Kənd təsərrüfatın inkişafı suvarmadan aslıdır desək yanılmarıq. Elə bu səbəbdən dövlətin ayırdığı vəsait birbaşa nəzərtə tutulmuş işlər üçün hesablanır. Ağdam Suvarma Sistemləri İdarəsi ilə bağlı gundemxeber.az- maraqlı məlumat daxil olub. Məlumatı verən mənbə vurğalıyır ki, rayonda idarə rəisi dövlətin vəsaiti hesabına özünə və yaxınlarına biznes fəaliyyəti üçün tikinti materialları və super market dükanlarını "təsis" edib. Bir daha nəzərinizə çatdıraq ki, Ağdam SSİ nin rəisi Hafiz Əzimzadədir. İdarə rəisinin ilk kələk addımları ölü canları işlə təmin etdiyi bildirilir. Bunlardan əlavə idarəyə ayrılan yanacaq birbaşa satışa verilir. Əldə etdiyimiz məlumatlara görə, Hafiz müəllimin bu addımına etiraz edən idarənin sürücüləri sərt təpki ilə üzləşib. Bir faktı nəzərinizə çatdıraq ki, rayon ərazisində Quzanlı, Qaravəli və Qasımbəyli kəndləri ətrafında olan drenlər 5 ilə yaxındır təmizlənmir. Amma Hafis Əzimzadə hər il bu drenajların təmizlənməsi və təmiri adı altında dövlətdən ayrılan yüz min manatlarla vəsaiti kitabdan kitaba salaraq özəlləşdirir. Növbəti yazılarımızda idarə rəisinin dövlətə vurduğu milyonların hesabını açıqlayacağıq. Və ümüd edirik ki, aidiyyətli qurumlar, eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məsələnin araşdırılması üçün addımlar atacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?