Ötən günlərdə axşam saatlarında Bakı-Sumqayıt yolunun üstündə yerləşən “Türkan” kafesində biçaqlanma baş verib. Kafe əsasən əxlaqsız yuvası kimi fəaliyyət göstərdiyi bildirilir. Bu haqda 7gün.az-a daxil olan məlumata görə “Türkan” əxlaqsız yuvası Sumqayıt İH başçısı Eldar Əzizovun olduğu bildirilir. E.Əzizov əldə etdiyi “Hasilat”ı daşınmaz əmlaka çevirir. Onun Sumqayıtda bir neçə obyekti də göz altına aldığı bildirilir. Sumqayıtın 45-ci məhəlləsində yerləşən və Sovetlər dönəmindən “Abşeron” restoranı kimi fəaliyyət göstərən obyekt də bu sıradandır. Restoranın əsl sahibi Sosialist Əməyi Qəhrəmanı mərhum Mövlud Novruzova məxsus olub. Hal-hazırda onun oğulları Yaşar və Ayaz obyektə sahiblik edir. Obyekt indi “Abşeron” çay evi kimi vəhabi təriqətindən olan vətəndaşlara icarəyə verilmişdir. E.Əzizovun adamları obyektin sahibi Moskvada yaşayan Ayaz ilə əlaqə yaradaraq ona bildiriblər ki, şəhərdə “Yenidənqurma” aparıldığından obyektlərin yenidən qurulması üçün 90000 AZN tələb olunur. Başçının məkrli planından xəbərdar olan Ayaz onlara bildirib ki, obyektdən gözlərini çəksinlər. Daşın qayaya rast gəldiyini görən başçının adamları ona belə bir təklif də veriblər. Dəllallar Ayaza bildiriblər ki, eşitdiyimizə görə restoranın ikinci mərtəbəsini tikmək istəyirsiniz. Memarlıq layihəsi və icazəsi tikintisi ilə birlikdə 200000 AZN-ə hamısını həll edərik deyə sövdələşərək razılığa gəlirlər. Xeyli vaxt keçməsinə baxmayaraq Ayaz hələ də bu məbləği toplaya bilmədiyindən Vətənə dönə bilmir. Daha bir xəbər də E.Əzizovun müavinlərinin adı rüşvət qalmaqalında hallandırılır. moderator.az saytının yaydığı xəbərə görə İH başçısının tapşırığına əsasən müavinləri Qarabağ əlilindən 25000 manat alındığı bildirilir. I-ci qrup Qarabağ əlili Zülfü Quliyev işlətdiyi ticarət obyektinin sənədləşdirmək üçün 25000 manatı ala bilmir. İH yetkinləri ondan təkrar 20000 manat da tələb ediblər ki, “obyektin yiyəsi var, onu razı salmaq lazımdır”. Bununla razılaşmayan Zülfü Quliyev verdiyi 25000 manatı tələb edir. Qarabağ Qazisi bir neçə cəhddən sonra E.Əzizovla görüşə bilib. Görüşdə E.Əzizov Zülfü Quliyevin səs-küy qaldırmasında, söhbətin yuxarıların qulağına çatacağından ehtiyatlanaraq müavinlərinə tez bir zamanda problemin həll etmələrini tapşırıb. Göründüyü kimi Sumqayıt İH-da mütəşəkkil dəllal bir şəbəkə formalaşıb. Imkansızlığına baxmayaraq hər kəsdən istədiklərini qopara bilirlər. Hər kəsə imkan yaradıblar ki, banklardan kredit götürsünlər. Dəllallar istədiklərini alsınlar, kredit götürənin sonraki taleyi onları maraqlandırmır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?