“Gündəm Xəbər” qəzetinin 18-20 noyabr 2016-cı il tarixli sayının 8-ci səhifəsində “İcra başçısı sələfi əleyhinə kompromatlar sızdırır” başlıqlı açıqlamaya, İsmayıllı rayon İcra Hakimiyyətindən və bir neçə ictimaiyyət nümayəndələri tərəfəfindən mövqe bildirildi. Qarşı tərəf sadalananlarla faktlarla bağlı razılaşmadıqlarını bildirərək, onu da vurğuladılar ki, açıqlama həqiqətdən uzaq, heç bir fakta və sübuta söykənməyən bir açıqlamadır. Biz isə həm əməkdaşımızın yazdıqlarına, həm də qarşı tərəfdən bildirilən mövqeyə hörmətlə yanaşıb, açıqlamada sadalananların yenidən araşdırılmasi qərarına gəlmişik. Atacağımız addım, yəqin ki, əsl həqiqətləri üzə çıxaracaq. Əgər qarşı tərəfin bildirdiyi kimi, işıq üzü görən açıqlama həqiqətdən uzaq, heç bir fakta və sübuta söykənməyən açıqlamadırsa, o halda redaksiya rəhbərliyi olaraq əməkdaşımızla bağlı lazımi addımlar atmağa da qərar verəcəyik. Xüsusu qeyd: Qarşı tərəfdən bildirilən mövqe ilə bağlı onu bildiririk ki, “Gündəm Xəbər” olaraq KİV haqqında qanunun tələbini əsas tutub, sadalananlarla bağlı yeni araşdırmaların aparılması qərarına gəlmişik və qarşı tərəfin də mövqeyini dərc etməyi qanuna müvafiq hesab edirik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?