Ramiz Yediyarov İsmayıllı olaylarından dərs götürməyib
Cəmiyyətin diqqəti hələ də bir neçə gün bundan əvvəl prezidentin müşavirədəki məmurlarin özbaşınalıgı haqda sərt çıxışına yönəlib.Bu gün hər kəsi düşündürən bir məsələ var ki,görəsən prezident çıxışında səmimi idimi. Açıq ehtiraf etmək lazımdır ki,məmurlardan fərqli olaraq sadə insanlar bu və ya bu kimi çıxışlara hələ də inanır və yenə də bu rejimdən yaxşı nə isə gözləyirlər. Məmurlar isə sadə insanlardan fərqli olaraq çox narahatdırlar. Addım başı onları maraqlandıran bir sualla bizə müraciət edirlər. Görəsən bu proseslərin sonu nə ilə nəticələnəcək? Əgər bu hakimiyyət qalacaqsa bizləri nə vaxt və necə çıxdaş edəcəkdir, hakimiyyət dəyişsə bizim əlimizlə xalqa edilən zülümlərə görə millətimizin üzünə necə baxacagıq. Bütün bu kimi suallar ölkə boyu oldugu kimi Gədəbəyli məmurlarıda narahat etməkdədir. Bu günlərdə rayondakı inzibati ərazi vahidliyi üzrə icra nümayəndəsinin katiblərin dən biri çox narahat halda dilə gətirərək söyləyir ki,əgər korrupsiyaya qarşı mübarizə idarəsi istəsə bizlərin hamısını bir gündə dama doldurar. Soruşuruq ki, bunu necə edə bilərlər.Rəsmi olan həmin məmur bizə söyləyir ki, ay ərzində təqribən 1000-dən çox vətəndaşa arayış veririk.Əgər korrupsiyaya qarşı mübarizə idarəsi günün birində buyurub həmin insanlardan soruşsalar onların 99 faizi arayış üçün 3-5 manat pul verdiklərini açıq ehtiraf edəcəklər. Bir faizi isəbizlərə yazığı gəldiyi üçün pul verdiklərini boyunlarından atacaqlar. Deyirik ki, almayın.Deyir ki,biz kimik alaq və ya almayaq.Bu hakimiyyətdə çalışanların hansı öz başınadır ki? İşdən çıxmaq istəyirik qorxumuzdan dilə gətirə bilmlrik.Əgər kimsə özündə cəsarət tapıb işdən getməyini dilə gətirə bilsə həmin an onun bir illik fəaliəti yoxlanmasına göstəriş verilər... Nəticədə hər kəs çirkabın içində olduğunu dərk edib geri çəkilir və böyüklərin "əmrlərini"yerinə yetrməkdə davam edir. Ancaq deyəsən prezidentin bu günlərdəki sərt çıxışının az da olsa təsiri olub.Mətbuatdan aldığımız məlumata görə İsmailli rayonuna yeni təyin olunmuş İH-nin başçısı Mirdamət Sadıqov günahsız həbs olunan İsmailli rayon sakinlərinin azadlığa buraxılmasına çağırışlar edir,İsmaillidən olan işsiz vətandaşlara azı 400 manat maaş almaqla yeni iş yerləri vəd edir.Mətbuatdan məlum məlumatı oxuyandan sonra başa düşdüm ki bu ümümrespublika səviyyəsindəqeyri-səmimi çağırışlardan başqa bir şey deyildir. Bu günlərdə məlum olur ki,doğma rayonumuz olan Gədəbəydədə İsmayıllı və digər bölgələrdəki kimi işsiz vətəndaşlara işlə təmin etmək üçün müəyyən" addımlar" atılır. Gədəbəydə işsiz adamların müəyyən qisminə işlər təklif olunur.Ancaq kimlərə..Narazılığını açıq formada ifadə edənlərə,rayondakı neqativ halları respublikası səviyyəsində mətbuatda işıqlandıranlara və s.Onlara da vaxt udmaq üçün iş yox sadəcə vəd verilir. Bu gün rayonumuzda inzibati binaların tikilməsi üçün bir kv. m-də olsun torpaq sahəsi qalmayıb. Keçmiş icra başçısı K,Rzazadənin və bu gün işləyən rayonun baş memarı Elxan Vəliyevin,Dövlət torpaq və xəritəçəkmə komitəsinin rayon şöbəsinin müdiri Ədalət Cavadovun və bələdiyyə sədrinin iştirakı ilə rayondakı torpaqları satılmışdır.Rayonda torpaq qalmadığına görə əhaliyə nəinki torpaq hətta su belə vermək istəməyən bu hakimiyyət və onun Gədəbəy rayonundakı başçısı Ramiz Yediyarov yan-yörəsinə,yaxınlarına idarə və müəsisələrin torpaq sahələrini parçalayıb verməyə start verib. Rayonumuzun su-kanalizasiyya idarəsinin həyətində,su hovuzunun beş metrliyində Gədəbəy İƏV-nin şəhər icra nümayəndəsi Şahbaz Bayramov özünün və ya qaynanasının adına inşa etdirdiyi tikilidəndə yəqn ki,R,Yediyarovun "xəbəri" yoxdur. Beləliklə rayon dağılır,tanınmaz vəziyyətə gəlir. Necə ki,R,Yediyarov rayona yeni rəhbər təyin olunanda kəndlərdəki çıxışlarında əhaliyə söz verirdi ki,yaxın vaxtlarda rayonun simasını dəyişib tanınmaz vəziyyətə gətirəcəkdir.İsti kabinetində əyləşib rayonun abadlaşması haqda mütamadi olraq Paşa Musayevdən məlumat alan R,Yediyarovun fikrincə rayon abadlaşır. Əhali"qazanıb"yeyir, yekılir və kökəlir. Allah R,Yediyarovu sağ-solundakı yalan tərif deyən Paşalardan,Rüstəmlərdən,Elxanlardan,Şahbazlardan və s.qorusun.Biz Gədəbəyliləri isə allahtala R,Yediyarov zülmündənqorusun.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?