GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mətbuat 141 yaşında hansı gündədir?

Mətbuat 141 yaşında hansı gündədir?

Tarix: 20-07-2016, 17:56 Bölmə :Ölkə Baxış: 484
Mətbuat 141 yaşında hansı gündədir?

Azərbaycanda medianın iqtisadi dayaqları çox zəifdir. Media reklamı bazarının həcminə görə Azərbaycan ən geridə qalan ölkələrdəndir. Medianı tənzimləyən qanunlar mürtəcüləşdirilir, medianın informasiyalara çıxış imkanları olduqca zəifdir...

Sivil Toplum Platformasının bu gün “Milli mətbuatın 141-ci ilində Azərbaycan KİV-i” mövzusunda keçirdiyi ictimai dinləmələrdə vurgulanan əsas nüanslar bunlar olub.

Hökumət müzakirələrə gəlmədi

Müzakirələrə media qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq təşkilatlar və xarici ölkə səfirliklərinin nümayəndələri qatılıblar. Dəvət edilsələr də, dövlət qurumları nümayəndələri müzakirələrdə iştirak etməyiblər.

Müzakirələrə moderatorluq edən keçmiş siyasi məhbus, jurnalist Əvəz Zeynallı həmçinin, əlavə edib ki, Mətbuat Şurası müzakirələrin pozulması üçün eyni vaxtda və mövzuda tələm-tələsik tədbir də təyin edib.

Tədbirdə Turan Agentliyinin rəhbəri Mehman Əliyev medianın iqtisadi durumu haqda məruzəsi dinlənilib.

Media reklamı bazarı monopoliyada...

M.Əliyev hakimiyyətin mediaya münasibətdə ayrı-seçkiliyə yol verdiyini, mediaya ayrılan maliyyə vəsaitlərinin düzgün xərclənmədiyini deyib.

“Ən başlıcası, reklam bazarı monopoliyadadır. Bu medianın inkişafına ciddi problem yaratdır. 2015-ci ildə manatın devalvasiyası və iqtisadi fəallığın azalması ilə əlaqədar Azərbaycan KİV-lərinin iqtisadi vəziyyəti daha da pisləşib. Bir sözlə KİV böhranının ardından ölkə böhran zolağına qədəm qoyub”, M.Əliyev deyib.

O, rəsmi statistikaya istinad edərək, media reklamı bazarının getdikcə kiçildiyini ifadə edib.

Monopoliyadakı bazar kiçilə-kiçilə gedir...

“Dövlət Statistika Komitəsinin bilgilərinə görə, 2015-ci ildə Azərbaycanda KİV-in əsas gəlir mənbəyinin – reklam bazarının ümumi dövriyyəsi 13,3 faiz azalıb. Bir il əvvəl bazar 72,5 milyon manat idi, 2015-ci ildə 62,8 milyon manat təşkil edib. Dollarla ifadə etdikdə bazar 35 faiz geriləyib”, deyən Mehman Əliyev media reklamının həcmininsə təxminən 26 milyon manat təşkil etdiyini bildirib.

“Manatla ifadə etdikdə 3 faiz artsa da, dollarla ifadə etdikdə reklam həcmi 22,8 faiz azalıb”, o, bildirib.

Onun deməsinə görə, 10 mərkəzi kanaldan ibarət olan tele və radioyayım tamamilə hakimiyyətin nəzarəti altındadır. Buraya daxil olan 22,9 milyon dollarlıq (2014-cü ildə 28,9 milyon dollar) vəsait bu yayımların müəyyən dərəcədə mövcud olmasını təmin edir, amma cüzi gəlir onların inkişafını ciddi şəkildə gecikdirir.

Reklam pulları qlamur jurnallara axır...

Çap və onlayn KİV-in reklam həcmi isə cəmi 2,9 milyon dollar (2014-cü ildə 1,08 milyon dollar) olub. M.Əliyevə görə, bu rəqəm onların ticari cəhətdən yoxsulluğunu və tamamilə xarici maliyyələşmədən asılılığını göstərir.

“Statistika çap KİV-də reklamın dörd dəfədən çox artdığını göstərir. Amma bu, prezidentin ailə üzvlərinin rəhbərlik etdiyi “Bakı” kimi qlamur jurnallara reklam axını hesabına baş verib”, M.Əliyev vurğulayıb.

M.Əliyev bildirib ki, Azərbaycanda təxminən 300 real və onlayn KİV var. Orta hesabla bu KİV-in hər birinin payına ildə 8,5 min dollar və ya ayda 708 dollar reklam gəliri düşür. Onların böyük əksəriyyəti reklam almır, kiçik hissəsinin ildə bir neçə on minə qədər reklamı olur ki, bu da bir ay ərzində böyük ştatın saxlanmasına və leqal əmək haqlarına kifayət etmir.

Qanunvericilik də mürtəceləşdirilir

“Son illərdə medianı tənzimləyən əksər qanunlara dəyişikliklər edilib. Bu dəyişikliklər təəsüflər olsun ki, mürtəce məzmunda olub, medianın hüquqlarını məhdudlaşdırmağa xidmət edib”. Bunu isə media ekperti Ələsgər Məmmədli deyib.

O, qeyd edib ki, 2014-cü ildən bəri "KİV haqqında" Qanuna 4 dəfə müdaxilə edilib. Bu dəyişikliklər isə media ilə bağlı qanunvericiliyi daha da sərtləşdirib.

“Müstəqil şəkildə KİV-in fəaliyyətini bir ay müddətinə dayandırmaq hüququ olan Milli Teleradio Şurası daha bir mürtəce düzəlişdən istifadə etdi və bu da ANS telekanalı ilə baş verdi. Bundan öncə bu hüquqa ancaq məhkəmələr malik idi. Həmçinin KİV sahəsində qanunvericiliyin pozulmasına görə cərimələr artırılıb”, deyə Ə.Məmmədli qeyd edib.

Ə.Məmmədli böhtan və təhqirə görə cinayət məsuliyyətinin hələ də qüvvədə olduğunu, bunun qanunvericiliyin dəyərləndirilməsi baxımından pis təvcrübə olduğunu ifadə edib. Ekspert hökuməti ən qısa zamanda “Defamasiya haqqında” qanunu qəbul etməyə çağırıb.

Jurnalistlərə qarşı məhkəmələrdə, fiziki basqılarda azalma var...

Müzakirələrdə medianın informasiyalara çatım imkanları da müzakirə mövzusu olub. Media eksperti Xalid Ağaliyev 2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə edilməsi haqqında” qanunun 10 il ərzində ciddi dəyişikliklərə məruz qaldığını deyib.

“Qanun qəbul edildikdən bu yana onun mətninin yarıya qədəri qanundan çıxarılıb. Qanunun icrasına nəzarət funksiyası Ombudsmana verilib. Reallıq bundan ibarətdir ki qanun işləmir”, deyən ekspert dövlət qurumlarının əksəriyyətinin informasiya sorğularına cavab vermədiyini, saytlara bütün bilgilərin daxil olunmadığını qeyd edib.

X. Ağaliyev diqqəti ona yönəldib ki, dövlət orqanları məlumatların yalnız 30-35 faizini açıqlayırlar. Halbuki, hamısını açıqlamalıdırlar. Və bu zaman büdcə vəsaitlərinin qurumlar tərəfindən istifadəsinə dair bilgilər dərc edilmir.

X.Ağəliyev müsbət istisna hal kimi SOCAR-ı qeyd edib. Şirkət son zamanlar əksər məlumatları açıqlayır, halbuki, 3-4 il öncə bundan imtina edirdi.

Bununla yanaşı X.Ağəliyev jurnalistlərə qarşı fiziki təzyiqlərin və hədə-qorxuların azaldığını vurğulayıb. Lakin zaldan replika ataraq deyiblər ki, bu, jurnalistlərin çoxunun ölkəni tərk etməsi, işi buraxması, ya da dövlətin nəzarətinə keçməsi ilə əlaqədardır.

KİV-ə yeni təzyiq forması ölkədən çıxışa qadağa qoyulmasıdır. Hazırda ən azı 10 nəfər KİV işçisi ölkədən çıxa bilmir, X.Ağəliyev bildirib.

Müzakirələr zamanı media ekspertlərdən Zeynal Məmmədli, jurnalistlərdən Qulu Məhərrəmli, Elçin Şıxlı, Arif Əliyev, Rövşən Hacıbəyli və digərləri iqtisadi sferada qarşıya çıxan problemlərdən danışıblar.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Medianı darda qoymadıq, qoymayacayıq”

    “Medianı darda qoymadıq, qoymayacayıq” ...

    17-03-2016, 20:25

  • 
  • Beynəlxalq Mətbuat Mərkəzi Sivil Toplum Platformasına zal ayırmaqdan imtina edib

    Beynəlxalq Mətbuat Mərkəzi Sivil Toplum ...

    15-07-2016, 02:10

  • 
  • Vətəndaş cəmiyyəti institutlarının etiraz bəyanatı

    Vətəndaş cəmiyyəti institutlarının etiraz bəyanatı ...

    10-02-2013, 11:34

  • 
  • Əvəz Zeynallının Mətbuat Şurası ilə davası davam edir

    Əvəz Zeynallının Mətbuat Şurası ilə davası davam ...

    19-12-2013, 09:28

  • 
  • Əvəz Zeynallı ilə Mətbuat Şurasının məhkəmə çəkişməsi başladı

    Əvəz Zeynallı ilə Mətbuat Şurasının məhkəmə ...

    13-08-2013, 16:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (20)
Avqust 2025 (571)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu