GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hərbi parad, yoxsa vəba dövründə qonaqliq? – Lukaşenko Putinə acıq verdi, amma…

Hərbi parad, yoxsa vəba dövründə qonaqliq? – Lukaşenko Putinə acıq verdi, amma…

Tarix: 13-05-2020, 12:45 Bölmə :Cəmiyyət Baxış: 457
Hərbi parad, yoxsa vəba dövründə qonaqliq? – Lukaşenko Putinə acıq verdi, amma…
[sup][/sup]

Postsovet məkanında Böyük Vətən müharibəsinin 75-ci ildönümü münasibətilə çoxminlik tədbir keçirən yeganə ölkə Belarus oldu. Lukaşenko hakimiyyətinin həm ölkədəki, həm də xaricdəki tənqidçiləri hökuməti xalqın sağlamlığına önəm verməməkdə günahlandırırlar – artıq ikinci həftədir ki, Belarusda koronavirusa yoluxma hallarının sayı artmaqda davam edir.

Təhlilçilər deyirlər ki, Lukaşenkonun 9 may tədbirləri ilə bağlı israrı Moskvada qələbə paradını ləğv etmiş Putinə görk məqsədi güdürdü.

Belarus prezidenti Aleksandr Lukaşenko postsovet ölkələrinin liderlərini qələbənin 75-ci ildönümünə həsr olunmuş tədbirə qatılmağa şəxsən dəvət etmişdi. Ancaq paradda nəinki onlar, heç Lukaşenkonun öz oğlu da yox idi.

O, Rusiyanın bəzi deputat və senatorlarının bayram günlərində Minskə gəlmək istədiklərini deyib onları qonaqpərvərliklə qarşılayacağını vəd etsə də, Duma fraksiyalarının nümayəndələri rəsmi təmsilçiliyin olmayacağını bildirmişdilər.

“Biz Minskə gedənləri ən sərt şəkildə tənqid edəcəyik,” – LDPR-in sədri Vladimir Jirinovski “Exo Moxskvı” radiostansiya müsahibəsində belə demişdi.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Belarusdakı rəsmi nümayəndəsi Batır Berdıklıçev bildirmişdi ki, ÜST hökumətin 9 mayda kütləvi tədbirlər keçirmək qərarından narahatdır.

Rəsmi Brüssel isə Avropa İttifaqının “Covid-19” pandemiyası ilə mübarizə üçün bu ölkəyə ayırdığı 60 milyon avro maliyyə yardımını ancaq ÜST-ün distansiya tələblərinəəməl olunacağı şərtilə verəcəyini açıqlamışdı.

“Öz ölkələrimizdə həyata keçirdiyimiz tədbirlər var, onların reallaşdırılmasını başqalarından da xahiş edirik. Necə ola bilər ki, kömək təklif etdiyimiz ölkələr buna əməl etməsinlər,” – ötən həftə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Jozep Borrell belə deyib.

Ancaq istər təmsilçilik, istərsə də maliyyə itkiləri Lukaşenkonu qələbə paradı keçirmək qərarından daşındırmadı.

Lukaşenko paradı kiminçün keçirdi?

“Paradı ləğv etməmiz mümkün deyil. Biz bunu edə bilmərik. Mən bu haqda çox düşündüm. Əlbəttə, bu, çox ideoloji, emosional məsələdir. Unutmaq olmaz ki, həmin adamlar – müharibə iştirakçıları da virusdan və ya başqa xəstəliklərdən ölə bilərdilər. Ancaq onlar bunu bəzən heç hiss etməyiblər və bu haqda heç düşünməyiblər də. Pafoslu səslənə bilər, amma onlar bizə görə canlarından keçiblər,” – prezident Lukaşenko mayın 3-də keçirdiyi müşavirədə belə demişdi.

O günə qədər paradın yayımı televiziya proqramına daxil edilməmiş, paradla bağlı məşqlər bir neçə dəfə təxirə salınmışdı. Müşavirədən sonra isə paradın keçiriləcəyi “Minsk – qəhrəman şəhər” abidəsinin yaxınlığında 10 mindən artıq tamaşaçı üçün nəzərdə tutulmuş tribunalar quraşdırılmışdı.

Həmin günlərdə Müdafiə Nazirliyi bəyan etmişdi ki, paradda iştirak edəcək hərbi hissələrdə virusa yoluxma halları yoxdur. Sonrakı günlərdə hərbi qulluqçular arasında da “Covid-19” diaqnozu qoyulmuş şəxslərin olduğu deyilmiş, ancaq konkret say açıqlanmamışdı.

Hərbi paradın ləğv edilməsi tələbilə internetdə petisiya yaradılmış, müdafiə naziri Viktor Xrenin buna “epidemioloji vəziyyət paradın keçirilməsinə uyğundur” deyə cavab vermişdi.

Mayın 7-də Belarusun Səhiyyə Nazirliyi ölkədə 20168 yoluxma, 116 ölüm faktı qeydə alındığını açıqlamış, sosial şəbəkə istifadəçiləri və müstəqil mətbuat belə vəziyyətdə parad keçirməyi “vəba dövründə qonaqlıq” adlandırmışdılar. Tənqidçilər isə qeyd etmişdilər ki, Minskdəki nümayiş yerli “obıvatel”lərə ünvanlanmayıb.

“Moskvada 9 may paradı ləğv olunub, amma Lukaşenko onu keçirir! Bu, həm qələbənin varisliyi uğrunda son illər Minsk və Moskva arasında gedən rəqabətdə revanş götürmək, həm də Rusiyadan asılı olmayan adam rolunu davam etdirmək cəhdidir. Belə bir mənzərə yaranır – Lukaşenko Belarusu böyük qələbənin 75 illiyinin qeyd edildiyi əsas mərkəzə çevirir, Moskva is kənardan baxa-baxa qalır,” – ekspert Aleksnadr Klaskovskiy belə demişdi.

Qələbə günü uğrunda “mübarizəni” son illərdə müttəfiqlər enerji və ticarət-maliyyə sferalarında da davam etdirmişdilər.

Rusların “Georgi lenti” və “Ölümsüz alay” aksiyalarına qoşulmayan belaruslar dövlət bayrağındakı rənglərlərdən ibarət lent, alma çiçəyindən ibarət döş nişanı və “Belarus xatırlayır!” şüarından ibarət kampaniya aparırdılar.

O müharibədə belarusların ruslarla eyni səngərlərdə vuruşduğunu müxtəlif vaxtlarda dəfələrlə demiş Lukaşenko dəfələrlə Moskvanı “qələbəni özəlləşdirmək” və özü üçün ideoloji hekayəyə çevirmək cəhdində də qınamışdı.

“Minskdə toplaşmaq daha doğru olardı. Belarus zərbəni ilk qəbul edən, o vaxt yer üzündən silinən respublika idi, sağ qalmış qocalar və uşaqlar təxminən 4 il bataqlıqlarda, meşələrdə, yeraltı sığınacaqlarda yaşamalı olmuşdular. Belarus ən çox zərər görmüş respublikadır, həmin o qanlı müharibənin canlı heykəlidir,” – Lukaşenko bunları da həmin günlərdə demişdi.

“Biz ki qardaşıq,” – Minsk paradının Rusiya kanallarında da göstərilməsi arzusunu isə Belarus prezidenti bu arqumentləəsaslandırmışdı.

Ancaq koronavirusla bağlı Belarusdakı vəziyyət haqqında bir neçə süjet hazırlamış “Birinci kanal”ın çəkiliş qrupu mayın 6-da akkreditasiyadan məhrum edilərək ölkədən çıxarılmışdı.

Könüllü-dəvətli

Lukaşenko veteranların builki parada gətirilməyəcəyini, ancaq arzu edənlərin tədbirə qatıla biləcəyini demişdi: “Heç kimi bu tədbirə dartıb gətirmək lazım deyil. İnsanlar qorxurlarsa, sağlamlıqlarını qorumaq istəyirlərsə, biz bunu başa düşərik. Paradın keçirilməsini arzulayan minlərlə insan var”.

Yerli KİV-də çıxış edən məmurlar 9 may tədbirinin təhlükəsizliyinə təminat vermiş, xeyli sayda vətəndaşsa televiziya ekranlarından bəyan etmişdilər ki, açıq havadakı bayram tədbiri metrodan istifadə etməkdən daha təhlükəli deyil.

Ancaq təhsil müəssisələrinin və müxtəlif idarələrin rəhbərlərinin tribunaları doldurmaq üçün insanları israrlı şəkildə parada “dəvət etməsindən” narahat olanlar da az olmamışdı.

Tələbələr sosial şəbəkələrdə yazmışdılar ki, buna görə onlara qayıblarının silinəcəyi, pis qiymətlərinin “unudulacağı” və hətta yataqxana şəraitlərinin yaxşılaşdırılacağı vəd edilib.

“Bizə dedilər ki, gələn ay təqadümüzə 10 rubl əlavə ediləcək” – Minsk universitetlərindən birinin tələbəsi Anastasiya belə demişdi.

Layihə İnstitutunun əməkdaşı Veronikaya isə 10-30 rubl arası, ailəsiylə birlikdə gələcəyi halda isə daha çox əlavə ödəniş vəd olunmuşdu.

Hətta koronavirusdan sağalanlara da parada gəlmək təklif edilmişdi. Zənglərin yerli administrasiyalardan və onlara tabe olan xidmətlərdən gəldiyi bilinəndə, məmurlar buna “Bizim telefonlardan kənar şəxslər də istifadə etmiş ola bilərdi” deyə cavab vermişdilər.

“Ümummulli qələbənin təminatı olan paradı bütün ölümlərin acığına, “Covid-19″ pandemiyasının qızğın vaxtında keçirmək dövlətin qəddarlığının nümayişidir. Bu, düşmənin hücumu zamanı əsgərləri ayağa qaldırıb güllə qabağında xor oxutmaq kimi bir şeydir,” – bloger Dmitri Rostov belə yazmışdı.

Mayın 9-da tribunalarda müşahidə edilən sıxlıq bu tip narahatlıqların əsassız olmadığını göstərib. Bir-birinə çox yaxın dayanan və ya oturan izləyicilərin çox az qismində maska olub.

Paradın özündə iştirak edən 3 minə yaxın kursant, zabit, xilasedici və hərbi musiqiçi, o cümlədən, hərbçi qadınlar kolonu arasında isə heç bir məsafə olmayıb.

Mayın 9-da Minskdə həm də bayram konserti keçirilib. Dövlət satınalmaları saytı bu tədbirə 600 min belorus rublu – təxminən 270 min dollar xərc nəzərdə tutulduğunu yazmış, könüllülər isə hesablamışdılar ki, bu pula həkimlər üçün 6 min ədəd müdafiə kostyumu almaq olardı.

“25 ildən çoxdur ölkəyə rəhbərlik edən bu şəxs reallıq hissini itirib. Görünür, ətrafında ona etiraz edə biləcək adamlar da yoxdur. Lukaşenko hesab edir ki, güclü liderin öz qərarından dönməsi zəiflik əlamətidir, ona görə də öz bildiyini yeridir və artıq neçənci dəfədir ki, xarici ictimai rəyə, Kremlə və öz vətəndaşlarının bir qisminə meydan oxuyur,” – təhlilçi Aleksandr Klaskovskiy belə deyib.(BBC)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lukaşenko Rusiyanı hədələdi

    Lukaşenko Rusiyanı hədələdi ...

    11-01-2019, 11:46

  • 
  • “Lukaşenko Bakıya Əliyevdən pul istəməyə gedib”

    “Lukaşenko Bakıya Əliyevdən pul istəməyə gedib” ...

    21-11-2013, 18:09

  • 
  • Lukaşenko Stalinə heykəl qoymaq istəyir

    Lukaşenko Stalinə heykəl qoymaq istəyir ...

    25-12-2019, 11:47

  • 
  • Lukaşenko Qafqazın şeyxinə orden verdi

    Lukaşenko Qafqazın şeyxinə orden verdi ...

    4-09-2014, 13:55

  • 
  • Aleksandr Lukaşenko “prezidentlikdən doyub”

    Aleksandr Lukaşenko “prezidentlikdən doyub” ...

    11-12-2013, 13:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu