GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hansı məmur balası silah gəzdirir?

Hansı məmur balası silah gəzdirir?

Tarix: 17-02-2013, 11:21 Bölmə :Ölkə Baxış: 1 313
Hansı məmur balası silah gəzdirir?

Prezidentin müşavirəsindən sonra
Əhəd Abıyevin sensasion açıqlaması aranı qatdı


Prezident İlham Əliyevin son müşavirədəki çıxışı hələ çox müzakirə olunacaq. İ.Əliyevin səsləndirdiyi açıq hədələr və sərt bəyanatları hələlik soyuq başla təhlil etmək bir qədər çətindir. Çünki prezidentin sözlərinin ardından hansı əməli addımlar atılacağı bilinmir.
Bilinən budur ki, indiki gərgin situasiyada ölkə başçısı çox ciddi bir gündəm yaratdı. Ən azından yazıçı Əkrəm Əylislinin “Daş yuxular”ı arxa plana keçdi. Amma müşavirədə səslənən fikirlər yaxın günlərdə əməldə təsdiqi tapmasa deməli, İ.Əliyevin çıxışı sadəcə publikaya hesablanıbmış. Bizə isə bir azca gözləmək düşür.
Baxaq görək yaxın günlərdə yüksək çinli məmur cəzalandırılacaqmı, övladı harınlamış məmur ata istefaya gedəcəkmi? Bu müşavirədən sonra ən azından İsmayıllının icra başçısı Nizami Ələkbərov istefa göndərilməlidir. Əgər bu siyasi iradə nümayiş etdirilməsə müşavirəyə bir “quş”. Odur ki, yaxın günlərdə daha ayıq şəkildə müşavirəni analiz edə biləcəyik.
Amma maraqlıdır ki, prezidentin çıxışından sonra ən sərt və iddialı açıqlama Daşkəsənin icra başçısı Əhəd Abıyevdən gəldi. Həmişə qalmaqallı fikirləri ilə seçilən Abıyevin silah gəzdirən məmur övladlarının olmasını deməsi diqqətdən kənarda qala bilməz. İcra başçısı deyir ki, moderator.az-a deyib ki, ölkə rəhbərinin dediklərindən artıq hər kəs dərs almalıdır:
“Cənab Prezident mənim ürəyimdən keçənləri dedi. Artıq hər kəs nəticə çıxaracaq. Bizi bu vəzifəyə təyin edən prezidentimiz tapşırıb ki, yerlərdə onun siyasətini həyata keçirək. Kim bu siyasətə qarşı çıxırsa o, xəyanətkardır. Bu gün elə məmurlar var ki, uşaqları hətta qanunsuz silah gəzdirirlər. Belələrinə cənab prezident bir dərs verdi”.
Ə.Abıyevin məhz silah gəzdirmə faktına toxunması olduqca cəlbedicidir. Çünki bizə prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun qohumu Robert Əyyubovun silah gəzdirdiyi mətbuatdan tanışdır. Hətta onun bir neçə dəfə mübahisə zamanı qarşısındakına atəş açdığı bildirilir. Amma o da istisna deyil ki, İsmayıllıda üsyana səbəb olan məmur balaları silahsız olmayıblar. Hər halda Abıyev hakimiyyətə gərəkli kadrdır, icra başçısıdır, məlumatlı adamdır. Onun belə bir ifadə işlətməsi yalandan olmaz. Halbuki, hüquq-mühafizə orqanları Azərbaycanda kriminogen durumun nəzarət altında olduğunu bəyan edirlər.
Yada salaq ki, Balaxanı qəsəbəsində bir müddət əvvəl atışma baş vermişdi. Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur mübahisə zəminində Elçin Əliyevin alın nahiyəsindən, Sadiq Musayevin ayaq nahiyəsindən “Makarov” tipli tapançadan və Elxan Bayramzadənin ürək nahiyəsindən bıçaq xəsarətləri yetirmişdi.
Qanlı hadisədə iştirak edən Sadiq Musayev və Tahir Musayevin nəticədə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin qardaşının övladları olduğu üzə çıxmışdı.
Hətta yadınızdadırsa, 2011-ci ildə Nabran, İsmayıllı, Daşkəsənin Xaşbulaq və İsmayıllı bölgələrində nazirlərin və övladlarının etdikləri əməllər ən yüksək səviyyədə narazılıqla qarşılanmışdı. Məlum olmuşdu ki, xarici xanım müğənnilərinin iştirak etdiyi bütün tədbirləri sıx dairədə nazirlərin özləri, geniş tədbirlər halında isə nazir övladları təşkil edir. Ən gülməlisi isə budur ki, təşkil olunan parkinqlərin birində nazir övladlarından biri üstündəki silahı əlinə alaraq gələn qonaqların yalnız onun üçün rəqs etməsini istəyib. Məclisdə iştirak edən digər məmur övladları isə əcnəbi qonağın müdafiəsinə qalxıb. Nəticədə yaranan silahlı insidenti yerli polis əməkdaşları zorla dayandıra bilmişdilər.
Məhz bundan sonra Prezident Administrasiyasından ciddi xəbərdarlıq gəldi. Xəbərdarlıqda göstərilirdi ki, heç bir məmur övladı üzərində silah gəzdirə bilməz, qiymətli maşın gətizdirə bilməz və şou sahəsində bu gündən etibarən oliqarx-məmurlara bağlı heç bir şirkət sponsorluq edə bilməz. Ancaq görünür nəticə verməyib və prezidentin sonuncu müşavirədəki sərt çıxışı da bunu deməyə əsas verir.
Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qazaxda 2 məmur İlham Əliyevin səfərinə görə yaralandı

    Qazaxda 2 məmur İlham Əliyevin səfərinə görə ...

    6-07-2013, 17:58

  • 
  • Ziya Məmmədovun adı “qara siyahı”da

    Ziya Məmmədovun adı “qara siyahı”da ...

    17-12-2012, 23:37

  • 
  • Əhəd Abiyevin qohumlarına yüksək vəzifə verildi

    Əhəd Abiyevin qohumlarına yüksək vəzifə verildi ...

    17-02-2013, 12:49

  • 
  • Silkələnən barmağın nəticəsi(zliyi)...

    Silkələnən barmağın nəticəsi(zliyi)... ...

    19-02-2013, 10:05

  • 
  • Dərəbəylik! İcra başçısı iş adamına 210 min manat pul atdı…

    Dərəbəylik! İcra başçısı iş adamına 210 min manat ...

    31-07-2015, 00:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu