GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gədəbəy Prokurorluğu Ramiz Yediyarovun qanunsuzluğuna necə göz yumur?

Gədəbəy Prokurorluğu Ramiz Yediyarovun qanunsuzluğuna necə göz yumur?

Tarix: 18-09-2014, 02:21 Bölmə :Ölkə Baxış: 1 556
Oqtay Əliyev: "Allahverdi Səfərov dedi ki, bilirsiniz, o, rayon rəhbəridir"

Gədəbəy Prokurorluğu Ramiz Yediyarovun qanunsuzluğuna necə göz yumur?

"Buna görə də onlar işi apara bilmir, çəkinirlər"
Təəssüf ki, Ramiz Yediyarov icra başçısı təyin edildiyi gündən artıq neçə ildir, Gədəbəyin adı məmur özbaşınalıqlarının tüğyan etdiyi rayonların siyahısında ön sırada çəkilir. Məhz ona görə də, burada baş verənləri başqa heç bir rayonla müzakirə etmək məqsədəuyğun olmazdı. Həmin yaşayış məskənində baş verən proseslər, xüsusən də rayon rəhbərliyinin yerli əhaliyə qarşı nümayiş etdirdiyi yolverilməz münasibət artıq elə bir həddə çatıb ki, yaranmış böhran vəziyyətinin normallaşdırılması müdaxilə olmadan qeyri-mümkündür.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun sakinlərə qarşı sərgilədiyi rəftarı, onların problemlərinə etinasızlığı və digər yolverilməz əməlləri isə artıq hətta rayonun vətəndaşlarının haqlı narazılığı ilə qarşılanır. Bu günlərdə şikayət ərizəsi ilə mətbuatdan yardım istəyən Dursun Rüstəmova RİH başçısının qəbulunda olaraq ondan kömək istəyib. Ramiz Yediyarov qadını dinlədikdən sonra Memarlıq və tikinti şöbəsinin müdiri Elxan Vəliyevə göstəriş verib ki, ondan mərhəmət və kömək diləyən ağbirçək qadını binadan qovsun. Belə münasibətdən çaşqınlıq içərisinə düşən Dursun Rüstəmova yalvar-yaxar etməyə başlayanda isə, Elxan Vəliyev onu təhdid edib. Dursun Rüstəmova bildirir ki, icra hakimiyyətindən başçının göstərişi ilə Elxan Vəliyev tərəfindən döyülüb-qovulandan sonra o, rayon prokurorluğuna və polis şöbəsinə də müraciət edib. Bütün bunlar onu göstərir ki, Ramiz Yediyarovun fəaliyyətindən söhbət açanda vətəndaşların şikayətlərinin qəbul olunmaması, qeydiyyata götürülməməsi, problemlərin həll edilməməsi, sakinlərin narazılıqlarının dinlənilməməsi, müvafiq addımların atılmaması göz önündə canlanır. Ramiz Yediyarovun fəaliyyətinin mənfi cəhətləri, xüsusən onun sahibkarlara qənim kəsilməsi bu məmurun karyerası üçün pis nəticələnə bilər.
Qəzetimizin ötən saylarında bu rayondan olan iş adamı, xeyriyyəçi, Gədəbəyin inkişafı üçün çalışan Plankənd kənd sakini Oqtay Əliyevin qiyməti 150 min manatdan artıq olan qanuni, sənədli obyektinin icra orqanının məmurları tərəfindən sökülməsi, dağıdılaraq kimlərsə tərəfindən oğurlanması, habelə digər qanunsuzluqlar barəsində məlumat vermişdik. Qeyd etmişdik ki, bütün bunların nəticəsində Ramiz Yediyarovla sözügedən rayon sakini, onun yaxınları ilə münasibətlərinin gərginləşməsinə səbəb olub.
Sahibkar məmura 20 min dollar pul verib
Dövlət başçısı da göstəriş verib ki, sahibkarların fəaliyyətinə müdaxilə etmək qanunsuzdur. Başqa sözlə desək, sahibkarların işinə qarışmaq qeyri-mümkündür. 2013-cü ilin iyulunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamı ilə Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində turizm-istirahət mərkəzi tikmək qərarına gələn iş adamı Plankənd kənd sakini Oqtay Əliyev həmin sərəncamla ötən ilin iyulunda obyektin tikintisinə başlayıb. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini - aqrar məsələlər şöbəsinin müdiri Rüstəm Nağıyev ötən il tikintini dayandıraraq sahibkara deyib ki, icra başçısı onu gözləyir, görüşmək istəyir. İcra başçısının birinci müavini Qüdrət Paşayevlə görüşündə məmur deyib ki, rayonda abadlıq işləri gedir. Gədəbəyin abadlaşdırılması üçün "köməklik" lazımdır. Əvəzində obyekt tikilib başa çatdıqdan sonra özəlləşmə üçün ona kömək edəcəklər. Həmin vaxt sahibkar məmura 20 min dollar pul verib.
İşlər yekunlaşan vaxt Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini-Aqrar məsələlər şöbəsinin müdiri Rüstəm Nağıyev bu il iyulun 11-də yenidən işi dayandırıb. Obyekt tikilib başa çatmaq üzrəykən, kosmetik işlər görülərkən icra hakimiyyətinin nümayəndələri gəlib işi dayandırıblar. Heç bir xəbərdarlıq etmədən obyektin bir hissəsini söküblər. Beləcə, sahibkarın min bir əzab-əziyyətlə inşa etdirdiyi obyekt yerlə-yeksan edilib.
Rayon əhalisinin kəskin şəkildə narazı olduğu icra başçısının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılıq verilmiş, müvafiq sənədləri qaydasında olan, Oqtay Əliyevə məxsus qanuni obyektin sökülməsinə tapşırıq verməsi burada qanunsuzluğun miqyas tanımadığını sübut edir. Məhz bu səbəbdən iş adamı ölkə prezidentinə müraciət edərək Ramiz Yediyarovun qanunsuz əməllərindən şikayətlənir:
"İzahat alanda bildirdilər ki, işi hazırlayıb Respublika Prokurorluğuna göndərəcəklər"
- Təəssüf ki, bu işin obyektiv araşdırılması ilə bağlı hələ heç bir yenilik yoxdur. Ona görə də cənab prezidentə, Milli Təhlükəsizlik Nazirliyinə, Prezident Administrasiyasına, Respublika Baş Prokurorluğuna, eləcə də digər orqanlara teleqram, məktub vasitəsilə müraciət etmişəm. Həmin müraciətlər Azərbaycan Respublikası Baş Prokurorluğuna, oradan isə Gədəbəy Rayon Prokurorluğuna göndərilib. İş Gədəbəy Rayon Prokurorluğuna göndərilib ki, araşdırma aparılsın. Orada cinayət işi başlanılmışdı. Bu səbəbdən də Gədəbəy rayon prokuroru Allahverdi Səfərov və rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Anar Nağıyevlə görüşdüm. İşi Anar Nağıyev aparır. Onlar məndən izahat alanda bildirdilər ki, işi hazırlayıb göndərəcəklər Azərbaycan Respublikası Baş Prokurorluğuna. Çünki bu məsələdə korrupsiya əməli var.
- Bu söhbət nə vaxt baş tutdu?
- Həmin görüş avqustun 23-də oldu. Məni teleqramlarımın əsasında çağırmışdılar. Dedilər ki, müvafiq orqanlara teleqramlar vurursan. Elə rayon prokurorluğuna da şikayət göndərmisən. Bununla bağlı izahatlarımı verdim. Bildirdilər ki, yaxın vaxtlarda onlardan da izahat alınacaq. Çox güman ki, korrupsiya əməli olduğundan bu iş Azərbaycan Respublikası Baş Prokurorluğuna göndəriləcək. Bunlar özləri də etiraf etdilər ki, biz Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının təsiri altındayıq.
"Allahverdi Səfərov dedi ki, məsələnin bu vəziyyətə gəlib çıxmasını mən də istəməzdim"
- Bu qənaətə necə gəldiniz? Sözlərinin mahiyyətindən belə nəticə hasil oldu?
- Gədəbəy rayon prokuroru Allahverdi Səfərovun özü də bunu etiraf etdi.
- İlk öncə kimin qəbulunda oldunuz?
- Birinci Gədəbəy rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Anar Nağıyevin qəbulunda oldum. Elə həmin gün Anar Nağıyev dedi ki, bir az gözləyin prokurorun özüylə də görüşəcəksiniz. Allahverdi Səfərovla görüşdüm. Dedi ki, məsələnin bu vəziyyətə gəlib çıxmasını mən də istəməzdim. Bəli, sizin obyektinizi qanunsuz olaraq söküblər. Bunu özləri də etiraf edirlər ki, mənim Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılıq verilmiş, müvafiq sənədləri qaydasında olan qanuni obyektimin sökülməsi tam qanunsuzdur. Yəni məsələnin mahiyyətini bilirlər, hər şeydən xəbərləri var. Mən obyektimin fotoları onlara təqdim etdikdə gördüm ki, onlarda da şəkillər var. Dedim çox gözəl, bunun da şəkilləri sizdə də var? Bunlar da obyektin dağıdılmış şəkilləridir. Hər şeyi onlara göstərdim. Ötən ildən orada "besedka"lar tikmişdim. Hamısının fundamenti qoyulmuşdu, inşa olunmuşdu.
"Bunu məhkəmə qərarı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişi olmadan ediblər"
Bütün bunların hamısının fotolarını onların qabağına qoydum. Şəkillərdə onların tarixi də yazılıb. Ötən ilin aprel ayında tikilib. Dedim bütün bunların məhkəmə qərarı olmadan dağıdılması qanunsuzluqdur. Bunu onlar da təsdiqlədilər. Dedim ki, yoldaş prokuror, bunun qeyri-qanuni olduğunu özünüz də deyirsiniz. Mənim Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılıq verilmiş, bütün müvafiq sənədləri qaydasında olan qanuni obyektimi qeyri-qanuni şəkildə söküblər. Özü də bunu məhkəmə qərarı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişi olmadan ediblər. Özü də həmin ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazisidir. Bu sahə həmin nazirliyin balansındadır. Yerli icra strukturunun balansında deyil, bu torpağın onlara heç bir aidiyyəti yoxdur.
- Sizin bu iradlarınızdan sonra nə dedilər?
- Etiraf etdilər ki, bəli, həmin ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazisidir. Biz də istəməzdik ki, belə olsun. Soruşdular ki, indi fikriniz nədir? Cavab verdim, mənim fikrim nə ola bilər? Onlar mənim Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılıq verilmiş, bütün müvafiq sənədləri qaydasında olan obyektimi qeyri-qanuni şəkildə söküblər. Mənə dəyən maddi ziyanı, zərəri ödəsinlər, obyektimi yenidən tikib özümə təhvil versinlər. Onlardan başqa heç nə istəmirəm. Gədəbəy Rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri min bir əzab-əziyyətli inşa etdirdiyim obyekti yerlə-yeksan ediblər. Bu prosesdə iştirak edən məmurlar cəzalandırılmalıdır.
"Prokurorluğun qərarında qeyd edilib ki, Plankənd kənd sakini Oqtay Əliyevin rayonun abadlaşdırılması üçün 20 min dollar pul verməsi təsdiqini tapmayıb"
- Bəs Gədəbəy Rayon Prokurorluğu rəsmilərinin buna cavabı nə oldu?
- Dinmədi, dedi ki, vallah nə bilim, bilirsiniz, o, rayon rəhbəridir. Bilmirik ki, neyləyək?
- Bunun özü də bir etirafdır.
- Bəli, tamamilə doğru deyirsiniz, bunun özü də etirafdır. Açıq-aşkar etiraf edirlər hər şeyi.
- Bu sözləri Gədəbəy rayon prokuroru Allahverdi Səfərovun özü dedi?
- Bəli, Gədəbəy rayon prokuroru Allahverdi Səfərovun özü bunu etiraf etdi. Belə çıxır ki, rayon prokuroru Gədəbəy Rayon İcra Hakimiyyətinin təsiri altındadır. Ona görə də heç bir iş görə bilmirlər. Həmin səbəbdən Gədəbəy Rayon Prokurorluğu qərar çıxarıb. Prokurorluğun qərarında qeyd edilib ki, Plankənd kənd sakini Oqtay Əliyevin rayonun abadlaşdırılması üçün 20 min dollar pul verməsi təsdiqini tapmayıb. Habelə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini - Aqrar məsələlər şöbəsinin müdiri Rüstəm Nağıyev guya söküntüdə iştirak etməyib. Obyektin söküntüsü prosesində olmayıb. Prokurorluğun qanunsuzluğuna baxın! Mən onlara Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini - Aqrar məsələlər şöbəsinin müdiri Rüstəm Nağıyevin söküntüdə iştirakını əks və sübut etdirən diski və fotoşəkli təqdim etmişəm. Həm diskdə, həm də fotoda açıq-aydın görünür ki, Rüstəm Nağıyev orada olub. Habelə traktor oradadır və işləyir. Məgər bunlar videoçəkilişi görmürlərmi? Buna görə də açıq etiraf edirlər ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin təsiri altında qalıblar. Onlardan xahiş etdim ki, mənim Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Paşayev Qüdrət Məhəmməd oğlu ilə danışığımın mətnini çıxarıb ortaya qoyun. Amma çıxara bilmirlər. Ona görə də bunlar heç bir iş apara bilmirlər. Çəkinirlər və işi görmürlər.
"Prokurorluğa təqdim etdiyim diskdə əks olunur ki, Rüstəm Nağıyev söküntünün aparılmasına göstəriş verir"
- Yaxşı, qərar nə vaxt verilib?
- Ötən ayın 23-də.
- Deməli, Birinci Gədəbəy rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Anar Nağıyev qərar çıxarıb ki, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini - Aqrar məsələlər şöbəsinin müdiri Rüstəm Nağıyev sizə məxsus obyektin söküntüsündə iştirak etməyib?
- Bəli, Anar Nağıyev belə bir qərar çıxarıb. Halbuki mənim onlara təqdim etdiyim diskdə açıq-aydın əks olunur ki, Rüstəm Nağıyev söküntünün aparılması üçün göstəriş verir. Texnika işləyərək mənə məxsus qanuni obyekti dağıdır. Fotoşəkillərdə də Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini - Aqrar məsələlər şöbəsinin müdirinin söküntüdə iştirakı sübuta yetirilir.
- Bəs prokurorluq rəsmiləri buna nə cavab verdilər?
- Heç bir cavab verə bilmədilər.
- Siz bunu soruşanda başlarını aşağı saldılar?
- Bəli, mən bunları göstərirəm, onlar isə başlarını aşağı salıb susurlar.
P.S. Maliyyənin müdiri Namiq müəllim məclislərin birində deyib ki, Ramiz müəllim geri addım atmaq istəyir. Bu isə bizə problem yaradacaq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ YEDIYAROVDAN SAHIBKARA QARŞI NÖVBƏTI ÖZBAŞINALIQ - FOTO

    GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ ...

    15-03-2016, 01:49

  • 
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44

  • 
  • Ramiz Yediyarovun  qaz idarəsində Məzahir Hüseynovla pul maxinasiyaları

    Ramiz Yediyarovun qaz idarəsində Məzahir ...

    23-06-2015, 10:44

  • 
  • Ermənilərin yeni müharibə planı

    Ermənilərin yeni müharibə planı ...

    25-07-2016, 22:04

  • 
  • İcra başçısının bağça və məktəb «əməliyyatı»ndan qazandığı milyonlar

    İcra başçısının bağça və məktəb «əməliyyatı»ndan ...

    21-02-2015, 11:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu