GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Bütün inanc yerlərini vururlar, bağlayırlar” – Novella Cəfəroğlu

“Bütün inanc yerlərini vururlar, bağlayırlar” – Novella Cəfəroğlu

Tarix: 8-06-2020, 20:23 Bölmə :Müsahibə Baxış: 1 483
“Bütün inanc yerlərini vururlar, bağlayırlar” – Novella Cəfəroğlu


Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərin son müsahibəsində səsləndirdiyi bəzi fikrlər ictimaiyyətdə maraqla qarşılanıb. Xüsusilə, “KQB” və agentura arxivinin açılması, AXC hakimiyyətində Rusiyaya işləyən şəxslərin təmsil olunması, 4 iyun Gəncə qiyamı və digər məsələlərlə bağlı açıqlamalar suallar doğurub.

Hüquq müdafiəçisi, mərhum prezident Əbülfəz Elçibəyin ən yaxın dostlarından olan Novella Cəfəroğlu suallara cavab verib.

– Novella xanın, Elçibəy iqtidarında Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş Sülhəddin Əkbərin son müsahibəsi ciddi rezonansa səbəb olub. Sözügedən müsahibədə səsləndirilən fikir, fakt və təhlillərə reaksiyanız nədən ibarətdir?

– Əbülfəz Elçibəyin “Hər şeyin zamana ehtiyacı var” deyə məşhur fikri var idi. Kitab yazın, müsahibələr verin, bir-birinizlə diskusiyalara çıxın, nə istəyirsiniz edin. Amma mən təklif edirəm ki, həmin hakimiyyətdə təmsil olunan şəxslər bir yerə toplaşıb hər şeyi müzakirə etsin və bu millətə də desin ki, proseslər necə olub. Hər birinin ayrı-ayrılıqda danışması, bir-birinin əleyhinə sözlər deməsi anlaşılan deyil. İşin acı tərəfi budur ki, onların hamısı bir-birini siyasət adamı sayır. Azərbaycanın indiki durumunda – koronavirus bir tərəfdən, Dağlıq Qarabağ problemi o biri yandan insanları narahat edir, bunları bir kənara qoyub bir-birini ittiham etmək əslində millətə qarşı addımdır. Axı niyə xalqa bunu edirsən? Xalqda inam, dəyərlər olmalıdır. Bu dəyərlər olmasa heç bir nəticə olmayacaq. Azərbaycanda xalq hərəkatı başlayanda mən cavan idim. Ömrümün az qala 30 ilindən çoxunu bu prosesə vermiş insanam. Amma bu gün belə mənzərəni görəndə az qala yaşamaq istəmirəm. Bunların fikirləri mənə o qədər pis təsir edib ki… Bütün inanc yerlərini vururlar, bağlayırlar. Bu millət yaşamalı, erməni ilə mübarizə aparmalı, Qarabağı qaytarmalı, virusdan az itki ilə çıxmalıdır. Sizə nə olub, nəyi bölüşə bilmirsiniz? Vallah, mən başa düşə bilmirəm…

– Daha maraqlısı “KQB” agentləri ilə bağlı qoyulan iddiadır. Doğurdanmı AXC hakimiyyətinin ən ali postlarında “KQB”yə bağlı şəxslər olub?

– Əbülfəz Elçibəy dünyasında heç kəsə işləməyib. Çoxu onu 1988-ci ildə tanısa da, bizimlə Əbülfəz bəyin dostluğu daha qədim tarixə söykənir. Əbülfəz Elçibəy nə rusa, nə ingilisə, nə də başqa birinə işləyib. Elə buna görə də, hakimiyyətə cəmi 1 il tab gətirə bildi. Bunun özü də böyük zaman sayılmalıdır. Əbülfəz o qədər təmiz, saf, millətə bağlı adam idi ki, baş verənləri də bilirdi. İndi bunlara nə olub, niyə bir-birlərinə dəyiblər, anlaşılan deyil. Yaxud İsa Qəmbər, Pənah Hüseyn agent ola bilər? Bunlar ağlasığmaz şeylərdir. Bunların hamısı həm də mənim, millətin 30 illik əməyinə dəyir… Belə şeymi olar?

– “KQB” xalq hərəkatınına öz adamlarını gizlicə yerləşdirə bilməzdimi?

– Yerləşdirmişdi, belə adamlar var idi. Biz də bunu bilirdik. Bunu əslində hamı bilirdi. Kim deyir ki, yox idi?

– Kimlər idi, adlarını açıqlaya bilərsinizmi?

– Mən niyə deyim ki? Bəyəm, mən Sülhəddin Əkbərəm?

– Hamı bilir, amma heç kim demir…

– “KQB”yə işləyən insanlar çalışırdılar ki, yenidən rusları hakimiyyətə gətirsinlər. Rəhim Qazıyev, Vaqif Hüseynov və digərləri Moskvada bir araya gəlmişdilər və hakimiyyət çevrilişinə hazırlaşırdılar. Siz bunu araşdırın, görün, bundan sonra niyə Elçibəylə Heydər Əliyev arasında səkkiz saatlıq görüş oldu. Çünki Moskvada hazırlanan bu məsələlər müzakirə edilirdi və s. Siz bunları bilə-bilə niyə camaatı başqa yollara salırsınız? Elçibəyin “KQB”yə bağlılığı olsaydı onu devirə bilərdilərmi? Məncə, danışanda bir qədər məntiqə də söykənmək lazımdır.

– Elçibəyin devrilməsində əsas arqument kimi 1993-cü ilin mayın sonlarında Azərbaycanda bütün rus qoşunlarının çıxarılması göstərilir. Siz bu prosesin necə baş verdiyindən agah olan üç-dörd şahiddən birisiniz. Bu proses necə oldu, Elçibəy nədən buna razılıq verdi?

– Bu şeyləri bilənlər, bilir. Bu barədə ən ciddi müzakirə o zaman mənim evimdə aparılıb. ABŞ-ın o zamankı səfiri Riçard Mayls bizə gəlmişdi. Daha sonra Prezident Əbülfəz Elçibəy gəldi. Onlar arasında danışıqlarda tərcüməçiliyi mən etdim. ABŞ səfiri Mayls dedi ki, cənab prezident, siz istəyirsiniz rus ordusunu ölkədən çıxarasınız? Əbülfəz bəy də bildirdi ki, əgər o çıxarmasa, kim çıxaracaq? Səfir açıq dedi ki, bu addım sizin hakimiyyətdən getməyinizə səbəb olacaq və biz sizi müdafiə edə bilməyəcəyik. Əbülfəz bəy də qəti dedi ki, bu addımından sonra nələrin baş verəcəyini bilir və buna razı olacaq. Söhbət bu cür oldu. ABŞ səfiri sözsüz ki, Azərbaycandan rus qoşunlarının çıxarılmasını istəyirdi. Sadəcə gücləri yox idi ki, bu addımından sonra Azərbaycan prezidentini müdafiə etsinlər. Axı Əbülfəz bəy onlarla da danışıqlar getmir, neft məsələsində güzəşt haqqında düşünmürdü. İngiltərənin baş naziri Tetçer dedi ki, ömrümdə belə prezident görməmişəm, ancaq təəssüflər olsun ki, razılığa gələ bilmədik… Bunların hamısı öz dövrünün mediasında açıq yazılıb.

– Sizcə, belə bir komanda ilə Elçibəyin 1 il hakimiyyətdə qalması möcüzə deyilmi?

– Elə buna görə də getdi. Elçibəyin bir sözü var idi. Deyir birinin evi yanır, hamı gəlir su atıb onu söndürməyə çalışır. Biri ev sahibinə deyir ki, siz niyə su atmırsınız? Cavab verir ki, siz bilsəniz bu taxtabitilər mənim başıma nə oyun gətiriblər, heç ora su atmazsanız, durub taxtaların yanmasına tamaşa edərsiniz. Rus qoşunlarının ölkədən çıxarılması sözsüz ki, o vaxt hökumətdə əsas fiqurlarla müzakirə edilmişdi. Amma Əbülfəz bəy özü bilirdi ki, bu addımı atsa, hakimiyyətdə qalmayacaq. Buna baxmayaraq rus qoşunlarını çıxardı. O zaman müstəqillik həm də bu məsələdən asılı idi. Bilirsiniz, mən çox şeylər deyə bilərəm. Əbülfəz bəy prezident kimi Rusiyaya səfər etdi, görüş zamanı Boris Yeltsin təklif etmişdi ki, rus qoşunları Azərbaycanın cənub sərhədlərini mühafizə etsin. Elçibəy də demişdi ki, buna etirazı yoxdur, amma Azərbaycanın qoşunları da Sankt- Peterburqun Finlandiya ilə sərhəddini mühafizə etsin. Yeltsin deyib ki, niyə? Əbülfəz bəy də bildirib ki, o halda sizin əsgərlər nədən bizim ölkənin cənub sərhədlərini qorumalıdır? Bundan sonra Yeltsin dar çərçivədə bildirib ki, Əbülfəz yaxşı insandır, amma təəssüf edirəm, onunla üzülüşmək lazımdır. Bütün bunlar tarixdir və olub.

– Belə anlaşılır ki, siz Sülhəddin Əkbərin arqumentləri ilə heç bir halda razılaşmırsınız?

– Mən ümumiyyətlə, heç kimin fikirləri ilə razılaşmıram. Hərəkatın birinci günündən bu prosesdə olan bir adam kimi deyirəm ki, bəsdirin daha, bir-birinizə az çamur atın. Bu saat bizim dərdimiz Qarabağdır, onu nəyin bahasına olursa-olsun azad etməliyik. Gənclərin beyninə yeritməliyik ki, Qarabağ bizimdir və onu alacağıq. Hakimiyyət-müxalifət birliyi məhz Qarabağ məsələsində olmalıdır. İkincisi, koronavirus problemindən bu xalqı çıxarmaq, iqtisadi durumu yaxşılaşdırmaq lazımdır. Mən bu məsələlərdə birlik nümayiş etdirməyi vacib addım sayıram. Bu haqda düşünmək lazımdır.Teleqraf

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Novella Cəfəroğlu ilə DSMF arasında məhkəmə davam edir

    Novella Cəfəroğlu ilə DSMF arasında məhkəmə davam ...

    19-04-2016, 01:13

  • 
  • Novella Cəfəroğlu: "Mən “qələt edir” sözünü deməmişəm"

    Novella Cəfəroğlu: "Mən “qələt edir” sözünü ...

    19-06-2013, 13:55

  • 
  • Erməni müxalifətçini Azərbaycana Novella Cəfəroğlu qaçırıb

    Erməni müxalifətçini Azərbaycana Novella ...

    17-09-2015, 19:23

  • 
  • Qapalı görüşün bir razılaşması - Sülhəddin Əkbərin partiyası qeydiyyata alınacaq (ÖZƏL)

    Qapalı görüşün bir razılaşması - Sülhəddin ...

    13-12-2014, 22:57

  • 
  • “Heydər Əliyev Elçibəyin şəklini görüb Ramil Usubovdan soruşur ki, “Bura kimin ofisidir?”…

    “Heydər Əliyev Elçibəyin şəklini görüb Ramil ...

    14-06-2017, 18:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu