GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Məni tutanda elə bildim öldürməyə aparırlar...”

“Məni tutanda elə bildim öldürməyə aparırlar...”

Tarix: 17-01-2014, 01:50 Bölmə :Ölkə Baxış: 642
“Məni tutanda elə bildim öldürməyə aparırlar...”
NİDA üzvlərinin məhkəməsində suallar yenə cavabsız qaldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatı üzvlərinin növbəti məhkəmə prosesi keçirildi.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, MTN-in Antiterror Şöbəsinin əməkdaşı Kamal Rəsulzadə ilə sual-cavab bugünkü məhkəmə iclasında davam etdirildi. Amma bundan əvvəl ötən proseslərdəki qaldırılmış problem bir daha məhkəmənin nəzərinə çatdırıldı. Söhbət vəkillərlə təqsirləndirilən şəxslərin bir-birinə yazılı məktublar verməsinə məhkəmə nəzarətçilərinin yaratdığı maneələrdən gedirdi.

Vəkil Namiq Hacıyev hakimə bildirdi ki, nəzarətçilər müvəkkillərinin onlara vermək istədiyi məktubu açıb oxuyurlar. Bu isə qanuna ziddir.

Hakim cavabında dedi ki, təhlükəsizliyi təmin etmək məhkəmə nəzarətçilərinin vəzifə borcudur: “Amma məhkəmə proseslərində azmı olub ki, məktubun arasında ülgüc, bıçaq və başqa qadağan olunmuş əşyalar təqsirləndirilən şəxslərə ötürülüb?”

Hakimin bu cür yanaşması vəkillərdən Rəşid Hacılının ciddi etirazına səbəb oldu: “Vəkillər haqqında bu cür aşağılayıcı danışmaq olmaz. Bu nə deməkdir ki, vəkil ülgüc ötürə bilər? Vəkil də proses iştirakçılarından biridir. O zaman hakim də, prokuror da təqsirləndirilən şəxsə yaxınlaşmamalıdır ki, onlara nəsə ötürə bilər? Siz bu cür yanaşma ilə həmin şəxslərlə qanunsuzluq etmək üçün bəhanə verirsiniz”.

Hakim bildirdi ki, qadağan olunmuş əşya ötürmək məsələsində qətiyyən vəkilləri nəzərdə tutmur. Və bir daha məhkəmə nəzarətçilərinə xəbərdarlıq etdi ki, vəzifələrindən sui-istifadə etməsinlər: “Məktubları oxumağa heç kimin ixtiyarı yoxdur. Arasında hər hansı qadağan olunmuş əşya yoxdursa, dərhal verilməlidir. “Mən vermirəm”, “icazə vermirəm” kimi söhbətləri bir də eşitməyim. Yoxladınız, baxdınız, verin getsin”.

Xatırladaq ki, şahid Kamal Rəsulzadə təqsirləndirilən şəxslərdən Bəxtiyar Quliyevin yaşadığı evə baxışda iştirak edib və bu prosesin protokolunu tərtib edib. Həmin baxışın keçirilməsi barədə MTN-in Antiterror Şöbəsinin rəisi Elçin Quliyevin təsdiqlədiyi 7 mart, 2013-cü il tarixli qərarı, Bəxtiyar Quliyevin izlənilməsi, telefonlarının dinlənilməsinə dair Səbayel Rayon Məhkəməsinin 14 fevral, 2013-cü il tarixli qərarı, eləcə də evə baxış protokolu elan olundu.

Sənədlərin elanından sonra isə şahidlə vəkillər arasında sual-cavab davam etdirildi. Vəkil Elton Quliyevlə şahidin sual-cavabından bir daha aydın oldu ki, Bəxtiyar Quliyevin yaşadığı evdə baxış keçirilməsinə dair qərarda tamam fərqli ünvan göstərilib.

Amma MTN əməkdaşları sənəddəki ünvanda deyil, başqa evə baxış keçiriblər. Şahid bu anlaşılmazlığı izah edə bilmədi.

Vəkili maraqlandıran digər bir məsələ isə MTN əməkdaşlarının baxışın həyətdən evə doğru deyil, evdən həyətə doğru aparılması oldu.

Elton Quliyev:

-Niyə həyətdən başlamamısınız axtarış aparmağa? Niyə otaqlardan başlamısız?

Kamal Rəsulzadə:

-Bu, elə bir prinsipial məsələ deyil. Elə bir məcburiyyət yoxdur ki, baxışa həyətdən başlamaq lazımdır. Bir qayda olaraq evdən başlayırıq.

E.Quliyev:

-Həyət ev sahibinə aid deyildi?

K.Rəsulzadə:

-Ev sahibinə aid idi.

Bu yerdə Üzeyir Məmmədli yerindən replika verdi:

-Çünki o butulkaları həyətdə yerləşdirmək üçün içəridə baş qatmaq lazım idi.

Bəxtiyar Quliyev özü də bildirdi ki, MTN əməkdaşları gələrkən onun yaxınlarının hamısı mənzildə olub. Onlardan heç kim həyətə çıxmayıb.

Qeyd edək ki, içində “Molotov kokteyli” olan butulkaların Bəxtiyar Quliyevgilin həyətindən tapıldığı iddia olunur. Əvvəlki məhkəmə iclasında Kamal Rəsulzadə bildirmişdi ki, onlar içəri girərkən həyətdə içində butulkalar olan yeşiyi görməyiblər. Evdə baxışdan sonra çıxanda onu aşkarlayıblar.

Elton Quliyev şahiddən “baxış-axtarış” prosesi ilə bağlı detalları dəqiqləşdirməyə çalışdı.

E.Quliyev:

-Baxış görünən əşyalara baxılması, götürülməsi deməkdir. Özünüzün tərtib etdiyiniz protokolda isə yazılıb ki, “Şkafı açdıq, paltarların arasında sellofanın içində bükülü var idi. Bükülünü açdıq. İçində ot var idi”. Şkaf açılırsa, paltarların arası axtarılırsa, bunun harası baxış oldu? Baxış başqa şeydir. Siz görünməyən əşyalara, nəyinsə içində olana baxa bilməzsiniz axı. Səbəbini soruşuram, izah edin.

K.Rəsulzadə:

-Biz baxış keçirmişik. Baxış zamanı bizim götürdüyümüz predmet görünürdü. Spesifik iyi var idi.

E.Quliyev:

-Protokolda E.Məmmədov adı qeyd olunub. Bu şəxsin kimliyini niyə Bəxtiyar Quliyevə elan eləməmisiz? Ümumiyyətlə, bu adam kimdir?

K.Rəsulzadə:

-MTN əməkdaşıdır, mütəxəssisdir. Baxış zamanı çəkiliş aparırdı.

E.Quliyev:

-Onun tam şəkildə adı, atasının adı, vəzifəsi barədə niyə Bəxtiyara məlumat verməmisiz? Bəlkə bu adam deyəcəkdi ki, onunla aramızda qan düşmənçiliyi var...

K.Rəsulzadə bu suala cavab vermədi.

E.Quliyev:

-Protokolda qeyd etmisiniz ki, içində maye olan butulkalar aşkarlandı. Məhkəməyə ifadənizdə isə dediniz ki, içində benzin olan butulkalar. Niyə o zaman protokolda benzini yazmamışdınız? Maye olan butulkada kompot da, şoraba da ola bilərdi. Məhkəmədəki ifadənizdə dediniz ki, butulkalardan spesifik iy gəlirdi. Amma protokolda bu barədə heç nə göstərməmisiniz.

K.Rəsulzadə:

-Dəqiq yadımda deyil. Butulkaları ekspertizaya təqdim etdik. Benzin iyi gəlirdi.

E.Quliyev:

-İfadənizdə göstərmisiniz ki, 10 mart aksiyasında iğtişaşlar törədilməsinə hazırlığın qarşısını almaq üçün bu qərarlar verilib. Aksiya 10 martda olub, aksiyanın keçiriləcəyi barədə qərar 1 martda verilib. Amma Bəxtiyar Quliyevin izlənilməsi qərarı fevralın 14-də verilib. Bu qədər əvvəldən necə bilinə bilərdi?

K.Rəsulzadə:

-Proses əvvələ gedirdi.

E.Quliyev:

-Dünənki məhkəmədə hakimin sualına cavab olaraq bildirdiniz ki, Bəxtiyar Quliyevdən izahat, ifadə alınmasında iştirak etməmisiniz. Amma istintaqa ifadənizdə göstərmisiniz ki, Bəxtiyar əvvəlcə evlərindən tapılan predmetlərin ona aid olmadığını bildirib. Sonrakı ifadəsində isə ona məxsusluğunu etiraf edib. Bunu hardan bilirdiniz? Bu izahatı kim alıb ondan?

