Cinayətkar aləmdə məşhur olan ruslarla, aparıcı oliqarxlarla şəxsi əlaqələr; xəyanət və siyasi oyunçuluq bacarığı; Kremlə əbədi sədaqət
Baş nazirin sabiq müavini Abbas Abbasov haqda ötən sayımızda yazı dərc etmişdik. İndi isə Azərbaycan siyasətində daha çox kriminal və gizli işlərlə bağlı xatırlanan sabiq məmur haqda yeni araşdırmamızı diqqətinizə çatdırırıq. Bu gün bir çoxları Azərbaycanlıların Moskvadakı yeni lideri Abbas Abbasovun siyasi keçmişini unutmuş, hətta onun siyasətə yenidən dönüşündən sonra,- “Abbas Abbasov kimdir?” - sualını verənlərə belə rast gəlmək olur. Nə üçün o, Əliyev hökumətindən getdi? Niyə Kremlə bağlı qrupların lideri kimi ortaya çıxdı? Hər hansı bir siyasətçi və insan kimi Abbasovu xarakterizə edən cəhətlər hansıdır? Bi sözlə, təqaüdçü zabit və Azərbaycanın sabiq baş nazirinin müavininə həsr olunmuşdur. Elə isə, Abbas Abbasov kimdir? Xatırladaq ki, ötən yazımızda da A.Abbasovun Kremlin gizli siyasi planlarında yer alması haqda yazmışdıq. Artıq sabiq məmurun Rusiya ilə həm maddi həm siyasi bağlılıqları haqda konkret faktlar əldə etmişik. Etibarlı mənbənin bizə təqdim etdiyi məlumatlarda Baş nazirin keçmiş müavini haqda yalnız siyasi deyil, kriminal xarakterli məlumatlar da yer alır.
Rus kriminal dünyası ilə əlaqələr Yeltsin epoxası dövründə, Rusiya-Azərbaycan münasibətlərindəki ziddiyyət illərində Əliyevə qonşu dövlətlə bütün mübahisələr və məsələlərin həlli üçün zəruri vasitəçi kimi A. Abbasov lazım idi. Doğrusunu demək lazımdır ki, A. Abbasov cinayətkar aləmdə məşhur olan ruslarla, aparıcı oliqarxlarla şəxsi əlaqələri nəticəsində həmişə ona həvalə edilmiş vəzifələri müqvəffəqiyyətlə yerinə yetirə bilmişdi. Abbasov həmişə son dərəcə xoşagəlməz patriarx olmuşdur və birmənalı demək olar ki, onun bu istedadı dəfələrlə həmkarlarının həsəd və kin dolu nəzərləri ilə qarşılanmış, Baş nazirinin birinci müavininin kreslosuna çoxları göz dikmişdi. “Əlimdə ixtiyarım olsa, onu elə bu dəqiqə bayıra ataram, ancaq təəssüf ki, heç kim onu əvəz edə bilməz.” sözləri artıq anlamını itirirdi. Abbasov da liderin varisi üçün əvəzolunmaz deyildi. Mövcud Prezidentin ətrafında A.Abbasova qarşı hələ də izaholunmaz nifrət və natamamlıq kompleksi hiss olunurdu. İlham Əliyevin komandasındakı boz simasız və açıqcası ala-key mühitdə o, aydın şəkildə diqqəti cəlb edirdi. Hər il oliqarxların həsəd xəzinəsinə Olimpiya və dünya çempionatlarında Abbas Abbasovun himayədarlıq etdiyi idmançıların qazandıqları qızıl medallar da əlavə olunurdu. (Təəssüflər olsun ki, bizdə idmançılar da oliqarxların nəzarəti olmadan yarışlarda iştirak edə bilmirlər) Əvvəlki illərdən fərqli olaraq 2003 seçkilərindən sonra, baş nazirin müavininə istedad və qabiliyyəti oyundan qalib kimi çıxmaqda kömək etmədi. Nəticədə, o Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində diplomatik karyerasını davam etdirəcək rəsmilərdən ibarət cərimə batalyonun əsas namizədləri sırasına düşdü, amma Abbasova bu şans da verilmədi. Oğlu mandatlı girov saxlanılmaqla baş nazirin sabiq müavini vəzifəsiz qaldı.
Siyasi oyunlar Abbas Abbasovdan daha çox fürsətçi bir şəxsi təsəvvür etmək çətin olsa da, hətta onun da utanmazlıq və mənsəbpərəstlikdə usta olan Eldar Həsənov kimilərlə rəqabət edə bilməməsi diqqəti cəlb edir. Halbuki, baş nazirin birinci müavinini çox yaxından tanıyan insanlardan biri, A. Abbasov haqqında bunları söyləmişdi: "Bu –elə bir oyunçudur ki, Heydər Əliyevdən sonra bu ölkədə hər kəsi məğlub edə biləcək real şəxsdir”. Bu fantastik ünsiyyət vərdişlərinin və parlaq biznes bacarıqlarının və insanları arxasınca aparmaq qabiliyyətinin sayəsində onu inkar etmək mümkün deyil. Bəlkə də elə buna görə idi ki, A.Abbasov iyirmi altı dövlət komissiyasında rəhbərlikdə olan yeganə Kabinet üzvü idi. (!) Abbasov haqqında ən gözəl xarakteristikanı keçmiş Rusiya səfiri Aleksandr Bloxin verib, hərçənd ki, o, Azərbaycan rəsmilərinə tərif yağdırmaqda o qədər də xəsis deyil: "Təsəvvür etmək çətindir ki, Heydər Əliyev belə bir istedadlı insanı rəhbərlikdə saxlamağa necə müvəffəq oldu.” Abbasov - çox yönlü qabiliyyətə malik bir insandır: o həm ictimai natiq, həm atlet və hətta rəqqasdır. O, tez-tez Baş nazir postunun bir addımlığında olurdu: ilk öncə S. Hüseynovun istefasından sonra və bir də, xüsusilə Fuad Quliyev istefa verdikdən sonra hökumətə rəhbərlik edə biləcək ən real namizəd məhz A.Abbasov idi. Sonuncu dəfə isə Abbasov rəsmən Baş nazirin səlahiyyətlərini icra edirdi və onu baş nazir təyin etmək qərara alınmışdı, son anda nə isə Heydər Əliyevə bu qərarı verməyə mane oldu. Öz xarakterinə zidd olaraq yalnız son anda fikrini dəyişən H.Əliyev Abbasovun karyerasının yüksəlişindəki son şansını da dəyərləndirməsinə mane oldu. Abbasovun heç də əbədi müttəfiqləri olmayıb. O yalnız siyasi güclə müttəfiqlik edərək,ona da tapınmışdır. Onun siyasi ideologiyaların xaricində olan, fəlsəfi dünyagörüşündən çox uzaq düşüncə tərzi həyat prinsiplərinə də, yüksək dərəcəli istehza ilə yanaşır. Həyatının yeganə dəyəri, uğrunda hər şeyi qurban verə biləcəyi yeganə şey isə hakimiyyətdir. Bəlkə, elə Abbasovun prinsipial olmaması da Heydər Əliyevi təyinatda dayandırmışdı. Patriarx - insan xarakterinin unikal bilici – onun çətin məqamda Elçibəyə, Mütəllibova xəyanət etdiyi kimi, onu da dəyişə biləcəyi ehtimalını yaxşı bilirdi. Halbuki. Ayaz Mütəllibovla A. Abbasovu xüsusi mənəvi bağlar birləşdirsə də, o,bu bağlılığı asanlıqla şəxsi maraqları xeyrinə qurban verə bildi. Kriminal dünya ilə tanışlıq Hakimiyyətdən əlavə, Abbasovun fanatikcəsinə bağlandığı ikinci dəyər də var ki, hətta Sovet dövründən bəri heç kəsə gizli deyil. Bu adam pulu çox sevir. Hətta Sovet dövründə pula olan fədakar sevgisi demək olar ki, A. Abbasovun həyatı bahasına başa gələ bilərdi. Gəncə klanının tanınmış nümayəndələri, aciz və məzlum gənc olan A. Abbasovun həyatına yol açdı, günlərin bir günü onun xidmətlərindən yararlanmaq üçün onu qorudular. Sovet kənd təsərrüfatı sisteminin dağılmasından istifadə edərək, Özbəkistan aqrar sənayesinin taleyi üçün məsuliyyət daşıyanlardan biri olan Abbas Abbasovu gözləmədiyi halda aşırı işgüzar olduğuna görə cəzalandırilmasına qərar verilir. Bir sözlə, həyatında ilk (və yəqin ki son) dəfə olaraq, korrupsiya Abbasovu Özbəkistan həbsxanaları ilə də tanış etməli oldu. Və sonra, Özbəkistan lideri ilə sıx əlaqələrindən istifadə edən Azərbaycanın o vaxtkı rəhbəri Ayaz Mütəllibov şəxsən Abbasovun azad edilməsi ilə bağlı olaraq İslam Kərimova müraciət edib. Özbəkistan Prezidenti Mütəllibovun xahişini yerə salmır və qısa bir zamanda, "Özbək məhbus" Bakıya qayıdaraq, Abşeron Partiya komitəsinin birinci katibi vəzifəsinin icrasına başlayır. Hətta Kommunist Partiyası dağıldıqdan sonra belə, Mütəllibov fəal və işgüzar “Özbək məhbusu” işsiz qoymur. Bu dəfə Abbasov prezident müşaviri vəzifəsində irəli çəkilir. Bir neçə ay ərzində, Abbas Abbasov daha da irəliləyərək ilk prezidentin hökumətində baş nazir postuna yiyələnə bildi. Bütün bunlar isə A. Abbasova bir neçə gündən sonra öz xilaskarına xəyanət etməyə, siyasi opponentlərinin Mütəllibov üzərində qələbəsindən sonra qarşı tərəfə keçərək Elçibəy ideologiyasının tərəfdarına çevrilməkdə mane olmur.
Xəyanətkarlıq xüsusiyyəti
Abbas Abbasovun paradoksal prinsipsizliyi və sinizmi bir daha bir neçə ildən sonra üzə çıxdı. Eldar Həsənovun Mütəllibovu Azərbaycanda həbs və ekstradisiyası tələbini Heydər Əliyevin şəxsi göstərişi ilə S. Baburinə Moskvada məhz Abbasov çatdırdı. Sonra isə Abbasov heç bir vicdan əzabı çəkmədən öz hərəkətinə həyasız şəkildə haqq qazandıraraq izah etdi: "Mən prezidentin göstərişlərini yerinə yetirirdim." Məncə elə patriarxı da A.Abbasovla ehtiyatlı davranmağa məhz bunlar vadar etdi. Amma Abbasov H. Əliyevə lazım idi. Haqqında Heydər Əliyevdə yaratdığı mənfi rəyə baxmayaraq, onun müstəsna üstünlüyü onda idi ki, Baş nazirin birinci müavini, Boris Yeltsin ilə Heydər Əliyev arasında münasibətlərə təsir edə bilirdi. Böyük miqdarda silah alınmasında, sərhədlərin açılmasında, viza rejiminin tətbiqində Rusiya hökuməti ilə razılıqların əldə olunmasında müstəsna rol oynadı.
Çeçen biznesi
Kremlin Xaç atası - Boris Berezovski illərində Abbas Abbasov bir neçə şəxsdən biri idi ki, oliqarxı hər vaxt narahat edə bilərdi. Hətta Bakıda MDB-nin Məsləhət Şurasının xüsusi iclasının icraçı katibinin iştirakı ilə keçirilməsi üçün ona sual da verə bilərdi. Berezovski ilə Abbasovu birgə biznes maraqları birləşdirirdi. Kremlin oliqarxları ilə dostluq Çeçen biznesinin aparıcı nümayəndələri ilə Abbasovun yaxınlaşmasına gətirib çıxardı. Hoca Nuxayev, Hüseyn Marayev, İsa Əhmədov kimi - tanınmış çeçen iş adamları və cinayətkar aləmin üzvlərinin Abbasovla biznes mənafeləri üst-üstə düşürdü. Baş nazirin birinci müavininin Hüseyn Marayevlə xüsusi yaxınlığı var idi. Keçmiş çeçen "neft kralı" ilə onlar Mərdəkanda bağ evində də qonşu idilər. Onun işləri yalnız Azərbaycanı deyil, qonşu ölkələri də əhatə edirdi. Abbasov hətta öz nəvəsinə də onun şərəfinə Hüseyn adını vermişdi, Marayev də öz növbəsində oğlunu Abbas adlandırmışdı. Taxıl, qatılaşdırılmış süd və yağ, polad ticarəti, kabel TV, nəqliyyat şirkətləri və digər özəl sektorlarda biznes çeçen iş adamları ilə Abbasovu birləşdirir. Çeçen cinayət dairələri Rusiya və Ukraynada bir çox cinayət təşkilatları ilə fəal əlaqələrdə, ictimai-siyasi fəal kimi A. Abbasovun Axilles dabanı var. Amma digər tərəfdən –baş nazirin birinci müavini öz şəxsi ambisiyalarından çıxış edərək, Əliyev nomenklaturasına qarşı durmağa qadirdirmi?
Kremlin son tapşırığı
Abbas Abbasovun Kremlin etibarlı adamı olması, bir qədər də konkretləşdirsək rus siyasətinin Azərbaycandakı desantı rolunu oynaması hər zaman dövlətin ən üst qatına da bəlli olub. Necə deyərlər, Moskvanı qəzəbləndirməmək üçün onun adamına toxunulmayıb. Oğluna deputat mandatı verilərək vəzifədən alındıqdan sonra A.Abbasovun Rusiyaya üz tutması da bütün bu fikirləri təsdiq etmiş olur. İndi isə Kreml sınaqdan çıxmış kadrını “Milyarderlər İttifaqı” oyunu çərçivəsində meydana atıb. A.Abbasov yeni qurumun sədri seçilib və Rəsmi Bakının sərt reaksiyasından sonra prezident İlham Əliyevlə görüşmək üçün Bakıya gəlsə də məqsədinə nail ola bilməyib. Məlumatlara görə, İlham Əliyev onu qəbul etməkdən imtina edib. Hakimiyyətin müxtəlif yüksək çinli vəzifə sahibləri də “Milyarderlər İttifaqı”na qarşı açıq bəyanatlar səsləndirib. Amma bütün bunlardan, sonra da Abbas Abbasovun səssizliyi, daha doğrusu RATİ-nin rəhbərliyindən istefa verməməsi çox maraqlıdır. A.Abbasov istefaya getdikdən sonra da Azərbaycan prezidentinə sadiq olduğu haqda bəyanatlar verib. Buna baxmayaraq onun geri çəkilməməsi «Milyarderlər ittifaqı»nın arxasında Rusiyanın durduğu haqda şübhələri daha da artıran faktlardan birinə çevrilir. Düzdür, Abbas Abbasov, xüsusilə də onun Milli Məclisdə yer alan oğlu ciddi cəhdlə hakimiyyətə qarşı olmadığı haqda hər kəsi inandırmaq istəyir. Amma uzun illər Azərbaycan dövlətində yüksək vəzifə tutan bu adam hakimiyyəti müdafiə etsəydi, belə işlərlə deyil, Qarabağla bağlı məsələlər ətrafında fəaliyyət göstərərdi, Rusiyada olan əlaqələrindən istifadə edib nəyəsə nail ola bilərdi. Ancaq biz görürük ki, harada mənfəət varsa, Abbas Abbasov da oradadır. İndi də onun burnuna növbəti iy dəyib, həm də Moskvadan ona müxtəlif sifarişlər verilib. Həmin sifarişlərin icra olunması üçün də onu sədrliyə seçiblər. Abbas Abbasovun siyasi keçmişi də göstərir ki, o heç zaman Azərbaycanın istiqlaliyyətinin müdafiəçisi kimi tanınmayıb. Yaşının bu vaxtında Moskvada qərar tutması və həyatında olan digər nüanslar deməyə əsas verir ki, onun mövqeyi Azərbaycan dövlətinin maraqları ilə üst-üstə düşmür. Son addımları da onun belə bir əqidədə olmasına əyani sübutdur. Abbas Abbasovun yeni yaradılan qurumdan istefa verəcəyi inandırıcı görünmür. Bu şəxs indiki yaşında karyera, siyasi mənsəb eşqinə düşübsə, deməli istefa verməyəcək və yeni ağalarının siyasi tapşırıqlarını yerinə yetirəcək. Elçin Əmirov
Sorğu
Yeni dizaynımız necədir?