GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dövlət şəhidə “qanpulu” ödəməlidir, yoxsa şəhid dövlətə?

Dövlət şəhidə “qanpulu” ödəməlidir, yoxsa şəhid dövlətə?

Tarix: 7-11-2023, 16:53 Bölmə :Cəmiyyət Baxış: 396


Qazi-şəhidlərdən dövlətə məcburi “qanpulu” ödənməsi tələbinə dövlət (başçısı) son qoyacaqmı?


Böyük Zəfərin 3-cü ildönümündə Prezidentin 7 noyabr 2023-cü il tarixli fərmanları ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşları 20 faiz artırılıb. Sevindiricidir, hərbçilərimizin halal haqqıdır. Bir yandan fərmanın bu ildən hərbi qulluqçu qazi- əlil, şəhidlərə absurd qərarla- əlil-şəhidlərin dövlətə məcburi sığorta haqqı ödəməməsi əsası ilə  şamil edilməməsi , ən azı, anlaşılan deyil. Absurdluğa baxın, hərbi xidmətdən əlilliyə görə pensiyaya buraxılan qazidən, canını dövlətə qurban verən şəhiddən dövlət  məcburi sığorta haqqı- “qanhaqqı” tələb edir !(?) Dövlət şəhidə “qanpulu” verməlidir, yoxsa, şəhid dövlətə? Şəhid dövlətə qanını verib, indi bu qanın  pulunu da şəhiddən, pensiyasından tuturlar? Belə sosial siyasət olar?

06.02.2006-cı il tarixli “ Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsinə görə, qazi, əlil, şəhidlərin xidmətdə tutduqları vəzifələr üzrə əməkhaqqı- təminat xərcliyi artırıldıqda pensiyaları bu artıma uyğun yenidən hesablanır(dı). Böyük Zəfərin 2-ci ildönümündə - 05.11.2022-ci ildə bu maddə ləğv edildiyindən hərbçilərin təminat xərcliyinin artırılması savaş əlillərinin , şəhid ailələrinin pensiyalarının artımına gətirmir. Qazi, şəhid ailələrinə bu “diqqət və qayğı”nın “hüquqi əsasını” Nazirlər Kabinetinin sorğusu ilə  Konstitusiya Məhkəməsi (KM) Plenumunun 15.05.2020-ci il tarixli Qərarı təşkil edir. “Sosial hökumət” “Əmək pensiyaları haqqında” qanunun 1-ci maddəsində mötərizə içində vurğulanan “sonrakı artımlar”ın şərh edilməsini istəyib, Plenum da NK-nın istəyinə uyğun olaraq hərbiçilərin, qazi-şəhidlərin pensiyalarının sonradan artırılmasını sosial müdafiə, sığorta prinsipinə- sığorta haqqı- “qanhaqqı” ödəmədən “qanpulu”- sığorta ödənişi almağa  zidd sayıb. Düzdür, KM Plenumunun sözügedən qərarında “Əmək pensiyaları haqqında” qanunun 20.14 maddəsi əsasında pensiya alanlardan, yəni yaşa görə pensiyaçı hərbi qulluqçulardan söhbət gedir, amma 05.11.2022-ci il tarixli “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklik əlil-şəhid ailələrini də bu “diqqət və qayğıdan” qıraqda qoymayıb. Qanundakı “sonrakı artımlar” ifadəsi “pensiyaya çıxan günədək olan artımlar” ilə əvəz olunub, 29.2 maddəsi isə ləğv olunub. Dövlətin “diqqət və qayğısı”na baxın, əlil, şəhid olana kimi- pensiyaya  çıxana kimi nə aldın-aldın, sonrakı artımlardan əlini üz. Niyə? Dövlətə məcburi sığorta haqqı ödənilmir!(?) Bəyəm hərbi qulluqçuların sığortaçısı elə dövlət deyil? Ortalıq 30-40 min civarında olan hərbi qulluqçu əlil, şəhidlərə bu maddəni tətbiq etməmək dövləti çoxmu ziyana salar?

Böyük Zəfərin 3-cü ildönümüdür. Bu böyük bayramla bağlı hökumət hardasa ağac əkir, hardasa ev tikir... Dövlət başçısı Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrin təminatını artırır.  Qazi-şəhidlərə bu təminatdan üç ildir heç nə düşmür. (05.11.2022-ci il tarixli qanun Konstitusiyaya zidd olaraq geriyə- Prezidentin bir il qabaqkı 23.12.2021-ci il tarixli hərbçilərin təminatının artırılması haqqında akta şamil edildiyindən təminatsızlığın yaşı üç ildir). 

Fikrimizcə, dövlət (hakimiyyəti) “Əmək pensiyaları haqqında” qanunun 05.11.2022-ci il tarixli qanunla ləğv edilən 29.2 maddəsinin qazi-şəhidlərə ilgidə bərpası haqqında fikirləşməlidir. Ən azı, şəhidin dövlətə məcburi sığorta haqqı, eldə deyildiyi kimi,  qanhaqqı ödəməsi mümkünsüzlüyünü Milli Məclisin 120 deputatı fikirləşə bilmir? 

Fikirləşmək gərəkdir, nədən şəhidlərin gəliri, dolanışığı yalnız qanlarından çıxır. Müqəddəs şəhid qanından haqq tələb etmək QAZİ DÖVLƏTə yaraşar?


Məğrur Bədəlsoy

GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Halal pul, maliyyə, pensiya” siyasətinə- “halal hökumət”ə ehtiyac var

    “Halal pul, maliyyə, pensiya” siyasətinə- “halal ...

    7-11-2023, 14:52

  • 
  • “Əmək pensiyaları haqqında” qanun qazi, şəhidlərə tətbiq olunmur

    “Əmək pensiyaları haqqında” qanun qazi, şəhidlərə ...

    2-11-2023, 12:30

  • 
  • Əlildən, şəhiddən məcburi sığorta haqqı tələbi absurddur

    Əlildən, şəhiddən məcburi sığorta haqqı tələbi ...

    26-09-2023, 15:01

  • 
  • Qazi və şəhid ailələrinə SAXTA DİQQƏT və QAYĞI

    Qazi və şəhid ailələrinə SAXTA DİQQƏT və QAYĞI ...

    25-06-2022, 20:22

  • 
  • Şəhid və qazilərin qanpulundan banklar bir milyondan çox qazanıblar

    Şəhid və qazilərin qanpulundan banklar bir ...

    18-10-2021, 15:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu