GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Tağı Əhmədovun yeraltı dünyada "gizlətdiyi" milyonlar

Tağı Əhmədovun yeraltı dünyada "gizlətdiyi" milyonlar

Tarix: 30-01-2014, 18:22 Bölmə :Ölkə Baxış: 1 034
Tağı Əhmədovun yeraltı dünyada "gizlətdiyi" milyonlar
Bitib tükənməyən təmir-tikinti serialı Metrodakı yenidənqurma işləri başa çatmır
Bakı Metropoliteninin rəisi, jurnalistlərə qarşı aqressivliyi ilə seçilən Tağı Əhmədovun metronun ayrı-ayrı stansiyalarında apardığı təmir-tikinti işləri bitib tükənmək bilmir. Tağı Əhmədov «İçərişəhər» stansiyasında sonu bilinməyən təmir-tikinti işlərinə hələ 6 il bundan əvvəl start verdi. Stansiyanın yenidən qurulmasına 2008-ci ilin iyul ayında başlanıldı. Həmin vaxt bu işə 15 milyon manat vəsait sərf edildi. Stansiyanın giriş hissəsi piramida şəklində quruldu, konstruksiyası metal və şəffaf şüşədən quraşdırıldı. Bundan cəmi 1 il sonra nə oldu-nə olmadı bilmirik, yenidən təmir işlərinə start verildi. Belə ki, 2008-ci ildə uzun fasilələrlə təmirə dayanan «İçərişəhər" metrostansiyası 2009-cu ildə yenidən bağlandı. Metro qatarları «Sahil» stansiyasından əks istiqamətə qayıtmağa başladılar. Stansiyanın fəaliyyətinin dayandırılması rekonstruksiya işlərinin aparılması ilə izah edildi. Habelə, həmin gündən etibarən stansiyada eskalatorların əvəzlənməsi işlərinə başlandı.
Eskalatorların əvəzlənməsi işləri sentyabr ayının 10-dək tam başa çatdırıldı. Budur, metropoliten rəhbərliyi yenidən «İçərişəhər» metrostansiyasında təmir işlərinə start veriblər. Bakı Metropoliteninin elektrik təchizatı xidmətinin rəisi Əlixan Osmanov «İçərişəhər» yarımstansiyasının yenidənqurmaya ehtiyacı olduğunu bildirib və qeyd edib ki, bunun üçün ona metropoliten rəhbəri Tağı Əhmədov tərəfindən müvafiq hesablamaların aparılmasını və idarə rəisinə təqdim olunması tapşırılıb. Xidmət rəisi əlavə edib ki, Tağı Əhmədov ona tunellərdə olan mövcud xətlərin bir-birindən ayrılması başlayanadək "Nizami” yarımstansiyasının dartı-azaldıcı yarımstansiyaya çevrilməsi üçün lazım olan yenidənqurma işlərinin layihəsini təqdim etməyi tapşırıb. Metropolitendə sərnişinləri bezdirən daha bir təmir-tikinti işləri «28 May» stansiyasında başladı. Hələ 2012-ci ildə stansiyanın eskalatorları təmirə dayandı. Stansiyanın yeni eskalatorları sentyabrın 15-də saat 12:00-da istifadəyə verildi. "28 May” stansiyasının Cəfər Cabbarlı meydanında yerləşən əsas giriş-çıxışında quraşdırılan yeni eskalatorlar uzun müddət sonra sərnişinlərin istifadəsinə verildi.
Burada sökülmüş LT tipli 3 ədəd eskalatorun əvəzinə Almaniyanın "Thyssen Krupp” şirkətinin "Viktoriya” tipli 4 ədəd eskalatoru quraşdırılıb. Amma bütün bunlara baxmayaraq «28 May» metrostansiyası ötən il yenə təmirə bağlandı. Metropolitendən verilən məlumatda bildirilirdi ki, stansiyanın fasad tərəfinin yenidən qurulması ilə əlaqədar olaraq, yanvarın 21-dən etibarən «28 May» stansiyasının giriş və çıxışı bağlandı. Sərnişinlər Salatın Əsgərova küçəsinə çıxan «Cəfər Cabbarlı» stansiyasının giriş və çıxışından istifadə etməyə başladılar. Metropolitendən yenidənqurma işlərinin hansı müddət ərzində aparılacağı dəqiqləşdirilmədiyindən təmir-tikinti işləri hələ də davam edir. Düz 6 gündən sonra «28 May» metrostansiyasının təmirə dayanmasından 1 il ötür. Bir il müddətində Bakıda 3-4 stadion tikmək olardı.
Bir ilə bir stadion tikmək olardı Tağı Əhmədov! Çox uzağa getməyək, Avroviziya mahnı yarışmasının keçirildiyi «Cristall hall» 5 aya başa gəldi. Amma metropoliten 28 May» metrostansiyasının fasadının təmirini bir ildir başa çatdıra bilmir. Metropoliten rəsmiləri «28 May» metro stansiyasında tikinti işləri ilin sonunadək yekunlaşacağını vəd etsələr də, təmir-tikinti işləri 2013-cü ilin dekabrın başa çatmadı. Bakı Metropolitenin inşaat işləri üzrə rəis müavini Rizvan Bayramov metro stansiyasında tikinti işləri 2013-cü ilin sonuna qədər yekunlaşdırılacağını desə də, bunun şahidi olmadıq. Düzdür, stansiyada bir sıra işlər görüldü: – təmir-tikinti işləri çərçivəsində metro stansiyasında hazırda divar və döşəmələrə qranit və mərmər döşəndi. Eyni zamanda, stansiyanın vestibül damı təzələndi. Qeyd edək ki, «28 May» metro stansiyasının əsas çıxışı 2012-ci ildə giriş üçün bağlandı.
Yenidənqurma işləri ilə əlaqədar sərnişinlər artıq uzun müddətdir, əsas çıxış, ikinci çıxış, eləcə də «Cəfər Cabbarlı» stansiyasının çıxışından da istifadə etməyə məcbur olublar. Təmir işləri çərçivəsində stansiyada eskalatorlar yeniləri ilə əvəz edilib, eyni zamanda onların sayı 3-dən 4-ə qədər artırılıb. Metronun 28 may stansiyası təmir olunsa da, burada insanları dağ-xizək komplekslərindəki kimi sürüşüb zədələnmək təhlükəsi gözləyir. Məsələ burasındadır ki, xizək komplekslərindən fərqli olaraq, metroya insanlar xüsusi qoruyucu vasitələr geyinmirlər. Metropoliten rəisi isə mövzuya bu dəfə də özünəməxsus münasibəti ilə seçilib: "Ay yoldaş firma, oranı sən düzəldirsən, ancaq məni qoyublar xizəyin üstə sürüşdürürlər. İndi bilmirəm, sən sürüşdün, mən sürüşdüm, amma bütün dünya görür mən sürüşürəm”. Xeyli vaxtdır təmirə dayanan metronun «28 may» stansiyasında təmir işləri davam etsə də, bəzi hissələrində işlər artıq yekunlaşıb. Məsələn, stansiyanın platforması büsbütün yenilənib.
Təmir abadlıq əslində göz oxşamağa hesablanıb. Daha gözü kor etməyə yox. Çünki «28 May» metrostansiyasının içərisinə düzülən mərmərin üzərində sürüşmədən hərəkət etmək mümkün deyil. Bu səbəbdən ayağı sürüşüb yıxılanlar ən yaxşı halda şikəst qalar, ən pis halda da gözü kor olar. Qəribədir, metropolitenə xərclənən milyonlarla manat hara gedir? Bu qədər vəsaitin sərfiyyatına rəğmən stansiyalar niyə tez-tez təmirə dayanıdırılır?
Anar Tağıyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tağı Əhmədov əmr verdi

    Tağı Əhmədov əmr verdi ...

    5-07-2013, 15:20

  • 
  • Tağı Əhmədov: “... mən sürüşürəm”

    Tağı Əhmədov: “... mən sürüşürəm” ...

    23-11-2013, 15:27

  • 
  • Tağı Əhmədov “28 May”dakı sürüşmədən danışdı

    Tağı Əhmədov “28 May”dakı sürüşmədən danışdı ...

    22-11-2013, 18:29

  • 
  • Tağı Əhmədov “28 may”a gəldi və...

    Tağı Əhmədov “28 may”a gəldi və... ...

    3-02-2014, 13:28

  • 
  • Sumqayıt, Naxçıvan və Gəncədə metro olacaq

    Sumqayıt, Naxçıvan və Gəncədə metro olacaq ...

    8-05-2013, 12:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu