GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Elmar Vəliyevlə Cavid Qurbanovun ortaq zülmü

Elmar Vəliyevlə Cavid Qurbanovun ortaq zülmü

Tarix: 20-01-2013, 13:07 Bölmə :Ölkə Baxış: 2 895
Elmar Vəliyevlə Cavid Qurbanovun ortaq zülmü

Yevlaxlı iş adamı özünü prezident
admistrasiyasının qarşısında yandıracağını deyir


Bir müddət əvvəl yevlaxlı iş adamı qəzetimizə müraciət edərək 1 milyon imanatlıq obyektinin kompensasiyasını ala bilmədiyndən şikayətlənmişdi. Şikayətçi Bəhram Sultanov bildirirdi ki, Yevlax - Gəncə dairəsinin qarşısında «Xan Çinar» adlı istirahət mərkəzi fəaliyyət göstərib. Həmin istirahət mərkəzi «İpək Yolu» magistralının çəkilməsi ilə əlaqədar olaraq plana düşüb. Lakin Dünya Bankının ayırdığı 1 milyon manatlıq kompensasiyanı «Azəryolservis» ASC-nin sədri və millət vəkili Cavid Qurbanovla hazırda Gəncənin İcra başçısı olan Elmar Vəliyev alaraq öz aralarında bölüşdürüblər.
Dünən bir daha qəzetimizi arayan Bəhrəm Sultanov bildirib ki, o artıq bu ədalətsizlikdən cana doyub. Şikayətçi bildirir ki, iki ildir Azərbaycan dövlətinin bütün instansiyalarına rastlaşdığı özbaşınalıq və ədalətsizlik barədə müraciət edib. Lakin onun müraciətlərinə heç bir dövlət qurumu qanuni reaksiya verməyib.
İş adamının bildirdiyinə görə, Cavid Qurbanovla Elmar Məmmədov əlbir olub ona çatacaq 1 milyon manat kompensasiyanı mənimsəyiblər. Sahibkar bildirir ki, həmin magistral üzərində plana düşən bütün obyektlərin kompensasiyası, layihəni maliyyələşdirən Dünya Bankı tərəfindən ödənilib.
Həmin vaxt Elmar Vəliyevin sağ əli , Yevlax Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin müdiri Məharət Mustafayev (hazırda Kəpəz rayon İcra Hakimiyyətinin başçısı), Bəhram Sultanovu yanına çağırıb və bildirib ki, onun obyekti rəsmi olaraq dövlət tərəfindən 1 milyon manat olaraq dəyərləndirilib. Amma «Azəryolservis» ASC-nin sədri ona bu məbləğin ancaq yarısını təklif edir. Məharət Mustafayev açıq şəkildə bildirib ki, Gavid Qurbanov iş adamına düşən və Dünya Bankı tərəfindən ödənilən kompensasiyanın yarısını, yəni 500 min manatını istəyir.
İş adamı bu təklifdən imtina edib və bildirib ki, kompensasiyanın hamısını istəyir. Əks təqdirdə obyektin sökülməsinə imkan verməyəcək. Bir müddətdən sonra, 2010-cu il iyulun 16-da, iş adımını o zaman Yevlax İcra Hakimiyyətinin başçısı olan Elmar Vəliyev öz yanına dəvət edib. Sahibkar ora yollanıb və icra başçısı ötkəm səslə ondan inadını yerə qoymağı və təklif olunan məbləğlə razılaşmağı əmr edib. Sahibkar etiraz etdikdə isə, icra başçısı otağındaca onu dövlətə xəyanətdə ittiham edib və sahibkar elə icra başçısının kabinetində həbs olunub.
Bəhram Sultanov azadlığa çıxdıqdan sonra görüb ki, onun istirahət mərkəzini söküblər. İş adamının istirahət mərkəzinin arxasında saldırdığı və 700-dən artıq ağac yetişdirdiyi Heydər Əliyev adına park da yerlə yeksan olunub.
Sahibkar bildirir ki, artıq iki ildən artıqdır ki, ona çatacaq kompesasiyanı almaq üçün mübarizə aparır. Dünya Bankı kompensasiyanı ödəməsinə baxmayraq, o qara qəpikdə 1 milyonluq obekti üçün kompensasiya ala bilməyib. Bəhrəm Sultanov iddia edir ki, onun adına saxta sənədlər tərtib olunub və bu pul alınaraq mənimsənilib. İddiaya əsasən saxta sənədlərin hazırlanmasında isə hazırda Kəpəz rayon İcra Hakimiyyətinin başçısı olan Yevlax Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin müdiri Məharət Mustafayev birbaşa iştirak edib.
Bəhram Sultanov artıq ədalətin təcəlli edəyinə inanmır. Şikayətçi bildirir k, onun mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitutsiyası ilə təmin olunub və dövlət qurumları, ölkə qanunları, həmçinin ölkə prezidenti onun mülkiyyət hüququnun təminatçısıdır. Lakin bu günə qədər onun bu instansiyalara etdiyi müraciətlər öz nəticəsini verməyib və ona çatacaq qanuni kompesasiya sadəcə olaraq dövlət məmurları tərəfindən mənimsənilib.
Bəhram Sultanov şikayətində qeyd edir ki, ölkənin iki tanınmış məmurunun - biri «Azəryolservis» ASC-nin sədri və millət vəkili Cavid Qurbanov, digəri isə ölkənin ikinci şəhərinin icra başçısı olan Elmar Vəliyevin onun mülkiyyət hüququna qəsd etmələri və ona çatacaq 1 milyon manat kompensasiyanı mənimsəmələri ölkədə baş alıb gedən məmur özbaşınalığının və çapqınçılığının bariz nümunəsidir.
İş adamının sözlərinə görə, aradan keçən iki il müddətində o beynəlxalq təşkilatlara belə müraciət etməsinə baxmayaraq, onun haqqlı tələbinə baxan yoxdur. Buna görə də artıq Bəhram Sultanov ədalətin bərpa olunacağına bütün ümidini itirib: «Artıq mənim heç nəyə ümidim qalmayıb. Çünki Cavid Qurbanovun və Elmar Vəliyevin adminstrativ və başqa imkanları qanunların üzərində dayanır. Burda mən xoruzla şahın məşhur hekayətini xatırlamaya bilmirəm. Xoruzun zibillikdən tapdığı bir şahını şah onun əlindən aldığında, xoruz oxumağa başlayır: «Quqqulu quu, şah mənə möhtac imiş». İndi belə çıxır ki, Cavid Qurbaqov və Elmar Vəliyev mənə çatacaq kompensasiyaya möhtac imişlər».
Sonda iş adamı bildirdi ki, o, artıq cana doyub. Əgər yaxın günlərdə dövlət qurumları onun şikayətinə münasibət bildirməsələr, o zaman özünü Prezident Adminstrasiyasının qarşısında yandırmaqdan başqa çarə görmür: «Artıq ağlıma başqa heç bir şey gəlmir. Düşünürəm ki, ancaq özümə qəsd etməklə ölkədəki özbaşınalığın səviyyəsini nümayiş etdirə bilərəm. Mən dövlətdən heç bir şey istəmirəm. Sadəcə öz qanuni haqqlarımı tələb edirəm. Tələb edirəm ki, mənə çatacaq qanuni kompensasiya mənə qaytarılsın və pozulan konstitutsion hüququm bərpa olunsun».
Zaur
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cavid Qurbanovun adı 1 miyonluq maxinasiyada

    Cavid Qurbanovun adı 1 miyonluq maxinasiyada ...

    20-12-2012, 14:09

  • 
  • Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ilə gedir

    Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ...

    12-02-2014, 15:14

  • 
  • CAVİD QURBANOVUN ƏN YAXIN ADAMI ƏLƏ KEÇİB

    CAVİD QURBANOVUN ƏN YAXIN ADAMI ƏLƏ KEÇİB ...

    8-10-2013, 16:36

  • 
  • Cavid Qurbanov çətin suallar qarşısında

    Cavid Qurbanov çətin suallar qarşısında ...

    28-09-2013, 11:44

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (265)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu