GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » «Azərsu»da büdcə pullarının şok talanma texnologiyası

«Azərsu»da büdcə pullarının şok talanma texnologiyası

Tarix: 27-11-2013, 16:23 Bölmə :Ölkə Baxış: 1 414
«Azərsu»da büdcə pullarının şok talanma texnologiyası
Milyonlarla su istifadəçisi rəsmi qeydiyyata düşmür, amma kimlərəsə aylıq «haqq» ödəyir

Ölkənin əsas xidmət sahələrindən biri də su təsərrüfatıdır. Azərbaycanda, xüsusilə də Bakı şəhərində su təsərrüfatı üzrə xidmət göstərən büdcə təşkilatı olaraq «Azərsu» fəaliyyət göstərir. Bura əslində nəzərdən uzaq bir yağlı kökədir. Bu qurumun səlahiyyətləri 2010-cu ildə artırılıb. Nəticə etibarilə də dövlət büdcəsindən ayrılan vəsaitlər də çoxalıb. Lakin «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin əhaliyə göstərdiyi xidmətdə hər hansı bir mühim dəyişiklik baş verməyib.
Apardığımız araşdırmalar zamanı məlum olur ki, əslində «Azərsu»nun fəaliyyəti ilə bağlı olaraq görülən işlərin çoxu ayrıca dövlət proqramları hesabına həyata keçirilir. Məsələn «Bakı ətrafı rayonların sosial-iqtisadi inkişafı proqramı» üzrə kəndlərə içməli su çəkilir. Vəsait ayrıca olaraq dövlət proqramının icrası üçün büdcədən ayrılır. Amma ümumi illik yekun hesabatlarda biz adətən icraçı olan «Azərsu»nu işin sahibi olaraq təqdim edilən görürük. 2012-ci ildə bu belə oldu. Yəqin ki, cari ilin sonunda da analoji hesabatlara rast gəlinəcək. Maraqlıdır ki, dövlət proqramlarını bir kənara qoyanda adıçəkilən qrumun hər hansı uğurlu fəaliyyəti müşahidə etmək mümkün deyil. Məsələ burasındadır ki, dövlət proqramlarının icra edilməsi ilə bağlı da bir sıra neqativ hallara rast gəlinir.

Lakin haqqında araşdırma apardığımız şirkətlə bağlı yeyinti halları heç də bununla yekunlaşmır. Bu qurumda ancaq qazıntı işlərini hansısa şirkət yox, qeyri-rəsmi şəkildə fəaliyyət göstərən briqadalar aparır. Sakinlərin sözlərinə görə, fəhlələrlə heç bir əmək müqaviləsi bağlanmayıb, onlara maaş nağd şəkildə, yəni əməkhaqqı cədvəlinə qol çəkilmədən verilir. Fəhlələrin məlumatına istinad edən sakinlər deyir ki, fəhlələr qul bazarından yığılır və gündəlik 20 manata işlədilir. Təbii ki, bu böyük qanun pozuntusudur. Birincisi, burada Əmək Məcəlləsinin kobud şəkildə pozulub, vətəndaşların əmək hüququ tapdalanır. İkincisi, “Azərsu” dövlət müəssisəsidir, onun sifarişləri də dövlət sifarişi sayılır. Tender qanunvericiliyinə görə, 50 min manatdan yuxarı dövlət sifarişləri üçün tender elan edilməli, podratçı təşkilat tender yolu ilə seçilməlidir. Yəni tender qanunvericiliyinə görədövlət sifarişlərini fiziki şəxslər yox, ixtisaslaşmış şirkətlər həyata keçirməlidir. Qanunda hətta o da göstərilib ki, tenderde iştirak edən şirkətlərin ən azı 3 il təcrübəsi olmalıdır. Bu baxımdan “Azərsu” iki qanunu – Əmək Məcəlləsini və tender haqqında qanununu pozub.
Şirkətlərin Qorxmaz Hüseynovun yaxın qohumlarına məxsus olması ilə bağlı məlumatlara gəlincə, “Azərsu”nun seçdiyi şirkətlərdən biri olan “Sənaye Tikinti-M” MMC-nin təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynov Qorxmaz Cavanşir oğlu Hüseynovun qardaşıdır. Bu MMC “Azərsu” üçün 1,5 milyon manata Korgöz qəsəbəsinə su xətti çəkib. “Hidro-İnşaat Servis” MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bütün bunlar açıq korrupsiya deməkdir – dövlət vəsaiti günün günorta çağı aşkar şəkildə talan edilir.“Azərsu” ASC-nin su və kanalizasiya sistemini yenidən qurulması layihələrində nəhəng korrupsiya faktları olması barədə mediada çoxlu məlumatlar gedib. Hazırda şübhəli maliyyə əməliyyatlarının başında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəlinin durduğu bildirilir.“Azərsu”dakı mənbələrdən verilən məlumata görə, Yusifəlinin yaratdığı qeyri-leqal briqadalar vasitəsi ilə dövlət sifarişi həyata keçirilir. Sonra işlərin guya hansısa şirkətin adına yazılır və böyük pullar hesabdan silinir. Xatırladaq ki, bacıoğlunun adı bir müddət öncə 250 milyon manatlıq layihədə qiymətləri şişirtmək və olmayan xidmətlərə görə pul silməklə bağlı skandalda hallandırılmışdı. Həmin məlumatda qeyd olunurdu ki, Qorxmaz Hüseynov üst-üstə 1,3 milyardlıq layihələri qohumları arasında bölüşdürüb.Məlumatda deyilirdi ki, Hacıqabulda su və kanalizasiya sisteminin yenidən qurulması üçün “Azərsu” ASC-nin sifarişi ilə həyata keçirilən layihədə nəhəng korrupsiya faktları mövcuddur. Burada olmayan işlərə görə böyük məbləğlər silinir, xərclər şişirdilir. Çünki podratçı şirkətlər istisnasız olaraq “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun çətiri altındadır və onların bütün qanunsuz əməllərinə yaşılı işıq yandırılır. Sadəcə bir faktda deyilirdi ki, layihənin icrasının gedişində boruların altına və üstünə dəniz sahilinin ətrafında olan ağ qumdan istifadə etmək lazım gəlib. Q.Hüseynovun bacısı oğlu Yusifəli də ilk baxışdan kiçik, lakin çox gəlirli olan “biznesə” əl qoyub: “Hacıqabul rayonun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən Hacıqabul rayonun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri fəaliyyət göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30 manatdan satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, Salyan rayonun Xıdırlı kəndi ərazisindən daşıdığını yazdırır. Qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilir. Sənəd üzərində guya gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə manatın mənimsənilməsi deməkdir. Ümumiyyətlə, Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinə 2013-ci ildə 250 milyon manat ayrılıb. 2014-cü ildə bu layihəyə əlavə nə qədər vəsaitin ayrılması barədə məlumat verilmir. Ancaq hər halda, 2014-cü ildə ayrılan məbləğ 2013-ci illə müqayisədə az olmamalıdır. Çünki “Azərsu”ya ayrılan vəsaitlər ilbəil artır. Bu 11 rayonda sözügedən xidməti Q.Hüseynovun bacısı oğlunun həyata keçirtdiyini nəzərə alsaq, söhbətin milyonlardan getdiyi bəlli olar”.

«Azərsu»da talanan milyonlarla bağlı məlumatlar bununla da yekunlaşmır. Əhaliyə içməli su sərfiyyatını müəyyən etmək üçün verilən sayğaclarla bağlı da problemlər var. Məsələn aparılan araşdırmalar və vətəndaşlardan daxil olan şikayətlərdə göstərilir ki, içəmil su istifadəçisi olmayan ins anlara da borc yazılır. Masazır qəsəbəsindən vətəndaşlar şikayət edərək bildirirlər ki, dəfələrlə «Azərsu»-nun Abşeron Rayon şöbəsinə bununla bağlı olaraq şikayət etsələr də heç bir nəticəsi olmayıb. Daxil olan məlumatları araşdırdıqda məlum olur ki, əslində bütün bunlar digər Bakı rayonlarında da rast gəlinən hadisədir. Belə ki, mənzil inşa etmiş vətəndaş içməli su almaq üçün idarəyə müraciət edir. Həmin şəxsin adına kod və ödəyici olaraq müvafiq sənədlər verilir. İçməli suyüun təchizatı isə ümumiyyətlə həyata keçirilmir. Aylar keçəndən sonra ümumiyyətlə içməli sudan istifadə etməyən vətəndaşlara xeyli borc yığıldığı məlum olur. Bununla da ortada olan əsas məqamlardan biri problem olaraq qalır. Bakı şəhərində belə minlərlə insan var. Həmin «ödəyici olan» su abonentləri də «yığılmış borclarını» sildirmək üçün rayon şöbələrinçə müraciət edirlər. Və əlbəttə ki, müvafiq rüşvət və ya müxtəlif üsullardan istifadə olunmaqla borclar silinir.

Bakı şəhərində içməli su təchizatı ilə bağlı olaraq problemlər demək olar ki, təzələnmir. Yəni illər öncə mövcud olan problemlər olduğu kimi təkrarlanır. Hətta yeni quraşdırılmış su sayğacları belə normal fəaliyyət göstərmir. Rəsmi məlumatlara əsasən 2013-cü ilin birinci yarısında "Azərsu" ASC-nin ölkə üzrə xidmət göstərdiyi 1 milyon 155 min abunəçinin 553 mindən çoxu mexaniki və smart-kart sayğaclarla təmin olunub ki, bununla da sayğaclaşma səviyyəsi 48 faizi keçib. Burada diqqəti çəkən əsas məqam odur ki, ölkə əhalisinin sayı 9 milyon nəfərdir. Deməli rəsmi su istifadəçisi olan mənzil sahibləri və hətta hüquqi şəxsləri də qeydiyyata alsaq, bu rəqəm dəfələrlə artmış olar. Elə rəsmi məlumatla da araşdırma aparanda məlum olur ki, ölkə əhalisinin 80 faizinin içməli sudan istifadə etdiyi təqdirdə aparılmış rəsmi qeydiyyat 1998-ci ildən bəri yenilənməyib. Hər halda su içtifadəçisi olan vətəndaşlar sayğaclaşma ilə deyil, həmçinin də müvafiq mənzil qeydiyyatı üzrə də aparıla bilərdi. Elə böu rəqəmlər bir daha onu göstərir ki, əslində «Azərsu»da dövlət büdcəsi hesabına milyonlarla vətəndaşa rəsmi qeydiyyatdan kənar içməli su verili rvə nəticə etibarilə də milyonlarla manat büdcə vəsaiti talanır. Kifayət qədər diqqəti çəkən məqam odur ki, bu gün mövcud problemi aradan qaldırmaq istiqamətində heç bir iş görülməyib. Məsələ burasındadır ki, vətəndaşların qeydiyyata alınması işində görülməli olan işlərin həyata keçirilməməsinə görə günhakar da elə müvafiq dövlət qurumlarıdır.

Sayğaclarla bağlı problem bununla da bitmir. "Azərsu" bu prosesi öz "qaydaları"na uyğun həyata keçirir. Belə ki, hələ də davam edən mənzillərə su sayğaclarının pulsuz quraşdırılması prosesi səhmdar cəmiyyətin müəyyən etdiyi "qaydalar"a uyğun olaraq vətəndaşa 20 manata başa gəlir. Bu zaman səhmdar cəmiyyət rəhbərliyi mərhələli şəkildə xüsusi metodlardan istifadə edir. İlkin mərhələdə sayğac quraşdırılır və bunun üçün vətəndaşdan 10 manat tələb edilir. Sayğacın quraşdırılmasından 5-7 gün sonra isə vətəndaşla səhmdar cəmiyyət arasında protokol tərtib edilir. Maraqlısı odur ki, protokol adı verdikləri əl boyda vərəqə imza atmaq da abonentə 7 manata başa gəlir. Nəhayət, sayğaca «blomb» vurulan zaman da vətəndaş 3-5 manatından keçməli olur. Beləliklə, "Azərsu" Səhmdar Cəmiyyəti bir mənzilə su sayğacının quraşdırılmasından 20 manat gəlir əldə edir. Fərdi həyət evlərində isə bu məbləğ bəzən 2-3 dəfə artırılır.
Nəzərə alsaq ki, təkcə paytaxtda milyonlarla mənzil var və hər bir mənzildə sayğaclaşma prosesi həyata keçirilir, onda səhmdar cəmiyyətin "sayğac əməliyyatı"ndan indiyədək qeyri-qanuni olaraq milyonlarla manat qazandığını söyləmək mümkündür. Əldə edilən milyonlarla manatdan isə nə dövlət büdcəsinə ödəmələr həyata keçirilir, nə də vergi verilir. Nəticədə vətəndaşlardan oğurlanan külli miqdarda vəsait səhmdar cəmiyyət rəhbərliyi tərəfindən mənimsənilir. Onu da qeyd etmək yerinə düşər ki, sayğacın quraşdırıldığı tarixdən protokolun tərtib edildiyi günə qədər olan dövrdə də qazanan məhz səhmdar cəmiyyət olur.

Səhmdar cəmiyyətlə abonent arasında protokol sayğac qurulan zaman tərtib edilməli olduğu halda, bu proses 3-5 gündən sonra baş verir və protokollaşma sayğacın üzərindəki göstərici ilə, lakin onun quraşdırıldığı tarixlə həyata keçirilir. Nəticədə yenə itirən vətəndaş olur. Hər bir mənzildə analoji prosesin həyata keçirilməsi ilə də "Azərsu" qeyri-qanuni yola əl atmış olur və nəticə etibarilə səhmdar cəmiyyət buradan da milyonlarla manat mənimsəyir. Yalnız bir faktı qeyd etmək lazımdır ki, təkcə sayğaclaşma prosesindən "Azərsu" Səhmdar Cəmiyyəti açıq-aşkar oğurluq edərək vətəndaşların cibinə girir və bundan milyonlarla manat gəlir götürür. Bununla da "Azərsu" rəhbərliyi bu sahədə mövcud olan qanunları kobud şəkildə pozmuş olur və ona göstərilən etimaddan sui-istifadə edir. Müşavirələrdə dövlət başçısının dəfələrlə sayğacların pulsuz quraşdırılması ilə bağlı verdiyi tapşırıqları da səhmdar cəmiyyət rəhbərliyi nəzərə almır. Görünür, "Azərsu" rəhbərliyi üçün maddi maraq mövcud qanunlar və prezident tapşırığından daha üst planda dayanır.

AZƏR

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Azərsu"da dəyişiklik

    "Azərsu"da dəyişiklik ...

    6-09-2015, 12:41

  • 
  • «Azərsu» da yeni oyun başlayıb

    «Azərsu» da yeni oyun başlayıb ...

    11-12-2012, 14:16

  • 
  • “Azərsu” istehlakçılara “Asan xidmət” göstərəcək - FOTOLAR

    “Azərsu” istehlakçılara “Asan xidmət” göstərəcək ...

    8-10-2014, 15:20

  • 
  • Hakim qərar verdi: pulu “Azərsu” yox, icra hakimiyyəti ödəsin

    Hakim qərar verdi: pulu “Azərsu” yox, icra ...

    5-02-2015, 01:31

  • 
  • Qorxmaz Hüseynov talan etməyə hazırlaşır

    Qorxmaz Hüseynov talan etməyə hazırlaşır ...

    10-05-2014, 13:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu