GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » İlqar Məmmədovla həbsxanada görüş – Azad edilməsi gözlənilir

İlqar Məmmədovla həbsxanada görüş – Azad edilməsi gözlənilir

Tarix: 3-05-2018, 10:14 Bölmə :Kirminal Baxış: 368
İlqar Məmmədovla həbsxanada görüş – Azad edilməsi gözlənilir


Avropa Parlamentinin daimi məruzəçisi Norika Nikolainin Bakıya səfərində REAL sədrinin hansı formada azadlığa çıxma məsələsi müzakirə edilib

Aprelin 28-də Azərbaycanda səfərdə olan Avropa Parlamentinin daimi məruzəçisi Norika Nikolai hazırda həbsdə olan REAL Partiyasının sədri İlqar Məmmədovla görüşüb. Görüş İ.Məmmədovun saxlanıldığı 2 saylı cəzaçəkmə müəssisəsində baş tutub.

Bu barədə partiyadan açıqlama yayılıb.

“Görüşlə bağlı İlqar Məmmədov onlara bunu deyib: Görüşdə azadlığım haqqında hakimiyyətlə siyasi dialoqa dair bəzi tələblərimi təkrarən onun diqqətinə çatdırdım. Hansı ki, vəkilim vasitəsilə ötən il çatdırdığım o tələblər rədd edilmişdi”, – deyə, partiyanın məlumatında İ.Məmmədova istinadən bildirilir.

Qeyd edək ki, N.Nikolai səfəri çərçivəsində Azərbaycanda bir sıra rəsmilərlə görüşüb. O, aprelin 27-də Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla bir araya gəlib. Görüşlərdə Azərbaycanın Avropa Parlamenti ilə münasibətləri müzakirə edilib.

Məlumat üçün bildirək ki, bu tipli səfərlər artıq intensiv xarakter almağa başlayıb. Mayın 6-da da Avropa Parlamentinin bir qrup nümayəndəsi ölkəmizə gələcək. Çoxları hesab edir ki, may ayında REAL rəhbərinin azadlığa çıxacağı ehtimalı böyükdür.

REAL-ın icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında İ.Məmmədovla baş tutan bu görüşün pozitiv hal olduğunu söylədi: “Görünən odur ki, İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı Avropa institutları tərəfindən ciddi işlər aparılır. Eyni zamanda Azərbaycan hökuməti də bu məsələnin ciddiliyini dərk edib, bu məsələnin həlli üçün zamanın yetişdiyini anlayır. Ona görə də belə bir görüş təşkil olundu. Təəssüf ki, İlqar Məmmədovla özümüz görüşə bilmədiyimizdən daha detallı məlumatlar ala bilmirik. Amma telefonla verdiyi məlumat əsasında deyə bilərik ki, bu görüşdə İlqar Məmmədovun hansı formada azadlığa çıxma məsələsi müzakirə edilib. Çox güman ki, bu müzakirənin nəticələri hökumət dairələrinə də çatdırılıb. İlqar Məmmədov qeyri-qanuni olaraq həbs edilməsinə, Avropa İnsan Haqları Məhkəməsinin qanunsuz həbslə bağlı iki qərarına baxmayaraq, artıq verilən cəzanın 3/2-indən çoxunu çəkib. İndiki qanunvericilik imkan verir ki, bu kateqoriya ilə məsələyə baxıb İlqar Məmmədovu azad etmək mümkündür. May ayında əfv və amnistiyanın olacağı ilə bağlı artıq çoxdandır söz-söhbətlər gedir. Əfvlə bağlı İlqar Məmmədovun mövqeyi hər zaman birmənalı olub. Əfv üçün müraciət etməyib və etmək fikri də yoxdur. Amnistiya isə şəxslərə deyil, maddələrə tətbiq oluna bilər. Orada çox güman ki, isimlər olmayacaq. Cəzanın çəkilən hissəsi, məhbusun səhhəti və ailə vəziyyəti nəzərə alınacaq. Açığı, bunların hansı formada olacağı şəxsən bizim üçün maraqlı deyil. Əsas olan odur ki, qanunsuz şəkildə İlqar Məmmədovun beş ildən artıq həbsdə saxlanılması utanc gətirir. İlqar Məmmədovun hansı formada azadlığa çıxmasından daha çox faktın özü vacibdir. Düşünürəm ki, bu yöndə Azərbaycanla Avropa institutları arasında müəyyən danışıqlar aparılır, işlər gedir. Bu danışıqların bu görüşün nəticəsi olaraq davam etdiyini düşünürəm”.

N.Cəfərli Avropa Parlamentinin nümayəndələrinin mayın 6-da Azərbaycana gözlənilən səfəri barədə də danışdı: “Bu səfərdə həm İlqar Məmmədov, həm də imzalanması gözlənən saziş məsələsi var. Bunları bir-birindən ayırmaq olmaz. Çünki Avropa institutları ilə Azərbaycan arasındakı görüşlərdə, danışıqlarda İlqar Məmmədov məsələsi daim ön sıralarda olub. Avropa institutları ilə görüşlərdə hər zaman vurğulanıb ki, Azərbaycan Avropa Şurasına daxil olarkən öhdəliklər götürüb. İnsan Haqları Məhkəməsinin qərarları Azərbaycanda prioritet məsələ sayılır. İlqar Məmmədovla bağlı isə bu qurumun artıq iki qərarı var. Sonuncu qərar da qüvvəyə minib və bu qərarın yerinə yetirilməsi üçün bir ay vaxt qalır. Bu səfərin hər iki istiqamətdə olma ehtimalları yüksəkdir. Sazişlə bağlı daha detallı danışıqların olması və bu danışıqların yekunlaşması gözlənilir. Əslində biz siyasi təşkilat olaraq belə sazişin imzalanmasından çox məmnun olardıq. Çünki bu saziş çərçivəsində müəyyən işlərin görülməsi çox vacibdir. Avropa standartlarının Azərbaycanda tətbiq olunması, eləcə də Avropaya inteqrasiya yolunda müəyyən addımların atılması çox pozitivdir. Mənə elə gəlir ki, Azərbaycanda dünyəvi və siyasi təşkilatların hər birinin düşüncəsi belədir. Avropa Birliyi ölkələrin maraqlarını təmin edən birlikdir. Azərbaycanla ciddi münasibətlər saxlamaq istəyən qurumdur. Ölkəmizin ən böyük iqtisadi tərəfdaşı ittifaq ölkələridir. Hər iki qurumun mahiyyətinin qarışdırılması bəzən çox məsələlərin həllinə mane olur. Avropa Birliyi institutları ilə yaxın münasibətlərdə hakimiyyət də maraqlıdır. Bu baxımdan ilin sonuna qədər bu sazişin imzalanması mümkündür. Regional təhlükəsizlik, iqtisadi münasibətlər, enerji məsələləri, eləcə də insan haqları istiqamətində müəyyən öhdəliklərin götürülməsi ilə bu saziş imzalanacaq. İmza atıldıqdan sonra Azərbaycan bundan irəli gələn məsələlərin həllini üzərinə götürəcək. Mənə elə gəlir ki, müqavilə imzalansa daha yaxşı olar. Artıq uzun zamandır danışıqlar gedir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa Parlamentinin məruzəçisi İlqar Məmmədovla görüşüb

    Avropa Parlamentinin məruzəçisi İlqar Məmmədovla ...

    30-04-2018, 16:26

  • 
  • ABŞ diplomatına İlqar Məmmədovla görüş imkanı verilməyib

    ABŞ diplomatına İlqar Məmmədovla görüş imkanı ...

    18-04-2013, 10:08

  • 
  • REAL-dan sərt bəyanat

    REAL-dan sərt bəyanat ...

    17-04-2013, 10:28

  • 
  • REAL üzvləri Bakıda “İlqar Məmmədovla” gecə aksiyası keçirdilər

    REAL üzvləri Bakıda “İlqar Məmmədovla” gecə ...

    5-08-2013, 11:04

  • 
  • MSK İlqar Məmmədovla bağlı qərarını dəyişmədi

    MSK İlqar Məmmədovla bağlı qərarını dəyişmədi ...

    27-08-2013, 11:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu