GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Günahsız şəxsi ömürlük həbsə göndərən hakim cəzalandırılacaqmı? - FOTO

Günahsız şəxsi ömürlük həbsə göndərən hakim cəzalandırılacaqmı? - FOTO

Tarix: 2-11-2022, 15:37 Bölmə :Kirminal Baxış: 224


Ötən həftə Azərbaycanın məhkəmə-hüquq sistemində nadir hadisə qeydə alınıb. Belə ki, ömürlük həbs cəzası almış məhkum doqquz ildən sonra bəraət alıb. 2013-cü ildə birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürməkdə təqsirli bilinən Aydın Qəhrəmanov Ali Məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Qəhrəmanovun günahsız yerə doqquz il məhbəs həyatı yaşamasına görə kim məsuliyyət daşıyır? Ona hökm oxuyan hakimi hansısa cəza gözləyirmi?

Mövzu ilə bağlı Modern.az-a danışan Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü,  “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, uzun müddət cəza çəkmiş şəxslərin bəraət almasına çox nadir hallarda rast gəlinir.

Onun sözlərinə görə, 2014-2021-ci il ərzində bəraət hökmlərinin sayı 430 olub:

“Hakimlər bəraət hökmünü çıxarmaqda müəyyən qədər “xəsislik” edirlər. Bunun bir sıra psixoloji səbəbləri var. Sovet hüquq sistemi məhz belə işləyirdi. Xüsusilə də Azərbaycan miqyasında bəraət hökmləri, demək olar ki, verilmirdi. Azərbaycanda müstəqillik əldə ediləndən sonra bir müddət bu stereotiplər davam etdirildi. Daha sonra Azərbaycanda məhkəmə-hüquq islahatları aparıldı. Məhz bu islahatlar məhkəmə hakimlərinin müstəqilliyinin artmasında mühüm rol oynadı. Bu da bəraət hökmlərinin artmasına təkan verdi.

Ancaq yenə də deyirəm ki, Azərbaycanda bəraət hökmlərinin sayı elə çox deyil. Xüsusilə doqquz il kimi uzun müddət cəza çəkmiş şəxsin bəraət alması nadir rast gəlinən hadisədir. Uzun müddət cəza çəkmiş şəxsin bəraət alması praktikada yox dərəcəsindədir. Biz daha çox hökmdən şikayət edildiyi halda birinci instansiya və apellyasiya məhkəməsində bəraətləri görmüşük”.

Hüquqşünas qeyd edib ki, Azərbaycan Konstitusiyasına, həm də cinayət qanunvericiliyinə əsasən, uzun müddət günahsız yerə cəza çəkmiş şəxs kompensasiya almalıdır:

“Bəraət almış şəxsin kompensasiya almaq hüququ hökmdə öz əksini tapmalıdır. Kompensasiyanın məbləği şəxsin irəli sürdüyü iddia ilə bağlı olur. O bu müddət ərzində ona dəyən maddi və mənəvi ziyanı hesablayaraq iddia qaldıra bilər. Geridə qalan müddət ərzində zərərçəkmiş işləyə bilərdi, yaxud başqa hüquqlarından istifadə edə bilərdi. Eyni zamanda azadlıq kimi fundamental hüquqdan məhrum olma həmin şəxsə psixoloji təsir də göstərir. Bütün bunlar hesablandıqda böyük məbləğdə kompensasiya alına bilər. Əlbəttə, kompensasiya şəxsin hüququdur, onun vəzifəsi deyil. Hər bir halda ona kompensasiya ödəniləcək. Məhkəmənin verdiyi kompensasiya şəxsi qane etməyəcəyi təqdirdə, o, daha üst məhkəməyə, hətta Avropa Məhkəməsinə müraciət edə bilər. Bu zaman prosesin uzanma ehtimalı var”.

Bəs günahsız şəxsə ömürlük həbs verən hakim cəzalandırılacaqmı? 

Ə.Nuriyev hüquqi prosesi belə şərh edib: 

“Hakimlər konkret olaraq dəlil və sübutlar əsasında qərar verirlər. Birinci instansiya məhkəməsində cinayət işi zamanı toplanmış dəlillər əsas götürülüb. Yəni ola bilər ki, o zaman təqdim edilən dəlillər yetərli qədər olmayıb. Daha sonra yeni dəlillər ortaya çıxıb və bunun əsasında şəxs bəraət alıb. Ona görə də hakim bu zaman cinayət işində toplanmış dəlillərə, sübutlara söykənərək qərar verdiyindən təqsirkar sayıla bilməz. Ancaq ola bilər ki, hakim məsələlərə diqqət yetirməyib, sübutlar kifayət qədər araşdırılıb qiymətləndirilməyib. Bütün bu sadaladıqlarımız hakimlə bağlı müvafiq intizam tədbirlərinin başlanmasına əsas verir. Ancaq yenə də deyirəm ki, yuxarı instansiya məhkəmələrinin bəraət hökmü çıxarması hakimləri təzyiq altına almamalıdır. Digər hakim də qanuna əsasən qərar çıxarır. Hakimi qınamaq olmaz ki, sən bu zaman düzgün qərar verməmisən. Yuxarı instansiya məhkəmələrinin yaradılma qayəsi məhz birinci instansiya məhkəməsini səhv buraxmaqdan sığorta etməkdir”

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Uqandalı fahişələrlə görüşün axırı ömürlük həbs…

    Uqandalı fahişələrlə görüşün axırı ömürlük həbs… ...

    5-07-2018, 13:00

  • 
  • Bəşər Əsədə qarşı döyüşən 5 azərbaycanlıya bəraət verilmədi

    Bəşər Əsədə qarşı döyüşən 5 azərbaycanlıya bəraət ...

    6-11-2015, 14:01

  • 
  • Sumqayıtda qadını öldürənə ömürlük cəza tələb edildi

    Sumqayıtda qadını öldürənə ömürlük cəza tələb ...

    29-09-2016, 16:25

  • 
  • Aydın Bəşirovun işçiləri bəraət istəyir

    Aydın Bəşirovun işçiləri bəraət istəyir ...

    20-02-2015, 00:01

  • 
  • Bəraət və cəza

    Bəraət və cəza ...

    13-04-2016, 01:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu