Azərbaycan Baş Prokurorluğu Vəkillər Kollegiyasına bu qurumun üzvü Nemət Kərimlidən şikayət edib.
Gundemxeber.Az bildirir ki, bu barədə Nemət Kərimlinin özü məlumat yayıb.
Vəkilin sözlərinə görə, Vəkillər Kollegiyasının İntizam Komissiyasından ona telefonla zəng ediblər və Baş Prokurorluqdan barəsində şikayət daxil olduğunu bildiriblər.
Vəkilə şikayətin detallarını açıqlamayıblar, ancaq deyiblər ki, bu, onun sosial şəbəkələrdə “Tofiq Yaqublu haqqında” çıxışları ilə bağlıdır.
Kərimli qeyd edib ki, bu ilin oktyabrında müxalifətçi siyasətçi Tofiq Yaqublunun Milli Şuranın oktyabrın 19-da keçirdiyi aksiya zamanı saxlanılaraq inzibati həbs edilməsi zamanı işgəncəyə məruz qalması faktlarını açıqlayıb.
O hesab edir ki, vəkil kimi müdafiə etdiyi şəxsin xahişini yerinə yetirməyə və həbs olunanın işgəncə barədə bəyanatını açıqlamağa borclu olub.
Nemət Kərimli hesab edir ki, onun barəsində şikayət müstəqil vəkillərə təzyiq kampaniyasının davamıdır.
O hüquq-müdafiə sahəsində ixtisaslaşmış vəkil kimi tanınır. Hüquq müdafiə təşkilatları tərəfinfən siyasi məhbus kimi tanınan bir çox şəxsi müdafiə edib. Hazırda həbsəd olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının vəkilidir.
Vəkillər Kollegiyası və Baş Prokurorluq hələ vəkilin açıqlamasına münasibət bildirməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?