GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Seçkilərdə iştirak edəcək namizədlərin hamısı qurbanlıqdır” - MÜSAHİBƏ

“Seçkilərdə iştirak edəcək namizədlərin hamısı qurbanlıqdır” - MÜSAHİBƏ

Tarix: 5-08-2013, 12:09 Bölmə :Müsahibə Baxış: 700
“Seçkilərdə iştirak edəcək namizədlərin hamısı qurbanlıqdır” - MÜSAHİBƏ
Mirmahmud Mirəlioğlu: “İbrahimbəyov seçkidə iştirak edə bilməsə, Milli Şuranın bir namizədi ola bilər - Rafiq Əliyev”
Milli Şuranın Tiflis görüşü və bu görüşdən dərhal sonra Rüstəm İbrahimbəyovun Azərbaycana gəlişinin yenə bir müddət qeyri-müəyyən vaxta qədər təxirə düşməsi ictimai rəydə müəyyən çaşqınlıq və inamsızlıqla müşahidə edilməkdədir. Toplantıda iştirak edən Milli Şura üzvlərinin görüşlə bağlı səsləndirdikləri ziddiyyətli məlumatlar da ictimai rəydəki bu çaşqınlığı bir qədər də artırmaqdadır. Məsələn, bu günlərdə mətbuata açıqlama verən Müsavat başqanı İsa Qəmbər qeyd etdi ki, R.İbrahimbəyovun iyulun 31-də Azərbaycana qayıtması daha doğru addım olardı. Hansı ki, Milli Şuranın vahid namizədi belə bir addım atmaqdan imtina etdi.

Prezident seçkilərinin vaxtının oktyabrın 16-dan 9-na keçirilməsi də R.İbrahimbəyovun gəlişinə olan ümidlərin azalmasına səbəb olub. Artıq bəzi siyasilər açıq şəkildə bildirir ki, R.İbrahimbəyov Rusiya vətəndaşlığından 9 oktyabr tarixinə qədər azad ola bilməyəcək. Bu isə Milli Şuranın seçkilərə başqa bir namizədlə qatılmasını zəruri edir.

Milli Şura üzvü, KXCP sədri Mirmahmud Mirəlioğlu ilə söhbətimizdə bütün bu məsələlərə aydınlıq gətirməyə çalışdıq.

- Mirmahmud bəy, öncə Milli Şuranın Tiflis görüşü ilə bağlı fikirlərinizi bilmək istərdik. Görüşü və orada alınan qərarları necə qiymətləndirirsiniz?

- Şübhəsiz ki, bu görüşə daha dəqiq və dolğun qiyməti həmin görüşdə iştirak edən şəxslər verə bilər. Çünki onlar həmin görüşdə iştirak edən şəxslər kimi bəzi məsələlərdən kifayət qədər xəbərdardılar. Onlar bir çox məsələni məhz bu görüşdə müzakirə ediblər, bu haqda fikir mübadiləsi aparıblar. Mənə gəlincə, hesab edirəm ki, Tiflis görüşünü qarşıya qoyulan bütün məqsədlərə çatan görüş kimi xarakterizə etmək mümkündür. Çünki Tiflis görüşündən öncə də bilinirdi ki, Rüstəm bəy Azərbaycana gəlməyəcək. Buna öncə onun gəlişi, ikili vətəndaşlıq məsələsi müzakirə olunmalıdır. Bu və bu kimi məsələlərlə bağlı Milli Şura üzvləri konkret mövqe ortaya qoymalıdırlar və s. Bu baxımdan hesab edirəm ki, bu görüş qarşısına qoyduğu məqsədə çatdı.

- Müsavat başqanı İsa Qəmbər öz müsahibələrinin birində qeyd etdi ki, R.İbrahimbəyov iyulun 31-də bizimlə Bakıya qayıtmalı idi, lakin qayıtmadı. Siz necə, hesab edirsinizmi ki, R.İbrahimbəyov daha artıq vaxt itkisinə yol vermədən Azərbaycana qayıtmalı idi?

- Mən kiminsə fikrinə münasibət bildirmək və bu baxımdan hansısa fikir şərh etmək istəməzdim. Şübhəsiz, İsa bəyin fikri maraq doğuran fikirdir. Amma İsa bəy özü də yaxşı bilir ki, R.İbrahimbəyov gəlmədiyinə görə deyil, gələ bilmədiyinə görə, Milli Şura üzvləri Tiflisə səfər etdi. Bu baxımdan reallıq ortadadır. Hesab edirəm ki, İsa bəy kifayət qədər ağıllı adamdır və həqiqəti yaxşı bilir. Bildiyi üçün də Tiflis görüşündə iştirak etdi. İsa bəyin ordakı çıxışı ilə də tanışam və bildiyim qədəri ilə görüş zamanı təqdir olunan fikirlər səsləndirib. İsa bəy qeyd edib ki, indiki məqamda vahid namizədlik missiyasını üzərinə götürmək qəhrəmanlıqdır. Bu baxımdan hesab edirəm ki, R.İbrahimbəyovun gəlişi ilə bağlı problemlər yetərincə aydın anlaşılmaqdadır.

- Bundan bir müddət öncə Rüstəm İbrahimbəyovun həbs ediləcəyi ilə bağlı ehtimallar gündəmə gəlmiş, bununla bağlı Milli Şuranın bəzi üzvləri öz narahatlıqlarını ifadə etmişdi. Sizcə Rüstəm İbrahimbəyovun həbs təhlükəsi bu gün də kifayət qədər real hesab oluna bilərmi?

- Nə mən, nə siz, nə də R.İbrahimbəyov həbs və s. məsələlərdən sığortalanmamışıq. Lakin bu günə kimi elan edilən bütün açıqlamalar, istər vəkil Fuad Ağayevin, istərsə də əlaqədar dövlət rəsmilərinin açıqlamaları və s. göstərir ki, Rüstəm bəyə qarşı həbs təhlükəsi mövcud deyil. Lakin hesab edirəm ki, Rüstəm bəyin gəlib-gəlməyəcəyi ilə bağlı məsələ yaxın günlərdə öz qəti cavabını tapacaq. Əgər elə günü sabah Rüstəm bəyin məsələsi həll olunsa, o, elə həmin gün də Bakıya qayıdacaq. Bu dəfə bu məsələ əvvəlki vaxtlardan fərqli olaraq az zaman aparacaq.

- Sizcə Rüstəm İbrahimbəyovun gəlişi məsələsinin hələ də sual altında qaldığı bir məqamda Milli Şuranın seçkilərdə vahid namizədlə iştirakını təmin etmək üçün ehtiyat namizədin müəyyənləşməsi zəruri deyilmi?

- Biz bu günə qədər Milli Şurada vahid namizəddən başqa hər hansı bir namizədin olmayacağı fikrinin tərəfdarı idik və bu gün də bu qənaəti doğru hesab edirik. Milli Şuranın bugünkü namizədi R.İbrahimbəyovdur. R.İbrahimbəyov olmadığı təqdirdə, özü də bu fikri dəstəkləyəcəksə, o zaman bir nəfəri vahid namizəd kimi müəyyənləşdirmək olar. Lakin dediyim kimi, bizim vahid namizəd R.İbrahimbəyovdur. Ehtiyat namizəd isə yalnız o zaman seçilə bilər ki, buna R.İbrahimbəyovun özü də dəstək vermiş olsun.

- Əgər Rüstəm İbrahimbəyovun seçkidə iştirakı hər hansı bir səbəbdən mümkün olmasa, o zaman vahid namizəd kimi kimin namizədliyinin irəli sürülməsini daha məqbul hesab edərsiniz?

- Bizim fikrimizcə, R.İbrahimbəyov seçkidə iştirak edə bilməyəcəyi təqdirdə, Milli Şuranın yalnız bir namizədi ola bilər ki, bu da Rafiq Əliyevdir. Əgər avqust ayının 9-na kimi Milli Şuradan kənarda olan, heç bir siyasi mənsubiyyəti olmayan bir şəxsin vahid namizəd kimi seçkilərdə iştirak edəcəyi zərurəti yaranarsa, o zaman bu varianta üstünlük verəcəyik.

- Bu variant da reallaşmazsa, o zaman hansı addımlar atılacaq?

- Yox əgər bu da baş tutmazsa, o zaman Milli Şurada təmsil olan şəxslər, bu, istər İsa Qəmbər olsun, istərsə də Mirmahmud Mirəlioğlu, onlar öz tərəfdarlarının və onları dəstəkləyənlərin namizədi olacaqlar. Milli Şuranın namizəd olmayacaqlar. “Milli Şurada ehtiyat namizəd ola bilməz” fikrini irəli sürən şəxslər bu fikri səsləndirəndə məhz məlum situasiyanı nəzərdə tuturlar.

- Prezident seçkilərinin vaxtının 16-dan 9-na keçirilməsi bəzi siyasilər tərəfindən R.İbrahimbəyov amili ilə əlaqələndirilir. Onların fikrincə, hakimiyyət seçkilərin vaxtını ona görə irəli çəkir ki, Rüstəm İbrahimbəyov seçkilərə qədər Rusiya vətəndaşlığından azad ola bilməsin. Necə hesab edirsiniz, seçkilərin önə çəkilməsi doğrudanmı yalnız Rüstəm İbrahimbəyov faktoru ilə bağlıdır?

- Ola bilsin ki, əgər bu dəyişikliyin on səbəbi varsa, bu səbəb də onlardan bir ola bilər. Biz bundan öncə də bildirmişdik ki, 2013-cü il seçkilərdə iştirak edəcək namizədlərin hamısı qurbanlıq namizədlərdir. Həmin seçki günü Qurban bayramına düşdüyünə görə, bunlar qurbanlıq namizədlər sayılmalıdır. Qurbanlıq namizədlər iştirak edəcəyi bu seçkilərdə hakimiyyət seçki tarixini irəli çəkdi, halbuki bunu geriyə də çəkmək mümkün idi. İqtidar seçkilərin çox tez baş tutmasını istəyir. İqtidar düşərgəsində seçki ilə bağlı müəyyən tələsiklik və narahatlıq duyulmaqdadır. İqtidar istəyir ki, seçki də, andiçmə mərasimi də tez olsun. Bu, iqtidarın duyduğu qorxu və təlaşdan irəli gəlir. İqtidar təmsilçiləri arasındakı tələskənlik o həddə çatıb ki, MSK sədri Məzahir Pənahov seçkilərin cari ilin 9 oktyabr tarixinə keçirildiyini bildirəndə, çox ciddi siyasi səhvlərə yol verdi. Hansı ki, o, bu vaxta qədər bunca siyasi səhvə yol verməmişdi.

- Milli Şuranın prezident seçkilərində qalibiyyət şansını necə qiymətləndirirsiniz, Sizcə vahid namizədlə seçkilərə qatılmaq bu seçkilərin nəticəsinə həlledici təsir göstərə bilərmi?

- Əgər Milli Şura seçkilərdə vahid namizədlə təmsil olunacaqsa, bütün müxalif qüvvələr seçkilərə bir arada qatılacaqsa, o zaman seçki kampaniyası zamanı bizə çox böyük dəstək olacaq. Belə olarsa, Mili Şuranın prezident seçkilərində qalib gəlmək şansı çox böyük olacaq. Milli Şuranın şansının seçkilərdə nə qədər böyük olduğu iqtidar təmsilçilərinin son günlər səslənən bəyanatlarından da aydın surətdə hiss edilməkdədir. Mən bir daha qeyd edirəm ki, bizim birlikdə şansımız çox böyükdür. Təbii ki, seçkilərə vahid namizədlə qatılmasaq və bu birlikdə müəyyən problemlər meydana çıxsa, o zaman şansımız da qat-qat azalacaq. Bu, inkaredilməzdir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyovun evi Milli Şuranın ofisi olacaq

    Rüstəm İbrahimbəyovun evi Milli Şuranın ofisi ...

    12-07-2013, 14:23

  • 
  • İsa Qəmbər məcbur edilir - ŞOK

    İsa Qəmbər məcbur edilir - ŞOK ...

    11-07-2013, 12:58

  • 
  • AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, seçkilərə getməyək

    AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə ...

    10-07-2013, 14:54

  • 
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • Rüstəm İbrahimbəyovun pasport problemi həll edilir

    Rüstəm İbrahimbəyovun pasport problemi həll edilir ...

    5-08-2013, 12:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu