GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hasara tut yeməyə çıxmışdı - Qonşusu bir gözünü kor etdi

Hasara tut yeməyə çıxmışdı - Qonşusu bir gözünü kor etdi

Tarix: 20-08-2017, 18:18 Bölmə :Cəmiyyət Baxış: 349
Hasara tut yeməyə çıxmışdı - Qonşusu bir gözünü kor etdi


Hasara çıxıb tut yeyən qoşusu ilə mübahisə edən şəxs bir gözündən oldu.


Aralarında məhkəmə çəkişməsi gedən qonşular sonda barışıq əldə ediblər. Amma 3 ay sonra qonşulardan biri 3 il həbs cəzası çəkməli olacaq.

Gündəm xəbər musavat.com-a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Şamo Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2017-ci il tarixli hökmü ilə 4 il 6 ay müddətinə azadlqıdan məhrum edilib.

Ş.Məmmədov 2016-cı ilin iyun ayında Xırdalan şəhəri, Quşçuluq Yaşayış massivində qonşuluqda kirayədə yaşayan Hüseyn Paşayevlə əvvəlcə mübahisə, sonra isə dava edib. Mübahisəyə səbəb Ş.Məmmədovun qonşusunun hasarına çıxaraq ağacdan tut yeməsi olub.

Belə ki, Ş.Məmmədov qonşusunun hasarına çıxıb. Bunu görən H.Paşayev qonşusuna irad bildirib ki, həyətdə ailə üzvləri var. Bu zaman aralarında mübahisə yaranıb və evdən bir qədər uzaqlaşaraq orada dava ediblər. Şamo Məmmədov yerə yıxılan zaman Hüseyn Paşayevin onun üzərinə gəldiyini görüb və yerdən daş götürüb. Daşı H.Paşayevin sol gözündən vurub. Qonşusunun gözündən qan gəldiyini görən Şamo hadisə yerindən qaçıb. Ş.Məmmədov bir müddət axtarışda olub.

Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində özünü qismən təqsirli bildiyini deyib.

Qeyd edib ki, H.Paşayevi bir qonşu kimi tanıyıb və münasibətləri həmişə yaxşı olub. Hadisə baş verənə qədər də heç vaxt mübahisələri və söz-söhbətləri olmayıb.

"Həmin gün Hüseynin həyətində olan tut ağacının küçəyə çıxan budağından tut yeyirdim. Yaxşı dəymiş tutların ağacın digər budaqlarında olduğunu görüb hasara çıxdım. Bu zaman küçə tərəfdən Hüseyn məni çağırdı. Həyətdə ailə-uşaq olduğunu deyib mənə irad bildirdi. Mən Hüseyndən üzr istədim. Amma o, mənimlə kobud danışdı. Evdən 20-30 metr aralandıq. Sözlə mübahisə edən zaman bir-birimizin yaxasından tutduq. Hüseyn məni itələyəndə yıxıldım. Hüseyn söyüş söyərək üzərimə gəldi. Mən də əsəbləşib yerdən götürdüyüm daşı ona atdım. Hüseyn gözünü tutub qışqırdı. Kömək eləmək istədim, amma qan gəldiyini görüb qorxdum. Oradan qaçdım. Həmin gün qonşulardan Hüseynin gözünün çıxdığını eşitdim. Buna görə də qorxdum və oradan qaçdım. Bir müddət ayrı-ayrı yerlərdə gizləndim", - Ş.Məmmədov ifadəsinə əlavə edib.

Ş.Məmmədov həbs ediləcəyindən qorxduğu üçün polisdən qaçdığını deyib.O, hadisədən 3 ay sonra saxlanılıb.

Məhkəmədə məlum olub ki, Ş.Məmmədov daha əvvəl də cinayət əməli törədib. O, yol qəzası törətdiyi üçün 1 il cəza alıb.

Məhkəmədə zərərçəkmiş Hüseyn Paşayev də hadisə ilə bağlı eyni məzmunlu ifadə verib. O əlavə edib ki, daş dəyəndən sonra sol gözü görmədiyi üçün Zərifə Əliyeva adına Göz Klinikasına gedib. Orada əməliyyat olunub.

O, hadisənin qonşusu Şamo Məmmədovun günahı ucbatından baş verdiyini, onunla dalaşmaq niyyətinin olmadığını bildirib. Zərərçəkmiş şəxs qonşusunun onunla kobud danışdığını deyib.

Ş.Məmmədov aldığı 4 il 6 aylı həbs cəzasında narazı qalaraq apellyasiya şikayəti verib. İşə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən iclasda baxılıb.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və barəsində həbslə bağlı olmayan qərar çıxarılmasını istəyib. Qonşusu ilə barışdığını deyən H.Paşayev də təqsirləndirilən Ş.Məmmədova qarşı heç bir şikayət və maddi tələbinin olmadığını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Tərəfləri dinləyən və sübutları araşdıran məhkəmə kollegiyası hesab edib ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə ağır cəza təyin edilib.

Məhkəmə Ş.Məmmədovun gənc olmasını, azyaşlı uşaqlarının olmasını, ailəsinin dolanışığının ağır olmasını, zərərçəkmiş şəxslə barışmasını yüngülləşdirici hallar kimi qiymətləndirərək hökmü dəyişib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən Ş.Məmmədovun cəzası 4 il 6 aydan 3 ilə endirilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qayınanasını bıçaqlayan şəxsin cəzası açıqlandı - 5 il həbs

    Qayınanasını bıçaqlayan şəxsin cəzası açıqlandı - ...

    4-11-2014, 12:49

  • 
  • Qonşusunu şişlə öldürdü

    Qonşusunu şişlə öldürdü ...

    1-08-2017, 14:29

  • 
  • Bakıda dostunu bıçaqlayan şəxs: "Onun eynəyi ilə bağlı zarafat etdim, domino daşını üzümə çırpdı"

    Bakıda dostunu bıçaqlayan şəxs: "Onun eynəyi ...

    14-08-2017, 20:06

  • 
  • Kafedə iki nəfəri bıçaqlayanın cəzası yüngülləşdirilmədi

    Kafedə iki nəfəri bıçaqlayanın cəzası ...

    15-09-2016, 12:30

  • 
  • Məhlədə danışıb-gülmək davaya səbəb oldu

    Məhlədə danışıb-gülmək davaya səbəb oldu ...

    19-02-2015, 23:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu