GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Rüstəm İbrahimbəyov: “Sənədimlə bağlı proses sürətlənib”

Rüstəm İbrahimbəyov: “Sənədimlə bağlı proses sürətlənib”

Tarix: 5-08-2013, 19:30 Bölmə :Müsahibə Baxış: 837
 Rüstəm İbrahimbəyov: “Sənədimlə bağlı proses sürətlənib”

“İlham Əliyevin Moskvaya səfər etdiyini bütün dünya bilir”
“Milli Şuradan bir namizəd olmalıdır və o da sona qədər qalmalıdır”
Milli Şuranın sədri və prezidentliyə namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina prosesinin sürətləndirilməsiylə bağlı yeni təşəbbüslər göstərilir. Hazırda bu istiqamətdə son yeniliklərin nədən ibarət olduğunu elə R.İbrahimbəyovun özündən soruşduq və fürsətdən istifadə edərək ona gündəmdə olan digər sulları da ünvanladıq:

- Proses sürətlənib, işlər gedir. Məncə, daha da sürətlə gedəcək. Bu istiqamətdə şəxsi əlaqələrimdən də istifadə edirəm.

- Seçkinin keçiriləcəyi günü bir həftə əvvələ çəkdilər. Bir çox ekspertlər bu addımı təsadüfi saymır və məqsədin Milli Şuraya seçkidə problem yaratmaq olduğunu vurğulayır. Sizin, mövqeyinizi bilmək istərdik.

- Mən hazırda təəccüblənirəm - bu iqtidarın əlində hər şey var, inzibati resurslara, maliyyə imkanlarına, seçkiləri saxtalaşdırmaq təcrübəsinə sahibdir, bəs nədən bu dəfə bu qədər qorxuya düşüb?

Bunu hamı qeyd edir ki, hakimiyyət 2013-cü il seçkilərində böyük qorxuya düşüb, təşviş keçirir, faktiki çabalayır. Bunun səbəbi sadədəir. Hakimiyyət görür ki, xalqın ona münasibəti olduqca mənfidir. Biz hakimiyyətin törətdiyi cinayətlərdən tam məlumatlı deyilik. Bu istiqamətdə nəsə bilsək də, bilmədiklərimiz də var. Amma hakimiyyətin öz cinayətlərindən yaxşı məlumatı var. Bilirlər ki, xalqa, vətənə qarşı həddindən artıq qanunsuzluqlara yol veriblər və hakimiyyətdən getsələr vəziyyətləri çox ağır olacaq. Digər tərəfdən, bu il demokratik qüvvələr son iyirmi ildə mümkün olmayan birliyə nail olublar. Milli Şurada cəmiyyətin bütün spektri təmsil olunub. Siyasi partiyalarla yanaşı Milli Şuraya tanınmış hüquq müdafiəçiləri, QHT təmsilçiləri, ziyalılar daxil olub. Belə bir siyasi situasiyanın yarandığı vaxtda hakimiyyət müxalifətin vahid namizədinin seçkidə iştirakına maneələr yaratmaq istəyir. Hakimiyyət bilir ki, bu dəfə onun üçün çox çətin olacaq. Bilir ki, bu dəfə qələbə qazana bilməyəcək. İqtidar yalnız saxtakarlığa ümid edə bilər. Amma bu dəfə saxtalaşdırmaya xalqın və beynəlxalq aləmin reaksiyasının çox sərt olacağından da qorxur. Ona görə də var gücü ilə müxalifətin vahid namizədinin seçkidə iştirak etməməsinə çalışır. Seçki gününü qabağa çəkmək, rəhbərlik etdiyim təşkilatla bağlı cinayət işinin açılması məhz bundan irəli gəlir. Rejim qorxu içərisindədir. Baş verənlərin fonunda İlham Əliyevin gizli şəkildə Rusiyaya gəlməsi barədə yayılan məlumatlara da diqqət yetirməyi vacib sayıram. Hakimiyyət bu məlumatı gizlətməyə çalışsa da, mümkün olmadı. İlham Əliyevin Moskvadan Avropaya gedib-getmədiyi məlum deyil, amma o, bura birbaşa Bakıdan gəlib.

“İlham Əliyev ölkədən çoxdan gedib”

- İlham Əliyevin bu səfəri barəsində hansı məlumata sahibsiniz?

- Bütün dünya İlham Əliyevin Moskvaya səfər etdiyini bilsə də, Prezident Administirasiyası xalqı aldadır ki, o, Azərbaycandadır. Halbuki İlham Əliyev çoxdan Azərbaycanı tərk edib. Bu məlumatın müxtəlif səviyyələrdən təsdiqi mənə artıq çatıb.

- Hakimiyyət düşərgəsindən hazırda sizə müxtəlif ittihamlar ünvanlanır. İttihamlardan biri bundan ibarətdir ki, Rüstəm İbrahimbəyov 2013-cü il seçkiləri zamanı meydana çıxıb. Bəs bu neçə ili harda idi?

- Rüstəm İbrahimbəyov 1982-ci ildə «Ultimatum» əsərini yazıb və səhnələşdirib. Birinci dəfə idi ki, Azərbaycan Xalq Cümhuriyyəti bu formada təqdim olunurdu. Bu əsərdə AXC göylərə qaldırılıb. Bu addım Sovet vaxtı atılıb. Bundan başqa, 1989-cu ildə Xalq Hərəkatının üzvləri təzyiqlərlə üzləşəndə, mən ziyalılar adından müraciətlər etmişəm. Bu müraciətlərə birinci mən qol çəkmişəm. Yanvarın 20-də Sovet ordusu Bakıya daxil olanda mən Moskvada Azərbaycanın daimi nümayəndəliyində qərargah yaratmışdım. Həmin qərargahın rəhbəri mən idim. Faciə baş verdikdən sonra hər gün olaylarla bağlı mətbuat konfransı keçirirdim. Nəticədə o vaxt Azərbaycan Ali Sovetinin sədri olan Elmira Qafarova mənə zəng etdi və bildirdi ki, bu mətbuat konfransları davam edərsə nümayəndəliyi bağlayacaqlar. Ona görə mən mətbuat konfranslarını Moskvadakı evimə keçirdim. 1989-cu ilin sonunda Fransada konfransda Daşnaksütun Partiyasının mətbuat katibi ilə dialoqum olub. Mətbuatın iştirak etdiyi bu konfransda Azərbaycanın mövqeyi geniş işıqlandırılmışdı. Bundan başqa SSRİ KQB-sini aldadaraq əvvəl Moskvaya, sonra isə Bakıya 5-6 çox məhşur fransız jurnalistlərini gətizdirmişəm. Məqsəd 20 Yanvar faciəsindən sonra Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq idi. O zaman mənə KQB-dən ciddi xəbərdarlıq edirdilər ki, siz ölkəyə gizlin şəkildə jurnalist gətizdirmisiniz. Biz jurnalistləri qorumaq məqsədilə KQB-ni aldatmışdıq, amma belə bir izahat verdik ki, bir fransız qızı ilə azərbaycanlı oğlan evlənib və Bakıya gəliblər, onların yanındakılar isə bu cütlüyün dostlarıdır. Bir neçə gün bu jurnalistləri güddülər, amma bir nəticə olmadı. Min zülmlə onların çəkdikləri fotoları ölkədən çıxardıq. Bütün bunları tanınmış diplomat Ramiz Abutalıbov, Eldar Salayev yaxşı bilir. Bu barədə Müsavat başqanı İsa Qəmbər də məlumatlıdır. Təəssüf ki, jurnalistlər bu faktları ortaya çıxarıb, yenidən ictimailəşdirmirlər.

- Seçki tarixinin dəyişməsi Milli Şura daxilində də müəyyən müzakirələrə səbəb olub. Müsavat başqanı Isa Qəmbər yaranmış situasiyadan çıxış edərək, bəyan edib ki, Milli Şuranın növbəti sessiyasında yeni bir namizədlə çıxış edilməsi gündəmə gətirilməlidir. Bu təşəbbüsü necə dəyərləndirirsiniz?

- Bu İsa bəyin fikridir. Biz hamımız Milli Şuranın üzvləriyik. Hər kəsin öz mövqeyi ola bilər. Milli Şuranın növbəti sessiyasında bütün təkliflərə baxılmalıdır. Milli Şuranın təkliflərlə bağlı rəyi olmalıdır. Söhbət məndən getdiyi üçün bu barədə danışmağım düzgün çıxmır, amma mən düşünürəm ki, Milli Şuradan bir namizəd olmalıdır və o da sona qədər qalmalıdır. Biz var gücümüzü, bütün potensialımızı istifadə edərək Milli Şuranın namizədinin qeydə alınmasına nail olmalıyıq. Konstitusiya ilə seçki qanunvericiliyi arasında böyük təzadlar mövcuddur. Hakimiyyət prezidentliyə namizədin qeydiyyatı üçün lazım olan yekun sənədləri əvvəlcədən tələb edir. Bu düzgün yanaşma deyil. Milli Şuranın namizədinin irəli sürülməsi üçün təşəbbüs qrupunun bu barədə qərarı və mənim ilkin sənədlərim kifayət edir. /Azadliq.info/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyovun pasport problemi həll edilir

    Rüstəm İbrahimbəyovun pasport problemi həll edilir ...

    5-08-2013, 12:00

  • 
  • YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olmasına MÜNASİBƏT bildirdi

    YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd ...

    2-07-2013, 14:49

  • 
  • Rüstəm İbrahimbəyovun evi Milli Şuranın ofisi olacaq

    Rüstəm İbrahimbəyovun evi Milli Şuranın ofisi ...

    12-07-2013, 14:23

  • 
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • Rüstəm İbrahimbəyov qeydiyyata alına bilər, amma...

    Rüstəm İbrahimbəyov qeydiyyata alına bilər, ...

    11-07-2013, 17:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu