Xiasedicilər mənzildən 1929-cu il təvəllüdlü Rübabə Məmmədəli qızı Məmmədovanı hərəkətsiz vəziyyətdə aşkar ediblər
Kriminal Səbail rayonunda mənzildə 1929-cu il təvəllüdlü qadınının köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub.
ANS PRESS-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında hadisə yerinə cəlb olunan müvafiq xilasetmə qüvvələrinin əməliyyat şəraitini qiymətləndirməsi zamanı məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzilə eyvandan daxil olan xiasedicilər, mənzildən 1929-cu il təvəllüdlü Rübabə Məmmədəli qızı Məmmədovanı hərəkətsiz vəziyyətdə aşkar ediblər.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində R.Məmmədovanın vəfat etdiyi məlum olub Əməliyyat saat 22:58-də başa çatəb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?