GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Deputat AzTV-də söyüş söydüyünü təsdiqlədi

Deputat AzTV-də söyüş söydüyünü təsdiqlədi

Tarix: 3-02-2013, 11:24 Bölmə :Ölkə Baxış: 1 203
Deputat AzTV-də söyüş söydüyünü təsdiqlədi

Hadı Rəcəblinin gənclərə yönəlik təhqirinə görə ona üç gün vaxt verildi

O isə aktivistlərin kampaniyası qarşısında geri çəkildi:
“Həmin sözlər gənclərə və hətta müxalifətə belə yönəlməyib”


Deputat Hadı Rəcəbli AzTV efirində söyüş söydüyünü təsdiqləyib. Deputat Azərbaycan gənclərini deyil, ermənilərə xitabən təhqiramiz ifadə işlətdiyini vurğulayıb. Lakin H.Rəcəblinin söyüşü sosial şəbəkələrdə etiraz doğurub və ona qarşı kampaniya başlanıb. Gənc fəal Bəxtiyar Hacıyev üç gün ərzində deputat fəal gənclərdən üzr istəməyəcəyi halda onun telefon nömrələrinə sms yazmağı təklif edib. Deyib ki, deputata bir sözlük “özünsən” cavabı ilə hər kəs sms yazsın. Onun bu çıxışı gənclərin böyük əksəriyyəti tərəfindən maraqla qarşılanıb və fəallar H.Rəcəblinin üzr istəyəcəyini gözləyirlər. Deputat isə moderator.az-a əvvəlcə açıqlamasında üzr istəməyəcəyini bildirib:
“Heç kəsdən üzr istəmək niyyətim yoxdur. Orada söyüş olub. Bu söz də cəm halında deyil, tək halda ifadə olunub. Söyüşün də ünvanı erməni gənci olub. Ermənidən üzr istəyərlər?”. O, Azərbaycan gənclərini təhqir etmək niyyətində olmadığını söyləyib: “Təəssüf ki, erməni lobbisinin təsiri altına düşüb, Azərbaycana qarşı kampaniya aparan gənclərimiz də var. Bu gənclər getdikləri yoldan dönməlidirlər”.
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı isə musavat.com-a deyib ki, H.Rəcəbli hakimiyyətin hələ etik baxımdan mərifətli nümayəndəsi sayılırdı: “İndi bu yaşda adamın ağzından efirdə təhqiramiz ifadənin çıxması nə özünə yaraşır, nə deputatlıq statusuna. Əgər bu söyüşü erməni gəncinə xitab etdiyini, erməni lobbisinin təsiri altında olan gənclərə üz tutduğunu deyirsə konkret həmin gənclərin, onların üzv olduğu təşkilatların adını çəksin. Yoxsa kimdir ermənilərin təsiri altında olanlar? Bəlkə əsgər ölümlərinə etiraz edənlərdir, İsmayıllıya dəstək aksiyasına çıxanlardır? Bunu aydınlaşdırsın”.
T.Abbaslı H.Rəcəbli ilə bağlı kampaniyaya qoşulduqlarını açıqladı: “Nə qədər gec deyilsə üz istəsin. Əslində mən Kürdəxanı həbsxanasında olanda bir məhbus var idi. Onunla birgə vergidən yayınmaya görə cinayət işində Hadı Rəcəblinin oğlu Tural Rəcəblinin adı çəkilirdi. Azərbaycanın fəal gəncliyini təhqir etməkdənsə, öz oğluna tərbiyə versin”.
İctimai fəal Bəxtiyar Hacıyev isə deyib ki, ağsaqqal bir deputata söyüş söymək yaraşmaz: “Özü də efirdə söyüş söydüyünü etiraf edib. Hətta ermənini söyübsə belə, yaşlı bir adamın ağzından belə ifadənin çıxması düzgün deyil. Gənclər həftənin 1-ci gününə kimi ona vaxt veriblər və üzr istəyəcəyini gözləyirik”.
Günün ikinci yarısında isə deputatdan növbəti açıqlama gəldi. O, bu dəfə vəziyyətin ciddiliyini dərk edib loyal və xoşməramlı çıxışda bulundu. Sitat: “Sabah gənclər günüdür. Mən bütün gənclərimizi ürəkdən təbrik edirəm. Həyatımın, bütün ömrümün çox böyük bir hissəsi gənclərlə işə sərf edilib. Mən onların qayğılarını və hissiyatını gözəl bilirəm. Gənclər qanunvericiliyinin müəllifi olmuşam. Onların mənafelərinə xidmət edən, sosial müdafiəsinə yönələn layihələrin müəllifiyəm. Təəssüf ki, bu gün gəncləri qıcıqlandıran, onların heysiyyatına toxunan, təxribat xarakterli çirkin addımlar da atılır. Cavanlarımız arasında mən fərq qoymuram. Müxalifətli, iqtidarlı hamısı bizim balalarımızdır. Onlar Azərbaycanın sabahıdırlar. Səhv yolda olanı, emosiyalara uyanı, mənfi təsirlər altına düşənləri düz yola gətirmək lazımdır və bu böyüklərin hər birinin borcudur”.
H.Rəcəbli əlavə edib: “Onu da demək istəyirəm ki, ötən ilin sonunda AzTV-nin efirində müsahibə vaxtı heç bir söyüş səslənməyib. Sonralar sosial şəbəkələrdə bir söz bir neçə dəfə gücləndirilərək verilişə montaj olunaraq yayımlanıb. Montajda həmən söz əslində tək halında səslənib və qulaqcıqla belə dinlədikdə aydın görünür ki, heç cür gənclərə və hətta müxalifətə belə yönəlməyib. Həmin söz hər birimizin erməni lobbisinə, erməni diasporuna yönəltmək istədiyimiz ən dəqiq sözdür”.
Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hadi Rəcəblinin qara günləri başladı

    Hadi Rəcəblinin qara günləri başladı ...

    5-02-2013, 10:34

  • 
  • YAP-çı deputatların açıq mikrafon qorxusu

    YAP-çı deputatların açıq mikrafon qorxusu ...

    4-02-2013, 10:34

  • 
  • Hadı Rəcəblinin misal çəkdiyi Balabəy müəllim danışdı

    Hadı Rəcəblinin misal çəkdiyi Balabəy müəllim ...

    13-03-2015, 21:15

  • 
  • Deputat naziri dəstəklədi: “İnqilabi addımlar atılmalıdır”

    Deputat naziri dəstəklədi: “İnqilabi addımlar ...

    7-11-2013, 11:29

  • 
  • Deputat uşaq televiziyasının yaradılmasını TƏKLİF etdi

    Deputat uşaq televiziyasının yaradılmasını TƏKLİF ...

    12-11-2013, 15:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu