Başçıya dini təriqətlərdən olanların Suriyaya axınının qarşısını almaq tapşırılıb
Eldar Əzizovun rəhbərliyi altında inləyən Sumqayıt şəhərində insanlar yaşamaq uğrunda ölüm-qalım mübarizəsi aparır. Sovetlər dönəmində Sumqayıt Sənaye, əsasən kimya zavodlarının çoxluğuna və ekologiyası bərbad məkanlardan sayılırdı. İş tapmaq ümidi ilə bütün bölgələrdən bu zəhərli şəhərə axın var idi. Sözün həqiqi mənasında gələnlər işlə də təmin olunurdular. Kimya “bunkeri” halına salınmış Sumqayıt 1985-ci ildə qapalı şəhər elan edildi. Bundan sonra iş dalınca bu şəhərə üz tutanlar suyu süzülə-süzülə geri qayıdırdılar. Şəhərə pasport qeydiyyatı da dayandırılmışdı. 2000-ci illərdə Bakı şəhərində tikinti bumu işə düşəndən sonra işsiz Sumqayıt əhalisi “çörəkli şəhər” kimi paytaxta üz tutdular. Səhər işə axşam evə tələsən sumqayıtlılar qarın dolusu olmasa da evlərinə çörək pulu gətirirdilər. Bakıda tikinti işləri aparılmadığından sumqayıtlılar işsizliklə üzləşdilər. Sumqayıt şəhər rəhbərliyi iş yerlərinin yaradılması haqqında düşünmək əvəzinə “torbalarını” doldurmaqla məşğuldurlar. İH başçısı Eldar Əzizovun göstərişinə əsasən məhəllələrdə sakinlərin istirahəti üçün nəzərdə tutulmuş ərazilər iş adamlarına sm ilə satılır. Bununla kifayətlənməyən başçı səki və küçələri də hərraca çıxarıb. İstirahət parklarındalkı dekorativ ağac və kolluqları baltaladaraq yerini satdırır. Müstəqilliyimzdən sonra ev və iş təminatından məhrum edilən sumqayıtlılar problemlərinin həlli üçün icra başçısı E.Əzizovun həndəvərinə düşə bilmirlər. Əvvəllər həyətlərədə “açıq mikrafon” şousu ilə məhşurlaşan E.Əzizov artıq şakərini tərqidib. Toplantıda ona verilən sual və məktublara cavab verəcəyinə söz versə də vəd elə oradaca qalırdı. Məcburiyyət qarşısında qalaraq bəzi dini təbliğatçılara uyaraq işsiz və kirayənişin sumqayıtlılar radikal-dini təriqətlərə axın etməyə başladı. Vəhabi, xəvaric, sələfiliyi qəbul edən soydaşlarımızın beyni müsəlmançılıq yolunda cihada kökləndi. Vətənində ümidsizliyə və çarəsizliyə qapananlar ailəsi ilə birlikdə Suriyaya üz tutdular. Qardaş qanı tökülən ölkədə “şəhid” olmağı üstün tutdular. Ailəsi yad ölkədə başsız qalan soydaşlarımız hər an məhv olma təhlükəsi ilə üz-üzə qalıb. Redaksiyamıza daxil olan məlumata görə Vəhabi və dini radikal təriqətin tuğyan etdiyi Sumqayıt şəhərinin İH başçısı E.Əzizov PA-na çağrılaraq danlanıb və töhmətləndirilib. E.Əzizov Sumqayıtda maarifləndirmə və Suriyaya axının qarşısını almaq və əngəlləmək tapşırılıb. Xatırladaq ki, 11 dekabr 2013-cü ildə Sumqayıt şəhərində 10-cu mkr ərazisində xəvaricilərlə sələfilər arasında atışma baş vermişdir. Nəticədə bir neçə nəfər ağır yaralanmışdır. Şakir MƏMMƏDOV
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?