GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nadir Qəhrəmanovdan prezidentə şikayət olundu

Nadir Qəhrəmanovdan prezidentə şikayət olundu

Tarix: 19-04-2013, 21:37 Bölmə :Ölkə Baxış: 3 223
Nadir Qəhrəmanovdan prezidentə şikayət olundu

SDU rektoru TQDK sədri məleykə Abbaszadə və PA şöbə
müdüri Fatma Abdullazadənin əleyhinə fəaliyyət göstərirmiş


Uzun müddət Sumqayıt Dövlət Universitetində Sumqayıt Dövlət Universitetində müxtəlif vəzifələrdə: dosent, kafedra müdiri, dekan vəzifələrində çalışmış Iqtisad elmləri namizədi, dosent Kamil Abdullayev prezidentə açıq məktub yazıb.
Surəti redaksiyamıza göndərilən məktubda o, bu elm ocağında baş verənlərdən bəhs edir. SDU-da baş verən qanunsuzluqları açıb ortaya qoyam müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
“Hansı vəzifələrdə işləməyimə baxmayaraq vicdanım qarşısında həmişə Azərbaycan Təhsilinə bacardığım qədər layiqli töhvələr verməyə əlimdən gələni əsirgəməmişəm. Iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı olduğum dövrdə fakültədə ciddi dönüş yaratdım. Lakin, mənim uğurlarımla barışmayanlar müxtəlif təxribatlarla məni ləkələməyə çalışdılar 2012-ci ilin sentyabr ayında SDU-ya qəbul olan tələbələrin qəbul edilməsi ilə əlaqədar aparılan rektoratdan sonra, rektor Nadir Qəhrəmanovun mənə qarşı fikri tam dəyişdi. Çünki qəbul sistemində aparılan islahatlarda əyani və qiyabi şöbələrdə təhsil alacaqlarını tələblərin arzusu ilə seçmələri qiyabi sobenin prorektoru Qafar Ramazanovu berk ozunden cixarmisdi. SDU-da onsuzda yaxşı hörmətə malik olmayan TQDK-nın sədri Məleykə xanım Abbaszadə və Prezident aparatının şöbə müdiri Fatma xanım Abdullazadə və bunları müdafiə edən haqqında əxlaqsız sözləri dəfələrlə təkrarlaması məni onlara cavab qaytarmağa məcbur etdi. Eyni zamanda SDU-da TQDK-nın sədri Məleykə xanım Abbaszadənin adına yığılan pulların həqiqətə uyğun olmadığı üçün əleyhinə çıxdım. Mənə çox ağır da olsa son zamanlar Sumqayıt Dövlət Universitetində baş verən özbaşınalıqlar, maliyyə fırıldaqlara, rüşvətxorluq, korrupsiya faktları hamı kimi məni də təngə gətirmişdi. Lakin ağzımı açan kimi rektor və prorektorların şantajı əlimi qolumu bağlayırdı.Rektoru bu qanunsuzluqlara surukleyenler onun sevimli prorektorlari oldu.Bu yolla rektoru ozlerinden asili veziyyete saldilar. Artiq hormetli rektor Ulu onderin teyin etdiyi rektor kimi yox prorektorlarin onun imkanlarindan maksimum seviyyede istifade ederek SDU da saxtakarliga,korrupsiyaya,rusvetxorluga serait yaradan bir rektor kimi yadda qaldi.A Lakin Sizin çıxışınız, məndə bu haqsızlıqların qarşısının alınmasına bir ümid yaratdı. O gündən günüm oldu qara. Bu isə rektoru çox qıcıqlandırdı. Qeyd edim ki, hörmətli rektor Təhsil Nazirliyinə mənim işdə ciddi nöqsanlara yol verdiyim üçün vəzifəmdən azad etdiyini bildirib. Çox təəssüflər olsun ki, 2012-ci ilin iyun ayında mən ikinci dəfə dekan vəzifəsinə seçilmişdim. Elmi Şura mənim dörd illik fəaliyyətimi qənaətbəxş qiymətləndirib. Sonra məzuniyyətdə olmuşuq. Sentyabrın 15-dən 27-nə kimi hansı ciddi nöqsanım ola bilərdi. Sadəcə bu qanunsuzluqlara, saxtakarlıqlara göz yuma bilmədiyim üçün işdən azad olunmuşam. Mənim ciddi nöqsanım onlara cavab qaytarmağım olubdur. Buna görə mən işdən azad olundum. Həmin şəxslər əməkdar müəllim adına layiq görüldülər. Baxmayaraq ki, qiyabi şöbənin prorektoru barədə Respublika Prokurorluğuna dəfələrlə rüşvətxorluğu barədə videoçarx verilib. Bu faktları mən dekan ola-ola bildirmişdim. Onuda qeyd edimki men hecde ozumu 7 dekandan agilli, ferqli bir dekan kimi teqdim etmek istemirem.Rektorumun butun tapsiriqlarini mende vaxtinda yerine yetirmisem.Amma ALI BAS Komamandanin tapsiriqlarina mehel qoymamaq,tehsil nazirini aldatmaq,seckiqabagi sexsi maraqlarini ustun tutmaq bu xeyanetdir. Lakin təəssüflər olsun ki, SDU-nun rektorunun gözü qarşısında korrupsiya bataqlığına batan şəxslər vaxtında cəzalandırılsaydılar bu gün onlar heç vaxt deməzdilər ki, ölkəni əxlaqsız xanımlar idarə edirlər. Bu nə söz azadlığıdır nədə insaniyyətlikdir. Sadəcə hörmətsizlik kimi qəbul olunur. Bu günki gün ölkəni əxlaqsız xanımlar idarə edir deyən şəxslər vəzifələrində qalıb. əgər bunu hər hansı bir xalqın nümayəndəsi desəydi Ramil Səfərov kimi onun ölümünə səbəb olardım. Mən kimi öldürüm “Əməkdar müəllim” adına layiq görülənləri. Əgər bu kişi arasında sadəcə ağızdan qaçan bir söz olsaydı hardasa acıqlanmazdı. Bu hiyləliklə nümayiş olunduğu üçün ibrət olmalıdır. Lakin, mən bununla barışmadığıma görə işdən çıxarıliram. Buna müraciət etdiyim məmurlar göz yumur. Bu faktlar sözdə sizə sadiq, əməldə tam əksinə olan Rektor Nadir Qəhrəmanovun gözləri qarşısında baş verib. Məgər Məleykə xanım Abbaszadə, Fatma xanım Abdullazadə, Qənirə Paşayeva və başqaları Ulu öndərin etibar etdiyi dəyərli xanımlardan biri deyilmi. Bununla heç də mən inanmıram nəsə əldə edə bilsinlər. Bununla ictimaiyyətdə belə bir fikir formalaşdırmaq istəyirlər ki, guya təhsili bərbad günə bunlar salırlar. Bu nə dərəcədə düzgündür. Əgər məndə bu deyilənlərlə, razılaşsaydım o biri dekanlar kimi SDU-nun 50-li illik yubileyində mənə də əməkdar müəllim adı verilməsi reallaşardı. Bu cür xoşagəlməz hallardan artıq SDU-nun əməkdaşları təngə gəliblər. Hətta tərbiyə işləri üzrə prorektor da bu cür faktların olması barədə hüquq mühafizə orqanlarına açıq şəkildə müraciət etdi. Lakin tədbir görən yoxdur. Bizə ancaq sağlam bir mühitdə tələbələrə bilik verməkdən başqa nə lazımdır. SDU-da, bu mümkün deyil. Bu isə iqtidarda olan partiyanın nümayəndələri tərəfindən deyilən adi bir söz deyil. Həmin şəxslər müxalifət mətbuatını maliyyələşdirən şəxslərdir. Müxalifət mətbuatlarının maliyyələşdirilməsi isə rektorun razılığı ilə həyata keçirilir. Səbəbi isə müxalifət mətbuatlarında tənqidə tuş gələn məmurları ölkə Prezidenti heç vaxt isden cixarmaz işdən çıxarsa onda müxalifət nümayəndələrinin ayağı yer alar. Deyərləri ki, bizim yazdığımıza görə çıxarıblar. Prezident isə heç vaxt buna getməz. Getsəydi müxalifət qəzetlərindən düşməyən məmur və nazirləri indi çoxdan çıxarmışdı. Onlarda özləri barədə bəzi faktların müxalifət qəzetlərində yayılmasına icazə veriblər. Buna narahat olmağa dəyməz. Müxalifətdə nəyisə deməlidir. Nə qədər yazsalar ki, məni Əliyevlər ailəsi müdafiə edir bir o qədər ömrümüz uzanar. Eybi yox yazsınlar ki, H.Əliyev Fonduna çoxlu pul verirəm. Bunun nəyi pisdir ki, bu cür faktlar nə qədər çox yazılsa bizim xeyrimizədir. Seçkiqabağı bu Prezidentə və onun ailəsinə xəyanətdən başqa bir şey deyildir və bu xəyanət davam etməkdədir. Kütləvi şəkildə tələbə və müəllimlər arasında narazılıqların artması halları baş verir. Bu isə Prezidentin uğurlarına kölgə salmaqdan başqa bir şey deyildir. Belə olmasaydı bu qədə narazılıqlar, haqsızlıqlar, saxtakarlıqlar, qanunsuzluqlar olmazdı. Ali Baş komandanın tarixi çıxışından sonra rüşvət artırılmazdı. Bunlar isə vətəndaşların gözü qarşısında baş verir. Aidiyyatı orqanların susması isə deyilən yalanlara sanki bəraət qazandırır. Bilə-bilə müxtəlif vəzifəli şəxslərə rüşvət verdiyini açıqca söyləyir. Sonra isə qoy yazsınlar qəsdən demişəm. Bunlar onsuzda inanılmaz faktlardır. Başlarını qatıram. Yoxsa əsas işlərə nəzarət güclənər. Mən isə ulu öndərin mənə və xalqıma olan etimadını əsas tutaraq bunlara göz yuma bilmərəm. Nə qədər işsiz də. qalsam əzilsəm də əminəm ki, haqq ədalət öz yerini alacaq.Hormetli rektor tehsil nazirliyinde bele bir fikir formalasdiribki men vezifeden cixdigim ucun sikayet etmisem.Xeyir bele deyil.Prezidentin tapsiriqlarina mehel qoyulmadigi ucun ,qanunsuzluqlar, rusvet, korrupsiya halalrı SDU-da pik həddə çatdığı üçün şikayət etmişəm. Magistratura şöbəsinə elmi işlər üzrə prorektor Yadigar Hüseynovun fəallığı ilə 100-dən çox xarici ölkə vətəndaşları qəbul olunublar. Onlardan çoxu saxta yolla qəbul olunub sesiyada üzünü belə görməmiş qiymət yazılır. Bunu dəfələrlə dekanlar rektorun nəzərinə çatdırsada heç bir tədbir yoxdur. Çünki hamısı rüşvət hesabınadır. Bu xarici ölkə vətəndaşları ölkəmizin ali təhsil müəssisələri barədə hansı fikirdə ola bilərlər Sözdə dövlətçiliyimizə sadiq olduğunu bildirən ,əməllərində isə tam tərsini həyata keçirən Nadir Qəhramanovu korrupsiya, rüşvətxorluq, maliyyə fırıldaqları, özbaşınalıqlardan yayındırmaq mümkün olmadı. Bütün semester imtahanlarında rektorun göstərişilə ancaq rüşvətə üstünlük verilirdi. özü oxuyan tələbələr elə günə salmırdı ki, o da rüşvət verməli olurdu.. Külli miqdarda "ölücanlar" mövcuddur ki bunların pullarını da tədris işləri üzrə prorektor Əkbər Ağayev və tədris şöbəsinin müdiri Sadiq Xəlilov saxta kredit kartlarla mənimsəyirlər. Çox məharətlə Təhsil Naziri Cənab Misir müəllimin təhsildə apardığı islahatlara kölgə salmağını öz saxta əməllərilə rektor bir daha göstərdi. Xarici ölkələrin Universitetlərindən Təhsil Nazirinin razılığı əsasında SDU-ya köçürülən tələbələrin sənədləri düzgün deyil. Təhsil Naziridə aldadılıb. Verdiyi əmrlər saxtalaşdırılıb. Rusiyada olan bir neçə universitetlərin saxta möhürlərini əldə edən bu şəxslər qanunsuz olaraq çoxlu sayda köçürmələr aparıblar. Gələcəkdə isə bu tələbələr problemlərlə üzləşəcəklər. Çünki köçürülən zaman həmin tələbələr heç o ali məktəbi tanımayıblar. Bu faktlar mövcuddur.
Universitet daxili İqtisadiyyat və İdarəetmə fakültəsinə rüşvət hesabına qanunsuz tələbə köçürmələri mövcuddur. Özbaşınalıq və vəzifələrindən sui-istifadə halları bu universitetdə artıq son həddə çatmışdır. Son zamanlar İqtisadiyyat və İdarəetmə fakültəsində rektor və elmi işlər üzrə prorektor Yadigar Hüseynovun təkidi ilə fakültənin elmi seminarında Yadigar Hüseynovun oğlu Tural Hüseynovun namizədlik dissertasiya işi müzakirə olunmuşdur. İqtisadiyyatdan ümumiyyətlə anlayışı olmayan Tural Hüseynovun namizədlik dissertasiya işi AAK-na təqdim olundu. Bu cür haqsızlıqların sayı hesabı yoxdur. Müraciət etməyimizə baxmayaraq tədbir görülmür. Əvəzində işdən çıxarılırıq. Lakin Yadigar Hüseynov layiq olanların hamısına rüşvət olmasa şərait yaratmır. Bir neçə il əvvəl öz gəlini Hüseynova Ülviyyəyə də saxta yolla namizədlik diplomu aldı. Lakin 15 ildir ki, SDU-da çalışan layiqli savadlı amma imkansız şəxslər elmi işlə məşğul ola bilmirlər. Bu acı həqiqətdir.
Cənab Prezident! Maraqlısı budur ki, dəfələrlə korrupsiya və rüşvətxorluğa qarşı sizin kəskin çıxışlarınıza SDU-da məhəl qoyan yoxdur. Sizin hər çıxışınızdan sonra SDU-da rüşvət faktı daha da artırılır. Bu necə ədalətdir. 12 ildir
ki, Sumqayıt Dövlət Universitetinə rəhbərlik edən rektor Ulu Öndərin Universitetdə büstünü belə qoymağa cəhd göstərmirdi. Son bir ildə Cənab Eldar Əzizov icra başçısı təyin olunduqdan sonra SDU-da da Ulu Öndərin büstü qoyuldu. Buna baxmayaraq SDU-nun rektoru Nadir Qəhrəmanovu ulu öndər təyin edib. Ona olan “sədaqətin” nəticəsidir? Rektor və ətrafı nə düşünür.
İnanıram ki, Sizi heç kim məlumatlandırmır. Yazılan məktublar isə öz başımıza problem açır. Mən inanıram ki, bu haqsızlıqlara tezliklə son qoyulacaq.
Ulu öndərin köməyi sayəsində Moskva şəhərində iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görüləndə xalqıma Prezidentimə layiqincə xidmət etməyi qarşıma məqsəd qoymuşam, lakin rektor Nadir Qəhrəmanovun şəxsi maraqlarını yerinə yetirmədiyim üçün qəzəbinə tuş gələcəyimi düşünmürdüm. Inanıram ki, hər bir vətəndaşın Prezidenti olan İlham Əliyev səsimizə səs verəcək. Respublika Prokurorluğuna Korrupsiya faktları ilə bağlı təqdim olunan disklər və verilən məlumatlar cavabsız qalmayacaq. Ölkədə baş verən narazılıqlar bu cür faktların cavabsız qalmasından irəli gəlir. Dama dama gol olar.
Cənab Prezident!
SDU-da sağlam bir mühit yaradılacağına çox inanırıq. Əminik ki, tezliklə tədbir görülməsinə sərəncam verəcəksiniz. Özünə hörmət edən bir şəxs sağlam mühit ola-ola yalandan sizə müraciət etməz. Bunu SDU-nun tələbələrinin hamısı əməkdaşların isə 95%-i gözləyir. Əməllərindən çəkinmək əvəzinə mən ailənin ən yaxın üzvüyəm, deməklə özünə bəraət qazandırır.Hormetli rektor onuda bilmelidirki bugunku gun ailenin bascisi korrupsiya;rusvetxorluqla ciddi mubarize aparir SDUda ise tam eksinedir. Əliyevlər ailəsini bu cür biabır etməyə rektora görəsən kim əsas verir.Aidiyati qurumlarin vaxtinda tedbir gormemesi tecub dogurur. Bu məktubumda SDU-dan özbaşınalıqların sadəcə mində birini Sizin nəzərinizə çatdırdım.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıt Dövlət Universitetində yoxlama başlayıb

    Sumqayıt Dövlət Universitetində yoxlama başlayıb ...

    10-12-2013, 21:45

  • 
  • Nadir Qəhrəmanovun təhsil maxinasiyaları

    Nadir Qəhrəmanovun təhsil maxinasiyaları ...

    10-05-2013, 20:41

  • 
  • Sumqayıt Dövlət Universitetində korrupsiya şəbəkəsi

    Sumqayıt Dövlət Universitetində korrupsiya ...

    13-05-2013, 15:27

  • 
  • Rektorun son akkordları

    Rektorun son akkordları ...

    10-09-2013, 23:50

  • 
  • Sumqayıt Dövlət Universitetində korrupsiya şəbəkəsi

    Sumqayıt Dövlət Universitetində korrupsiya ...

    16-05-2013, 21:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu