GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Məni heç nə ilə susdura bilməzlər”

“Məni heç nə ilə susdura bilməzlər”

Tarix: 24-11-2013, 12:08 Bölmə :Müsahibə Baxış: 958
“Məni heç nə ilə susdura bilməzlər”
“Birinci cəsarət lazımdır, ikinci də gördüyün işin arxasında durmaq bacarığı”

Gənc fotoreportyor-blogger Mehman Hüseynovun ad günündə “Qafqazinfo”ya müsahibəsi:

- Fotoqraf, fotoreportyor, fotojurnalist, blogger, ya elə özün dediyin kimi, “xoşbaxt” Mehman?

- Fotoreportyor deyərdim.

- Evdə otura-otura ən gözəl mükafatları almaq necə hissdir?

- Evdə otura-otura deyəndə ki, boş-boşuna oturmuram. Fəaliyyətimi internet vasitəsilə, sosial şəbəkələrdə göstərirəm. Mənim işim realdır, ortadadır və hamı bunu görür. Baxmayaraq ki, mənə qarşı xeyli təyziq var, işimi dayandırmıram. Bunu beynəlxalq təşkilatlar da görür və nəzərə alır ki, hansı şəraitdə fəaliyyət göstərirəm. Ona görə də istər işim bəyənildiyinə görə, istərsə də dəstək olmaq məqsədilə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən mükafatlandırılıram. Ölkədən çıxa bilməsəm də, mükafatı mənim yerimə qardaşım, ailə üzvlərim alır.

- Deyirlər, həmişə deyib-gülən, optimist adamın kədərli halı dözülməz olur... Son vaxtlar sizi ən çox məyus edən hadisə nə olub?

- Məni heç vaxt heç nə məyus etmir. Həmişə pozitiv qalmağa çalışmışam. Bu, mənə güc verir. Demək olar ki, ayda 1-2 dəfə polis tərəfindən saxlanılıram. Bölməyə aparılanda, dindiriləndə də pozitivliyimi, gülər üzümü saxlayıram. Məni fiziki cəhətdən sındıra bilmədikləri üçün, mənəvi cəhətdən sındırmaq istəyirlər. Amma mən onlara göstərirəm ki, mənən də sınmayacam. Məni heç nə ilə susdura bilməzlər. Nisbətən ona pis oluram ki, qazandığım mükafatları şəxsən özüm ala bilmirəm. Əvvəlcədən gedib-getməyəcəyimi demirlər, səfər gününə qədər məni yubadırlar, cavabı son ana saxlayırlar. Bu da işimi çətinləşdirir. Yəqin gözləyirlər ki, bu problem üst-üstə yığılaraq bir gün məni çilədən çıxaracaq və ölkəni tərk edib gedəcəm. Amma bunu görməyəcəklər.

- Gözəl portret çəkməkçün müəyyən işıq effektlərindən istifadə olunur, toy, ad günü fotosessiyası üçün müəyyən ideyalar düşünülür. Bəs ictimai-siyasi hadisələri çəkməkçün nə lazımdır?

- İctimai-siyasi hadisələri olduğu kimi çəkməkçün sadəcə cəsarət lazımdır. Burda heç bir effektə, fotoşopa ehtiyac yoxdur. Əsas odur, cəsarətli olasan və qanun çərçivəsində hər şeyi çəkəsən. Elə yerlər var ki, məsələn, metro - orda çəkilişə icazə yoxdur. İcazəsiz yerlərdə çəkiliş etmərəm. Amma görsəm ki, hansısa vətəndaşın hüquqları pozulur, polis kimisə döyür, kiminsə evi qanunsuz sökülür, məmur hansısa qanunsuz iş görür - onu çəkib ictimaiyyətə təqdim edirəm. Belə hadisələri ictimailəşdirmək üçün, bayaq dediyim kimi, birinci cəsarət lazımdır, ikinci də gördüyün işin arxasında durmaq bacarığı.

- Ətrafınızdakı insanların bəzilərinin ən gözəl fotolarının müəllifi sizsiniz. Bəs sizin ən gözəl fotonuzun müəllifi kimdir?

- Mənim ən gözəl fotomu tanımadığım insanlar çəkir. Hansısa bir tədbirdə iştirak edirəm, kimsə məni görür və fotomu çəkir. Ən gözəl fotolarımın müəllifi məhz tanımadığım insanlardı.

- Bəs ən gözəl fotonuzun müəllifinin kim olmasını istərdiniz?

- Elə bir istəyim yoxdur.

- Ənənəvi fotoqrafiya tarixdə fotolentlərlə qalıb. Bəs rəqəmsal fotoqrafiya tarixdə nə ilə qalacaq?

- Rəqəmsal fotoqrafiya cəldliyi ilə tarixdə qalacaq. Lenti çıxarmağa, şəkli seçməyə-filan vaxt itirilmədiyi üçün rəqəmsal fotoqrafiya çevikliyi ilə seçilir.

- Yaxın tariximizdə hansı hadisəni çəkə bilmədiyiniz üçün heyfsilənmisiniz?

- Xatırlamıram. Həmişə çalışmışam hadisə məkanına vaxtında gedib çatım.

- Ümumən, Azərbaycan tarixində hansı hadisəni çəkmək istərdiniz?

- Rusiya-Gürcüstan müharibəsində mən döyüş bölgəsində idim. Bir neçə kadr çəkmişəm. Azərbaycan tarixində isə 90-cı illərin əvvəllərini işıqlandırmaq istəyərdim. Qorxmadan fotoaparatımı da götürüb gedərdim döyüş bölgəsinə. Eləcə də Bakının 90-cı illərindən bir neçə kadr çəkmək istərdim.

- “Sancaq” production hadisələri sancaraq müəyyən vaxtdan sonra loqoya çevirildi?

- “Sancaq”ın əsas məqsədi siyasi satira yaratmaqdır. Kimsə siyasətlə maraqlanmaya bilər. Biz baş verən siyasi hadisələri satira ilə çatdırırıq. Bu yolla hamı yaydığımız xəbərləri oxuyur, satira ilə yanaşı, ictimai-siyasi vəziyyətlə də tanış olmuş olur. O ki qaldı ada, “Sancaq” production yaranmamışdan iki ay əvvəl işçi qrupu təşkil edildi və ad üzərində düşündük. Adın mənası sizin də qeyd etdiyiniz kimi, “sancmaq” sözü ilə bağlıdır.

- Fotoaparatın obyektivi gördüyü hər bir hadisəni obyektiv çəkir. Siz fotonuza verdiyiniz şərhlərlə onu subyektiv məhsula çevirmirsiniz ki?

- Fotolarımı iki yerə ayırıram: bir var şərhə ehtiyac olmayan, ictimai hadisəni tam əks etdirən, danışan foto, bir də var müəyyən bir hadisədə işıqlandırdığın foto. Hansı ki, o hadisənin iştirakçısı sən olmusan və foto hər şeyi tam göstərmir, şərhə ehtiyacı var. 90 faiz fotolara şərh verərək subyektiv məhsula çevirmiş oluram.

- Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır... Yüz sözə əvəz bir kadrınız var?

- 3-4 belə fotom var. Onların içində elə kadrlar var ki, baxan kimi Azərbaycanda söz azadlığı haqqında hər şey sənə məlum olur. Xüsusən, 2011-ci ildən bəri Azərbaycandakı durumu, söz azadlığını, jurnalistlərin bugünkü vəziyyətini tam əks etdirəcək kadrlarım var.

- Adətən, aktyordan soruşurlar ki, hansı rolu oynamaq istərdin? Bəs sizin fotoqraf kimi, arzuladığınız kadr var?

- Xalqın xoşbəxt anını çəkmək istərdim. Hamıının istədiyi ədalətin bərpa olunmasıdır, söz azadlığıdır, azad cəmiyyətin qurulmasıdır. Həmin o azad cəmiyyət qurularkən insanların emosiyalarını çəkmək istərdim.

Nihal
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Obyektiv" internet televiziya kanalının əməkdaşı hava limanında saxlanıldı

    "Obyektiv" internet televiziya ...

    17-06-2013, 11:38

  • 
  • Mehman Hüseynov saxlanıldı və sərbəst buraxıldı - TƏFSİLAT

    Mehman Hüseynov saxlanıldı və sərbəst buraxıldı - ...

    11-11-2014, 00:32

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Kollecin həyətindəki təmir sexləri tələbələri bezdirib

    Kollecin həyətindəki təmir sexləri tələbələri ...

    24-02-2014, 16:08

  • 
  • Mehman Əliyev: “Əli Həsənov dedi ki, niyə namizədliyini vermirsən?”

    Mehman Əliyev: “Əli Həsənov dedi ki, niyə ...

    14-08-2013, 00:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu