GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Şuşanın işğal gecəsi: “Döyüşçülər məzuniyyətə buraxılmış, silahlar, mərmilər, qumbaratanlar müəmmalı şəkildə..."

Şuşanın işğal gecəsi: “Döyüşçülər məzuniyyətə buraxılmış, silahlar, mərmilər, qumbaratanlar müəmmalı şəkildə..."

Tarix: 13-05-2020, 23:31 Bölmə :Cəmiyyət Baxış: 359
Şuşanın işğal gecəsi: “Döyüşçülər məzuniyyətə buraxılmış, silahlar, mərmilər, qumbaratanlar müəmmalı şəkildə..."


811 saylı Laçın Əlahiddə Dağ Atıcı Alayının sabiq qərargah rəisi Rafiq Nağıyev Şuşanın işğalı barədə açıqlamasında maraqlı faktlar qeyd edib.

Sabiq qərargah rəisi baş verənləri belə təsvir edib:

Şuşanın işğal gecəsi: “Döyüşçülər məzuniyyətə buraxılmış, silahlar, mərmilər, qumbaratanlar müəmmalı şəkildə..."

Rafiq Nağıyev

"07 may 1992 ci il saat 19:00-da Şuşada müşavirə vaxtı Bakıdan Baş Əməliyyat İdarəsinin rəis müavini polkovnik -leytenant Məmməd Beydullayev zəng edərək Elbrus Orucova əmr edir ki, 8 mayda səhər tezdən Qırmızı Xaç Cəmiyyətindən Şuşaya nümayəndə gələcək, təcili olaraq yoldakı minaları çıxarıb, döyüş texnikalarının gizlədin. Əmr yerinə yetirilir. 7 may 1992- ci il gecə saat 23:00-da rabitəçi Zülfüqar İsmayılov ermənilərin səhər tezdən Şuşaya hücum edəcəkləri barədə danışığını tutur və aidiyyatı üzrə Orucova məruzə edir.
Səhərə yaxın 3-4 radələrində Xankəndi istiqamətindən ermənilər Şuşaya artilleriya hazırlığı keçirlər. Yuxudan oyanan 777-nin komandiri E.Məmmədov deyir ki, axşam verilən əmrə görə hücum olacağına inanmadım. Elbrus Orucov və MN-nin səlahiyyətli nümayəndəsi M.Cahangirov heç bir əhəmiyyət kəsb etməyən, 25 km uzaqda yerləşən Kosalar kəndinə gedirlər."-deyə Rafiq Nağıyev bildirir.

Sabiq qərargah rəisi Rafiq Nağıyevin açıqlamasına görə, Laçın Alayından gələn qüvvələr 09:30-da Daşaltı istiqamətdən bağlı olan Şuşa-Laçın yolunu ermənilərdən təmizləyərək yolu açırlar və idarə olunmayan mövqe döyüşləri aparılar:

"8 may saat 11-ə kimi Şuşa şəhərinin ətrafında nizamsız, idarə olunmayan mövqe döyüşləri aparılır. Saat 11-də komandanlıq şəhərə qayıdır. 13.00-dək ermənilər bir neçə dəfə cəhd etsələr də, itki verib geri çəkilirlər. Rabitəçi Zülfüqar ermənilərin danışdığını tutur. Hücum edən qüvvələr mərkəzə xəbər verirlər ki, itkimiz çoxdur, Şuşaya girə bilmirik, geri çəkilirik. Mərkəzdən onlara deyilir ki, bir az da dayanın, sizinlə döyüşən könüllülərdir. Batalyon komandiri T.Oğuz tar sexi ərazisində şəhid olur. 13.00-dan sonra "Zapravka” adlanan ərazisində ancaq Laçın polisinin döyüşçüləri və Şamil Basayevin 4 nəfər döyüşçüsü döyüşür. Şəhərdə gedən döyüşlər idarə olunmur. Şəhər 17.00-dək könüllü döyüşənlərin qəhrəmanlığı sayəsində müdafiə edilir. 17.00- da əmrə əsasən, hərbi texnikalar şəhərdən çıxarılır. 19.00-da yenə də əmrə əsasən, canlı qüvvələr şəhərdən çıxarılır. Əmrə tabe olmayan 80 nəfərə yaxın döyüşçü qalıb döyüşür, gecəyə qədər müqavimət göstərir və sonrakı taleləri naməlum qalaraq qəhrəmancasına şəhid olurlar. Bu yazı məhkəmədə sübutunu tapmış həqiqətlərin çox cüzi bir hissəsidir” - deyə deyə Rafiq Nağıyev açqlamasında bildirir.

Gecə saat 02.45: Şuşanın işğal gecəsi: "Hücum vaxtını Radist Zülfüqar müəyyən etmişdi"

Laçın alayının komandiri olmuş polkovnik Arif Paşa isə Şuşaya hücumun dəqiq vaxtinın radist Zülfüqar tərəfindən müəyyən edildiyini bildirir:

Şuşanın işğal gecəsi: “Döyüşçülər məzuniyyətə buraxılmış, silahlar, mərmilər, qumbaratanlar müəmmalı şəkildə..."

Arif Paşa

"Hücumun dəqiq vaxtının müəyyən olunmasına baxmayaraq, nəinki zəruri qabaqlayıcı tədbirlər görülməmiş, hətta elementar müdafiə hərəkətləri belə edilməmişdi. Hərbi hissələrin müdafiə mövqeyinə çıxarılması, hərbi hissələr arasında xəbərləşmə və koordinasiya – idarəetmə prosesinin təşkil olunması, minalanma işlərinin aparilması, Şuşaya gələn yolda minasızlaşdırıldığı bəlli olan ərazidə minaların yenidən düzülməsi və həmin ərazinin nəzarətə götürülməsi kimi ilkin tədbirlər belə görülməmiş, əksinə hərbi hissələr post - patrul xidməti səviyyəsində gündəlik və adi rejimdə "otboy" komandası almışlar. Yüzlərlə döyüşçü hücümun dəqiq vaxtı məlum olduğu halda, məzuniyyətə buraxılmış, avtomat silahların nişangahları "naməlum şəraitdə" çıxarılmış, tank əleyhinə əl qumbaraatanlarının özü bir yerə, mərmiləri tamamilə başqa yerə yığılmışdı..."-deyə keçmiş komandir Arif Paşa bildirir.

Arif Paşanın qeyd edir ki, hücum məhz bəlli olan vaxtda başlamış və hazırlıqsız vəziyyətdə olan döyüşçülər arasında xaos yaranmışdı:

"Hücum başlayandan təqribən 15 dəqiqə sonra polkovnik-leytenant Elbrus Orucov 82 mm-lik minaatan (minomyot) batareyasını da özüylə götürərək Kosalar kəndinə getmişdı. Bu, hərbi əməliyyat baxımından daha vacib olan və əsas zərbə istiqamətində yerləşən Şuşa səhərini həm də minaatanların atəşlə müdafiəsindən məhrum etmək demək idi... Həmin gecə Şuşada vəziyyət belə idi...”- deyə Arif Paşa qeyd edir./miq.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erməni turistlər Şuşaya toplaşır

    Erməni turistlər Şuşaya toplaşır ...

    10-12-2013, 18:39

  • 
  • Rusiyalı jurnalistin Qarabağ səfəri: “..hamı Şuşaya axışır" - FOTOLAR

    Rusiyalı jurnalistin Qarabağ səfəri: “..hamı ...

    28-03-2016, 20:06

  • 
  • Tehrandakı Qarabağ danışıqlarında iştirak etmiş politoloq Sərkisyanı təkzib etdi

    Tehrandakı Qarabağ danışıqlarında iştirak etmiş ...

    11-05-2019, 09:56

  • 
  • Şuşanın işğalından 22 il ötür

    Şuşanın işğalından 22 il ötür ...

    8-05-2014, 11:07

  • 
  • Şuşanin işğali, yaxud 15 milyon müəmmasi?

    Şuşanin işğali, yaxud 15 milyon müəmmasi? ...

    7-05-2013, 14:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu