Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Problemimiz həll olunmasa, Prezidentə müraciət edəcəyik” — Sakinlərdən “Azəristiliktəchizat” ASC rəhbərinə MÜRACİƏT
“Problemimiz həll olunmasa, Prezidentə müraciət edəcəyik” — Sakinlərdən “Azəristiliktəchizat” ASC rəhbərinə MÜRACİƏT
Sabunçu rayonu, Bakıxanov qəsəbədsi, Əli Kərim 9 ünvanında yerləşən binanın bir qrup sakini “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənova açıq şikayət məktubu ünvanlayıb.
Sakinlər öz müraciətlərində yaşadıqları binanın istilik sisteminin yararsız və baxımsız vəziyyətə düşməsindən, mənzillərinin hələ də soyuq olmasından şikayətçidirlər.
Sakinlər bildirir ki, “Azəristiliktəchizat” ASC-nin sahə rəisinə və İcra Hakimiyyətinə dəfələrlə edilən müraciətlərə baxmayaraq, Əli Kərim 9 ünvanında mövcud olan istilik radiatorlarının isinməsi hələ də təmin edilməyib:
“Nəticədə isə əksər mənzillər çox soyuq vəziyyətdədir. İstilik radiatorlarının isinməməsinin əsas səbəbi binanın qazanxanasına verilən qazın təzyiqinin həddindən çox aşağı olmasıdır”.
Şikayətçilər qeyd edir ki, “Azəristiliktəchizat” ASC-nin nümayəndələri bir neçə dəfə sözügedən binaya baxış keçirərərək, problemin yaxın saatlarda həll olunacağı vəd ediblər:
“Ancaq bütün vədlərə və havaların soyuq keçməsinə baxmayaraq, binada problem hələ də həll edilməyib. Sabunçu rayonu, Bakıxanov qəsəbədsi, Əli Kərim 9 ünvanında yerləşən binanın sakinləri olaraq cənab Yaşar Həsənovdan xahiş edirik ki, mövcud olan problemin tezliklə həll edilməsinə tapşırıpq versin. Əks halda biz cənab Prezident İlham Əliyevə və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da müraciət edəcəyik”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?