Prezidentin sənədsiz tikililərin sənədləşdirilməsi haqqında sərəncamına məhəl qoyulmur
E.Əzizovun rəhbərliyi altında “analoqu olmayan inkişaf”ın tərkib hissəsi “abadlıq” işləri Sumqayıtda dəvam etdirilir. Bütün yenidənqurmalar E.Əzizovun zövqünə əsasən aparılır. Başçıya məxsus standartdan heç kim kənara çıxa bilməz. Hərənin özünəməxsus zövqü var. İnsan bioloji varlıq kimi dünyaya göz açanda, hər kəsdə bir cür zövq formalaşır. Məsələn uşaq iməkləmə dövründə ona verilən müxtəlif oyuncaqlara rənginə görə seçim edir. O vaxtdan da insan sevdiyi rəngi uşaq yaddaşına həkk edir. Sumqayıt İH başçısı E.Əzizov qara rəngin vurğunudur. Çox güman ki, Sumqayıtın rəhbəri Bakı şəhərində böyüyərkən qara asvalt üstündə qara şarikli samakat sürdüyündən qara rəngin məftunudur. Bu yaxınlarda özünün qara rəngli xidməti maşınını dəyişərək, 200.000$ son model qara rəngli BMW almışdır. Bu heç də başçının israfçılığı kimi yozulmamalıdır. Rəhbər qiymətindən aslı olmayaraq komfortlu avtomobildə gəzməlidir. Avtomobilin alınması üçün xərclənən vəsait, başçını elə də narahat etmir. Nə gedirsə, bağdan gedir. Başçının şəxsi vəsaitinə toxunulmadan. Qara rəngdən yayınmayaq, yazını davam edək. Sahibkarların obyektlərini məcburən yenidən qurulması üçün başçıya məxsus qara şüşə və alkoponlar obyekt sahiblərinə od qiymətinə satılır. 25-30 kv4 sahəsi olan obyektin alkopon və qara şüşə ilə qurulması 35-40 min manata başa gəlir. Pulu olmayan sahibkar banka girməyə məcbur edilir. Qabaqcadan E.Əzizovun banklara tapşırığına görə, sahibkarın bankdan pul götürməsində heç bir problem yaşanmır. Sonradan banka pulu ödəyə bilməyən sahibkarın günü qara olur. Banka borclu sahibkar obyektini satmaq məcburiyyətində qalır. E.Əzizovun Gəncədən gətirdiyi dəstənin “əməlləri” Adının çəkilməsini istəməyən Sumqayıt sakininin dediyinə görə, onun sənədsiz evinin sənədləşdirilməsi üçün Şəhər Memarlıq İdarəsi ondan 6 min manat istəyir. Bu məbləğ isə onun imkanı xaricindədir. E.Əzizov Gəncəyə rəhbərliyi dönəmində “yetişdirdiyi” kadrları da Sumqayıta daşıdı. Gəncədə yüksək təcrübə qazanmış “kadrlar” Sumqayıtda at oynadır. Gəncədən gətirdiyi (müavinlər) Sahib Quluyev, Rövşən Sadığov Sumqayıt memarlığında müavin kimi yerləşdirdiyi Kamil (başçının pulyığanı) bu “trio” E.Əzizova “sədaqətlə” xidmət edərək Sumqayıtın altını üstünə çevirirlər. Daha doğrusu, Sumqayıt İH Şəhər Bələdiyyəsinin səlahiyyətlərini də mənimsəyib. Sumqayıt bələdiyyəsindən vaxtilə torpağ almış vətəndaş torpağını sənədləşdirmək və Memarlıq İdarəsindən rəy almaq üçün hökmən Kamilin bığının altından keçməlidir. Özü də böyük məbləğdə. Mülkiyyət hüququ istismar aktının ləğv olunması haqqında sərəncamın olmasına baxmayaraq memarlıqda hələ də bu sənəd istənilir. Sumqayıt Memarlıq İdarəsində E.Əzizovun formalaşdırdığı soyğunçu şəbəkə fəaliyyət göstərir. Vətəndaş torpağını sənədləşdirmək üçün “memar” Kamil deyən məbləği verməsə, həmin sənədlər arxivə atılaraq it-bat olur. Bu zatın gözünü pul o qədər tutub ki, prezidentin sənədsiz tikililərin sənədləşdirilməsi haqqında verdiyi sərəncamı vecinə almır. Digər şikayətçi Laçın rayonundan olan məcburi köçkün “memar” Kamilin istədiyi məbləği vermədiyi üçün Yaşıldərə bağlar massivindəki bataqlıqda sığınacaq kimi tikdiyi evin damını Sumqayıt Memarlıq İdarəsinin Tural adlı əmakdaşı ağır texnikanın köməyi ilə uçurdub. Dəfələrlə ölkə başçısı qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı dövlət qurumlarına tapşırığı qulaqardına vurulur. Torpağın sənədləşdirilməsi, rəy və layihələndirilməsində “ayrıseçkilik” yoxdur. Baş memarın müavini Kamilin haqqı çatmalıdır. Memarlıqdakı mənbədən aldığımız məlumata görə, baş memar Həsən Həsənovun özü paket maaşa qulluq edir. Memarlıqda əsas nüfuzlu şəxs Kamildir. Memarın müavini Kamil olan yerdə baş memar heç kimdir. E.Əzizov tərəfindən bütün səlahiyyətlər Kamil “abi”yə verilib. Bu korrupsioner şəbəkə haqqında araşdırmalarımız davam edir. Növbəti sayılarımızda bizi izləyin. Şakir MƏMMƏDOV
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?