GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Əgər səhv danışsaydıq, Səfər Əbiyevi çıxarmazdılar...”

“Əgər səhv danışsaydıq, Səfər Əbiyevi çıxarmazdılar...”

Tarix: 25-12-2013, 23:17 Bölmə :Ölkə Baxış: 719
“Əgər səhv danışsaydıq, Səfər Əbiyevi çıxarmazdılar...”
NİDA-çıların məhkəməsində: “Biz Hacı Məmmədovdan ağır cinayət törətməmişik ki...”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatı üzvlərinin və “Azad gənclik” təşkilatının üzvünün növbəti məhkəməsi keçirildi.

Virtualaz.org saytının məhkəmədə iştirak edən müxbiri xəbər verir ki, proses başlayan kimi hakim Cavid Hüseynov təqsirləndirilən Rəşad Həsənova ifadə verməyi təklif etdi. O bildirdi ki, hazırkı mərhələdə ifadə vermək istəmir. Amma ibtidai istintaqa verdiyi ifadələri elan olunandan sonra müəyyən sualları cavablandıracaq.

Ötən məhkəmə iclaslarında olduğu kimi, bu dəfə də məhkəmə iclasında səslənən fikirlərin zalda eşidilməməsinə görə narazılıq yarandı. Təqsirləndirilən şəxslərdən Zaur Qurbanlı məhkəməyə bununla bağlı iradını bildirdi:



Z.Qurbanlı:

-Orda mikrofonlar var. Onlardan niyə istifadə etmirsiniz? Bu zalda Hacı Məmmədovun məhkəməsi keçirilib. Biz ondan ağır cinayət törətməmişik ki, burada mikrofonların işləməsini təmin etmirsiniz. Nəyi gizlətmək istəyirsiz ki?

Hakim:

-Biz heç nəyi gizlətmirik. Yəqin özünüz də KİV-lərdən oxuyursuz. Nöqtə-vergülünə qədər yazırlar. Əgər eşitmirlərsə, necə yazırlar?

Zaur Qurbanlı:

-Səhv yazırlar. Elə buna gərə də onlara irad tuta bilmirəm.

Hakim:

-Onlara sərf eləyəni yazırlar.

Bundan sonra Rəşad Həsənovun iş materiallarındakı 14 mart, 2013-cü il tarixindəki ifadəsi elan olundu. Müstəntiq İbrahim Ləmbəranski tərəfindən dindirilən Rəşad Həsənov öncə özü barədə məlumat verib və bildirib ki, 1985-ci ildə Lənkəranda anadan olub. 2010-cu ildə Türkiyədə Orta Doğu Universitetini bitirib, 2012-ci ilin mayından NİDA Vətəndaş Hərəkatının üzvüdür. NİDA əsasən üzvlük haqları ilə maliyyələşib. Ondan əvvəl həbs olunmuş NİDA üzvlərindən Məmməd Əzizov və Bəxtiyar Quliyevi şəxsən tanısa da Şahin Novruzlunu televizorda görüb. 10 mart aksiyasında dinc etirazın effekt vermədiyini, buna görə “Molotov kokteyli” və digər vasitələrdən istifadə barədə guya onun göstəriş verməsi barədə deyilənlər həqiqətəuyğun deyil. Bu ifadədə ABŞ-ın Milli Demokatiya İnstitutunun əməkdaşı Ruslan Əsədli haqda da sual verilib. R.Həsənov cavabında bildirib ki, Ruslanla yaxın münasibətləri var. Lakin Ruslan NİDA-nın yox, “OL” Hərəkatının üzvüdür, onun çalışdığı Milli Demokratiya İnstitutundan NİDA-ya heç bir yardım ounmayıb.

Rəşad Həsənov 13 sentyabr, 2013-cü il tarixli ikinci ifadəsində ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmədiyini, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında yazılanlarla razılaşmadığını bildirib.

Dövlət ittihamçısının suallarını cavablandırarkən Rəşad Həsənov bildirdi ki, 10 mart aksiyasında iştirak etməkdə məqsədi əsgər ölümlərinin qarşısının alınması üçün hökumətə çağırış etmək olub. Bu aksiyada zorakılıq barədə heç kimə heç bir tapşırıq verməyib. R.Həsənov elan olunan ifadələrində yazılanları təsdiqləsə də qeyd etdi ki, birinci dindirmə zamanı orada Bəhruz Quliyev adlı vəkilin də iştirak etdiyi göstərilir. Lakin dindirmədə vəkil iştirak etməyib.

Həmin vəkili isə ertəsi gün həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılanda görüb: “Məmməd Əzizov, Şahin Novruzlu və Bəxtiyar Quliyevin evlərindən tapılan “Molotov kokteyli”, narkotik vasitə və 94100 manat puldan xəbərim yoxdur”.

O, həmçinin qeyd etdi ki, dostu Fərid Əsədlinin evində müvəqqəti yaşayıb və həmin evdən tapıldığı iddia olunan 15 şar, iki qutu kibrit, benzinli parça ona aid deyil: “O evin çox cüzi hissəsindən mən istifadə eləmişəm. Yalnız yatmaq, duş qəbul etmək, elektrikdən, internetdən istifadə etmişəm. O əşyaların da balkondan tapıldığı iddia olunur. O balkon isə ailənin yataq otağından sonra yerləşir. Mənim ora gedib nəsə qoymaq imkanım belə ola bilməzdi. Axtarış aparılanda mən artıq MTN-də idim. Bildirdilər ki, yaşadığım evdə axtarış aparılmalıdır. Mən də ev sahibinin nömrəsini verdim ki, onla əlaqə saxlasınlar. Məni məhkəməyə həbs sanksiyası üçün aparanda o evdə axtarış gedirdi”.

10 mart, 2013-cü il aksiyasının təşkilinə gəlincə Rəşad Həsənov bildirdi ki, sadəcə əsgər ölümlərinin dayandırılmasına etiraz məqsədilə çağırış olub: “İlkin Rüstəmzadə facebookda event yaratmışdı. NİDA-nın İdarə Heyəti olaraq bu aksiyada iştirakla bağlı öz aramızda müzakirə apardıq. Bir nəfər də NİDA-nın İdarə Heyətindən olmaqla ümumilikdə 5 nəfər aksiyanın keçirilməsi ilə bağlı razılıq almaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik”.

İlk həbs olunan 3 nəfərin - Məmməd Əzizov, Şahin Novruzlu və Bəxtiyar Quliyevin onun barəsində ibtidai istintaqa verdikləri ifadəyə gəlincə təqsirləndirilən şəxs bildirdi ki, Bəxtiyarla heç bir ünsiyyəti olmayıb, sadəcə küçədə görsəydi, tanıyardı. Məmmədlə bircə dəfə tamamilə başqa bir məsələ ilə bağlı facebookda yazışıb. Şahin Novruzlunu isə ilk dəfə televizorda görüb.

Dövlər ittihamçısının “aksiya keçirməkdə məqsədiniz nə idi” sualına Rəşad Həsənov belə cavab verdi: “Orduda ciddi problemlər var idi. Bu problemlərin nəticəsi olaraq baş verən əsgər ölümləri ilə əlaqədar Səfər Əbiyev başda olmaqla Müdafiə Nazirliyinin rəhbərliyinə etirazımızı bildirmək istəyirdik. Əsgər ölümlərinə etirazıa bağlı aksiya 2012-ci il, dekabrın 3-də keçirilmişdi. Qeyri-döyüş şəraitində əsgər ölümləri getdikcə çoxalırdı. Dəfələrlə etirazımızı müvafiq qurumlara çatdırmağa çalışdıq. Amma dinlənilmədi. Burda insan həyatının itirilməsindən söhbət gedirdi. Həmin ərəfədə Göyçayda bir əsgər öldürülmüşdü. Hadisə intihar kimi rəsmiləşdirilmişdi. Guya özü-özünə atəş açıb. Amma adamın özü-özünə pulemyotdan atəş açması mümkün deyil. MTN-də mənə sual verdilər ki, sən hardan bilirsən, bu işlə bağlı cinayət işi açılmamışdı və sən etiraz edirdin. Dediyim kimi, bu, intihar kimi qələmə verilmişdi. İkincisi, açılıbsa belə, bu barədə ictimaiyyətə məlumat verilməlidir. Əgər biz səhv danışsaydıq, müdafiə naziri Səfər Əbiyevi çıxarmazdılar, onun kadrlarını bu qədər dəyişməzdilər. Əvvəlki dövrlərlə müqayisədə son iki ayda əsgər ölümləri azalıb”.

Dövlət ittihamçısının aksiya üçün niyə məhz Fəvvarələr meydanının seçilməsi ilə bağlı sualına cavabda Rəşad Həsənov bildirdi ki, bu, onun seçimi olmayıb.

Bu yerdə İlkin Rüstəmzadə “o məsələ mənlikdir” replikasını verdi. Prokurorun “aksiyadan başqa çarə yox idimi” sualına isə R.Həsənov “Niyə başqa çarə axtarmalıydıq? Biz əvvəl də bəyanatlar, başqa addımlar atmışdıq, heç bir faydası olmamışdı. Bu ölümlərin bir sonu olmalı idi” deyə cavab verdi.

Prokuror:

-“Venesiya” kafesində görüşünüz olubmu?



R.Həsənov:

-“Mən başa düşdüm nəyi nəzərdə tutursuz. Məmməd, Bəxtiyar və Şahinə imzalatdırılmış ifadədə yazılanları nəzərdə tutursuz. Orda yazılanlar cəfəngiyyatdır. Məhkəmənin növbəti mərhələsində mən “Venesiya” kafesi və digər məsələlər barədə ətraflı ifadə verəcəm.

Bundan sonra Rəşad Həsənov vəkillərin suallarını cavablandırdı. O, əvvəlcə necə həbs olunması barədə danışdı. Bildirdi ki, martın 14-də müvəqqəti yaşadığı evdən çıxıb taksiyə minmək istəyərkən iki nəfər mülki geymli şəxs qarşısını kəsib:

- Telefonla Rəşadətlə danışırdım. Nə baş verdiyini anladım. Dedim ki, Rəşadət, məni tutdular. Bunu deyəndə həmin şəxslər telefonu əlimdən aldılar. MTN əməkdaşları idi. Dedilər ki, tutulmağın barədə qərar var. Maşına dəvət etdilər. Maşında mənə müstəntiqin qərarını göstərdilər. Qərar martın 10-da çıxarılmışdı. Qərarda göstərilmişdi ki, guya ayın 9-da məni istintaqa cəlb etmək istəyiblər, mən yayınmışam. Halbuki Lənkərana, daimi yaşadığım və qeydiyyatda olduğum yerə bu barədə çağırış gəlməyib. Özüm də martın 9-dan 14-ə qədər ictimai yerlərdə olmuşam, brifinq keçirmişəm. İstintaqdan yayınmağım barədə deyilənlər yalandır. Məni MTN-ə gətirdilər, orda mənə qarşı mədəni davrandılar. Müstəntiq İbrahim Ləmbəranski gəldi, vəkilimin olub-olmadığını soruşdular. Vəkilim Əsabəli Mustafayevin nömrəsini verdim, onunla əlaqə saxladılar. Müstəntiq vəkilimlə danışandan sonra mənə dedi ki, guya Əsabəli müəllim deyib ki, siz başlayın, mən də bir azdan gələcəm. Amma sonradan məlum oldu ki, Əsabəli müəllim deyib ki, “məhkəmədəyəm, gözləyin, gəlirəm”.

Əslində mənim qorxduğum heç nə yox idi ki, yanımda vəkilim olsun, ondan sonra ifadə verim. Sadəcə hüquqi baxımdan bu doğru deyil. Həbsimlə bağlı sanksiya verilən gün Məmmədi mənimlə üzləşdirdilər. Məmməd bildirdi ki, mənim əleyhimə ifadəni təzyiq altında verib. Bunu eşidən müstəntiq Qasım Məmmədov bayıra çıxdı, içəri gəlib, protokolu cırdı. Bəxtiyar Quliyevlə üzləşmə isə normal keçdi. Bəxtiyarı qətiyyən qınamıram, çünki ora düşməyən adam vəziyyəti bilə bilməz. Bu uşaqlardan fərqli olaraq mənə normal davranıblar.

Rəşad Həsənov onu da bildirdi ki, onların hazırladığı iddia olunan “Molotov kokteyli” butılkalarını martın 9-da Bəxtiyar, Məmməd və Şahinin həbsi ilə bağlı süjet nümayiş etdirilərkən televiziyada görüb:

- Mən Türkiyədə təhsil almışam. Orda “Molotov kokteyli” geniş yayılıb, terroristlər, PKK-çılar ondan istifadə edirdilər. Amma televizorda göstərilən fərqli idi.

Rəşad Həsənov onu da qeyd etdi ki, hakimiyyəti Misirdəki kimi inqilab yolu ilə devirmək istəmələri ilə bağlı iş materialında yazılanlar həqiqətə uyğun deyil:

- Bu işdə zərərçəkən tərəf göstərilməyib. Bizim bu hakimiyyəti Misirdəki kimi devirmək fikrimiz yoxdur. İstintaq orqanı hakimiyyətlə bizim aramızı vurmaq istəyir. Xahiş edirəm, istintaq orqanlarını nəzarətə götürəsiniz. Misirdə Hüsnü Mübarək inqilab yolu ilə devrilməyib, dinc yolla gedib. 6 aprel hərəkatının dinc mübarizəsinin nəticəsi olaraq hakimiyyətdən gedib. Bizim hakimiyyət Mübarəki diktator kimi qəbul etməsəydi, onun heykəlini götürməzdi. Mən 3 ildir ki, mübarizə aparıram. NİDA-da da ona görə təmsil olunuram ki, bu təşkilat dinc mübarizənin tərəfdarıdır. Əsgər ölümləri ilə bağlı aksiyada iştirakı özümə borc bilirdim. 12 yanvar aksiyasında iştiraka görə bir çoxları kimi mən də cərimələnmişdim. İctimai 5 qəpik kampaniyası keçirildi, cərimələrin ödənməsi üçün pul toplandı. Mən o pulu qəbul edib cəriməni ödəməkdən imtina etdim. Cəriməni ödəmədiyim üçün əziyyət çəkməyə razılaşdım. Amma həmin vəsaitin Salyanda iflic olunmuş əsgərin ailəsinə verilməsini istədim. Bu, bir vicdan məsələsidir. NİDA demokratik cəmiyyət qurulmasını istəyir, əgər bu hakimiyyət düzgün işləsə, onunla nə problemimiz ola bilər ki? Bu hakimiyyət ola-ola demokratik cəmiyyət qurula bilər. Bu, realdır ya yox, bu - artıq başqa məsələdir. Biz iddia etmirik ki, mütləq həqiqətik. Amma bizim əməlimizdə heç bir cinayət yoxdur. Demokratik cəmiyyət qurulması üçün əlimizdən gələni etmişik: kitab tərcüməsi, debatların təşkili, fəlsəfə klubu yaratmışdıq. Şahin, Məmməd və Bəxtiyarı həbs edib televiziyaya çıxarandan sonra biz NİDA-nın İdarə Heyəti olaraq RATİ-də brifinq keçirdik. Çünki təhlükəni hiss edirdik. Bəyan etdik ki, əgər bundan sonra burada dediklərimizin əksinə olan hər hansı ifadə ortaya çıxsa, bilin ki, təzyiq altında verilmiş ifadədir. Hesab edirəm ki, Bəxtiyarla Məmməd facebookdakı Heydər Əliyev səhifəsinin admini olduqlarına görə hədəfə çevriliblər. Şahinin niyə seçildiyini isə hələ də bilmirəm. NİDA-nın nüfuzu, üzvlərinin sayı günbəgün artırdı. Ona görə hədəfə çevrildi. Bizim heç bir günahımız yox idi...

Məhkəmə prosesi sabah saat 10:30-da davam etdiriləcək.

İnarə Rafiqqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • NİDA-çıların məhkəməsində qalmaqal: proses təxirə salındı

    NİDA-çıların məhkəməsində qalmaqal: proses təxirə ...

    5-12-2013, 14:07

  • 
  • MTN əməkdaşı məhkəmə qarşısında

    MTN əməkdaşı məhkəmə qarşısında ...

    15-01-2014, 14:43

  • 
  • Hakim məhbus fəalı təbrik etdi

    Hakim məhbus fəalı təbrik etdi ...

    9-01-2014, 16:25

  • 
  • Nida" üzvünün məhkəməsində qalmaqal

    Nida" üzvünün məhkəməsində qalmaqal ...

    10-04-2013, 10:01

  • 
  • N!DA-çıların məhkəməsində hakimlə vəkil arasında münaqişə

    N!DA-çıların məhkəməsində hakimlə vəkil arasında ...

    6-02-2014, 14:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu