GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Təcridxanadan müsahibə-"Onların nə düzüb-qoşacağı məlumdur”

Təcridxanadan müsahibə-"Onların nə düzüb-qoşacağı məlumdur”

Tarix: 5-08-2013, 19:45 Bölmə :Ölkə Baxış: 732
Təcridxanadan müsahibə-"Onların nə düzüb-qoşacağı məlumdur”

Bakı İstintaq Təcridxanasında saxlanan Müsavat başqanının müşaviri Yadigar Sadıqov “Media forum” saytının suallarını cavablandırıb.
Yadigar Sadıqov 1968-ci ildə Lənkəran şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2000-ci ildən Müsavat Partiyasının üzvüdür.Yadigar Sadıqovu iyunun 27-də Lənkəran şəhər sakini Rəşid Kərimovun şikayəti əsasında yerli polis şöbəsi saxlayıb. O, xuliqanlıqda ittiham olunur. İyunun 29-da Lənkəran Rayon Məhkəməsi Yadigar Sadıqov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
- Saxlanma şəraitindən şikayətiniz varmı, istintaq təcridxanası əməkdaşlarının sizə münasibəti necədir?

- Saxlanma şəraitində nöqsanlar və qanunsuzluqlar yox deyil. Necə olsa, rejimin təcridxanasıdır. Əməkdaşların münasibəti isə əsasən normal, hörmətcildir.

- Kamerada sizdən başqa kimlər var? Vaxtınızı necə keçirirsiniz? Bir gününüzü qısaca təsvir edə bilərsinizmi?

- Kameramız 6 nəfər üçün nəzərdə tutulsa da, 8 çarpayı qoyulub. Hazırda 8 nəfərik. Ölkəmizin müxtəlif bölgələrindəndirlər. Nədə ittiham olunduqlarını söyləmək istəmirəm.

Burada dustaqların, demək olar, hamısı gününü əsasən iki şeylə keçirir: televiziyaya baxmaqla və stolüstü oyunlar (domino, nərd, dama) oynamaqla. Bunlardan əlavə, dustaqların bir qismi idman və mütaliə ilə vaxtını öldürür.

Günümün sabit qrafiki əsasən səhər olur. Yerimdən qalxan kimi səhər yeməyi yeyirəm. Saat 9-da gəzinti yerinin qapısı açıldıqdan sonra gəzintiyə başlayıram. Minimum 2 min addım gəzirəm (Saat 5-də gəzinti yerinin qapısı bağlanana qədər daha 2 min addım gəzirəm ən azı). Sonra səhər gimnastikası ilə məşğul oluram. Qalan vaxt ərzində mən də stolüstü oyunlar oynayıram, televizora baxıram, mütaliə edirəm. Hərçənd özündən başqa 7 nəfərin olduğu kamerada mütaliə etmək bir qədər problematikdir. Hazırda Stefan Sveyqin “Jozef Fuşe” əsərini oxuyuram.

Axşam saat 11-də televizor söndürülür. Bundan sonra növbə ilə yuyunub yatırıq.

Yeri gəlmişkən, suyun böyük fasilələrlə verilməsi təcridxananın ciddi nöqsanlarından biridir. Müxtəlif qablara su toplamağımız da buradakı həyatımızın önəmli hissəsidir.

- Necə düşünürsünüz, sizi nəyə görə həbs ediblər?

- Həbsimin əsas səbəbkarları Lənkəranın icra başçısı Taleh Qaraşov və polis rəisi Möhübbət Hüseynovdur. Mən onların fəaliyyətini, qanunsuzluqlarını mütəmadi tənqid edirdim. Mətbuata verdiyim müsahibələrimlə, məqalələrimlə və internetdə yazdığım fikirlərlə ictimailəşdirirdim. Həbsimdə digər hədəf də seçki ilində Lənkəran kimi böyük rayonda müxalifətin fəaliyyətini iflic etməkdir.

Digər tərəfdən məlumdur ki, hakimiyyət sosial şəbəkələrdə agentura vasitəsilə “Parçala, hökm sür” siyasətini həyata keçirməyə çalışır. Mən buna qarşı cəmiyyətimizin müxtəlif təbəqələri arasında qarşılıqlı etimadın bərqərar olunması istiqamətində ciddi iş aparırdım. Görünür, bu da nəzərdən qaçmayıb.

- İstintaqın gedişindən razısınızmı? Sizin iş üzrə hazırda hansı istintaq hərəkətləri həyata keçirilir?

- Heç bir istintaq hərəkəti aparılmır. Axı nəyi istintaq edəcəklər? Təxribatın əsas təşkilatçısı, ssenaristi hakimiyyət adamlarıdır. Belə olan halda söhbət istintaqdan deyil, düzüb-qoşmaqdan gedə bilər. Onların nə düzüb-qoşacağı isə mənə də, başqalarına da məlumdur.

- Vəkiliniz və yaxınlarınızla əlaqə saxlaya bilirsinizmi?

- Bəli, bu sahədə hüquqlarım təmin olunur. Vəkilim nə zaman gəlirsə, o zaman görüşürük. Həftədə bir dəfə görüş, bir dəfə də sovqat alıram. Eləcə də həftədə iki dəfə hər biri 15 dəqiqə olmaqla telefonla danışıram.

- Əqidə yoldaşlarınız həbsinizi lazımi qədər diqqətdə saxlayırmı?

- Həbsimə reaksiya, göstərilən diqqət uma biləcəyimdən artıqdır. Müsavat Partiyası, hüquqlarımı müdafiə edən komitə problemə hüquqi və siyasi reaksiya istiqamətində hər bir şey edir. Qeyri-hüquqi sahədə də istər özümə, istərsə də ailəmə qayğı və diqqət ən yüksək səviyyədədir. Müsavatçılarla yanaşı məni sosial şəbəkələrdən tanıyanlar, bitərəf şəxslər, Lənkəran ictimaiyyətinin nümayəndələri bu işdə iştirak edirlər. Hər birinə sonsuz minnətdarlığımı bildirirəm.

- Milli Şuranın fəaliyyəti barədə nə düşünürsüz? Sizcə, görülən işlər bu günün tələblərinə cavab verirmi?

- Buradan Milli Şuranın fəaliyyətini tam izləmək çətindir. Amma izləyə bildiklərim ürəkaçan deyil. Məncə, daha məhsuldar işləmək olardı.

- Milli Şuranın ehtiyat namizədi olması ideyasına münasibətiniz necədir?

- Milli Şura seçkidə sırf Rüstəm İbrahimbəyovun namizədliyi ilə iştirak etmək üçün yaradılmayıb. Qurum seçkidə müxalifətin birgə iştirakı üçün yaradılıb və sonra Rüstəm bəy ən uğurlu namizəd sayılıb. Əgər hansısa şərtlər onun qeydiyyatı ilə bağlı problem yaradırsa və dolayısı ilə Rüstəm bəy ən uğurlu namizəd olmursa, o zaman digər namizəd olmalıdır.

- Hakimiyyət Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almayacağı təqdirdə müxalifətin boykot taktikası seçməsini təklif edənlər var. Siz bu barədə nə düşünürsüz?

- Boykotu rədd edirəm. Mən 2008-ci ilin prezident seçkisi ilə bağlı Müsavat Məclisində müzakirələr zamanı da boykotun əleyhinə səs vermişəm. Saysız arqumentlər gətirə bilərəm, amma münasib şəraitdə deyiləm. Sadəcə, seçkidə müxalifətin bir hissəsinin iştirakının guya hakimiyyətin istəyi olduğu, seçkinin legitimləşdirilməsinə xidmət etdiyi barədə fikirlərə cavab vermək istəyirəm. Hakimiyyətin də, beynəlxalq aləmin də legitimlik veclərinə deyil, özümüzü aldatmayaq. Əgər müqavimət yoxdursa, rejim vəziyyətə tam nəzarət edirsə, beynəlxalq aləm tərəfindən də qəbul olunacaq. Mən tarixçiyəm, amma hələ müxalifətin boykotu, beynəlxalq aləmin də başını bulayıb “nırç-nırç” eləməsi ilə devrilən diktatura xatırlamıram. Bu gün İlham Əliyevin bütləşdirilməsi prosesi gedir. Seçki kampaniyasından imtina da bunun göstəricisidir. İlahi qüvvə qara camaatdan “mənə səs verin” deyə xahiş etməyi özünə sığışdırmır. Bu bütləşdirmə prosesi üçün müxalifətin boykotu, heç bir tənqidi fikrin səslənməməsi ideal variantdır. Bu baxımdan seçkidə iştirak mübahisə doğurmamalıdır.

- Sizcə, Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin qüvvədə qalması doğru taktikadırmı?

- Tamamilə doğru taktikadır. Əgər Milli Şura iştirak etməyəcəksə, Müsavat Partiyası tək və ya digər qüvvələrlə birlikdə seçkidə iştirak etməli, xalqla təmasa çalışmalıdır. Bəli, qalib gəlmək çox çətin olacaq. Amma qələbə bu gün mümkün deyilsə, sabah olması üçün fəaliyyət göstərmək lazımdır. Yoxsa konduktorun acığına tramvaydan düşüb piyada getmək doğru taktika deyil.

- Avropa Parlamentinin və ATƏT-in Parlament Assambleyasının Azərbaycandakı prezident seçkisinə müşahidəçi göndərməmək qərarını necə qiymətləndirirsiz? Sizcə, bu, Azərbaycanda azad seçki keçirmək imkanlarını məhdudlaşdıracaqmı?

- Bu Avropa strukturlarının növbəti biabırçı addımıdır və bunun fonunda boykot təklif edərək beynəlxalq reaksiyaya ümid etmək təklifi xüsusilə anlaşılmaz görünür. Sualınızın ikinci hissəsinə gəldikdə, məgər müşahidəçi missiyalarının göndərilməsi əvvəllər seçki saxtakarlığına mane olubmu? Saxtakarlığa qarşı mübarizəni, rejimə qarşı müqaviməti Azərbaycan xalqı göstərməlidir. Bunun üçün də ona xitab etmək, onunla işləmək lazımdır. Ciddi müqavimət olacağı təqdirdə beynəlxalq aləm də xalq iradəsinin yanında olacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yadigar Sadıqovun həbs müddəti yenə uzadıldı

    Yadigar Sadıqovun həbs müddəti yenə uzadıldı ...

    23-09-2013, 11:04

  • 
  • Yadigar Sadıqov Kürdəxanıya aparıldı

    Yadigar Sadıqov Kürdəxanıya aparıldı ...

    30-06-2013, 01:20

  • 
  • Prokuror Yadigar Sadıqova 7 il iş istədi

    Prokuror Yadigar Sadıqova 7 il iş istədi ...

    23-12-2013, 16:34

  • 
  • Yadigar Sadıqovun şikayəti təmin olunmadı (Yenilənib)

    Yadigar Sadıqovun şikayəti təmin olunmadı ...

    15-07-2013, 12:23

  • 
  • Müsavatdan Yadigar Sadıqovun həbsi ilə bağlı - NÖVBƏTİ BƏYANAT

    Müsavatdan Yadigar Sadıqovun həbsi ilə bağlı - ...

    1-07-2013, 18:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu