KXCP Ağsu rayon şöbəsi gənclərinin təşkilatçılığı ilə 24 Aprel "Bütöv Azərbaycan Gənclər Günü" qeyd olunub.
Tədbiri giriş sözü ilə açan, təşkilatın aparıcısı Vasif Abdullayev bildirib ki, liderimiz Əbülfəz Elçibəyin ideaya müəllifi olduğu bu günün tarixi haqqında məlumat verərək, Bütöv Azərbaycan Gənclər gününün mahiyyətinin Türk gəncliyinin şüurlarında bütövlük eşqinin formalaşmasına və bölünmüş Azərbaycan Türklərinin vahidliyi uğrunda mübarizəsinə aparan bir yol olduğunu qeyd edərək, bu günün həm də ermənilərə verilən ən tutarlı cavab olduğunu qeyd etdi.
Çıxış edən, Anar Rəsullu, Nemət Elturan, Nurlan Kazımlı, Elşən Əlisoy mövzu haqqında danışaraq, gəncliyimizin irəliyə doğru aparan ideya daşıyıcısı olmalarının vacibliyini vurğuladılar . Tədbirin sonunda təşkilat üzvüləri 24 aprel saat 14:00-da Bakı şəhəri Ağa Nemətulla 17-də yerləşən KXCP qərargahında Hüquq Müdafiəçisi və Elçibəy dönəmində BAGT-nin sədri olmuş Oqtay Gülalıyevin çağrışı ilə keçiriləcək toplantıda iştirak edəcəklərini də vurğuladılar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?