşir. İkinci qurum isə Demokratik Azərbaycan Birliyidir. Mən hər iki təşkilatın üzvü idim, amma bir müddətdən sonra gördüm ki, onlar mənimlə məsafə saxlayırlar, münasibətlərində soyuqluq hiss edilir, məndən qaçırlar və s. Sonra bir nəfər dostumuz mənə dedi ki, mənə qarşı altdan-altdan iş görürlər.
- Siz niyə Milli Şurada yoxsunuz?
- Mənim Milli Şurada təmsil olunmamağımın dərin kökləri var. Milli Şura deyilən qurumu bir çox siyasətçilər Rusiyanın layihəsi hesab edirlər. Mən sizə bir fakt deyirəm. 2005-ci ildən başlayaraq Rusiya emissarları Bakıya gəlib gedirlər. Mən hələ həbsdə olanda Şahin Həsənliyə hansı şəraitdə Azərbaycanda hakimiyyət dəyişikliyinin ola biləcəyini sadalamışdım. Dedim ki, bir variant forsmojor situasiyadır, digəri, Rusiya və ABŞ-ın razılığı ilə hakimiyyət dəyişikliyidir, üçüncüsü, Azərbaycanda baş verəcək inqilab buna səbəb olar, dördüncüsü, hər hansı bir super dövlətin İlham Əliyevi dəstəkləməməsi variantıdır. İndi isə bizdə dördüncü variant baş verməkdədir. Yəni super dövlətlərdən birinin Azərbaycan iqtidarı ilə işləməmək qərarı. 2010-cu ildə Rusiyanın Edinni Rosiya Partiyasının üzvləri ilə Bakıda mənim görüşüm olub. O zaman onlar təklif etdilər ki, Rusiyameyllu təşkilat yaradaq və sizdə bu prosesi aparın. Məndə soruşdum ki, sizin niyyətiniz nədən ibarətdir? Dedilər ki, nə qədər Azərbaycan siyasi mənada Rusiyanın yanında deyil Qarabağ problemi həll edilməyəcək. Məndə dedim ki, siz Qarabağı qaytara bilərsinizsə, mən bu haqda xalqıma mesaj verim. Onlarda dedi ki, bizə Qarabağ deyil, bütün Azərbaycan lazımdır. Həmin vaxt mən onların təklifindən imtina etdim. Həbsdən çıxandan sonra onların nümayəndəsi yenidən yanıma gəlmişdi və özlərinə sərf edən insan axtarırdılar ki, onların projesini həyata keçirsinlər. Hətta təklif etdilər ki, mən və “Milyarderlər İttifaqında” təmsil olunan daha bir şəxs bu proseslərə başlayaq. Məndə onda qəti sürətdə dedim ki, burada Rusiyanı müdafiə edən siyasi qurum yoxdur və bundan sonra da olmayacaq. Sonrada onlara dedim ki, ölkədə AXCP və Müsavat kimi təşkilatlar var ki, onları xalq dəstəkləyir. Bu qurumları arxada qoyaraq yeni qurum yaratmaq və xalqdan dəstək almaq mümkün deyil. Sanki onlara bir ideya verdim. Bundan sonra ortaya Milli Şura ideyası atıldı. Mən səmimi deyirəm, bu gün Milli Şurada islam Partiyasının, Rusiyameylli şəxslərin təmsil olunması göz önündədir və onlar AXCP və Müsavatla birlikdə Milli Şuranı yaradıblar. Görəsən bu mənim yuxarıda dediyim iki super dövlətin razılığını nəticəsidir, yoxsa bir super dövlətin?Mənə elə gəlir ki, Rüstəm İbrahimbəyov Milli Şuranın yaradıcısı, ideoloqu və koordinatoru deyil. İbrahimbəyov bu təşkilatın yaradılmasında bir oyunçudur. Onların koordinatorları da, məsləhətçiləri də var. Əgər bu gün siz orada olan siyasi partiyaların nəsə həll etdiyini düşünürsünüzə, məncə, səhv edirsiniz. Çünki orada təmsil olunan partiyalar əsas rol oynamayacaqlar.
- Sizin Milli Şuraya düşməməyinizə səbəb nədir?
- Fikrimcə, mənim Milli Şuraya düşməməyimin səbəbi həm bu qurumu koordinasiya edən yüksək səviyyəli adamlardır, həmdə konsensus yolu ilə mənim ora düşməməyimə bir nəfər veto qoyub. Bu şəxs böyük ehtimalla AXCP sədridir. Yəqin ki, Rüstəm İbrahimbəyovun Rusiyadan razılığı alınıb. O, Avropaya səfər etməklə və Milli Şuranın sədri statusunda danışıqlar aparıb dəstək ala bilsə, bu çox gözəl variant olardı. Yox əgər, qərb dövlətləri buna razılıq verməsi, bu ancaq Rusiyanın layihəsi olsa inanın ki, Müsavat Partiyası heç vaxt bu ideyanı dəstəkləməyəcək və Milli Şuranı tərk edəcək. Rüstəm İbrahimbəyov və Milli Şuranın üzvləri ataları üçün deyil, Azərbaycan xalqı üçün hakimiyyət qururlar. Vidadi İsgəndərli də eyni şeyi istəyir.
- Amma sizi daha çox Milli Şuranın əleyhinə çıxan şəxs kimi təqdim edirlər...
- Bu da siyasi qısqanclıqdan doğur. Hətta bu adamlar mənim facebook. com ünvanımda olan səhivəmi belə bağlatdırıblar. Mənim onlara yazığım gəlir. Konket suala gəldikdə isə hazırda bir qrup siyasi partiya Milli Şuraya qarşı çıxış edirlər. Mən bunu hələlik xəyanət adlandırıram. Mən Milli Şuranı dəstəkləyirəm və bunu da açıq ifadə edirəm. Mən orada bəzi şəxslərin təmsil olunmasına qarşıyam. Bu da ayrı mövzudur. Milli Şuraya qarşı çıxmıram. Millətin Milli Şuraya inamı yaranıb. Mən isə bəzi dostlarımızın mənə xəyanət etməsini qeyd edirəm. Əksinə, Əgər İbrahimbəyov və başqaları mənim orada olmamağımda təkid etsəydilər, dostlarım bunun əksini sübut etməyə çalışmalı idilər. Amma təəssüf ki, bunun əksi olub. Mən KXCP sədri Mirmahmud Mirəlioğluna təşəkkürümü ifadə edirəm. Mən Milli Şuraya o zaman qarşı çıxa bilərəm ki, bu qurum Azərbaycanı hansısa dövlətin əyalətinə çevirmək üçün addın atsın, milli ideologiyamızın əksinə getsin. Əgər bu yoxdursa, mən nədən onlara qarşı çıxım? Sadəcə olaraq demişəm ki, onlar məni saymırsa, məndə onları saymaram. Mənim davam odur ki, mənim dostlarımdan biri siyasi baxımdan səhvə yol verərək mənim daha “lazımsız” biri olduğumu iddia edib. Bu da mənim xoşuma gəlməyib. Mənim siyasi iddiam yoxdur, vəzifə də istəmirəm. Onlar bu mübarizədə prezident olmaq istədiyi halda mən şəhid olmağa hazıram. Çox təəssüflər olsun ki, AXCP rəsmiləri məni təhqir etməkdə davam edir. Bu çox pis haldır. Mən Milli şura davası etmirəm. Söhbət dostlarımın, əqidədaşlarımın mənə qarşı törətdikləri siyasi cinayətdən gedir .Mən ondan incimişəm.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vidadi İsgəndərlinin həbsinə etiraz

    Vidadi İsgəndərlinin həbsinə etiraz ...

    21-04-2013, 15:08

  • 
  • Vidadi İsgəndərlinin qəzetimizə verdiyi müsahibə səs-küy doğurdu

    Vidadi İsgəndərlinin qəzetimizə verdiyi müsahibə ...

    20-12-2013, 19:24

  • 
  • Vidadi İsgəndərli ABŞ səfirliyində nə danışıb?

    Vidadi İsgəndərli ABŞ səfirliyində nə danışıb? ...

    25-05-2014, 12:50

  • 
  • Azərbaycan prezidentliyinə namizəd xaricdən siyasi sığınacaq istədi

    Azərbaycan prezidentliyinə namizəd xaricdən ...

    19-07-2013, 16:43

  • 
  • “Azərbaycan” keçmiş vicdan məhbuslarına böhtan atdı

    “Azərbaycan” keçmiş vicdan məhbuslarına böhtan ...

    8-01-2013, 10:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu