GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cənab Prezident,Sumqayıtı bu “dəstə”dən xilas edin!

Cənab Prezident,Sumqayıtı bu “dəstə”dən xilas edin!

Tarix: 16-08-2015, 00:51 Bölmə :Ölkə Baxış: 0
Cənab Prezident,Sumqayıtı bu “dəstə”dən xilas edin!

Başçının haqsızlığına dözməyən şəhid anası vəfat edib.

Gündəm Xəbər-ə ən çox şikayət göndərən bölgələrdən biri də Sumqayıtdır. Bu dəfə qəzetimiz vasitəsi ilə prezident İ.Əliyevə müraciət edən Sumqayıt şəhərində məskunlaşan, Laçın rayonundan məcburi köçkün,qardaşı şəhid olmuş İsmayılov Məmmədnəbi Sədi oğlu bildirir ki, onun 3-cü mikrarayonda yerləşən 2 obyektini (10 m2 , 12 m2 sahəsi olan ) İH başçısı Eldar Əzizov dağıtdırıb.

“Qaçqınlara toxunmayın, məskunlaşdığı yerdən çıxarmayın!” (deyim mərhum H.Əliyevə məxsusdur) Deyimi artıq aktuallığını itirib. İnsanların şəxsi mülkiyyətini Sumqayıtda buldozer dağıda-dağıda gedir. Vətəndaşların mülkiyyət hüquqları bu şəhərdə addım-başı tapdağaltı olub.

İ.Məmmədnəbinin dediyinə görə anasının sağlığında Sumqayıtın sabiq İH başçısı Təvəkkül Məmmədova ailə vəziyyəti ilə əlaqədar müraciətdən sonra, onlara şəhid ailəsi kimi 12 m2 yer ayrılmışdır. Həmin yeri Sumqayıt Memarlıq İdarəsinin layihəsindən sonra tikib sənədləşdiriblər. Həmin sahəyə yaxın ayaqqabı təmiri sexini də alqı-satqı yolu ilə hər iki obyekti alaraq özəlləşdiriblər. Həmin köşklərdə kiçik ticarətlə məşğul olan Məmmədnəbi 8 nəfərlik ailə üzvünün gündəlik təlabatını ödəyirmiş.

Şikayətçi bildirir ki,“Eldar Əzizovun Sumqayıta təyinatından sonra məcburi köçkün olaraq ailəmiz gündəlik tələbatdan məhrum oldu. E. Əzizov Sumqayıta sanki özü ilə “sunami” gətirdi. O iş yerləri açmaq əvəzinə, bir çox ailələrin çörəyini kəsdi.”

Xatırladaq ki, E.Əzizovun rəhbərliyi altında Gəncədə “idarəçilik təcrübəsi” qazanmış dəstə Sumqayıtın küçə və parklarını alver predmetinə çevirib. Başçının Gəncə kadrları: müavinlər- Rövşən Sadıqov, Sahib Quliyev, “memar Kamil” bu “trio” Sumqayıtda hakimi mütləqdir. E.Əzizov Sumqayıtın köklü problemlərini bilən kadrları işdən kənarlaşdırdı. Əvəzində yuxarıda adlarını qeyd etdiyimiz Gəncədən gətirdiyi “dəstə” üzvlərini öz ətrafında birləşdirdi.

Yazıda adı birinci keçən müavin Rövşən Sadıqovun İsmayıllı rayonuna rəhbərliyi dönəmində qəzəblənmiş xalq tərəfindən onun xidməti maşınını yandırmışdı. Dağlar qoynunda yaşayan İsmayıllılar dağ havası,bulaq suyu qədər saf insanlardır.Bu bölgədə məmur əlləm-qəlləmliyi elə də çox uzağa gedə bilmir.Əslində İsmayıllıda “yanğın”ənənəsi Rövşən Sadıqova məxsusdur.

Sumqayıta əl qoyan “dəstə” səki və küçələri, hətta magistral yolu, bir saylı şəhər xəstəxanasına gedən yolu sataraq yerində “Bioloji Təbabət Klinikası” nın tikilməsinə icazə verib. Parklardakı çoxillik ağaclar və dekorativ kolluqları qırdıraraq yerini sahibkarlara İAİŞƏ obyekti kimi satmağa başladı.

