Eıdar Əziziov icra başçısı kimi Sumqayıta təşrif buyurandan,ş əhərdə apardığı kosmetik gözəlləşmədən yaxşı yatırımlar əldə edir. Sələfi V.Əliyev dövründə nə tikilibsə hamısını sökərək öz “layihəsinə” uyğun qurur. Baxmayaraq ki, heç bir obyekt xarici görünüşünə görəs şəhərin gözəlliyinə xələl gətirmir. Bütün şəhərdaxili obyektlərin qarşısındaki piyada yolları da obyekt sahibinə sm-lə satılır. Özüdə zorla, həddin var razılaşma. Əks təqdirdə ya vergidən ya da Sanitar Epidemioloji Stansiyadan gəlib obyektin qapısı möhürlənəcək. Bundan sonra obyekt sahibini daha çox zərər gözləyir. Başçının bu “şantajına” tuş gəlməmək üçün tələb olunan “qaydalar”a sahibkar sakitçə razılaşır. Onun bundan başqa çarəsidə yoxdur. Sumqayıtın abadlaşdırılması üçün milyonlar ayırılmasına baxmayaraq, bütün küçə və prospektləri sahibkarlardan yığılan pullarla təmir edilir. Maraqlı burasıdır ki, abadlaşdırmada istifadə olunan inşaat materialları elə E.Əzizovun özünə məxsusdur. Belə ki, o, Gəncə şəhər İH başçısı işləyərkən bir çox istehsal sahələrini özəlləşdirmişdir. Bu özəlləşdirilən zavodlardan biri də Gəncə beton zavodu idi. Zavodda müxtəlif inşaat materialları istehsal edilməsinə baxmayaraq tam satışa çıxa bilmirdi. E.Əzizov Sumqayıtın başçısı təyin olunandan sonra həmin materialların satışına yaşıl işıq yandı. Gəncə şəhər beton zavodunda istehsal olunmuş səki daşları və bardürlar və s. Sumqayıta daşınaraq sahibkarlara baha qiymətə öz adamları tərəfindən satdırmağa başladı. Zaman-zaman əlavə xərclərlə yüklənən sahibkarlar dəfələrləetiraz aksiyaları keçiriblər. Sahəsindən asılı olaraq hər ticarət və iaişə obyektibaşçısının layihəsinə uyğun qurulmasına görə öz “haqqı” var. Məsələn, 10-12kv.m sahəsi olan marketin qurulmasına və qarşıda, ya da arxasındaki yeri zəbt etməsinə 15000 AZN tələb olunur. Obyektlərin sahəsi artdıqça bu məbləğ fantastik olaraq artır. E.Əzizovun bu işlərini tənzimləyən öz adamları var. E.Əzizov Sumqayıt “kitlərindən” sayılan“Univermaq Zaman”, (Zaman və oğlu sabiq deputat Nizami İsgəndərovlar) mərkəzi bazarın sahibi Ağamirzə Əhədov (Ziya Məmmədovun kurasiyasına aiddir). Sumqayıt maşın bazarının sahibi Sabir Tarverdiyevə (Prezidentin əmisi oğlu İlqar Əliyevin çətiri altında ) dişini qıcasa da ona yeri göstərilərək geri oturduldu. E.Əzizov spiker Oqtay Əsədova məxsus Sumqayıt Azkompazit zavodunun istehsal etdiyi polietilen boruları da yerinaltına “doldurmaqla”məşğuldur. Sovetlər dövründə çəkilən qaz boruları, hal-hazırda polietilen borularla əvəzlənir. Yollar, səkilər qazılır, iş tamamlanandan sonra qazılan yerlər asfaltlaşdırılmır. Nəticədə onlarla maşın gecələr xəndəklərə yuvarlanır, vətəndaşlara böyük maddi zərər dəyir. Sumqayıtın narazların sayı günü-gündən artır. E.Əzizov Sumqayıt şəhərini inqilaba sürükləyir. Bu isə seçki qabağı hakimiyyətə arzu olunan deyil. Artıq müşahidələrimiz deməyə əsas verir ki, bu qaçılmazdır. Çörəklə sınağa çəkilmiş Sumqayıt sakinləri gündəlik tələbat olan ərzağı dükanlardan nisiyə alırlar. Hakimiyyət yetkilisi Əli Həsənov insanların günəmuzd yığışdığı məkana “əmək birjası” adlandırmağına baxmayaraq, həmin məkan ölkədə “qul bazarı” kimi tanınır. Əksəriyyətini ali təhsilli vətəndaşlarımız təşkil edən qul bazarında iş axtarmaqE.Əzizov tərəfindən yasaqlanıb. Əraziyəpost-patrul əməkdaşları nəzarət edir. Bir parça çörəyə möhtac olan insanlar qul bazarından qovulurlar. Zavallılar maşınların arxasındagizlənərəkmüştəri gözləməkməcburiyyətində qalırlar. Əgər o müştəri gəlib çıxacaqsa?Insanların kütləvi olaraq bir yerə yığışmasından təlaş keçirirlər. Necə olursa olsun insanların bir yerə yığışmasını əngəlləmək, artıq hamısı təhlükəni hiss edir. Başlarının üstünü “qara buludlar” alıb. Bu “qara buludlar” payızda yağışa çevirilərək yer üstündə “naməhrəm”nə varsa yuyub aparacaq. Digər tərəfdən əhali işsizlik ucbatından kommunal xərcləri belə ödəyə bilmirlər. “Yüz minlərlə” iş yerlərinin açılmasını deyən hakimiyyət,görəsən Sumqayıtdaki işsizlərin sayının fərqindədirmi?Allah sumqayıtlıları E.Əzizovun qəzəbindən qorusun! Musa
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?