GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Ziyalı olmağa iddiası olan şəxslər bu missiyanın öhdəsindən gələ bilmədilər”

“Ziyalı olmağa iddiası olan şəxslər bu missiyanın öhdəsindən gələ bilmədilər”

Tarix: 20-01-2014, 14:24 Bölmə :Müsahibə Baxış: 922
“Ziyalı olmağa iddiası olan şəxslər bu missiyanın öhdəsindən gələ bilmədilər”
Ərəstun Oruclu: “Bizim hakimiyyətin qərarverən hissəsinin 80 faizi Rusiyaya loyal münasibəti olan şəxslərdir”

Suaallara “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Ərəstun Oruclu cavab verib. Müsahibimiz əsasən müxalifətin və hakimiyyətin durumunu qiymətləndirib və gözləntilər haqda danışıb.

- Ərəstun bəy, prezident seçkilərindən sonra ölkədə yaranan durumu necə qiymətləndirmək olar?

- Prezident seçkilərindən sonrakı dövrü qeyri-müəyyənlik dövrü kimi də qiymətləndirmək olar. Baxmayaraq ki, əvvəlki seçkilərdən sonrakı dövrlə müqayisədə prinsipial fərq ilk baxışdan nəzərə çarpmır. Amma indi ölkənin siyasi mənzərəsində yeni çalarlar da var. Bu yeni çalarlar da bundan sonrakı dövrün ilkin işartılarıdır. Situasiya odur ki, müxalif düşərgədə hər seçkidən sonra olduğu kimi savaş gedir. Bu artıq ənənə halını alıb. Lakin bu dəfə bir qədər sərt savaş var. Digər tərəfdən, hakimiyyət özünü zahirən qalib kimi göstərsə də, ciddi təlaşları var. Çünki bir-birinin ardınca ölkə kənarda baş verən korrupsiya qalmaqalları hakimiyyətə toxunur. Həm də beynəlxalq aləmdə pis imici formalaşan hakimiyyətin imici durmadan pisləşir. Hiss edilir ki, hakimiyyət daxilində ziddiyyətli məqamlar var. Neft hasilatı aşağə düşür. Hakimiyyət büdcədə yaranan kəsiri qiymət artımı ilə aradan qaldırmağa çalışır və bu da insanlarda narazılıq yaradır. Bu kimi məqamlar göstərir ki, hakimiyyət də ideal durumda deyil. Baxmayaraq ki, özünü sakit, təminli və qalib kimi göstərməyə çalışır. Təlaş açıq özünü göstərir. Həm də indiyə qədər hakimiyyət güvəndiyi beynəlxalq faktorları ard-arda itirilir. Ümumu durum bundan ibarətdir.

- Sizə elə gəlmirmi ki, müxalifətdən fərqli olaraq hakimiyyət monolitdir və təhlükə gələn an birləşə bilir. Müxalifət isə adi məsələlər üstündə biri digərini ittiham edir...

- Mən deməzdim ki, hakimiyyət daxilində monolitlik var. Amma hakimiyyətdə ümumi təhlükə qarşısında birləşmək və onu dəf etmək kimi qabiliyyət var. Bunu açıq deməliyik. Seçkiöncəsi də bu özünü göstərdi. Lakin ziddiyyətli məqamlarda var. Çünki bu ziddiyyətər hələlik pərdə arxasında baş verir. Prinsipial ziddiyyətlər olmadığından parçalanma görünmür. Amma parçalanmanın baş verməsi üçün zəmn mövcuddur.

Müxalifətə gəlincə, burada yenilik yoxdur. Yeganə fərq odur ki, əvvəllər seçkidən sonra savaş iki partiya arasında gedirdi. Amma indi prosesə ziyalılar, gənclər də cəlb edilib və onlarda artıq tərəf tuturlar. Bununla da göstərirlər ki, əslində Azərbaycanda ziyalı olmağa iddiası olan şəxslər bu missiyanın öhdəsindən gələ bilmədilər. Çünki ziyalı olan kəslər partiya savaşında tərəf tutmamalı idilər. Amma onlar tərəf tutdular. Güman etmirəm ki, bundan sonra onlar cəmiyyətdə neytral, ölkənin problemlərini düşünən, ümummilli maraq və məqsədləri siyasi maraqlardan üstün tutan ziyalı zümrəsi kimi qəbul edilsin. Artıq bu da bitdi.

- Müxalifət düşərgəsində baş verənlər böhrandır, yoxsa bu müxalifətin bir daha müəyyənləşməsi prosesi?

- Əslində böhran özü müəyyənləşmə prosesidir. Bilirsinizmi, böhran varsa, demək onun səbəbləri də var. Böhran ondan ibarətdir ki, bu gün savaş gedən düşərgədə seçkidən əvvəl geniş tərkibli konsolidasiya görüntüsü var idi. Mən buna təsadüfən görüntü demədim. Çünki bu həqiqətən də görüntü idi. Həmin konsolidasiya özünün ilkin günlərindən birləşmələr arasında söz atışması ilə müşahidə olunurdu. Müəyyən ziddiyyətlər, , prinsipial fikir ayrılıqları gündəmə gəlirdi. Sadəcə olaraq heç kəs seçki bitməmiş bunu savaşa çevirmək istəmirdi. Çünki hər kəs bilirdi ki, uğursuzluq olacaq, kimdə savaşı birinci açsa seçkidən sonra uğursuzluq savaşı başlayanın ayağına yazılacaq. Amma bunun məğlubiyyət olacağını bilə-bilə başqa alternativ modellərin axtarılmaması, yanaşmaların ortaya qoyulmaması təəccüblü idi. Amma dərinə gedəndə bu təəccüblü deyildi, çünki baş verənlər böhranın əlamətindən biri idi. Demək istəyirəm ki, böhran əvvəlda var idi. Qaldı və indi gördüklərimiz bu olan və qalan böhranin təzahürləridir. Əlbəttə, seçki dönəmində böhran bu qədər dərin deyildi. Seçkidən sonra keçirilən aksiyalar zamanı da böhran hiss edilirdi. Əgər partiya iddia edirsə ki, özünün 10 min üzvü var, üstəlik cəmiyyətin ona dəstək verilir. Bu halda seçkidən sonra keçirilən mitinqlərdə 5-6 min insan qatılırdı. Bundan artıq insan toplaya bilməmək böhranın açıq göstəricisi idi.

- İlham Əliyevin Brüssel səfəri, apardığı danışıqları necə qiymətləndirirsiniz, Azərbaycan hökuməti doğurdanmı Avropa ilə birmənalı əməkdaşlığa gedir?

- Belə cəhdlər edilir. Hesab edirəm ki, bu Rusiyadan qorunmaq üçün qərbə sığınmaq cəhdləridir. Əvvəl Rusiyanın təzyiqlərini neytrallaşdırmaq üçün Türkiyə seçilirdi. Amma İlham Əliyevin Türkiyə səfəri ilə eyni gündə Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov İsrailə getmişdi. Əslində məxfi kimi təqdim edilən bu səfər ciddi mesajlar daşıyan səfər idi. Əks halda Səməd Seyidov kimi nisbətən aşağı ranqlı diplomat İsrailin baş naziri tərəfindən qəbul edilməzdi. Səməd Seyidov yalnız bir səbəbdən İsrailin baş naziri tərəfindən qəbul olunmuşdu. Görünür Seyidov Bakıdan müəyyən mesajlar aparmışdı. Ancaq bilirsiniz ki, İsrail tərəfi belə gizli, yarım gizli münasibətlər tərəfdarı deyil. Artıq İsraildə Bakının bu hərəkətlərindən yorulub. Ona görə də, İsrail mətbuatı Səməd Seyidovun səfəri, səfərin məzmunu və məqsədi haqda ortaya həqiqətlər qoydu. Həmdə İsrailin baş naziri, eləcədə digər nazirləri oğru deyil ki, kimləsə gizli görüşsün. Bu bir daha göstərdi ki, Azərbaycan hökumətinin xarici siyasət kursu yoxdur. Bizdə oturuşmuş xarici siyasət demək olarki yoxdur. Baxın, İlham Əliyev Türkiyədə baş nazir Ərdoğanla hətta hərbi texnikanın alınması haqda söhbətlər apardı və bunlar açıq söhbətlər idi. Digər tərəfdən, biz bilirik ki, silah alış-verişi sahəsində Azərbaycanla İsrail arasında uzun illərdir ki, yaxın əməkdaşlıq mövcuddur. Bu da göstərdi ki, Azərbaycan hakimiyyəti xarici siyasətində itkisiz axtarışlar prosesindədir. Çalışır ki, hər kəsdən dəstək və himayə qazansın, amma eyni zamanda da heç bir tərəfə inteqrasiya olunmasın. Yəni bunların gülüş hədəfinə çevrilən balanslaşdırılmış xarici siyasət dedikləri əcaib bir şeydir. Bu da alınmadı. Son dövrlər Türkiyədə də siyasi problemlər yaranıb. Ərdoğan hökumətinin müqəddaratı məlum deyil. Belə olan yerdə Azərbaycan hökumətinin yeganə ümid yeri qərb olur. Qərbdə isə Azərbaycan-Amerika münasibətləri yaxşı deyil. Çünki rəmi Bakı Vaşinqtonun ünvanına çox çirkin ittihamlar səsləndirib. Bu halda qalır Avropa Birliyi. Avropa Birliyi ilə münasibətlərdə daha çox qaz amilindən və başqa faktorlardan istifadə etmək olar. Açığı qaz və enerji əməkdaşlığı amili artıq bir o qədər də aktual deyil. Bir ildən sonra görsək ki, Avropanın TANAP, NABUKKO və digər qaz layihələrinə marağı azalıb bundan əsla təəccüblənmək lazım deyil. Çünki hazırda beynəlxalq aləmin gündəliyinə İran məsələsi, bu ölkə ilə əməkdaşlıq mövzusu gəlir. Bilirsinizmi, mən bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Bir neçə gün bundan əvvəl İsrailin xarici işlər naziri bir neçə nəfər arasında apardığı şəxsi söhbət əsasında bir ifadə işlədərək deyib ki, Con Kerri Nobel mükafatı alsaydı, bizim də danışıqlardan canımız qurtarardı. Əlbəttə, bu ironik ifadədir. İsrail cəmiyyətində sanki bir inqilab baş verdi. Hökumət üzvləri, deputatlar, müxalifət bu naziri qınayaraq bildirdi ki, portniyorlar haqda belə ifadələr işlədilməməlidir. Hansı ki, İsrailin xarici işlər naziri bu sözü dar çərçivədə işlədib. Hər kəs tələb etdi ki, bu ifadəsinə görə, nazir üzr istəsin. Amma Azərbaycan hakimiyyəti Ramiz Mehdiyev və digər yüksək çinli məmurlar səviyyəsində ABŞ haqqında kəskin bəyanatlar verib. Ramiz Mehdiyevin özü Amerikanı Azərbaycanı seçki saxtakarlığına sövq etməkdə günahlandırıb. Elləcədə Amerikanın buradakı səfri haqqında müəyyən açıqlamalar verildi, hətta səfirin müdafiə naziri ilə görüşü mətbuata sızdırıldı. Əlbəttə, bütün bunlar Azərbaycan-Amerika münasibətlərində hər şeyin yaxşı olmadığını göstərir. Nə qədər görüntü yaradılsa da, münasibətlər yaxşı səviyyədə deyil. Odur ki, Azərbaycan hakimiyyəti indi daha çox Avropaya meyl edir. Prezident də Avropa Birliyinə, NATO-ya səfər etdi, görüşlər keçirdi, müzakirələr apardı. Mənim fikrimcə, bu uğursuz siyasətdir.

- Nəyə görə, uğursuz hesab edirsiniz?

- Çünki Azərbaycan hakimiyyətinin apardığı siyasətin konsepsiyası yanlışdır. Məsələn, Azərbaycan NATO baş katibinə mətbuat konfransı zamanı Azərbaycan mətbuat nümayəndəsinin verdiyi iki sual göstərdi ki, hakimiyyət ya dünyada nə baş verdiyini anlamır, ya da hesab edir ki, hər kəslə şantaj dilində danışmaq olar. Əlbəttə, şantaj dilində danışmaq olar, lakin bunun də müəyyən həddi var. Mən güman etmirəm ki, hazırda hakimiyyət xarici siyasətdə ciddi və strateji kurs həyata keçirir. Unutmayaq ki, bizim hakimiyyətin qərarverən hissəsinin 80 faizi Rusiyaya loyal münasibəti olan şəxslərdir. Mən güman etmirəm ki,onlar asanlıqla Rusiyadan qopmaq istəsinlər. Fikrimcə, bütün bunlar balans oyunudur. Qərbə yaxın olmaqlarını göstərməklə Rusiya ilə əməkdaşlıq etməkdir. Bundan başqa heç nə yoxdur.

- Sizin partiya təsis etməyinizlə bağlı açıqlamanız olmuşdu. Bu haqda nə deyə bilərsiniz?

- Bizim belə bir niyyətimiz var və bu məsələ gündəmdədir. Yaxın günlərdə bu haqda qərarımızı verəcəyik. Sadəcə olaraq bu gün siyasi mübarizə meydanı yoxdur, hələlik savaş meydanı var. Bizdə partiya təsis edib bu söyüşçülərin hədəfinə gəlmək istəmirik. Çünki biz söyüşlə deyil, siyasətlə məşğul olmaq istəyirik.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərəstun Oruclu “a-13”ə daxil olan fəallarin adlarini açiqladi

    Ərəstun Oruclu “a-13”ə daxil olan fəallarin ...

    19-02-2013, 11:19

  • 
  • Ərəstun Oruclu: “Ziyalılıq məsələsi Ramiz Mehdiyev üçün  yad mövzudur”

    Ərəstun Oruclu: “Ziyalılıq məsələsi Ramiz ...

    6-12-2012, 12:52

  • 
  • Xalq üsyanlarının səbəbi

    Xalq üsyanlarının səbəbi ...

    25-01-2013, 11:28

  • 
  • "Yaxın zamanlarda müxalifətin yeni strategiyası müəyyənləşəcək"

    "Yaxın zamanlarda müxalifətin yeni ...

    24-10-2013, 15:55

  • 
  • «2 ÖLKƏDƏ MAHMUDOVLARIN YARIM MİLYARDLIQ ƏMLAKI VAR» - Keçmiş MTN-çidən açıqlama

    «2 ÖLKƏDƏ MAHMUDOVLARIN YARIM MİLYARDLIQ ƏMLAKI ...

    10-12-2015, 19:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu