“Ya məni öldürəcəklr, ya da mənim köynəyimin cibindən tank əlehinə mina taparaq məni tutacaqlar”
Məlum olduğu kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində ötən ilin hesabatı verilib. Hesabat zamanı nazir bildirib ki 2012-ci ildə Azərbaycanda bütün sahələr üzrə cinayətkarlıq kifayət qədər azalıb. Redaksiyamıza məktubla müraciət edən Gədəbəy rayonundan olan iş adamı bu cümlə ilə bağlı fikirlərin ifadə edib. Xatırladaq ki, KXCP üzvü olan iş adamı Əli Abdullayevin qanunsuz olaraq Gədəbəydə obyekti sökülüb. “Masisli yox əzəli və əbədi Gədəbəyli Əli Abdullayev” imzasıyla göndərilən məktubu olduğu kimi diqqətinizə çatdırırıq: “Görəsən Ramil Usubov çıxış edərkən heç yadına düşdümü ki 22 may 2012-ci il tarixində Gədəbəy rayon İH başçısı Ramiz Yediyarov mənə məxsus olan və Gədəbəy şəhərində yerləşn 636kv.m 3(üç) mərtəbəli qeyri yaşayış (obyekt) sahəsini darma-dağın edib. R. Yedyarov tərəfindən mənə məxsus olan mülkün dağıdıldığdan sonra 70000 (yetmiş min manat ) dan çox dəyəri olan avadanlıq və mallarımın İH -nın başçısının tərəfdarları tərəfindən talan edilməsi də, təəcüblü olsa da həmin hesabatda görəsən öz əksini tapmışdımı? Artıq prezident, DİN, baş prokuror da daxil olmaqla Dövlət strukturlarına 1032-ədəd ərizə və teleqramlarla müraciət etsəm də bu günə qədər nə bir qəpik kompensasiya almışam ne de bu hakimiyətdən müsübət ya mənfi cavab almamışam. Bir neçə dəfə Devlət Başçısının ünvanına göndərdiyim şikayət ərizələrim rayon İH -nə göndərilmiş , oradan isə cavab almışam ki , R.Yediyarov haqqında yazdığım şikayət ərizələrinə başçının tabeçiliyində olan içşiləri baxacaqlar. Məsələn, ümumi şöbənin müdiri Paşa Musayev, hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərov və s. Gədəbəy rayonunun "əvəzis lideri" və 14-illik bələdiyə sədri Zirəddin Səfərov, şəhər icra nümayəndəsi həmdə MMC kralı Şahbaz Bayramov və digərlərinə müraciət etdiyim onlarla şikayət ərizələrimə bu günə qədər bir dəfə də olsun rəsmi formada cavab verilmədi . Şifahi formada isə həmin adamların və Rüstəm Nağıyev kimlərinin təhqir və hədələrinə məruz qalmışam. Hələdə başa düşə bilmirəm ki bu strukturlar Devlət strukturlarıdırmı , yoxsa adını yazdıxlarımın dədə-babasından qalma xüsusi şirkətləridirmi. Görəsən Cənab Nazir R.Usubov hesabatla çıxıç edəndə sadalanmağı kiçik bir yazıda mümkün olmayan bu və ya digər halları nəzərə almışdımı? Bu günlərdə nəzərimi birdə erməni qan içənlərinin Xocalıda törətdiyi cinayət cəlb etdi . Mənfur ermənilər soydaçlarımızın başına olmazın müsübətini gətirdi və uçaq , qoca ,qadın heç birinə baxmadan hamsını güllə boran etdilər . Sağ qalan soydaçlarımız isə Bakı şəhərinə və digər regionlara qaça bildilər . Hamı kimi məndə Xocalı soyqırımını unuda bilmirəm . Lakin Gədəbəy rayon İH -nin başçısı R.Yediyarovun və onun qul fərələrinin mənim və evladlarımın başına 9-ay bundan öncə başımıza gətirdikləri müsübətlərə baxanda az qalıram ki , bir anlığa Xocalı müsübətini unudam . Xocalıdan ermənilərin əlindən sağ salamat çıxanlar heç olmasa ölkə ərazisində məskunlaşa bildilər . Mənim övladlarım isə R. Yediyarovun əlindən ölkəni tərk etməli oldular. İndisə özümü hədələyib və məcbur edirlər ki ölkəni məndə tərk edim . Niyətiniz gözünüzdə qalsın!!!-- İnşallah qalacaqdırda . Bədbəxlər dərk etmək istəmirlər ki , on ildə iyirmi ildə keçsə belə mənim və övladlarımın mülküyət hüququmuz bərpa olunacaq . Həmin vaxt nə R. Yediyarov İcra başçısı olacaq , nə də onun Şahbaz , Rüstəm , Elxan , Zülfüqar , Paşa və s... adlı " Havadarları olacaq " Ancaq DİN -nin yadına salım ki , indidən 2013-cü ilin hesabatında biraz düzəlişlər etsin. Belə ki R. Yediyarov qul fərələri ilə birlikdə artıq 9-aydi ki məni şərləyib tuturmaq və ya məni öldürtməyin yolarını axtarılar . əgər niyətlərinə çatsalar istənilən halda cinayətkərin sayı bir nəfər artacaq . Ya məni öldürəcəklr, ya da mənim köynəyimin cibindən tank əlehinə mina taparaq məni tutacaqlar . R. Yediyarov isə əbədi icra başçısı qalacaq . Samir
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?