K.Rəsulzadə:

-Eşitmişdim.

E.Quliyev:

-Bu söhbətləri kimdən eşitmizdiniz? Bu, istintaq sirridir. Bunu yaymaq olmaz axı. İfadəni müstəntiq alır, bu prosesdə bircə vəkil iştirak edir. Ondan da istintaq sirrini yaymamaq barədə iltizam alınır. Ona görə biz də bilməliyik ki, bu sirri kim yayıb.

K.Rəsulzadə:

-Yadımda deyil kimdən eşitmişəm.

Digər vəkillərlə sual-cavabda da maraqlı detallar ortaya çıxdı. Məsələn, şahid məhkəmədə demişdi ki, onlar evə çatandan az sonra Bəxtiyar özü gəlib. Amma istintaqa ifadəsində göstərib ki, evin qapısını Bəxtiyarın anası açıb, özü də içəridən çıxıb. Bundan başqa, Bəxtiyarla bağlı 14 fevral tarixli məhkəmə qərarında onun ətrafında əməliyyat tədbirlərinin icrası MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə həvalə olunub. Amma evə baxış keçirənlər Antiterror Mərkəzinin əməkdaşları olub.

Vəkillər müəyyən ziddiyyətlərə aydınlıq gətirmək üçün Bəxtiyar Quliyevin özünə də suallar verdilər. O, tutulmasını belə təsvir etdi: “Metronun “Koroğlu” stansiyasına düşmək istəyəndə iki nəfər qollarımdan yapışdı. Bir neçə nəfər də arxadan qışqırırdı ki, “tutun, tutun, qoymayın qaçsın”. Soruşdum ki, siz kimsiniz. Cavab vermədilər. Əvvəl elə bildim ki, facebookdakı Heydər Əliyev səhifəsinə görə məni öldürməyə aparırlar. Sürüyə-sürüyə aparıb tulladılar maşına, gətirdilər evimizə. Yəni məni döyə-döyə tutublar”.

Bəxtiyar Quliyev onu da bildirdi ki, şahid ifadəsində onların evindən tapıldığı iddia olunan narkotiki ev tərəzisi ilə çəkdiklərini göstərsə də, onların evində ümumiyyətlə tərəzi olmayıb. Həyətlərindən guya tapılmış butulkalar da nə qablaşdırılıb, nə də möhürlənib. Açıq şəkildə maşının yük yerinə qoyularaq, şahidin dediyi kimi, ekspertizaya yox, MTN-ə aparılıb: “Maşının içində benzin iyi verə-verə getdik MTN-ə. Məni də Kamalın otağına saldılar. Sonra bir başqa otağa apardılar. Orada biri o tərəfə dartırdı, başqası bu tərəfə. Sonra Qasım Məmmədovun da otağına apardılar. Onda bilmirdim ki, Qasım Məmmədov prokurorluğun müstəntiqidir. Elə bilirdim hamısı MTN əməkdaşlarıdır. Qasım Məmmədov mənə hədə-qorxu gəlirdi. Deyirdi ki, tez ol de görüm nə etmisən...”

Məhkəmə prosesi yanvarın 23-də saat 10:30-da davam edəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • N!DA-çıların məhkəməsində hakimlə vəkil arasında münaqişə

    N!DA-çıların məhkəməsində hakimlə vəkil arasında ...

    6-02-2014, 14:29

  • 
  • MTN əməkdaşı məhkəmə qarşısında

    MTN əməkdaşı məhkəmə qarşısında ...

    15-01-2014, 14:43

  • 
  • Aslan İsmayılov məhkəmədən qovuldu

    Aslan İsmayılov məhkəmədən qovuldu ...

    21-11-2013, 17:51

  • 
  • NİDA-çıların məhkəməsində qalmaqal: proses təxirə salındı

    NİDA-çıların məhkəməsində qalmaqal: proses təxirə ...

    5-12-2013, 14:07

  • 
  • "Nida"çı gənclərin məhkəməsi başlandı

    "Nida"çı gənclərin məhkəməsi başlandı ...

    5-11-2013, 15:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu