GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Onlar yalnız bir-birini məhv etmək üçün bir araya gələ bilərlər” – SƏRDAR CƏLALOĞLU

“Onlar yalnız bir-birini məhv etmək üçün bir araya gələ bilərlər” – SƏRDAR CƏLALOĞLU

Tarix: 22-12-2018, 14:40 Bölmə :Müsahibə Baxış: 489
“Onlar yalnız bir-birini məhv etmək üçün bir araya gələ bilərlər” – SƏRDAR CƏLALOĞLU


“Müxalifətin ölkənin heç bir problemi ilə bağlı ortaq mövqeyi yoxdur”

“Bu toplantıdan müxalifətin davamlı və uzunmüddətli birgə fəaliyyəti ilə bağlı qərar çıxacaqsa, bu, artıq ən böyük naliyyət olacaq”

“Azərbaycanda bəlli siyasi qüvvələr var ki, onların qabağına Azərbaycan müxalfətinin bir araya gəlməsinə imkan verməmək tapşırığı qoyulub”

Keçmiş daxili işlər naziri, AMDP sədri İsgəndər Həmidovun təşəbbüsü ilə keçiriləcək “Müxalifətin zirvəsi”nə bir neçə gün qalır. Dekabrın 25-də saat 12:00-da KXCP-nin qərargahında təşkil olunacaq zirvə görüşünə dəvət olunan partiya sədrlərinə, tanınmış siyasətçilərə artıq dəvətnamələr göndərilib.
Bu barədə açıqlama verən İ.Həmidov siyasətçilərlə bir-bir görüşdüyünü söyləyib: “Görüşlərimiz davam edir. Dəvətnamələrin artıq demək olar ki, əksəriyyəti paylanılıb. Dəvətnamələrdən başqa dəvətlilərlə fərdi görüşlərə də ciddi üstünlük veririk... Ayın 25-də saat 12:00-da hər kəsi dəyirmi masa ətrafında görmək istəyirik. Hər kəs gəlib öz fikirlərini deyəcək. Bu, bir toplantıdır. İşlərin normal getdiyini düşünürük. İndiyə qədər dəyirmi masa ilə bağlı elə siyasətçi olub ki, onunla dörd dəfə görüşmüşəm. O, məni inandırır, mən də onu”.
Bir neçə gün öncə, “Müxalifət zirvəsi” ilə bağlı məlumat yayan tanınmış jurnalist Əvəz Zeynallı isə özünün sosial şəbəkə hesabında qeyd edib ki, sözügedən görüşün məqsədi “Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri” mövzusunda müzakirələr aparmaqdır. Ə. Zeynallının sözlərinə görə, zirvə görüşünə İsgəndər bəyin özü də daxil olmaqla 36 siyasətçi dəvət olunacaq.
Toplantıya dəvət olunanların siyahısı belədir:
İsgəndər Həmidov, Pənah Hüseyn, Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Sərdar Cəlaloğlu, Arif Hacılı, İqbal Ağazadə, Əli Əliyev, Tural Abbaslı, İlqar Məmmədov, Qubad İbadoğlu, Mirmahmud Mirəlioğlu, Əhməd Oruc, Fuad Əliyev, Elşad Musayev, Nəsir Ağayev, Etibar Məmmədov, Arzuxan Əlizadə, Lalə Şövkət Hacıyeva, Əvəz Temirxan, Nemət Pənahlı, Rahim Qazıyev, Hacıbaba Əzimov, İlyas İsmayılov, Sülhəddin Əkbər, Sabir Rüstəmxanlı, Rafiq Turabxanoğlu, Vaqif Hacıbəyli, Qulamhüseyn Əlibəyli, Ağasif Şakiroğlu, Mətləb Mütəllimli, Eldar Namazov, Valeh İbadov, İxtiyar Şirin.
Ancaq müxalifətin zirvə toplantısında kimlərin iştirak edib-etməyəcəyi suallar doğurur. Çünki artıq siyahıda olan şəxslərin bəziləri tədbirə qatılmayacağını açıqlayıb. Bir neçə gün öncə Vətəndaş və İnkişaf Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı mətbuata açıqlama vermişdi ki, belə tərkibdə hər hansı görüşə qatılmaq fikrində deyil: “Bu tərkibdə əvvəllər çox görüşlər keçirilib, heç bir nəticəsi isə olmayıb”.
Bundan sonra isə REAL-ın icra katibi Natiq Cəfərli bu tədbirə qatılmayacaqlarını açıqlamışdı ki, indiyə kimi müxalifətin 11 birliyi olub, heç biri də uğurlu olmayıb.
Göründüyü kimi, müxalifətin zirvə görüşünə qatılmayan müxalif siyasilər də olacaq. Bu cür hallar isə Azərbaycan müxalifətinin vahid bir güc kimi birləşməsinə maneələr yaradır ki, bundan itirən həm müxalifət, həm də xalq olacaq.
İsgəndər Həmidovun təşəbbüsü ilə keçiriləcək “Müxalifətin zirvəsi” ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Hürriyyət”ə dedi ki, onlara hələlik rəsmi dəvət gəlməyib: “Amma Pənah bəy mənə deyib ki, dəvət olunacaqsan. Mən də tədbirdə iştirak edəcəm”.

“Bu vaxtında həyata keçirilən bir təşəbbüsdür”

“Biz müxalifətin birliyi olmamasına görə kifayət qədər vaxt uduzmuşuq. Azərbaycan müxalifətinin ölkənin heç bir problemi ilə bağlı ortaq mövqeyi yoxdur. Təxminən 2009-cü ildən bu tərəfə demək olar ki, Azərbaycan müxalifəti tamamilə dağınıq fəaliyyət göstərir. Müxalifətin heç bir məsələ ilə bağlı ortaq mövqeyi yoxdur. Ayrı-ayrı partiyaların mövqeyi isə müxalifətin ümumi mövqeyi ilə münasibətdə xaric üçün də, ölkə ictimaiyyəti üçün də bir o qədər əhəmiyyət kəsb etmir. Ona görə də bu vaxtında həyata keçirilən bir təşəbbüsdür. Mən belə düşünürəm ki, müxalifət təcili bir araya gəlib, ən azı Qarabağla, ölkədəki ictimai siyasi durumla və yaranmış vəziyyətdən çıxışla bağlı ortaq möve ortaya qoymalıdır. Baxın, istər keçmiş SSRİ respublikaları, istərsə də dünyada müxalifət bir araya gəlir. Azərbaycanda müxalifətin bir araya gəlməsi artıq hakimiyyətin dəyişilməsinə görə ciddi bir problemə çevrilib. Bu da müxalif liderlərin bilavasitə məsuliyyətsizliyidir. Dünənə qədər heç bir birliyi yaxına buraxmayanlar İsgəndər Həmidovun bu ideyası ortalığa çıxandan sonra guya, yeni bir birlik təşəbbüsü ilə çıxış edirlər. Biz də bilirik ki, bu birlik təşəbbüsü edən adamlar, əksinə, bir-biri ilə düşmən münasibətdədir. Onların birliyi heç vaxt real birlik ola bilməz. Amma ümumi birliyi pozmaq üçün dərhal qollarını çırmayıb, bu işə girişirlər. Bu da onu göstərir ki, Azərbaycanda bəlli siyasi qüvvələr var ki, onların qabağına Azərbaycan müxalfətinin bir araya gəlməsinə imkan verməmək tapşırığı qoyulub”, - deyə ADP sədri vurğuladı.

“O partiyalar güclərini itiriblər”

S.Cəlaloğlunun fikrincə, müxalifətin birliyinin yaranması üçün hələ tələsməməlidirlər: “Bu, hələ ki, təşəbbüsdür. Bu müzakirələrdə ortalığa çıxacaq ki, kimin müxalifətin birliyi istiqamətində hansı cəhdləri var. Bilirsiniz ki, müxalifət pariyaları arasında çox ciddi aşılanma gedir, böyük ziddiyyətlər var. Müxalif partiyaları bir-birinə qarşı çox ciddi ittihamlara malikdirlər. Ona görə də mən düşünürəm ki, tələcmək lazım deyil. Kimlər ki, bir yerdə ola bilər, bir yerdə olmalıdr və bu işi davam etdirməlidir. Biz indiyə kimi belə mövqe tuturduq ki, hansısa partiyalar da bu birlikdə olsun. Bir halda ki, onlar özlərinin birlikdə olmalarına imkan vermirlər, deməli, o partiyları artıq belə birliklərə dəvət etməyə də ehtiyac yoxdur. Onsuz o partiyalar da əvvəlki kimi bir o qədər də Azərbaycanda ictimai siyasətə təsir etmək imkanına malik deyillər və güclərini itiriblər. Ona görə, onların bu birliklərə qoşulub-qoşulamaması da əhəmiyyət kəsb etmir”.

“Heç vaxt İlqar Məmmədov, Əli Kərimli, Arif Hacılı bir araya gələ bilməz”

“Mətbuatda da müzakirə olunur ki, AXCP sədri Əli Kərimli, Müsvat Partiyasının sədri Arif Hacılı və REAL Partiyasının sədri İlqar Məmmədov birlik yaratmaq istəyir. Ancaq REAL-ın sözcüsü Azər Qasımlı “Hürriyyət”ə demişdi ki, ortada belə bir şey yoxdur” dedikdə isə S. Cəlaloğlu belə dedi: “Mən demədim birlik yaratmaq istəyirlər. Mən dedim ki, birlik yaratmaq görüntüsünə cəhd edirlər. Çünki dərhal ortalığa alternativ bir təşəbbüs qoydular. Əli Kərmli getdi Arif Hacılı, İlqar Məmmədov ilə şəkil çəkdirdi. Sonra da birlikdə bəyan etdilər ki, biz İsgəndər Həmidovun təşəbbüsünə qoşulmayacağıq. Yəni xalq desə niyə qoşulmursunuz, desinlər ki, bizim öz təşəbbüsümüz var. Əslində, yalançı bir alternativ təşəbbüs irəli sürməklə faktiki olaraq o ümumi təşəbbüsdən imtina etdilər və özlərinə bəraət vermək üçün belə bir addım atdılar. Təbii ki, heç vaxt İlqar Məmmədov, Əli Kərimli, Arif Hacılı bir araya gələ bilməz. Bir araya gələcəklərsə, yalnız bir-birini məhv etmək üçün bir araya gələ bilərlər. Biz bilirik ki, İlqar Məmmdovun Əli Kərimliyə, Əli Kərimlinin Müsavat Partiyasının sədri Arif Hacılıya münasibəti necədir. Bu münasibətlər heç vaxt dəyişməyəcək. Buna görə də düşmənlərin mehribançılığı sadəcə olaraq ölkədə real bir müxalif gücün yaranmasının qarşının alnması üçün atdıqları bir addımdır. Başqa heç cür bunu dəyərləndirmək olmaz”.

“Demokartik mübarizədə fəaliyyətin özü artıq naliyyətdir”

“Müxalifət liderlərin bu birliyinin perspektivi varmı” sualına S.Cəlaloğlu belə cavab verdi: “Mahatma Qandinin bir gözəl sözü var: “Biz heç heç vaxt prespektiv haqqında düşünməməliyik, biz ancaq fəaliyyət haqqında düşünməliyik”. Mən bu yaxınlarda “Hüriyyət” qəzetində demokratik mübarizənin fəlsəfəsi ilə bağlı geniş bir məqalə yazmışdım. Orada yazmışdım ki, demokratik mübarizədə “ya fəaliyyət, ya ölüm” şüarı olmalıdır, “ya qələbə, ya ölüm” şüarı yox. Siz dediyiniz nəticəyə hesablanan prespektiv zorakı mübarizə üsulları ilə əldə olunur. Məsələn, partizan hərəkatı, silahlı müqavimət, radikal müxalifətçilk və konkret məqsədə çatmaq üçün nəsə edirsən. Amma demokartik mübarizədə fəaliyyətin özü artıq naliyyətdir. Bu baxımdan, yaranacaq müxalif mərkəz daimi fəaliyyət göstərəcəksə, bunun özü artıq o perspektivdir. Çünki naliyyətlərin əldə edilməsi o demək deyil ki, sən hər şeyi başa vurdun, qurtardın. Vaxtilə Azərbaycan Xalq Cəhbəsi də hakimiyyətə gəlmişdi. Cəmisi 6 ay nailiyyət əldə etdi. Yəni hələ nailiyyəti əldə etmək o demək deyil ki, sən hər şeyi başa vurdun, qurtardın. Bu baxımdan, demokratik mübarizə üçün fəaliyyətin özü önəmli olduğuna görə, bu toplantıdan müxalifətin davamlı və uzunmüddətli birgə fəaliyyəti ilə bağlı qərar çıxacaqsa, bu, artıq ən böyük naliyyət olacaq”./Hurriyyet.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsgəndər Həmidov sərbəst buraxıldı

    İsgəndər Həmidov sərbəst buraxıldı ...

    29-05-2013, 19:08

  • 
  • Müxalifət niyə yoxa çıxıb?

    Müxalifət niyə yoxa çıxıb? ...

    18-05-2017, 22:50

  • 
  • Müxalifətin yeni birliyi yarana bilərmi?

    Müxalifətin yeni birliyi yarana bilərmi? ...

    3-11-2014, 02:10

  • 
  • İsgəndər Həmidovun qardaşı YAP-a "razborka"ya gedib

    İsgəndər Həmidovun qardaşı YAP-a ...

    24-09-2013, 15:07

  • 
  • "Yaxın zamanlarda müxalifətin yeni strategiyası müəyyənləşəcək"

    "Yaxın zamanlarda müxalifətin yeni ...

    24-10-2013, 15:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu