GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Narkotacirin anası: “15 mini müstəntiqə DSX binasının həyətində vermişik”

Narkotacirin anası: “15 mini müstəntiqə DSX binasının həyətində vermişik”

Tarix: 6-09-2022, 09:42 Bölmə :Kirminal Baxış: 310

Faiq saxlanılandan bir neçə gün sonra Nicat Acalov onu həbsdən buraxmaq üçün vəkil vasitəsilə bizdən 25 min manat istədi...

Narkotik alveri ittihamı ilə 13 il müddətə azadlıqdan məhrum edilən Beyləqan sakini Faiq Məmmədovun anası Məhsəti Məmmədova onlardan rüşvət alındığını iddia edir.

“Qafqazinfo”ya müraciət edən qadının sözlərinə görə, oğlunun cinayət işi üzrə istintaqı aparan Dövlət Sərhəd Xidmətinin müstəntiqi Nicat Acalov onlardan 25 min manat alıb, əvəzində isə F.Məmmədovu həbsdən buraxdıracağına dair vəd verib:

“Faiq saxlanılandan bir neçə gün sonra Nicat Acalov onu həbsdən buraxmaq üçün vəkil vasitəsilə bizdən 25 min manat istədi. Kiçik oğlum qardaşı ilə görüşüb pul məsələsini deyib. Nicatın cavabı belə olub ki, “yuxarıdan məndən cavab gözləyirlər”. Bundan sonra 15 min manatı DSX binasının həyətində müstəntiq Nicat Acalova vermişik. Bir neçə gün sonra özüm Opera və Balet Teatrının yanında Nicatla görüşərək ona 5 min manat verdim. Növbəti dəfə Nicat öz maaş kartını bizə göndərdi ki, ödənişi bura edin. 1600 manat da onun kartına göndərdik, bunun qəbzi də var. Qalan 2 min dolları da Faiqin xalası oğlu Vüqar Nicata verib.

Nicat 25 min manat rüşvət almasını dəfələrlə etiraf edib, bunun səsyazıları da var. O, 2 il bizi müxtəlif vədlərlə aldatdı. İş məhkəməyə veriləndə yalandan deyirdi ki, iş hələ məndədir, Faiqi buraxacağam. Sonra biz pulu tələb edəndə dedi ki, “pulun hamısını Baş Prokurorluğa vermişəm, indi də ala bilmirəm”, bunlar hamısı səs yazılarında da var. Nicat deyir ki, “mən prokurorluğun “şusturyak”ıyam, onlar nə deyirsə, onu da edirəm”.

Məhsəti Məmmədova Nicat Acalov barəsində dəfələrlə prokurorluğa müraciət etməsinə baxmayaraq, müstəntiqin əməllərinin araşdırılmadığını deyir: “Hər dəfə ərizəmiz DSX-yə yönləndirilir, orada da ərizə “qara dəliy”ə düşür və 3 aydır bizə heç bir cavab verilmir. Nicat Acalovun səsyazıları və karta ödənilən qəbzin şəklini yaymağımızın cinayət olduğunu bildiyimiz üçün ictimailəşdirmirik. İşlə bağlı ədalətli araşdırma aparılıb tədbir görülməzsə, həmin səs yazıları və digər sübutları sosial şəbəkələr vasitəsilə ictimailəşdirməyə məcbur olacağıq.

Oğlumla birlikdə tutulan İbrahim Qorçuyev cinayəti etiraf etdikdən və bu barədə DSX tərəfindən mediaya rəsmi açıqlama verildikdən sonra azadlığa buraxıldı. İbrahim və narkotikin üzdə olmayan sahibləri digər tutulan Elşən Süleymanova 50 min manatlıq ev alıb verdilər ki, cinayəti öz üstünə götürsün və Faiqin əleyhinə ifadə verərək işi onunla birgə gördüyünü desin. Rayonda hamı bilir, bizə deyiblər ki, İbrahim bu işdə ittiham olunmaması üçün 200 min manat verib. “Roma” ləqəbli narkobaron da işin bir ucu ona çıxdığına görə 150 min manat verərək azadlıqda qalıb. Elşən isə onsuz da narkotik istifadəçisi idi, tutulduğu gün də məhkumluğu var idi, elektron qolbaq gəzdirirdi. Elşən məhkəmənin əvvəlində Faiqin əleyhinə ifadə versə də, son sözündə və apellyasiyada hər şeyi etiraf etdi. Faiqin narkotikdən xəbəri olmadığını dedi. Amma məhkəmə heç bu ifadəyə əhəmiyyət vermədi, hökm qüvvədə saxlanıldı”.

Fotoda: Faiq Məmmədov

M.Məmmədovanın bildirdiyinə əsasən, işdə sübut kimi göstərilən yeganə hal budur ki, guya Faiq narkotiki satanlara səsli mesaj göndərib ki, “buradayıq, malı gətirin”. Amma məhkəmədə belə bir sübut olmadığı məlum olub: “Nicat Acalov da dedi ki, özü həmin səsə qulaq asıb, amma sonra telefon kilidə düşüb. Həmin səs yazısının guya surəti, şəkli, videosu heç bir görüntüsü çəkilməyib. Yəni, ortada səs yazısı yoxdur. Baxış protokollarında ancaq müstəntiq Nicat Acalovun imzası var, qalan heç kimin, nə vəkilin, nə də Faiqin imzası var. Yazılıb ki, filankəsin iştirakı ilə baxış keçirildi, amma həmin adamın imzası yoxdur, müstəntiq özündən yazıb, protokollar da saxtalaşdırılıb. Sentyabrın 25-də saat 9-da Elşən Süleymanov İranla sərhəddə dağda saxlanılıb və həmin yerə baxış keçiriləndə iki hal şahidi iştirak edərək protokola imza atıb. Bundan 9 saat sonra Beyləqan rayonunun mərkəzində Faiq tutulanda da yenə həmin iki nəfər hal şahidi kimi olub. Bu işdə cəmi iki hal şahidi hər şeyi təsdiq edirlər. Belə çıxır ki, bu adamlar elə sərhədçilərin yanında gəzirlər? Bundan başqa, Faiqin üstündən telefon götürüləndə bir protokolda yazılıb ki, telefon maşındaydı, digər protokolda yazılıb ki, Faiqin şalvarının cibindəydi. Bir telefon eyni vaxtda həm maşında, həm şalvarın cibində necə ola bilər? Bu faktlar özü işin qurama olduğunu göstərir.

Mən bir ana kimi, 45 il müəllimlik stajı olan şəxs kimi ədalətli qərar çıxarılmasını və rüşvət alıb bizi aldadan müstəntiq Nicat Acalov barəsində ölçü götürülməsi üçün tapşırıq verilməsini xahiş edirəm”.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətində sorğu ünvanladıq. Cavab olaraq bildirildi ki, vətəndaşın müraciəti üzrə xüsusatlar təsdiqini tapmayıb: "Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ilə Məmmədov Faiq Fərman oğlu Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Vətəndaşın müraciətində qeyd etdiyi digər xüsusatlar isə öz təsdiqini tapmayıb".

Dövlət Sərhəd Xidmətindən isə "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən fikirlər həqiqəti əks etdirmir: "Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırma aparılır".


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nicat Quliyevin istintaq müddəti uzadıla bilər

    Nicat Quliyevin istintaq müddəti uzadıla bilər ...

    25-11-2013, 13:11

  • 
  • Nicat Dağlar Almaniyada

    Nicat Dağlar Almaniyada ...

    26-07-2013, 13:15

  • 
  • Almaniya xəstəxanası Nicat Dağları qəbul etməyə hazırdır

    Almaniya xəstəxanası Nicat Dağları qəbul etməyə ...

    13-07-2013, 01:10

  • 
  • Jurnalistin səhhəti yenidən pisləşib

    Jurnalistin səhhəti yenidən pisləşib ...

    11-07-2013, 15:30

  • 
  • Sabiq MTN polkovniki sonuncu dəfə məhkəmədən vaxt istədi

    Sabiq MTN polkovniki sonuncu dəfə məhkəmədən vaxt ...

    16-03-2018, 12:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu