GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Əzizov Sumqayıtda «Eldar şam»larına qarşı «soyqırım» başladıb

Eldar Əzizov Sumqayıtda «Eldar şam»larına qarşı «soyqırım» başladıb

Tarix: 20-01-2014, 14:22 Bölmə :Ölkə Baxış: 982
Eldar Əzizov Sumqayıtda «Eldar şam»larına qarşı «soyqırım» başladıb
Başçı tərəfindən parklarda seyrəltmə

Eldar Əzizov Sumqayıt şəhərinə İH başçısı təyin olunanda sakinlərə söz vermişdi ki, onların bütün problemlərini tez bir zamanda həll edəcək. Sumqayıtlılar sevinmişdilər ki, keçmiş İH başçısı Vaqif Əliyevdən qalma problemlərini də tez bir zamanda E. Əzizov tərəfindən həll ediləcək. İşə başladığı ilk günlərdən şəhər sakinləri İH-nin qarşısına toplaşaraq E. Əzizovun qəbuluna yazılmağa başladılar. Xeyli zaman keçməsinə baxmayaraq qəbula yazılanların bir nəfərini belə E. Əzizov qəbul etmədi. Söz verdiyi vaxtdan 3 il keçməsinə baxmayaraq heç bir şəhər sakininin problemi həll olunmamış, əksinə insanlar əlavə problemlərlə baş-başa qalmışlar.
Xalqın problemlərini həll etmək əvəzinə Sumqayıtda başçı təyin olunandan sonra müxtəlif şoulara start verdi. Guya gələcək planları haqqında məhəllələrdə “açıq mikrafon” tədbiri keçirərək büdcə təşkilatlarını və “zəhmətkeşləri” həyətlərə toplatdıraraq əttökən musiqili şoular keçirirdi. Söz verirdi ki, sakinlər üçün qapıları həmişə açıq olacaq. Fürsətdən istifadə edən bəzi zirəng sakinlər həyətlərində mikrofon alaraq problemlərini başçıya çatdırırdılar.Başçı isə ətrafındakılara əmr edirdi ki, “protokola salın” (bu başçınının ən populyar sözlərindəndir). Şikayət protokola salınsa da sonda heç bir tədbir görülmürdü.
Hazırda E.Əzizovun qəbuluna düşmək müşkül məsələdir. Qapıda duran dəllalları vasitəsilə ancaq müavinləri Rövşən və Sahibin qəbuluna düşmək olar. Onlar da vətəndaşların problemlərinin həllindən dolayısı ilə yaxalarını kənara çəkərək “bu iş” bizlik deyil cavabını verirlər. Qeyd edək ki, hər iki şəxs E. Əzizov Gəncədə İH başçısı vəzifəsini icra edərkən başçının müavini vəzifəsində çalışıblar. Paradoksal haldır ki, başçı Sumqayıtı tanıyan, onun problemlərinin köklü həllini bilən Sumqayıt kadrlardan istifadə etmək belə istəmir. Əlbəttə ki, E. Əzizov “kadr siyasəti”ndə yanılmır. O, Gəncədən gətirdiyi kadrları ilə bir çox “qaranlıq” işlərə imza atıb. Belə ki, Gəncə şəhərində fəaliyyəti zamanı bir çox dövlət müəssisələrini su qiymətinə özününkiləşdirilməsi zamanı həmin “kadr”lar ona həmdəm olub. Bu səbəbdən başçı “etibarlı” kadrlarından əl çəkmir.
Deyilənə görə başçının qəbuluna düşmək üçün ümumi şöbənin müdiri Mövlan Babayevə 100 manat vermək lazımdır. Başçı Sumqayıt şəhərində elə bir abu-hava yaradıb ki, addım başı özbaşınalıqdır. Başçıya tabe olan sturukturlar onun “qaydalarına” uyğun olaraq şəhərin altını üstünə çevirirlər. Şəhər daxilində torpaqlar santimetrlə satılır. Artıq səkilər yox dərəcəsindədir. Sələfi V.Əliyevdən ona böyük torpaq sahəsi qalmasa da o “hərraca” çıxarmağa yer tapır. Heç kimin ağlına gəlməyən yerlərdən torpaq sahələri qamarlayır. Gözündən heç nə yayınmır. Onun üçün ən qazanclı prestijli yerlər parklardır. Gecənin birində yaşıllıq və parkların ortasında ağacları qırmaqla “talalar” açdırır. Yerini pullu müştəriyə istədiyi qiymətə sata bilir. Həmin “tala”da tikiləcək obyektin inşasını özünə məxsus (Gəncədən gətirmiş) briqadaya həvalə edir. Zarafat deyil, kişi bir güllə ilə iki dovşanı birdən vurur. Həm yer verir, həm tikinti materialını satır, həm də öz briqadası tikir. Bir sözlə kişi daşdan pul çıxarandır. Əvvəllər Sumqayıt parkları sıx meşəliyi xatırladırdı. Başçının göstərişinə əsasən “seyrəltmə” işləri aparıldığından parkların ortasında kafe və çayxanalar fəaliyyət göstərir. Son zamanlar başçının tapşırığına əsasən Sumqayıtda “əyri dom” kimi tanınan binanın qarşısındakı parka “hücum” çəkilib. Həmin ərazidə Eldar şamları, dekorativ kollar və yaşıllıqlar məhv edilərək Əmrahbankın yeni filialı inşa olunur. Ona yaxın başqa bir obyekt inşa olunur.
Sumqayıtda kosmetik gözəlləşdirilmədə istifadə edilən materiallar başçının Gəncədəki zavodlarından daşınır. Şəhərin abadlığına ayrılmış milyonlar özünəməxsus zavodlara köçürülür. Bu köçürmələrdə milyonlar başçı tərəfindən mənimsənilir.
E. Əzizov Sumqayıtda böyük sərvətə sahiblənsə də Sumqayıtı bəyənmir. O, gündəlik yaşadığı Bakı şəhərinə gedib gəlir. Bu da əlavə olaraq Dövlətə izafi xərc yükləmək deməkdir. Başçının xidməti maşını Almaniya istehsalı olan BMW 745 markalı avtomobildir. Həmin avtomobilin digər nəqliyyat vasitələrindən beş qat çox yanacaq işlətməsini nəzərə alsaq gündəlik yanacaq sərfiyatına böyük məbləğdə pul xərclənir. Əlbəttə ki, bu xərclər E. Əzizovu elə də qayğılandırmır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Əzizov PA-da töhmətləndirildi

    Eldar Əzizov PA-da töhmətləndirildi ...

    5-04-2014, 13:37

  • 
  • Sumqayıt İH başçısı Eldar Əzizova son xəbərdarlıq

    Sumqayıt İH başçısı Eldar Əzizova son xəbərdarlıq ...

    7-05-2015, 13:06

  • 
  • Eldar Əzizovun "yeni il yığımı"

    Eldar Əzizovun "yeni il yığımı" ...

    7-12-2012, 17:33

  • 
  • Heydər Əliyevin portretinin yandırılması Eldar Əzizovu bitirir - özəl

    Heydər Əliyevin portretinin yandırılması Eldar ...

    16-06-2015, 11:26

  • 
  • Sumqayıtda E.Əzizovun əlindən eldar şamları nömrələnir

    Sumqayıtda E.Əzizovun əlindən eldar şamları ...

    16-03-2015, 12:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu