GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qarşı tərəfdən mövqe bildirildi

Qarşı tərəfdən mövqe bildirildi

Tarix: 27-11-2017, 20:46 Bölmə :Cəmiyyət Baxış: 499
Qarşı tərəfdən mövqe bildirildi


“Gündəm Xəbər” qəzetinin 20-26 noyabr 2017-ci il tarixli sayının 6-cı səhifəsində “Bayram Səfərovun icra nümayəndəsi, ona on il dərs keçən müəlliminə “əl qaldırıb”-ŞOK OLAY başlıqlı açıqlama dərc olunmuşdu. Açıqlamanın dərcinə səbəb, əslən Şuşadan olan və Qəbələ rayonunun “Qaçqın şəhərciyi” qəsəbəsində yaşayan Quliyev Həsən Hüseyn oğlu adlı şəxsin redaksiyamıza ünvanladığı müraciət olmuşdur.

Onu da bildirək ki, ötən həftə qəzetimiz çapa hazırlanarkən qarşı tərəf olaraq nə adı çəkilən qəsəbə üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Həsənov Əhəd Əmir oğlundan, nə də ki, Şuşa RİH-dən səslənən ittihamlarla bağlı hər hansı mövqe öyrənə bilmədiyimizdən, açıqlama bitərəfli qaydada dərc olunmuşdu. Digər tərəfdən, Qəbələ rayonu redaksiyanın fəaliyyət göstərdiyi Bakı şəhərindən olduqca uzaq məsafədə yerləşdiyi üçün, ünvanlanan müraciətdə səslənən ittihamları, sadalanan faktları dərhal araşdırmaq imkanımız xaricində idi. Amma, yaxın vaxtlarda 76 yaş həddinə çatmış Həsən Quliyev adlı şəxsin səsləndirdiyi ittihamları, sadaladığı faktları araşdırmaq məqsədilə Qəbələ rayonunun “Qaçqın şəhərciyi” qəsəbəsində yaşayan sakinlərlə görüşməyi, əksər mətləblərə aydınlıq gətirməyi və s. qarşımıza məqsəd qoymuşuq.
Bütün bunlara baxmayaraq, bir-iki gün bundan öncə həmin açıqlamada dərc olunanlarla bağlı “Qaçqın şəhərciyi” qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Əhəd Həsənovun oğlu olduğunu bildirən Məhəbbət Həsənov adlı şəxs, qarşı tərəf olaraq öz mövqelərini redaksiyamızın elektron poçtuna göndərmiş və onu dərc etməyimizi də xahiş etmişdi. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyi özümüz üçün borc bildik.

Qarşı tərəf:
“Hörmətli Gündəm xəbər qəzetinin rəhbəri və yazarları.
Mən Həsənov Məhəbbət Əhəd oğlu bir zərərcəkmis kimi, bir övlad kimi sizə yaziram. Atam Həsənov Əhəd Əmir oğlu haqqında qəzetinizin 20-26 noyabr 2017 ci il tarixli, 59 - nömrəli sayında yayımlanan xəbər bir övlad olaraq məni cox sarsıtdı. Digər tərəfdən Qəzetiniz araşdırmadan hər hansı bir şəxsin istəyi ilə bü cür yazı yazmağı məni məyus etdi. Yazı azadlığı bu deyil. Yazı azadlığı dəqiq və qərəzsiz yazmaqdır. Atam haqqında yazılanlar şər və böhtandır. Bildirmək istəyirəm ki, mən Həsənov Məhəbbət Əhəd oğlu Turizm kollecinin məzunu, eyni zamanda Türkiyə Atatürk Universitetində təhsil almış gəncəm. Hər zaman çalışmışam ki, Dövlətimizə, Elimizə layiqli bir övlad olam. Atam Həsənov Əhəd Əmir oğlu Şuşa rayonunun Səfixanlar kənd ərazi nümayəndəsidir. Hal-hazırda Şuşa rayonunun Qəbələ rayonu üzrə səlahiyyətli nümayəndəsidir. 1981-ci ildə indiki Gəncə Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsilli olaraq uzun müddət müəllim işləmiş və baş müəllim adını qazanmışdır. Ümumilikdə 44 il iş stajı olan II- ci dərəcəli Dövlət qulluqçusudur. İşində hər zaman dəqiq, diqqətli və ləyaqətli olub.
Qeyd edim ki, ləyaqət insanın ali keyfiyyətidir. Və ləyaqət insanın təkcə davranışına, münasibətinə deyil, onun fəaliyyətinin bütün istiqamətlərinə şamil edilən epitetdir. Kimin harada, hansı sahədə fəaliyyət göstərməsindən asılı olaraq, insanın bu sahədəki işi də ləyaqət tələb edir. Həkim ləyaqəti, müəllim ləyaqəti, alim, jurnalist, sənətkar, usta… ləyaqəti. Bütün bunların məcmusunda da, atam işində və əməlində ləyaqətli olmuşdur. Bir Dövlət qulluqçusu kimi hər zaman Dövlət tədbirlərində, eyni zamanda elimizin xeyir və yas mərasimlərində hər zaman iştirak etmişdir. Xalqının yanında olmuşdur. Şuşa rayon icra hakimi cənab Bayram Səfərovun bütün tapşırıq və göstərişini hər zaman dogru və dürüst yerinə yetirmişdir. Xidməti vəzifəsindən hec vaxt sui-istifadə etməyib. Dövlətimizin məcburi köçkünlərə qayğısının nümünəsi olaraq bizlər Qəbələ rayonunda evlə təmin olunmuşuq. Yaşadığımız Zarağan – 2 Məcburi köçkünlərin yaşayış kompleksinin açılışında hörmətli prezidentimiz İlham Əliyev cənablarının önündə də çıxış etmişdir. Bununla Xalqına, Millətinə necə ləyaqətli bir insan, bir ata olduğunu sübüt etmişdir. Yaşadığımız Qəbələ rayonunun camaatından, eyni zamanda məskunlaşdığımız Zarağan-2 məcburi köçkünlərin yaşayış kompleksinin sakinlərindən Əhəd müəllimin necə bir insan olduğunu sorusa bilərsiniz.
Bildirirəm ki, Həsən Quliyev tərəfindən yazılanlar hamısı şər və böhtandır. Əgər bu barədə sübutu varsa bəyan eləsin. Həqiqətə uyğun deyil. Atam Əhəd Həsənovun adına qara ləkə yaxmaqdır. Eyni zamanda orada vurğulanan rüşvət məsələləri özü bir cinayətdir. Həsən Quliyev qeyd edir ki, güya Əhəd Həsənov tərəfindən cənab Bayram Səfərova qarşı tənqidi fikirlər söyləyib. Bu ağ yalandır. Hər zaman Bayram müəllimin xeyirxah əməlləri el içində vurğulanıbdır. Digər tərəfdən Həsən Quliyev yazısında qeyd edir; Güya atamı və əmilərimi o oxutdurub. Bu isə tam yalandır. Ailə söhbətlərində həmişə qeyd edilirdi ki, Həsənə çörəyi rəhmətlik Əmir babam verib. Eyni zamanda Təhsilinə pulu rəhmətli Əmir babam təmin edib. Babam Əmirin verdiyi çörək haramın olsun. Tam qətiyyətlə bildirirəm ki, Həsən Quliyev bu cür böhtanlara görə məhkəmə qarşısında cavab verəcək. Qarşı tərəf haqqında əlavə nəsə demək mənə və ailəmizə yaraşmaz. Elin gözü tərəzidir. Bilən bilir kim kimdir. Atam Həsənov Əhəd hər zaman işində ləyaqətli olmuşdur. Hər zaman da atamın etdiyi xeyirxah əməllər bir övlad kimi bizim qarşımıza cıxmışdır. Bizi qururlandırmışdır. Ailədə üç övlad olmuşuq. Hər birimiz də davarnışlarımızda çalışmışıq nümünəvi olaq. Bir övlad olaraq sizin qəzetinizə yazmağı özümə borc bildim. Düşünürəm ki, cavab haqqım var və yazımı şəffaf şəkildə qəzetinizdə dərc edəcəksiniz. Eyni zamanda qəzetinizdə yoxlanılmamış yayımlanan məlumatı araşdırmağınızı və həqiqəti əks etdirməyinizi xahiş edirəm. Həsənov Məhəbbət Əhəd oğlu”.

Akif
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarşı tərəfdən mövqe bildirildi

    Qarşı tərəfdən mövqe bildirildi ...

    22-11-2016, 19:48

  • 
  • Bayram Səfərovun icra nümayəndəsi, ona on il dərs keçən müəlliminə “əl qaldırıb”-ŞOK OLAY

    Bayram Səfərovun icra nümayəndəsi, ona on il dərs ...

    22-11-2017, 19:40

  • 
  • Təkzib

    Təkzib ...

    1-10-2016, 20:31

  • 
  • İcra hakimiyyətindən sərt mövqe

    İcra hakimiyyətindən sərt mövqe ...

    30-07-2013, 18:25

  • 
  • Lənkəranda Rəfayıl Tahirovdan rəhbərinə etibarsızlıq

    Lənkəranda Rəfayıl Tahirovdan rəhbərinə ...

    21-02-2017, 15:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu