GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakı bazarları mafiyanın hədəfində (ARAŞDIRMA)

Bakı bazarları mafiyanın hədəfində (ARAŞDIRMA)

Tarix: 11-08-2013, 15:18 Bölmə :Ölkə Baxış: 752
Bakı bazarları mafiyanın hədəfində (ARAŞDIRMA)


Postsovet məkanının bir sıra dövlətlərində - Azərbaycanda, Ermənistanda, Rusiyada, Qazaxıstanda, Ukraynada və Belarusda 2012-2013-cü illərdə qəribə həmrəylik nümayişi müşahidə olunub. Bu ölkələrdə bu ildən başlayaraq paytaxtlarda və böyük şəhərlərdə bazarların bağlanacağı, yerlərində iri ticarət mərkəzləri tikiləcəyi barədə bəyanatlar səslənməyə başlayıb. Artıq bu istiqamətlərdə tutarlı addımlar da atılır. Məsələn, Rusiyada qanunsuz miqrasiya ilə mübarizə adı altında Moskvada və Sankt-Peterburqda bir neçə iri bazar bağlanıb, həmin bazarların söküləcəyi, yerində iri ticarət mərkəzlərinin tikiləcəyi bildirilir. Qazaxıstanın ən iri şəhəri Almatıda isə 72 bazardan 32-nin sökülərək iri ticarət mərkəzləri ilə əvəzlənəcəyi bəyan edilir. İrəvanda da eyni addımlar atılır. Şəhərin Maştos küçəsində yerləşən və əhali arasında sovet illərindən populyar olan örtülü bazar bağlanıb. Hakim partiyanın təmsilçisi, deputat-oliqarx Samvel Aleksanyan bu tarix-memarlıq obyektini söküb dağıdaraq yerində supermarket yaradır.

Eyni proseslər Azərbaycanda da gedir. Məsələn, Gəncədə şəhər bazarı söküldü və Alüminium Zavodunun yanına köçürüldü. ANS PRESS-in araşdırmasına görə, Bakıda da bazarlar bir-bir yoxa çıxır və ticarət mərkəzinə çevrilir. Artıq Yasamal bazarı və Şüşəli bazar sökülüb, ticarət mərkəzi olmağın astanasındadır. Sentyabrın 1-də qədər isə Bakının tarixi Passaj bazarının söküləcəyi güman edilir. Bunun hansı hüquqi sənəd əsasında ediləcəyi də bəlli deyil, əsası 1898-ci ildə qoyulmuş Passaj bazarı tarix-memarlıq abidəsidir və onun sökülməsi hər zaman məhkəmə predmeti ola bilər. Bu arada hökumət mənbələrinə istinadən Bakının bütün bazarlarının ləğv edələcəyi və yerlərində çağdaş ticarət mərkəzləri tikiləcəyi barədə xəbərlər yayılmışdı.

Əgər bu xəbərlər doğrudursa, bu, hər şeydən öncə ciddi sosial nəticələrə səbəb ola bilər. Rəsmi statistikaya görə, 2012-ci ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin 38,5 faizi bazarların payına düşüb və bazarlarda 6,7 milyard manatlıq mal satılıb. Bu, yetərincə yüksək rəqəmdir və on minlərlə iş yeri deməkdir. Həm də statistikaya görə, bazarlarda 35 min ticarət yeri olub. Hər ticarət nöqtəsində 2-3 nəfərin çalışdığı nəzərə alınarsa, bu, 100 minə qədər iş yeri deməkdir. Hər bazarda təxminən 600-1000-ə qədər adam işləyir ki, bu, elə həmin qədər də ailənin dolanışığını təmin edir. Amma bazarı söküb yerində supermarket tikəndə isə, yalnız 1-2 ailə pul qazanır. Supermarketdə işləyən 20-30 adama isə ayda maksimum 250-300 manat maaş verilir ki, bununla da ailə saxlamaq mümkün deyil. Adətən belə işlərə gəncləri götürürlər ki, onların da qazancları öz xərclərini bir təhər ödəyir. Gənclər də əlverişli iş tapan kimi supermarketləri tərk edirlər.

Bazarların daha bir əlverişli tərəfi isə orada pensiyaçıların da pul qazana bilməsindədir. Məsələn, Moskva vilayətində Serpuxovo bazarını miqrantları bəhanə edərək sökən zaman aydın olmuşdu ki, ticarət nöqtələrinin əksəriyyəti pensiyaçı ruslar tərəfindən işlədilir. Yaşlı bir rus qadın ağlaya-ağlaya ticarət nöqtəsinin sökülməsinə etiraz edirdi: “Qızım ölüb və iki yetimi mənim ümidimədir, qəpik-quruş pensiyamla onları necə saxlaycağam?”

Dünya təcrübəsi göstərir ki, bazarların sökülərək ticarət mərkəzləri ilə əvəz edilməsi qlobal güclərin iradəsi altında həyata keçirilir və bu, qərb dövlətlərində 1950-ci illərdən başlayaraq tətbiq edilir. Yəni indi növbə keçid dövrünü başa vurmaqda olan postsovet məkanınındır. Məqsəd sənayeləşmədən sonrakı (postindustrial) dövrdə İstehlak Cəmiyyəti formalaşdırmaqdır. Bir termin kimi ilk dəfə alman sosiolqu Erix Fromm tərəfindən tətbiq edilən İstehlak Cəmiyyəti maddi nemətlərin kütləvi istehlakı ilə səciyyələnir və buna uyğun da dəyərlər toplusu formalaşır. Toplumda bir “şoppinq” ab-havası yaradılır. İnsanlar onlara lazım olan qədər deyil, onları prestijli göstərən qədər alış-veriş edirlər. Bu, maddi nemətlərin israfçılıqla dağıdılmasına gətirir. Ticarət mərkəzlərindən alınan ərzaqların xeyli hissəsi istifadə edilmədən zibilliyə atılır. 2 il öncə Böyük Britaniya jurnalistlərinin araşdırmasına görə, hər il bu ölkədə 20 milyard dollarlıq ərzaq zibilliyə atılır. Almaniyada isə bu araşdırma kütlə ilə aparılıb və məlum olub ki, bu ölkədə hər il 20 milyon ton qida istifadə edilmədən xarab olur. Hər iki ölkənin hökumətlərinin etiraf etməsinə görə, vətəndaşlar aldıqları ərzağın 50%-ni zibilliyə atır. Böyük Britaniya jurnalistlərinin yazdığına görə, bu ölkədə zibil kimi atılan qida ilə Afrikanın aclıq çəkən bütün əhalisini təmin etmək olar. BMT-nin məlumatına görə, inkişaf etmiş ölkələr ildə 1,3 milyard ton qidanı zibil kimi atırlar.

Qərb sakinlərini “şoppinq” xəstəliyinə müxtəlif üsullarla mübtəla edirlər. Təbii ki, bu işdə əsas “xidməti” media görür. Şou-biznes təmsilçilərinin, tanınmış siyasətçilərin, ictimai xadimlərin iştirakı ilə çəkilən “şoppinq” proqramları cəmiyyətdə bir alış-veriş ab-havası yaradır. İnsanlar sanki "şoppinq” eləmək üçün yaşayıb və işləyirlər. Ticarət mərkəzləri müxtəlif kredit kartları icad etməklə insanları imkanlarından artıq alış-veriş eləməyə yönəldirlər. Təbii ki, Qərb ticarət şəbəkələrində 2000-ci illərin əvvəllərində aparılan araşdırma göstərib ki, alıcıların xərclədiyi pulun 50 faizi məhz faiz dərəcələrinə gedir. Azərbaycanda da təxminən eyni situasiyadır və 2-3 illiyə verilən kreditlər bəzən malı 2-3 dəfə bahalaşdırır.

“Şoppinq” mədəniyyətinin formalaşması ruporuna çox vaxt tibb proqramları və həkimlər də qoşulur. Onların verdiyi məsləhətlərin əksəriyyətində çörək və buğda məhsullarının istehlakının azaldılması dayanır. Əvəzinə meyvə-tərəvəz, göyərti və cürbəcür ağ ətlərdən ibarət kompleks qidalar tövsiyyə edilir. Bu isə öz növbəsində insanın qəbul etdiyi qida kütləsinin artırır. Biologiya elminə görə, xüsusilə də qabıqlı buğda məhsulu, yəni yarma, kəpəkli çörək və s. ilə qidalanan insan eyni anda 32 mineral element qəbul edir ki, bu, bədənin bütün ehtiyaclarını ödəyir. Halbuki, ən yaxşı alternativ qidanın tərkibində 8 mineral elementdən artıq olmur. Yəni 200-300 qram yarma xəşilinin verdiyi mineral toplusunu almaq üçün 200-300 qram ağ ət, yarım kiloqrama qədər meyvə-tərəvəz, 200 qramdan çox süd məhsulu və s. qəbul etmək lazım gəlir. Bəzən həkimlər xəstəyə çörəkdən imtina edərək hansısa parniklərdə petsididlərlə becərilmiş supermarket göbələyi, günəş üzü görməyən və 21 günə müxtəlif preparatlarla şişirdilmiş toyuq əti ilə qadalanmağı məsləhət görürlər. Təbii ki, bu da inkişaf etmiş ölkələrdə qəbul edilən qidanın kütləsini bir neçə dəfə artırır və nəticədə əhalidə artıq çəki problemi yaranır. Bu da öz növbəsində, yaşlı əhalidə şəkər xəstəliyi yaradır ki, nəticədə qlobal səviyyədə inusilin istehsalına ehtiyac yaradır.

Britaniya jurnalistləri kluar söhbətlərin bütün bunların arxasında qlobal maliyyə qruplaşmalarının dayandığını vurğulayırlar. Onların dediyinə görə, həmin qruplaşmalar İkinci Dünya müharibəsindən sonra Avropada kəndləri məhv etmək üçün aqrar sektorun subsidiyalaşması siyasətindən istifadə ediblər. Həmin siyasətə görə, subsidiyalar yalnız iri ərazisi olan fermerlər üçün nəzərdə tutuldu və nəticədə kiçik torpaq sahəsi olan kəndlilər ərazilərini varlı kəndlilərə satmalı oldular, şəhərlərə köçdülər. Kəndli təsərrüfatlarını subsidiyalaşdıran maliyyə qruplaşmaları yüksək məhsuldarlıqlı geni dəyişilmiş bitki növlərini yaymağa başladılar. Torpaq sahibləri belə məhsullardan toxum tuta bilmirlər və hər il toxum üçün həmin maliyyə qruplaşmalarına müraciət etməyə məcbur oldular. Ekspertlər hazırda Qərbdə istehlak edilən meyvə-tərəvəzin, qarğıdalının, soyanın əksəriyyətinin geni dəyişmiş olduğunu vurulayırlar. Həmçinin son zamanlar yayılan quş qripi epidemiyalarının qlobal maliyyə qruplaşmalarının işi olduğu deyili - kənd toyuğu aradan çıxır və kəndlinin bazara çıxarmağa heç nəyi qalmır, hamı broyler yeməyə məcbur olur.

Bu deyilənlər nəzərə alınarsa, Azərbaycanda da bazarların yavaş-yavaş yoxa çıxması təşviş doğurmaya bilməz. Doğrudanmı, azərbaycanlılar da inkişaf etmiş Qərbin sakinləri kimi bazarlarla vidalaşaraq qlobal maliyyə qruplaşmalarının yemləyəcəyi inkubator sakinlərinə çevriləcəklər?.. Çox dəhşətli gələcək kimi görünür. Axı bazarlar Azərbaycan mədəniyyətini formalaşdıran əsas amildir. Yunan tarxiçisi Herodotun yazdığına görə, hələ üç min il əvvəl Kür və Araz çaylarının başından Xəzərə qədər uzanan ərazidə yarımköçəri yaşayan azərbaycanlıların aristokratiyası, tacirləri və sənətkarları bazar yerlərinin yanında qurulmuş qalalarda yaşayıblar. Yəni Bakı, Gəncə, Təbriz və İrəvan kimi qədim mərkəz şəhərlərimiz məhz bazar yerlərində tikilib. Bazar anlamı Azərbaycan düşüncəsində həm də ədalətin və ağlın tərəzisi rolunu oynayıb, folklorumuzdan tutmuş, ədəbiyyatmıza qədər hopub. Bazarlardan imtina Azərbaycan milli kimliyindən imtina deməkdir. Doğrudanmı, bu, baş verəcək?

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyevin bu suala cavabı qətidir: “Yox, bazarlar bağlanmayacaq. Biz yeni-yeni bazarlar yaradırıq. Bakıda 50-yə yaxın bazar var və lazım gəldikcə yeniləri də yaradılacaq. Nazirlik olaraq biz özümüz də 10-dan artıq ünvanda kənd təsərrüfatı məhsullarının yarmarkasını təşkil edirik. Bazarların əsas üstünlüyü istənilən adamın gətirib məhsulununu sata bilməsindədir, qiymət sövdələşməsi və seçim imkanları verir. Ticarət mərkəzlərində isə bu imkanlar yoxdur”. KTN təmsilçisinin ANS PRESS-ə dediklərində gerçəklik var. Məsələn, Bakının Badamdar qəsəbəsində sovet illərində bazar yox idi və əhali Cavid prospektindəki Şüşəli bazara getməyə məcbur idi. İndi Badamdar camaatı əsas alış-verişi cümə, şənbə və bazar günləri keçirilən yarmarkadan edirlər. Bu, qəsəbədəki meyvə-tərəvəz dükanlarının qiymətlərini də cilovlayır. Eyni sözləri Musabəyov və Əhmədli qəsəbələri barədə də demək olar.

Sabir Vəliyev Bakıda bağlanan Yasamal və Passaj bazarları, Şüşəli bazar məsələsində də aydınlıq gətirib: “O bazarlar 15 ildən çox idi ki, bağlanmış kimi idi. Əsas yaşayış zonalarından - mikrorayonlardan, qəsəbələrdən uzaq olduqlarına görə əhali o bazarlara getmirdi. Ona görə də sahibləri onları ticarət mərkəzinə çevirməli oldular. Bu müddət ərzində 3 bazar bağlansa da, 15-20 yeni bazar yaratmışıq. Lazım gəlsə, daha yeniləri də yaradılacaq. Ona görə narahat olmağa dəyməz”, - deyə KTN təmsilçisi vurğulayır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Moskvada 50-dən çox bazar bağlanır-VİDEO

    Moskvada 50-dən çox bazar bağlanır-VİDEO ...

    5-07-2013, 16:32

  • 
  • Azərbaycanlılar Moskvanı tərk etmək məcburiyyətində qala bilər

    Azərbaycanlılar Moskvanı tərk etmək ...

    8-12-2012, 10:15

  • 
  • Qubalı milyarderdən 2 milyardlıq bazar

    Qubalı milyarderdən 2 milyardlıq bazar ...

    2-12-2013, 14:54

  • 
  • Sankt-Peterburqda azərbaycanlı kişi güllələnib

    Sankt-Peterburqda azərbaycanlı kişi güllələnib ...

    30-07-2013, 23:42

  • 
  • Putinlə YAP-ın Rusiyada gizli anlaşması

    Putinlə YAP-ın Rusiyada gizli anlaşması ...

    7-12-2012, 13:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu