“Avromed” MMC-nin xalqa şəfa tapmaq ücün payladığı dərman və ya Cavanşir Mustafayevin əməlləri
Bilməyənləri də məlumatlandıraraq bildiririk ki, 2002-ci ildə fəaliyyətə başlayan “Avromed” kompaniyası dərman paylamaqla məşğuldur. Ötən il yüksək göstəricilərinə görə bu şirkət ilin ən reytinqli farmasevtik şirkəti seçilmişdir. “Avromed”in fəaliyyətinin ölkə ərazisində daha da genişləndirilməsi məqsədilə onun bölgələrdə filialları açılmışdır. O cümlədən, 2 aya yaxın vaxtdır ki, Qazax rayonunda da həmin kompaniyanın filialı işə düşmüşdür. Əlbəttə, hazırkı dövr bazarlarda rəqabətlə bağlıdır. Təbii ki, “Avromed”də bu rəqabətlə uğurunu davam etdirir. Lakin, təəssüflər olsun ki, şirkət Qazax rayon filialına kadr məsələsində tələskənliyə yol vermişdir. Belə ki, vaxtilə rayon polis şöbəsində çavuş vəzifəsində işləmiş, sonradan ışdən azad edilmiş, daha sonra saxta su və limonad içkiləri istehsal etməklə məşğul olmuş, ən nəhayət siqaret firmasında çalışmış Cavanşir Maksim oğlu Mustafayevi sözügedən şirkətin Qazax filialına direktor təyin etmişdir. Farmasevtlik sahəsində anlayışı olmayan belə bir kadrın filiala təyinatı qanun pozuntusu yaratmırmı?. Şirkət o demək deyildir ki, ölkə qanunlarının əleyhinə zidd çıxaraq ağlı kəsdiyini edə bilər. Əsla, hər şey müvafiq qanunlarla tənzimlənməlidir. Şirkətə şəxsi biznesi kimi baxan Cavanşir Mustafayev hələ filialın işə düşməsindən öncə Qazaxdan kurs keçmək məqsədi ilə coxlu sayda 22-28 yaşında qadınlar yığmış, onlara 2 ay bu sahədən kurs keçirilməsi məqsədilə müəllim də təyin etmişdir. Aldığımız məlumata görə Mustafayev işin təşkilinə pulu da cibindən xərcləyirmiş. Bu da maraqlıdır...Sonradan özünün “farmasevtlik” nə olduğunu bilməyən Cavanşir, seçim edərək kurs keçmək üçün Bakıya14 nəfər ayrı qadın göndərir. Bəs burada kurs keçən, aldadılan, səhəri bir parça çörək qazanmaq arzusu ilə yaşayan qadınlarımızın taleyi necə oldu?. Budurmu “Avromed” MMC-nin xalqa şəfa tapmaq ücün payladığı dərman?. Və ya Cavanşir kimilərinin hoqqaları?. O da məlumdur ki, Cavanşirin “özünə məxsus filialda “ katibə qızlar da çalışır. Bəlkə də ştat üzrə təyinatı başqa cürdür. Ancaq orada işləyənlər də belə bilirlər. Yəni onların göstərdiyi xidmət bunu deməyə əsas verir. Onların necə maliyyələşməsini də filial direktoru daha yaxşı bilər. Çünkü o da yaxşı məlumdur ki, şirkət boş yerlərə vəsait xərcləyən deyil. Kadr məsələsində də həmişə ehtiyatlı davranıblar. Bunun nəticəsidir ki, ötən il reytinq qazanıb. Rayon adamlarını da maraqlandıran, məhz “Avromed” MMC-nin Qazax filialına təsadüfi seçilmiş kadrlardır. Yəqin ki, bu “şiş” gec-tez özünü göstərəcəkdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?