İ.Məmmədnəbi bildirir ki, “obyektimizi sökəndə İH başçısı E.Əzizov bildirdi: “Kimin sənədi varsa, ona başqa ərazidən yer veriləcək.” Biz də başçıya inanaraq gözlədik. Sonradan məlum oldu ki, E. Əzizov heç vaxt vədinə əməl etmir. İllərdir ki, döymədiyim qapı qalmayıb. Problemim həllini tapmır. E.Əzizovun qəbuluna yazılsam da məni qəbul etmir.Laçındakı əmlakımı ermənilər,Sumqayıtda dövlət tərəfindən ayrılan obyektimi E.Əzizov dağıtdı.Erməni gülləboranından sağ-salamat çıxan (şəhid anası) anam, E.Əzizovun bu haqsızlıqlarına dözməyərək vəfat etdi.” .

“Cənab Prezident, dəfələrlə Sizə, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciət etmişəm. Şikayətimlə maraqlanan yoxdur. Bu ölkədə şikayətə niyə baxılmır?

Prezident Aparatında Zeynal Nağdəliyevin rəhbərlik etdiyi şöbənin əməkdaşı İH başçılarının işi üzrə kurator Hüseyn Mövsümovun qəbulunda oldum. Söz verdi ki, o İH başçısı E.Əzizova tapşırar və məsələ həllini tapar. Məsələ isə həllini tapmır ki, tapmır.

Əlimdə qanuni sənədlərim olmasına baxmayaraq, Sumqayıt İH-i abadlıq işləri başa çatdıqdan sonra sizin şikayətinizə baxıla bilər cavabını verir. Mənə şablon cavablarla təsəlli verirlər. “Abadlıq işlərinin” qurtaracağı vaxtsa, məlum deyil. Görünür mən sonsuzluğa qədər gözləməliyəm.

Sumqayıtda minlərlə mənim kimi hüquqları pozulmuş vətəndaşlarımız var ki, illərdir haqqına sahib çıxa bilmir. Abadlıq adı altında altı-üstünə çevrilən Sumqayıt sözün əsl mənasında bir obyekt kimi İH başçısı E.Əzizov üçün yaxşı qazanc məkanıdır.

Əlimdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi (o vaxt qurumun adı belə idi) tərəfindən Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə verilmiş şəhadətnamə olmasına baxmayaraq mülkiyyət hüquqlarımı bərpa edə bilmirəm”.

Araşdırmalarımız zamanı məlum oldu ki, bütün bu haqsızlıqlarla bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov (baş nazirin müavini) məlumatlıdır. Olaydan qəzəblənən Ə.Həsənov, İ.Əliyevə məruzə edəcəyi bildirilir.

Xatırladaq ki, E.Əzizov Sumqayıta təyinatından sonra Əli Həsənovun Sumqayıt İH-da müavin işləyən qardaşı Ramiz Həsənovu işdən azad etmişdi. Bütün xahiş və minnəti başçı qulaqardına vurmuşdu. Bu səbəbdən də E.Əzizovla Ə.Həsənovun aralarında soyuq münasibət hökm sürür.

Çox güman ki,bu olaydan yararlanan Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı E.Əzizova beş qat bədəlini ödətmiş olacaq.

Sonda İ.Məmmədnəbi “Gündəm”xəbər vasitəsi ilə ölkə başçısı İ.Əliyevdən günahkarların cəzalandırılmasını və onun dağıdılmış obyektinin Sumqayıt şəhəri ərazisində bərpa edilərək,özünə qaytarılması üçün, Sumqayıt İH başçısı E.Əzizova göstəriş verməsini xahiş edir.

Kənan

Gündəm Xəbər

Cənab Prezident,Sumqayıtı bu “dəstə”dən xilas edin!
Cənab Prezident,Sumqayıtı bu “dəstə”dən xilas edin!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezidentə şikayət!

    Prezidentə şikayət! ...

    5-02-2015, 00:22

  • 
  • Eldar Əzizovun Laçın qaçqınına zülmü

    Eldar Əzizovun Laçın qaçqınına zülmü ...

    16-04-2014, 11:08

  • 
  • Şəhid ailəsi kömək diləyir

    Şəhid ailəsi kömək diləyir ...

    21-01-2013, 10:05

  • 
  • Eldar Əzizova sərt tələb

    Eldar Əzizova sərt tələb ...

    2-05-2013, 02:09

  • 
  • Göyçayda icra başçısı şəhid bulağını sökdürür - FOTO

    Göyçayda icra başçısı şəhid bulağını sökdürür - ...

    4-04-2018, 15:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu