GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Beynəlxalq çevrə sonuncu dəfə hakimiyyətlə anlaşıb

Beynəlxalq çevrə sonuncu dəfə hakimiyyətlə anlaşıb

Tarix: 19-08-2013, 22:14 Bölmə :Müsahibə Baxış: 830
Beynəlxalq çevrə sonuncu dəfə hakimiyyətlə anlaşıb
Əli Əliyev: “Seçkiyə müşahidəçi göndərməyən Qərb iqtidara sonuncu şansı verib”
Suallara Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, prezidentliyə namizədliyə namizəd Əli Əliyev cavab verir.
- Əli bəy, Rusiya Federasiyasının prezidenti Vladimr Putinin Bakı səfərindən sonra yeni siyasi şəaraitin yarandığını demək olarmı?

- Mənə elə gəlir ki, Rusiya prezidentinin bu səfərindən sonra Azərbaycanda keçiriləcək prezident seçkilərinin beynəlxalq aspekti ilə bağlı məsələ tamamlanmış hesab olunmalıdır. Eyni zamanda Qəbələdə keçirilən Türkdilli dövlətlərin dövlət başçılarının sammiti Azərbaycan ətrafındakı məsələlərin həllinin son mərhələsi kimi qiymətləndirilməlidir. Fikrimcə, artıq Azərbaycanda seçkilərə təsir edəcək beynəlxalq amil mövcud deyil. Bundan sonrakı mərhələ əsasən ölkənin daxili ilə bağlı olacaq. Bu seçkilər Azərbaycanın növbəti dönəmə necə qədəm qoyacağı ilə diqqəti cəlb edəcək. Hesab edirəm ki, beynəlxalq çevrənin bu hakimiyyətlə anlaşması sonuncu dəfə baş verir. Mən bunu belə görürəm. Xüsusilə, qərb tərəfi seçkiləri müşahidə etməmək qərarı ilə hakimiyyətə son dəfə şans verib. Təbii ki, bu elə-belə edilməyib. Qənaətimcə, seçkidən sonra hakimiyyət davamlı olaraq iqtidarda qalmasını saxlaya biləcəksə, mütləq islahatlara getməli olacaq. Məndə olan məlumata görə, hakimiyyət tərəfindən buna bənzər layihələr düşünülür. İslahatlarsız Azərbaycanın perspektivini görmürəm. Odur ki, həm prezident Putinin, həm də prezident Gülün səfərindən sonra prezident seçkiləri məsələsini bitmiş hesab etmək olar. Ölkə daxili siyasi proseslərə təsir edəcək faktoru da görmürəm. Ona görə də, seçkilərin gedişatı, qeydə alınma və ya təbliğat mərhələsi Azərbaycanı daha çox növbəti mərhələyə hazırlamalıdır. Bu mərhələ Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətli olmalıdır.
- Bəs müxalifətin durumunu necə analiz etmək olar?
- Mən içi biz özümüz qarışıq müxalifətdən olan prezidentliyə namizədlərin potensialını beynəlxalq problemlərini həll edən hakimiyyətin namizədindən xeyli aşağı qiymətləndirirəm. Fikrimcə, müxalifətin bu cür pərakandəliyi, qrup maraqlarına xidmət edən addımlar atması hakimiyyəti gücləndirir. Seçkilərdə müxalifətin bircə şansı var idi. Bu da hakimiyyətin dəyişməsini istəyən narazı elektoratı öz ətrafına toplaması idi. Ancaq təəssüf ki, bu proses baş vermədi. Əvəzində bunun görüntüsü bir sıra partiyaların Rusiyanın himayəsi altında həyata keçirmək istədi. Odur ki, seçki ərəfəsində obyektiv olaraq müxalifətin şanslarını çox aşağı qiymətləndirirəm.
- Putinin səfərindən sonra Milli Şurada hansı proseslərin baş verdiyini müşahidə etdiniz?
- Fikrimcə, Rusiya prezidentinin Bakı səfərindən sonra görünən bu oldu ki, cənab Putin istədiyini Azərbaycan iqtidarından ala bilmədi. Bu onun səfər zamanı davranışlarından, işlətdiyi ifadələrdə, sifət gizgilərində özünü açıq göstərdi. Əlbəttə, bu mənim şəxsi qənaətimdir. Putinin Azərbaycandan ala biləcəyi bir şeylər vardısa, bu da maliyyə və iqtisadi sferada baş verdi. Təbii ki, Putinin Azərbaycandan istəyi, donanma ilə Azərbaycana gəlməsi daha çox siyasi məqsədlər güdülərək baş vermişdi. Mən hesab etmirəm ki, Putin siyasi mənada istədiyini ala bildi. Ancaq bu danışıqlarda təəssüflər olsun ki, Milli Şura layihəsindən Azərbaycan hakimiyyətinə təzyiq vasitəsi kimi istifadə etdi. Hesab edirəm ki, ölkə daxilində Putinə dəstək olmasaydı, ona edilən güzəştlərin həcmi xeyli az olardı.Adətən bu cür mərhələləri Qərb dairəsi Azərbaycanda həyata keçirirdi. Bunun kobud və daha eybəcər versiyasını indi Rusiya həyata keçirdi. Azərbaycan müxalifət partiyalarının bəziləri buna dəstək verdilər. Putin də öz istəklərinin bir qismini aldıqdan sonra Milli Şura layihəsinə dəstək vermədi və işə salmadı. Milli Şurada da oturan qüvvələr hazırda pat durumdadırlar. Mən onların ayrı-ayrı partiyalar formasında bu layihədən uzaqlaşacağını düşünürəm. Milli Şuradan bir neçə şəxsin namizədliyini irəli sürəcəyi haqda söhbətlər gedir. Bir daha sübut olundu ki, Azərbaycan müxalifətinin bir hissəsinin strateji hədəfləri mövcud deyil. Onlar daha çox bir-birinə əks mövqedə duran Qərb və Rusiyaya xidmətkar qulluqda olmağı özlərinə rəva görür və strateji qərarları olmadığından əvvəlcə seçkilərə birgə, sonra isə ayrı-ayrılıqda getməyi doğru hesab edirlər. Bunlar müxalifətin əleyhinə olan addımlardır. Zənnimcə, nə qədər ki, məhəlli xarakterli qərarlar qəbul ediləcəksə, müxalifət üçün bunun nəticəsi olmayacaq.
- Bundan sonra Rüstəm İbrahimbəyov vahid namizəd ola, Rusiya vətəndaşlığı problemini həll edə biləcəkmi?
- Mənim qənaətimcə, əgər Putin bu layihəyə dəstək vermiş olsaydı İbrahimbəyovun vətəndaşlıq problemini dərhal həll edər və Milli Şuraya gözlənilən vəsait ayrılardı. Milyarderlər İttifaqı da öz ampulasına uyğun olaraq bu prosesdə istifadə olunardı. Ancaq Milli Şura ideyasından Rusiya tərəfi qorxuducu amil kimi istifadə etdi. İndi isə nə İbrahimbəyov Azərbaycana gəlib vahid namizəd ola biləcək, nə də Rusiya Federasiyası bu layihəni işə salacaq. Hazırda Milli Şura daxilində vəziyyətin mürəkkəbliyi bununla bağlıdır.
- İndiki variantda müxalifət hansı addımlar atmalıdır ki, nəticə uğurlu olsun?
- Mən artıq bunun vaxtı keçmiş hesab edirəm. Düşünürəm ki, müxalifət daha çox növbəti mərhələyə hazırlaşmalıdır. Ancaq Milli Şuranın Tiflisdə verdiyi bəyanatdan belə anlayıram ki, orada təmsil olunan qüvvələr öz təbrincə desək bu seçkiləri Azərbaycan xalqının hakimiyyəti dinc vasitələrlə dəyişməsi üçün son şans kimi görürlər. Bu onların bəyanatında öz əksini tapan müddəadır. Mən hesab edirəm ki, onların psixoloji durumu səhvdir. Şəxsən mən bu seçkiləri Azərbaycanda siyasi mühitin formalaşması üçün vasitə hesab edirəm və düşünürəm ki, Azərbaycanda dinc yolla hakimiyyət dəyişikliyinin bu seçkilərdə son şans kimi göstərən tərəf uğursuz mövqedədir. İndi onların təbirincə belə çıxır ki, bundan sonrakı mərhələsə onlar üçün mübarizə Konstitusiyada təsbit olunan siyasi mübarizdən kənar üsullarla olacaq. Mənə elə gəlir ki, müxalifət düzgün qərarlar qəbul etməli, heç bir mərhələni son şans kimi insanların beyninə yeritməməlidir. Əksinə, növbəti dönəmdə Azərbaycan hökuməti ilə Avropa Birliyinin əməkdaşlıq sazişlərini ciddi diqqət etməlidir. Bu sənəddə Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün ciddi cəhdlər etməlidir. Bir sözlə, müxalifət fəaliyyətini gücləndirməlidir.
- Hazırda vahid namizəd kimi Rafiq Əliyevin, Cəmil Həsənlinin və Mehman Əliyevin adı hallanır. Sizcə, onlardan hansının vahid namizəd olması bu seçkilərdə müxalifət düşərgəsinə uğur gətirər?
- Həm Rafiq Əliyev, həm də Cəmil Həsənli kifayət qədər təcrübəli şəxslərdir. Onlar həmdə vahid namizəd olmağa layiqli simalardır. Ancaq mən bildiyim qədər onların ikisi də vahid namizəd omaqdan imtina ediblər. Mənə elə gəlir ki, onlar Milli Şuranın perspektivinə inanmırlar. Daha çox isə Milli Şuranın Rusiyaya bağlı oldugundan ehtiyatlanıb bu prosesdən bir qədər kənarda durmağa üstünlük verirlər. Nəzərə almaq lazımdır ki, bu şəxslər həmdə informasiyalı insanlardlr. Hətta Gültəkin Hacıbəyli də vahid namizəd olmaqdan imtina edib. Mehman Əliyev isə siyasi baxımdan hazırlıqlıdır və davranışlarından hiss olunur ki, vahid namizəd olmağa hazırdır. Ancaq o da, Putinə yazılan məktubun müəllifi olaraq ümidlidir ki, Kreml nəyisə dəyişə bilər.
- Əgər iddia etdiyiniz kimi hakimiyyət namizədinin şansı yüksəkdirsə, niyə seçkilər demokratik keçirilməsin?
- Mənim fikrimcə, seçkilərin qanuni bazası böyük maliyyə resurslarına, administrativ resurslara sahib olan qüvvənin hakimiyyətini uzatmaq üçün geniş baza yaradır. Mən açığını deyim ki, seçkinin qanuniliyindən və obyektivliyinən danışmağa yer varsa, hesab edirəm ki, seçkilər qanuni olacaq. Başqa sözlə, hakimiyyətin seçkiləri qanunu həyata keçirməsindən çəkindircək heç bir səbəb yoxdur. Pərakəndə şəkildə olan müxalif qüvvələrin mövcud qanunvericilik çərçivəsində hakimiyyətlə bərabər şanslarla mübarizə aparmaq imkanları mövcud deyil. Bu həqiqət və reallıqdır. Seçki qanunvericiliyi imkan vermir ki, müxaifət hakimiyyətlə bərabər şəkildə və əsaslarla seçki mübarizəsinə girişsin.
- Əgər uğur, perspektiv yoxdursa, nədən müxalifətçi namizəd qismində namizədliyinizi irəli sürmüsünüz?
- Perspektiv məsələsi belədir: bizim partiya seçkilərdə iştirakla bağlı qərarını aprel ayında verib. O zaman biz müxalifətin bir araya gəlmədiyi səbəbindən belə qərar vermişik. Bizim seçkilərə qatılmağımızın bir neçə səbəbi var. Birincisi, biz hesab edirik ki, siyasi partiyalar bütün səviyyəli seçkilərdə iştirak etməlidir. Hətta qeyri demokratik və ədalətsiz şərait olsa belə, seçki mübarizəsində iştirak edib fikirlərimizi cəmiyyətə təqdim etməliyik. Çünki dinc dövrlərdə mübarizə aparmaq, cəmiyyətlə təmas imkanları məhduddur. Biz seçkiləri insanlarla təmas üçün yaxşı vasitə görürük. İkincisi, biz partiya olaraq 2008-ci ildə prezident seçkilərini boykot edən və onun nəticələrini tnımayan 5 partiyadan biriyik. Bu son 5 ildə biz gördük ki, bizimlə birlikdə hakimiyyətin legitimliyini qəbul etməyən partiyaların hamısı hakimiyyətlə bu və ya digər şəkildə əməkdaşlıq edir. Onlar hakimiyyətdən mənzil, pul yardımı alır, güzəştlər əldə edir. Belə şəraitdə biz küt boykota getməyin əleyhinəyik və seçkilərdə iştirakın tərəfdarıyıq. Üçüncüsü, bizim partiya yeni meydan çıxıb və 2005-ci ildə yaranıb. Bizim ölkə miqyaslı heç bir seçkidə iştirakımız olmayıb. Bizim mətbuat vasitələrimizin zəifliyini nəzərə alaraq bu seçkilərdən təbliğat vasitəsi kimi istifadə etmək istəyirik. Həm partiyanın məqsəd və məramlarını insanlara çatdırmaq, başqa partiyalardan nə ilə fərqləndiyimizi göstərmək və hakimiyyəti tənqid etmək niyyəti güdürük. Bir məqsədimiz də, odur ki, biz 124 dairə üzrə mübarizənin partiyamız üçün nə dərəcədə mümkün olub-olmadığını yoxlamaq istəyirik. Çünki prezident seçkiləri geniş miqyaslı seçkidir, onun tutumu, maliyyə məsələləri bir qədər fərqlidir. Təsəvvür edin ki, prezident seçkilərində namizədimizin qeydə alınması üçün azı 40 min imza toplayıb təqdim etməliyik. Biz artıq 45 minlik imza vərəqi əldə etmişik. Parlament seçkiləri ilə müqayisə etsək biz 100 potensial namizədin toplayacağı imzaları MSK-ya təqdim etməliyik. Bu bizim üçün sınaqdır. Bu yolla həm də öz strukturlarımızı yoxlayırıq görək ki, 45 min imzanı toplamaq şansımız nə qədərdir, yeni kadrlarımız bu işə nə dərəcədə hazırdır. Dördüncüsü, biz bu seçkilərə qatılmaqla gələcəkdə keçiriləcək bələdiyyə və parlament seçkiləri üçün uğurumzu təsbit etmək istəyirik. Çalışacağıq ki, bu seçkilərdən istifadə edərək növbəti mərhələyə hazırlaşaq. Başqa səbəblər də var. Ancaq əsas səbəblər bu dediklərimdir. Və bu səbəblər göstərir ki, biz hətta qeydi adekvat seçki mübarizəsində bu prosesdə iştirak etməkdə doğru qərar vermişik.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Vladimir Putin  İlham Əliyevə dəstək olacaq”

    “Vladimir Putin İlham Əliyevə dəstək olacaq” ...

    18-07-2013, 17:10

  • 
  • Hakim komandanın namizəd problemi

    Hakim komandanın namizəd problemi ...

    10-01-2013, 11:53

  • 
  • Hakimiyyətdən Rüstəm İbrahimbəyov və Eldar Namazovun həbs olunması istənildi

    Hakimiyyətdən Rüstəm İbrahimbəyov və Eldar ...

    28-06-2013, 01:16

  • 
  • Əli Kərimli: “ATƏT-in rəyi rəsmi nəticələri alt-üst etdi”

    Əli Kərimli: “ATƏT-in rəyi rəsmi nəticələri ...

    10-10-2013, 21:15

  • 
  • "Putin İbrahimbəyovun namizədliyindən istifadə etdi"

    "Putin İbrahimbəyovun namizədliyindən ...

    13-08-2013, 21:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu